Edebiyyat.az » Palitra » Mətanət Teymurlu - Edvin Lonqun “Kraliça Esfir” əsəri

Mətanət Teymurlu - Edvin Lonqun “Kraliça Esfir” əsəri

Mətanət Teymurlu - Edvin Lonqun “Kraliça Esfir” əsəri
Palitra
admin
Müəllif:
01:51, 20 noyabr 2024
445
0
Mətanət Teymurlu - Edvin Lonqun “Kraliça Esfir” əsəri





Edvin Lonq (1829-1891) rəsmləri ilə həmişə diqqəti cəlb edən və tarixi dəqiqliyi,

qədim əşyaların qüsursuz təsviri ilə iz qoymuşdur. XIX əsr qərbi Avropada gündəmdə

olan akademizm, neoklassizm kimi cərəyanlarda əsərlər yaratmışdır. 1857-ci ildə ən

yaxın dostu Con Filipinin tövsiyəsi ilə İspaniyayada qaldıqdan sonra uğursuz

karyerasını canlanır. İspaniyada olarkən Velaskesin və digər ispan rəssamlarının

əsərlərini incələyir. Onun "Mehmanxana" (1864), "Lazarilla və Kor dilənçi" (1870)

“İspan çiçək satıcısı” (1867), “Gözətçi” (1869) “Bir uyğunluq sualı” (1870),

“İspaniyada bir küçə səhnəsi” (1871), “Təsdiq” (1873) kimi rəsmləri İspaniya

incəsənətindən təsirləndiyini göstərir.

1874-cü ildə Edvin Lonq gözəlliyi və zəngin tarixi ilə onu heyran edən Misir və

Suriyaya səfərləri baş tutur. Qədim sivilizasiyaların tarixinə, mədəniyyətinə biganə

qalmır. Həmin epoxada bəzi rəssamlar(Uilliam Hunt, İnqres) kimi orientalizm

cərəyanında əsərlər yaradır. “Kraliça Esfir”, "Saray Mühafizəsi" “Babil nikah bazarı

(1875)” və digər əsərləri də şərq dünyasından və tarixindən səhnələri əks etdirir.

1878-ci ildə təsvir etdiyi "Kraliça Esfir" əsəri Avstraliyanın Melburn şəhərindəki

Viktoriya Milli Qalereyasında saxlanılır. Lövhədə Müqəddəs Kitabın Esfir adlı

kitabında danışılır. Esfir tez-tez "yəhudi xalqının xilaskarı" adlandırılır.

Əhəməni padşahlarının hakimiyyəti Hindistandan Efiopiyaya qədər uzanırdı.

İmperiyanın hökmdarı Axaşveroşun (Kserksin) zənginliyi və dəbdəbəsi dövləti kimi

böyük idi. Bir gün Axaşveroşa gözəl xanımı kraliça Vaştidən onun və sarayda ziyafət

edən qonaqlarının qarşısına çıxıb rəqs etməsini tələb edir. Lakin məğrur Vaşti bundan

imtina edir. Ümumdünya itaətinə öyrəşmiş Axaşveroş bu etinasız əməldən qəzəblənir.

O, kraliçanın qovulmasını əmr edir və yeni kraliça üçün ən gözəl qızları tapıb saraya

gətirtməyi əmr edir.

Dövlətin hər yerindən çoxlu gözəl qızlar kral köməkçiləri tərəfindən tapılaraq

saraya gətirilir. Onlar bir il ərzində saray otaqlarında saxlanılır, ətirli yağda yuyulur,

buxur ilə ovuşdurulur və hər cür dəbdəbə ilə əhatə olunurdu. Vaxtı çatanda onları

padşahın yanına gətirdilər. Amma bütün gözəlliklərdən o, ən çox Esfiri bəyənir.

Mordokay digər yəhudilərlə birlikdə Yerusəlimdən sürgün edilmişdi. Valideynlərinin

ölümündən sonra ona qohum olan Esfiri övladlığa götürmüşdü.

Beləliklə, Esfir Əhəməni kraliçası Axaşveroşun zövcəsi olur. Bir gün Mordokay

ona baş çəkdiyi zaman sarayın darvazasında olarkən Axaşveroşu öldürmək üçün iki

saray əyanının sui-qəsd planını eşidir. Mordokay hiylə haqqında Esfirə danışır və o,

bunu padşaha nəql edir. İşin üstü açılır, günahkarlar cəzalandırılır və Mordokayın bu

yaxşılığı gündəlik qeydlər kitabında qeyd olunur.

Axaşveroşun əsas şahzadəsi və müşaviri Haman idi. Padşah onu o qədər ucaldır

ki, insanlar onunla qarşılaşdıqda, padşahın əmr etdiyi kimi, onun qarşısında rüku və

səcdəyə getməli idi. Bir dəfə Mordokay Hamana itaət etməyi rədd etdi. Bundan

qəzəblənən Haman Mordokayı öldürmək və bütün xalqını, yəni yəhudiləri məhv etmək

qərarına gəldi, çünki, onlar bir Tanrıya ibadət edirdilər.

Hamam bundan sonra

hökmdarın yanına gəlib dedi: “Ulu hökmdarım! Sizin əyalətinizdə əyalətə səpələnmiş

bir xalq var. O, başqa xalqların qanunlarından fərqli olaraq, öz qanunları ilə yaşayır və

sizin əmrlərinizi yerinə yetirmir. Sizcə, onunla nə etməliyik?” Artaxşasta ona istədiyini

etməsini deyir. Haman sevinir və bütün Əhəməni səltənətində kiçik və yaşlı, kişi və

qadın - bütün yəhudilərin məhv edilməsini əmr edən bir fərman hazırlamağı əmr edir.

Bu bir gündə edilməli idi və fərman hər yerdə elan edildi.

Bundan xəbər tutan Mordokay Esfirin yanına getdi və ondan dərhal padşahın

yanına getsin və amansız fərmanı ləğv etməsini tələb etdi. “Amma Axaşveroşun bütün

təbəələri bilirlər ki, padşahın belə bir qaydası var. Çağırılmadan onun yanına gələn kəs

edam olunacaq və yalnız padşah qızıl əsasını həmin şəxsə tərəf tutsa, ölümdən qurtula

bilər” Esfir ona etiraz etdi. Mordokay ona cavab verdi: “Düşünmə ki, bütün Yəhudilər 

arasında yalnız sən padşahın sarayında yaşayacaqsan! Əgər sussan, yəhudilər üçün

azadlıq və qurtuluş başqa cür gələcək, ancaq sən məhv olacaqsan! Və kim bilir, bəlkə də

məhz buna görə kraliça olmusan?”

Bütün yəhudilər üç gün oruc tutdular, nə gündüz, nə də gecə yeyib içmədilər.

Nəhayət, üç günün ardından Esfir padşahın yanına getir. Padşah Esfirin gözəlliyini

görüb ona rəhm edir, qızıl əsasını ona uzadır və ondan soruşur: “Nə istəyirsən? Sən istə,

mən sənin hər istəyini yerinə yetirərəm”. Esfir, cavab verir: “Əgər xoşunuza gəlsə,

istərdim ki, Hamanla birlikdə bu axşam sizin üçün hazırladığım ziyafətə gələsiniz”.

Bu təkliflə razılaşan Artaxşasta ilə Haman Esfirin ziyafətinə gəlirlər. Haman,

kraliçanın hökmdarın bütün ətrafı arasından sadəcə onu ziyafətinə dəvət etdiyinə

ürəkdən sevinirdi. Lakin Haman, saraydan çıxarkən Mordokayı görür və Mordokay

yenə onun qarşısında təzim etmir. Haman qərara gəlir ki, Mordokay yaşadığı müddətdə

onun xoşbəxtliyi tam olmayacaq. O, hətta ertəsi gün Mordokayı asmaq üçün dar ağacı

hazırlamağı əmr edir.

Ertəsi gün səhər Haman padşahdan Mordokayı edam etməyi xahiş etmək üçün

Axaşveroşun yanına gəlir. Hökmdar həmin gecə yata bilmir və gündəlik qeydlər kitabını

oxuyur. Orada Mordokayın saray əyanları tərəfindən hökmdara qarşı sui-qəsd

hazırlaması haqqında bir qeydi oxuyur. Hökmdar əyanlarıdan soruşur: «Mordokay bu

hərəkətinə görə necə mükafatlandırıldı?» əyanlar cavab verdilər: “Heç bir şeylə”.

Bundan sonra isə Axaşveroş Hamandan soruşur: "Sizcə, mükafatlandırmaq istədiyim

insana nə etməliyəm?" Haman padşahın ona yeni şərəflər göstərmək istədiyini düşünür

və deyir: “Məncə, bu adam padşah paltarı geyindirməli, başına şah tacı qoymalı,

padşah atı verməlidir. Padşah hörmət etmək istədiyi adama belə edir”. Artaxşasta da

Mordokaya belə şərəf verir. Haman isə, nifrətini yatıraraq Mordokayı şah paltarında,

şah tacı taxmış şah atında şəhərin ətrafında gəzdirməli olur.

Bu hadisədən sonra hökmdar kraliçanın ziyarətinə gedir. Axaşveroşun yenə

ondan soruşur: "Məndən nə istəyirsən?" Esfir cavab verir: “Mərhəmətli padşah! Sənin 

zadəganının amansız əmri ilə bütün xalqım, mən də daxil olmaqla ölümə təslim oldum.

Axı mən yəhudiyəm! Sənə yalvarıram, məni və xalqımın canını bağışla!” “Kim belə bir

əmr verməyə cürət edib?!” deyə Axaşveroş qışqırdı. Esfir qəzəblə qorxan Hamanı

göstərdi, o, hətta qorxusundan içdiyi şərabını yerə püskürür. Axaşveroş çox qəzəblənir

və saray xadiminin tutulmasını əmr edir. Sonra hökmdarın adamları ona Hamanın artıq

Mordokayı asmaq üçün dar ağacı hazırladığını deyir. Padşah əmri ilə həmin dar ağacına

Hamanı asırlar.

Taleyin ironiyası! Minlərlə günahsız insan üçün hazırladığı amansız hiylə onun

başına gəlir. Axaşveroşun Mordokayı, bütün Əhəməni şahzadələrindən üstün tutur və

onu dövlətdə özündən sonra ikinci şəxs edir.

Həmçinin Axaşveroşun yeni bir fərman, yəhudilərə isə müqavimət hüququ (kral

bunu kral əmrinin ləğvinin mümkünsüzlüyü ilə izah edirdi) verdi: Yəhudilər özlərini

müdafiə edəcəklər və düşmən hesab etdiklərini məhv edə biləcəkdilər. Bu fərmanla

yəhudilər üsyan qaldıraraq çoxlu düşmənlərini (təxminən 70 min nəfər) öldürdülər və

Hamanın on oğlu da ataları ilə eyni aqibəti yaşadı. Bunun xatirəsinə yəhudilər Purim

bayramını təsis etdilər.

Əsərdə bu səhnə Esfirin şahın qarşısına çıxmadan əvvəlki hazırlaşma anını

təsvir edir. Bu, onun həyatını təhlükəyə ataraq xalqını xilas etməyə qərar verdiyi vacib

bir anı təcəssüm etdirir. Esfir mərkəzdə, oturmuş vəziyyətdə təsvir olunub. Onun duruşu

qürur və əminliyi ifadə edir, lakin üzündəki ifadə içindəki narahatlığı, gərginliyi və

təvazökarlığı göstərir. Bu, onun kraliça kimi gücünü, amma eyni zamanda xalqına qarşı

duyduğu məsuliyyəti vurğulayır. Sağda və solda dayanan iki qadın onun xidmətçiləridir.

Esfirin geyimləri və zinət əşyaları zənginlik və ehtişamı göstərir. Onun geyimi qədim

Şərq üslubuna uyğun olaraq, qızılı və bəzəkli detallarla zəngindir. Qızların

geyimlərindəki naxışların hamısı dəqiq şəkildə işlənib.

Fon isə

qədim Assuriya

və ya Babil mədəniyyətinin təsirini əks etdirir.

Divarlardakı barolyef , sütunlar bu dövrün zəngin memarlıq üslubuna bir işarədir. 

 

İşıqlandırma Esfirin üzərinə fokuslanıb, onu əsas fiqur kimi vurğulayır. Fon isə bir

qədər qaranlıq və zəngin teksturalarla işlənmişdir ki, bu da onun əzəmətini daha da

artırır. Rəssam krallıq və müqəddəsliyi təmsil edən xüsusilə qızılı və krem tonlarından

istifadə edib.

Bu əsər yalnız bir bədii təcəssüm deyil, həm də qadın gücü və inancın təsviri

kimi qəbul edilə bilər. Edvin Lonq, bu tarixi və dini fiquru həm vizual olaraq cazibədar,

həm də mənəvi cəhətdən təsirli şəkildə təqdim edib. Əsər, həm texniki ustalığı, həm də

emosional dərinliyi ilə izləyicini özünə çəkir.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)