Edebiyyat.az » Ədəbi tənqid » F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ

F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ

F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ
Ədəbi tənqid
nemət
Müəllif:
16:23, 23 fevral 2020
2 521
0
F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ





1884-cü il birinci nəşrinə müqəddimə1891-ci il dördünca almanca nəşrinə müqəddimə. İbtidai ailənin tarixinə dair (Baxofen, Mak-Lennan, Morqan)
Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi. Lyuis H.Morqanın tədqiqatları ilə əlaqədar olaraq
I. Mədəniyyətin tarixdən əvvəlki pillələri
1. Vəhşilik
2. Barbarlıq
II. Ailə
III. İrokez qəbiləsi
IV. Yunan qəbiləsi
V. Afina dövlətinin meydana gəlməsi
VI. Romada qəbilə və dövlət
VII. Keltlərdə və germanlarda qəbilə
VIII. Germanlarda dövlətin yaranması
IX. Barbarlıq və sivilizasiya

1884-cü İL BİRİNCİ NƏŞRİNƏ MÜQƏDDİMƏ 
Aşağıdakı fəsillər müəyyən dərəcədə vəsiyyəti yerinə» yetirməkdən ibarətdir. Bir başqası deyil, məhz Karl Marks Morqanın tədqiqatının nəticələrini özünün tarixr materialistcəsinə öyrənməsi ilə–müəyyən çərçivədə deyəbilərəm ki, bizim öyrənməyimizlə–əlaqədar surətdə şərh etmək və yalnız bu yolla həmin nəticələrin bütün əhəmiyyətini aydınlaşdırmaq niyyətində idi. Axı qırx il bundan əvvəl Marks tərəfindən kəşf edilmiş olan tarixin materialistcəsinə anlaşılmasını Morqan Amerikada öz yolu ilə yenidən kəşf etmiş və həmin anlaşılmaya əsaslanaraq, barbarlıqla sivilizasiyanı müqayisə edərkən, başlıca məsələlərdə Marksın çıxardığı eyni nəticələrə gəlmişdi. Almaniyanın andlı iqtisadçıları «Kapital» haqqında illər boyu necə sə'ylə susurdularsa, eləcə sə'ylə də üzünü köçürtdükləri kimi, İngiltərədə «tarixdən əvvəlki» elmin nümayəndələri də Morqanın «Qədim cəmiyyət» («Ansient Society, or Researches İn the Lines of Human Progress from Savagery though Barbarism to Civilization». By Lewis H.Morgan. London, Macmillan and Co.,1877. [Lyüis H.Morqan. «Qədim cəmiyyət, yaxud vəhşilikdən barbarlıq vasitəsi ilə sivilizasiyaya doğru başər tərəqqisi yollarının tədqiqi». London, Makmillan və K°, 1877]. Kitab Amerikada çap olunmuşdur, Londonda da onu tapmaq son dərəcə çətindir. Müəllif bir neçə il bundan əvvəl vəfat etmişdir.) əsəri ilə eyni şəkildə rəftar edirdilər. Mənim əsərim, yerinə yetirilməsi mərhum dostuma daha nəsib olmayan işi yalnız zəif birdərəcədə əvəz edə bilər. Lakin mənim sərəncamında onun Morqandan etdiyi müfəssəl iqtibaslar (Bax: K.Marks. «Lyuis H.Morqanın «Qədim cəmiyyət» kitabının konspekti» («Marks və Engelsin Arxivi», IX cild, 1941, səh. 1–192). Red.) içərisində tənqidi qeydləri vardır və mən onları mövzuya aid olduğu dərəcədə burada verirəm.Materialistcəsinə anlaşılmaya görə, tarixdə müəyyənedici amil nəticə e'tibarı ilə bilavasitə həyatın istehsalı və təkrar istehsalıdır. Lakin bu özü də yenə iki cür . olur. Bir tərəfdən–yaşayış vasitələri: yemək şeyləri, paltar, mənzil istehsalı və bundan ötrü zəruri olan alətlərin istehsalı; digər tərəfdən–insanın özünün istehsalı, nəslin davam etdirilməsi. Müəyyən tarixi dövrdə və muəyyən ölkədə insanların yaşadıqları ictimai qaydalar hər iki istehsal növü ilə: bir tərəfdən–əməyin, digər tərəfdən–ailənin inkişaf dərəcəsindən asılıdır. Əmək nə qədər az inkişaf etmiş olursa, əmək məhsullarının miqdarı və deməli, cəmiyyətin sərvəti nə qədər çox məhdud olursa, ictimai quruluşun qəbilə əlaqələrindən asılılığı özünü bir o qədər qüvvətlə göstərir. Halbuki qəbilə əlaqələrinə əsaslanan belə bir cəmiyyət quruluşu çərçivəsi daxilində əmək məhsuldarlığı və bununla da birlikdə–xüsusi mülkiyyət və mübadilə, əmlak fərqləri, özgə iş qüvvəsindən istifadə etmək imkanı və beləliklə də sinfi ziddiyyətlərin əsası: nəsillər boyu köhnə ictimai quruluşu yeni şəraitə uyğunlaşdırmağa çalışan yeni sosial ünsürlər getdikcə daha çox inkişaf edir, nəhayət, bunların bir araya sığa bilməməsi tam çevrilişə gətirib çıxarır. Qəbilə birləşmələrinə əsaslanan köhnə cəmiyyət yeni meydana gəlmiş ictimai siniflərin toqquşması nəticəsində partlayır;. onun yerini dövlət halında təşkil olunmuş yeni cəmiyyət tutur ki, bunun da ən aşağı pillələri daha qəbilə birləşmələri deyil, ərazi birləşmələridir,–bu cəmiyyətdə ailə quruluşu tamamilə mülkiyyət münasibətlərinə tabedir və zəmanəmizə qədər bütün yazılı tarixin məzmununu təşkil edən sinfi ziddiyyətlər və sinfi mübarizə burada indən belə sərbəst surətdə genişlənir.
Morqanın böyük xidməti ondadır ki, yazılı tariximizin bu tarixdən əvvəlki əsasını kəşf edib onun başlıca cəhətlərini bərpa etmişdir və Şimali Amerika hindilərinin qəbilə əlaqələrində qədim yunan, Romavə german tarixinin indiyədək həlledilməz olan ən muhüm sirlərinin açarını tapmışdır. Onun əsəri bir günlük əməyin məhsulu deyildir. O öz materialı üzərində qırx ilə qədər işləyəndən sonra ona tamamilə yiyələnmişdir. Buna görə onun kitabı da zəmanəmizin tam bir dövr təşkil edən nadir əsərlərindən biridir.
Aşağıda şərh olunanlardan oxucu nələrin Morqana aid olduğunu və nələri mənim əlavə etdiyimi ümumən və bütövlükdə asan ayırd edə biləcəkdir. Yunanıstan və Roma haqqındakı tarix bölmələrdə mən Morqanın verdiyi mə'lumatla kifayətlənməmişəm və öz sərəncamımda olanı əlavə etmişəm. Keltlər və germanlar haqqındakı bölmələr əsasən mənimdir; bu barədə Morqanın əlində demək olar yalnız özgələrdən götürülmüş mə'lumat var idi, germanlar haq^qında isə–Tatsitdən başqa–yalnız c. Firmanın alçaq liberal saxtalaşdırmaları var idi. Morqanın qarşıya qoyduğu məqsədlər üçün kifayət olan, lakin mənim məqsədlərim üçün əsla kifayət olmayan iqtisadi əsaslar mənim tərəfimdən tamamilə yenidən işlənmişdir. Nəhayət, özlüyündəaydındır ki, bilavasitə Morqanın adı çəkilmədən çıxarılan bütün nəticələr üçün mən cavabdehəm.
1884-cü il mayın təqribən 26-da yazılmışdır.
Bu kitabda çap edilmişdir: F.Engels. «Der Ursprung der Familie des Privateigenthums u des Staats». Hottingen Zürich, 1884.
1891-ci İL DÖRDÜNCÜ ALMANCA NƏŞRİNƏ MÜQƏDDİMƏ 

İBTİDAİ AİLƏNİN TARİXİNƏ DAİR (BAXOFEN, MAK-LENNAN, MORQAN)
Bu kitabın böyük tirajlarla çıxan əvvəlki nəşrləri demək olar yarım il bundan əvvəl tamamilə satılıb qurtarmışdı və naşir (İ.Dits. Red.) kitabın yeni nəşrini hazırlamağı artıq çoxdan məndən xahiş etmişdi. Bu vaxta qədər daha vacib işlər bu işi görməyimə mane olurdu. Birinci nəşrin çapdan çıxdığı vaxtdan yeddi il keçmişdir və həmin illər ərzində ailənin ibtidai formalarının öyrənilməsində böyük müvəffəqiyyətlər əldə edilmişdir. Buna görə də burada ətraflı düzəlişlər və əlavələr etmək lazım gəldi, xüsusən ona görə ki, bu mətnin nəzərdə tutulan stereotip çapı məni yeni dəyişikliklər etmək imkanından bir müddət məhrum edəcəkdir («Die Neue Zeit» jurnalında dərc edilmiş mətndə «xüsusən ona görə ki, sözlərindən sonra bu ibarənin axırı aşağıdakı şəkildə verilmişdir: «yeni nəşr indi alman sosialist ədəbiyyatında adi hal olan, lakin alman kitab nəşriyyatları üçün hələ də son dərəcədə nadir olav böyük tirajla çıxmalıdır». Red.).Beləliklə, mən bütün mətni diqqətlə nəzərdən keçirib bir sıra əlavələr etdim və ümid edirəm ki, həmin əlavələrdə elmin hazırkı vəziyyəti kifayət dərəcədə nəzərə alınmışdır. Sonra mən aşağıda bu müqəddimədə ailənin tarixinə Baxofendən Morqana qədər olan baxışların inkişafının qısa icmalını verirəm; mən bunu başlıca olaraq ona görə edirəm ki, ibtidai tarixə dair şovinist əhvali;ruhiyyəli ingilis məktəbi Morqanın kəşfləri sayəsində Yibtidai tarixə olan baxışlarda yaradılan çevrilişin üzə;rindən sükutla keçməyə yenə əvvəlki kimi var qüvvə ilə ça.lışır, lakin bununla bərabər, Morqanın əldə etdiyi nəticələri heç utanmadan mənimsəyir. Başqa ölkələrdə də orada-burada çox sə'ylə bu ingilis nümunəsinə əməl edirlər. Mənim əsərim müxtəlif xarici dillərə tərcümə edilmişdi. Ən əvvəl italyan dilinə: «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi», Paskuale Martinyetti tərəfindən edilən bu tərcümə müəllif tərəfindən nəzərdən keçirilmişdir, Benevento, 1885. Sonra rumın dilinə: «Ailənin, xü€usi mülkiyyətin və dövlətin mənşəyi», İon Nedejdenin tərcüməsi; Yassıda çıxan «Contemporanul» jurnalında3 1885-ci ilin sentyabrından 1886-cı ilin mayınadək dərc edilmişdir. Sonra–Danimarka dilinə: «Ailənin, xüsusi mülkiyyətin və dövlətin mənşəyi», Kerson Trir tərəfindən hazırlanmış nəşr. Kopenhaken, 1888; hazırkı almanca nəşrindən Anri Rave tərəfindən edilmiş fransızca tərcüməsi çapdadır.
Altmışıncı illərin əvvəllərinədək ailənin tarixi barəsində heç danışıq da ola bilməzdi. Bu sahədə tarix elmi hələ tamamilə Musanın Beşkitabının tə'siri altında idi. Hər hansı başqa bir yerdəkinə nisbətən orada daha ətraflı təsvir edilmiş patriarxal ailə formasını nəinki danışıqsız olaraq ən qədim ailə forması hesab edirdilər, hətta–çoxarvadlılıq istisna edilməklə–müasir burjua ailəsi ilə eyniləşdirirdilər və belə çıxırdı ki, əslində guya ailə ümumiyyətlə heç bir tarixi inkişafdan keçməmişdir; ən çoxu fərz edilirdi ki, ibtidai zamanlarda nizamsız cinsi əlaqədar dövrü ola bilərdi.–Doğrudur, təknigahlılıqdan əlavə bir də Şərq çoxarvadlılığı və Hind-Tibet çoxərliliyi mə'lum idi; lakin bu üç formanı tarixi ardıcıllıqla düzmək mümkün deyildi və bunlar heç bir qarşılıqlı əlaqə olmadan yan-yana dururdu. Hələ də yaşayan bə'zi vəhşilərdə olduğu kimi, qədim dünyanın ayrı-ayrı xalqlarında da mənşə ataya görə deyil, anaya görə götürülürdü, buna görə də qadın xətti yeganə əhəmiyyətli hesab olunurdu; bir çox müasir xalqlarda, o zaman hələ ətraflı tədqiq edilməmiş çox və ya az dərəcədə iri olan müəyyən qruplar daxilində nigah qadağan edilir və bu adətə dünyanın bütün, qitələrində təsadüf olunur,–doğrudur, bu faktlar mə'lum idi və bu cür misallar getdikcə daha çox toplanırdı. Lakinbunlara necə yanaşmaq lazım gəldiyini heç kim bilmir,di və hələ hətta E.B.Teylorun «Bəşəriyyətin ibtidai tarixinin və i.a. tədqiqləri»ndə (1865) bunlar bə'zi vəhşilərdə, yanan ağaca dəmir alətlə toxunmağın qadağan edilməsi və bu kimi başqa dini cəfəngiyatla yanaşı olaraq eadəcə «qəribə adətlər» kimi göstərilir.
Ailə tarixinin öyrənilməsi 1861-ci ildən, Baxofenin «Ana hüququ» əsəri çapdan çıxdığı zamandan başlanır. Bu əsərdə müəllif aşağıdakı müddəaları irəli sürmüşdür: 1) əvvəllər insanlar arasında qeyri-məhdud cinsi əlaqələr olmuşdur və bu əlaqələri müəllif münasib olan «heterizm» sözü ilə qeyd edir; 2) bu cür əlaqələr atanı düzgün müəyyən etmək üçün heç bir imkan vermir, buna görə mənşəyi yalnız qadın xətti ilə–ana hüququna əsasən–müəyyən etmək mümkün idi, əvvəllər bütün qədim xalqlarda məhz belə də olmuşdu; 3) bunun nəticəsində qadınlara bir ana kimi, gənc nəelin yeganə qəti mə'lum valideyni kimi yüksək dərəcədə hörmət və ixlas göstərilirdi, bu da, Baxofenin fikrincə, qadınların tam hökmranlığı (kinekokratiya) dərəcəsinə çatırdı; 4) qadının yalnız bir kişiyə mənsub olduğu təknigahlılığa keçilməsi ən qədim dini tevsiyənin pozulması demək idi (yə'ni qalan kişilərin həmin qadına çoxdankı hüququnun fe'lən pozulması demək idi), bu da günahın yuyulmasını tələb edirdi və ya buna edənc vermək şərti ilə yol. verilirdi, bu edənc isə ondan ibarət idi ki, qadın müəyyən müddət ərzində özünü başqa kişilərin ixtiyarına verməli idi.
Baxofen bu müddəalara sübutu, qədim klassik ədəbiyyatdan müstəsna bir sə'ylə topladığı çoxlu sitatlarda tapır. «Heterizmdən» monoqamiyaya və ana hüququndan ata hüququna doğru inkişaf, onun fikrincə,–xüsusilə yunanlar arasında,–dini təsəvvürlərin daha da inkişaf etməsi nəticəsində, köhnə baxışları təmsil edən ən'ənəvi allahlar qrupuna yeni baxışların nümayəndələri olan yeni allahların daxil edilməsi nəticəsində olmuşdur, belə ki, köhnə allahlar getdikcə daha artıq yeni allahlar tərəfindən sıxışdırılıb arxa sıraya keçirilir. Beləliklə, Baxofenin fikrincə, kişi ilə qadının qarşılıqlı ictimai vəziyyətindəki tarixi dəyişiklikləri insanların gerçək həyat şəraitinin inkişafı deyil, həmin insanların başında bu şəraitin dini in'ikası doğurmuşdur. Buna uyğun olaraq, Baxofen Esxilin «Oresteya»sından, ölüb getməkdə olan ana hüququ ilə qəhrəmanlıq dövründə yaranan və qələbə çalan ata hüququ arasındakı mübarizənin dramatik təsviri kimi bəhs edir. Klitemnestra Troya müharibəsindən qayıtmış əri Aqamemnonu öz oynaşı Egistin xatirinə öldürmüşdü; lakin Klitemnestra ilə Aqamemnonun oğlu Orest atasının öldürülməsinin intiqamını alaraq öz anasını öldürür. Ananı öldürməyi ən ağır, əsla bağışlanmaz cinayət sayan a'na hüququnun iblisanə müdafiəçiləri olan Erinilər bunun üstündə Oresti tə'qib edirlər. Lakin öz orakulu vasitəsi ilə Oresti bu işi görməyə təhrik etmiş olan Apollon və hakim sifəti ilə çağırılan Afina,–burada ata hüququna əsaslanan yeni qaydanı təmsil edən hər iki allah,–Oresti müdafiə edir; Afina hər iki tərəfi dinləyir. Çəkişmənin bütün məzmunu Orest və Erinilər arasındakı mübahisələrdə yığcam ifadə olunmuşdur. Orest buna əsaslanır ki, Klitemnestra öz ərini və eyni zamanda onun atasını öldürməklə ikiqat cinayət etmişdir. Bəs nəyə görə Erinilər daha çox müqəssir olan Klitemnestranı tə'qib etməmişlər, amma Oresti tə'qib edirlər? Bunun cavabı qəribədir:
«Onun öldurdüyu öz əri ilə qan qohumluğu yox idi (Esxil. «Oresteya. Evmenidlər». Red.).
Qan qohumu olmayan bir adamın öldürülməsi, o hətta öldürən qadının əri olsa da, bağışlana bilər, bunun Erinilərə heç bir dəxli yoxdur; onların işi yalnız qan qohumları arasında adam öldürülməsini tə'qib etməkdir və burada ana hüququna görə, ən ağır və qətiyyən bağışlanmaz bir cinayət ananın öldürülməsidir. Lakin budur, Apollon Orestin müdafiəcisi rolunda çıxış edir; Afina məsələni Afina andlılarının, yə'ni areopaqın üzvlərinin yığınçağında səsə qoyur; səslər ona bəraət qazandırılması lehinə və onun məhkum edilməsi lehinə tən yarı bölünür; onda sədr Afina öz səsini Orestin lehinə verir və onun bəraət qazandığını e'lan edir. Ata hüququ ana hüququna qalib gəlir, Erinilərin özləri tərəfindən «kiçik nəsldən olan allahlar» adlandırılanlar Erinilərə qələbə çalır və nəhayət Erinilər də öz üzərlərinə yeni vəzifələr götürməyə razı olub, yeni qaydalara xidmət edirlər.
«Oresteya»nın bu yeni, lakin tamamilə düzgün şərhi Baxofenin bütün kitabında ən gözəl və ən yaxşı yerlərdən biridir, lakin bu eyni zamanda sübut edir ki, vaxtı ilə Esxil Erinilərə, Apollona və Afinaya inandığı kimi, Baxofen də onlara azı eyni dərəcədə inanır; o inanır ki, onlar yunanların qəhrəmanlıq dövründə mö’cüzə yaratmışlar: ana hüququnu yıxaraq onu ata hüququ ilə əvəz etmişlər. Aydındır ki, dinin dünya tarixində həlledici amil əhəmiyyətinə malik olduğunu zənn etməkdən ibarət olan bu cür bir baxış nəticə e'tibarı ilə xalis mistisizmə müncər olur. Buna görə də Baxofenin kitabını–iri formatlı qalın bir cildi–diqqətlə oxumaq çətin və həm də çox zaman, səmərəsiz bir işdir. Lakin bütün bunlar yeni yol açmış tədqiqatçı olmaq e'tibarı ilə onun xidmətlərini azaltmır; o, nizamsız cinsi əlaqələri olan namə'lum ibtidai vəziyyət haqqındakı ibarələri bir kənara atıb birinci olaraq sübut etmişdir ki, qədim klassik ədəbiyyatda belə bir faktı təsdiq edən çoxlu dəlillər vardır: yunanlar və Asiya xalqları arasında təknigahlılığa qədər həqiqətən elə bir vəziyyət olmuşdur ki, heç də adəti pozmadan nəinki kişi bir neçə qadınla, həmçinin qadın da bir neçə kişi ilə cinsi əlaqəyə girirdi; o sübut etmişdir ki, bu adət yox olduqda özündən sonra belə bir iz qoymuşdur: qadın təknigahlılıq hüququ əldə etmək üçün edənc verməli idi, yə'ni müəyyən çərçivə daxiliıdə özünü başqa kişilərin ixtiyarına verməli idi; buna görə də əvvəllər mənşə yalnız qadın xətti ilə–anadan anaya hesab oluna bilərdi; qadın xəttinin bu müstəsna əhəmiyyəti atalığın mö'təbərləşdiyi və ya hər halda e'tiraf edilməyə başlandığı təknigahlılıq dövründə də hələ uzun müddət qalırdı; nəhayət, öz uşaqlarının yeganə mö'təbər valideyni olmaq e'tibarı ilə anaların bu ilk vəziyyəti onların, eyni zamanda da ümumiyyətlə qadınların o zamandan e'tibarən daha heç vaxt tutmadıqları yüksək bir ictimai mövqe tutmasını tə'min edirdi. Doğrudur, Baxofen bu müddəaları belə aydın ifadə etməmişdir,–buna onun mistik dünyabaxışı mane olmuşdur. Lakin o bunları sübut etmişdir və 1861-ci ildə bu tam bir inqilab demək idi.
Baxofenin qalın cildi almanca, yə'ni o zaman müasir ailənin tarixdən əvvəlki dövrü ilə ən az maraqlanan bir millətin dilində yazılmışdı. Buna görə də həmin kitab namə'lum qalmışdı. Həmin sahədə Baxofenin 1865-ci ildə meydana çıxan ən yaxşı xələfi onun heç adını da eşitməmişdi.
Onun bu xələfi öz sələfinin tam əksi olan C.F.Mak-Lennan idi. Dahi mistikin yerinə burada qarşımızda quru bir hüquqçu durur; coşğun şairanə fantaziyanın yerinə–məhkəmədə çıxış edən vəkilin diqqətlə ölçülüb-biçilmiş mülahizələri durur. Mak-Lennan qədim və yeni dövrün bir çox vəhşi, barbar və hətta sivilizasiyalı xalqlarında elə bir nigah forması tapır ki, bu zaman adaxlı təklikdə və ya öz dostları ilə birlikdə, gəlini sanki zorla onun qohumlarının evindən qaçırmalı idi. Bu adət, görünür, daha əvvəllər mövcud olan belə bir adətin qalığıdır ki, bir tayfanın kişiləri özləri üçün arvadı doğrudan da kənardan, başqa tayfalardan zorla götürüb qaçırırdılar. Bəs bu «qaçırma-nigah» necə meydana gəlmişdi? Nə qədər ki, kişilər öz tayfaları içərisində kifayət qədər arvad tapa bilirdilər, belə bir nigah üçün heç bir əsas yox idi. Lakin biz eyni dərəcədə tez-tez görürük ki, inkişaf etməmiş xalqlar arasında müəyyən qruplar (1865-ci ildə bunları hələ çox zaman tayfaların özləri ilə eyniləşdirirdilər) daxilində nigah qadağan edilmişdi, buna görə də kişilər özləri üçün arvadları, qadınlar isə özləri üçün ərləri həmin qrupdan kənarda tapmağa məcbur idilər; halbuki başqalarında olan adət tələb edir ki, müəyyən qrupa mənsub olan kişilər yalnız özlərinin qrunu daxilində özlərinə arvad alsınlar. Mak-Lennan birinci qrupları ekzoqam, ikinçiləri endoqam qruplar adlandırır və buradaca, heç bir şeyə baxmadan ekzoqam və endoqam «tayfalar» arasında kəskin bir əkslik quraşdırır. Ekzoqamiya haqqında onun öz tədqiqatı hərçənd onu belə bir çıxılmaz fakt qarşısında qoyur, bir çox hallarda, bəlkə də əksər və ya hətta bütün hallarda bu əkslik yalnız onun xəyalında mövcuddur; buna baxmayaraq, o bunu yenə də bütün öz nəzəriyyəsi üçün əsas götürür. Buna əsasən ekzoqam tayfalar özləri üçün yalnız başqa tayfalardan arvad ala bilərlər, bu isə vəhşilik dövrünə xas olan şəraitdə–tayfalar arasında arasıkəsilməz müharibə vəziyyəti olduğu bir şəraitdə–yalnız qaçırtmaq yolu iləmümkün idi.
Sonra Mak-Lennan soruşur: bu ekzoqamiya adəti haradan əmələ gəlmişdir? Qan qohumluğu və yaxın qohumlar arasın, da cinsi əlaqə təsəvvürlərinin buraya heç bir dəxli yoxdur: bunlar yalnız çox sonralar inkişaf edən hadisələrdir. Qız uşaqlarını anadan olandan sonra dərhal öldürmək kimi vəhşilər arasında geniş yayılmış adət isə başqa məsələdir. Bunun sayəsində hər bir ayrıca tayfa içərisində kişi artıqlığı əmələ gəlir, bunun da ən yaxın labüd nəticəsi bir neçə kişinin birlikdə bir arvada sahib olmasından–çoxərlilikdən ibarət olur. Buradan da, onun fikrincə, belə bir nəticə çıxır ki, uşağın anasının kim olması mə*lum idi, lakin atasının kim olması mə'lum deyildi və buna görə də qohumluq kişi xətti ilə deyil, yalnız qadın xətti ilə hesab olunurdu. Bu, ana hüququ idi. Tayfa daxilində qadın çatışmamasının,–çoxərlilik vasitəsi ilə yumşaldılan, lakin aradan qaldırılmayan bu çatışmazlığın ikinci nəticəsi isə, məhz özgə tayfalardan qadınların: müntəzəm surətdə zorla qaçırılması idi.
«Ekzoqamiya və çoxərlilik eyni bir səbəb üzundən,–hər iki cinsin sayca bərabər olmamasından,–irəli gəldiyinə görə, biz e'tiraf etməliyik ki, bütün ekzoqam irqlərdə ibtidada çoxərlilik mövcud olmuşdur... Buna görə də biz bunu şübhəsiz hesab etməliyik ki, ekzoqam irqlər arasında birinci qohumluq sistemi yalnız ana tərəfdən qan qohumluğu olan sistem idi» (Mak-Lennan, «Qədim tarix oçerkləri», 1886. «İbtidai nigah», səh. 124).
Mak-Lennanın xidməti bundadır ki, o, ekzoqamiya adlandırdığı halın hər yerdə yayıldığını və böyük əhəmiyyəti olduğunu göstərmişdir. O heç də ekzoqam qrupların mövcud olması faktını kəşf etməmiş və hər halda bunu başa duşməmişdir. Bir çox müşahidəçilərin daha əvvəllərə aid olan ayrı-ayrı qeydləri hələ bir yana qalsın,–məhz bunlar Mak-Lennan üçün mə'xəz olmuşdur,–Leytam («Təsviri etnologiya», 1859) hind maqarları4 arasındakı bu qaydanı dürüst və doğru təsvir etmiş və belə bir rə'y söyləmişdir ki, bu qayda hər yerə yayılmışdır və ona dünyanın bütün qitələrində təsadüf olunur,–bu parçanı Mak-Lennan özü sitat gətirir. Bizim Morqan da hələ 1847-ci ildəİrokezlər haqqındakı öz məktublarında («American Review»də dərc edilmişdir) və 1851-ci ildə «İrokezlər cəmiyyəti» adlı əsərində bu tayfalar qrunu içərisində belə bir qaydanın mövcud olduğunu sübut etmiş və onun düzgün təsvirini vermişdir, halbuki görəcəyimiz kimi, Mak-Lennanın vəkil ağlı buraya Baxofenin mistik fantaziyasının ana hüququ sahəsinə gətirdiyindən xeyli çox dolaşıqlıq gətirmişdir. Mak-Lennanın daha sonrakı xidməti bundan ibarətdir ki, o, ana hüququ ilə mənşə qaydasını ilk qayda hesab etmişdir, hərçənd bu cəhətdən, özünün də sonralar e'tiraf etdiyi kimi, Baxofen onu qabaqlamışdır. Lakin burada da o aydın olmayan fikirlər söyləyir; o, daim «yalnız qadın xətti ilə qohumluqdan» (kinship through females only) danışaraq, daha əvvəlki pillə üçün düzgün olan bu ifadənn sonrakı inkişaf pillələri barəsində də daim işlədir; bu zaman isə mənşə və vərəsəlik hüququ, doğrudur, Hələ yalnız qadın xətti ilə hesab olunur, lakin qohumluq kişi tərəfdən də hesab olunur və müəyyən edilir. Bu–birhüquqçu məhdudluğudur, o özü üçün möhkəm hüquq termini yaradıb, bunu daha tətbiq edilə bilməyəcəyi şərait barəsində də dəyişilməyən şəkildə işlətməkdə davam edir.
Lakin Mak-Lennanın nəzəriyyəsi nə qədər sanballı olsa da öz müəllifinə də, ehtimal ki, kifayət qədər möhkəm əsaslandırılmış kimi görünmürdü. Hər halda o özü diqqət yetirib
«belə bir maraqlı faktı» qeyd edir ki, «qadınların» (yalandan) «qaçırılmasının ən aydın ifadə olunan forması məhz kişi qohumluğunun» (yə'ni kişi xətti ilə mənşəyin) «hökm sürdüyü xalqlar arasında yayılmışdır» (səh. 146).
Daha sonra deyir:
«Qəribədir ki, ekzoqamiya ilə ən qədim qohumluq formasının yan-yana mövcud olduğu yerdə uşaq öldürmə, bizə mə'lum olduğuna görə, heç vaxt müntəzəm surətdə həyata keçirilmir» (səh. 146).
Bu faktların hər ikisi onun izahat üsuluna açıqca ziddir və o, bunlara qarşı yalnız yeni, daha dolaşıq hipotezlər qoya bilir.
Bununla belə, onun nəzəriyyəsi İngiltərədə qızğın bəyənilmiş və böyük rəğbətlə qarşılanmışdı; burada hamı Mak-Lennanı ailə tarixinin banisi və bu sahədə birinci avtoritet hesab edirdi. Ayrı-ayrı istisnalar və fərqlər olması müəyyən edildiyinə baxmayaraq, onun ekzoqam «tayfaları» endoqam «tayfalara» qarşı qoyması hər halda hakim baxışların hamı tərəfindən qəbul edilən bir əsası olaraq qalırdı və tədqiq edilən sahənin hər hansı bir qərəzsiz şəkildə nəzərdən keçirilməsinə, beləliklə də, irəliyə doğru hər hansı bir qəti addım atılmasına imkan verməyən bir maneəyə çevrilmişdi. Mak-Lennanın xidmətlərinin İngiltərədə və İngiltərənin timsalı əsasında başqa ölkələrdə də geniş ölçüdə həddən artıq qiymətləndirilməsinin əksinə olaraq, qeyd etmək lazımdır ki, Mak-Lennan xalis bir anlaşılmazlıq olaraq ekzoqam və endoqam «tayfaları» bir-birinə qarşı qoymaqla, öz tədqiqatı ilə faydadan çox zərər vermişdir.
Lakin tezliklə onun nəzəriyyəsinin zərif çərçivəsinə sığmayan faktlar getdikcə daha çox aşkar olmaqa başladı. Mak-Lennana ancaq üç nigah forması mə'lum idi: çoxarvadlılıq, çoxərlilik və təknigahlılıq. Lakin artıq bu məsələyə diqqət verildiyinə görə, getdikcə daha çox subut tapmağa başladılar ki, inkişaf etməmiş xalqlarda belə nigah formaları da olmuşdur: birlikdə bir neçə kişi bir neçə qadına sahib olurdu; həm də Lebbok («Sivilizasiyanın mənşəyi», 1870) bu qrup nigahını (Communal marriage) tarixi fakt hesab etmişdir.
Bundan sonra, 1871-ci ildə yeni və bir çox cəhətdən həlledici material ilə Morqan çıxış etdi. O yəqin etdi ki, İrokezlərdə olan. spesifik qohumluq sistemi Birləşmiş Ştatların bütün yerli sakinlərinə məxsus olmuş bə, deməli, bütöv bir kontinentdə yayılmışdı, hərçənd bu sistem orada qəbul edilən nigah sisteməndən fe'lən irəli gələn qohumluq dərəcələrinə açıqca ziddir. O, Amerikanın federal hökumətini özünün tərtib etdiyi suallar və cədvəllər əsasında başqa xalqlar içərisindəki qohumluq sistemləri haqqında mə'lumat toplamağa razı salmış və alınan cavablardan görünmüşdü ki: 1) Amerika hindiləri arasında: qəbul olunan qohumluq sistemi Asiyada da bir çox tayfalar içərisində vardır, bir qədər dəyişilmiş formada isə Afrikada və Avstraliyada da vardır; 2) bu sistem havay adalarında və başqa Avstraliya adalarında məhz məhv olub getmək mərhələsində olan qrup nigahı formasında tamamilə izah olunur və 3) lakin yenə həmin adalarda bu nigah forması ilə yanaşı elə qohumluq sistemi vardır ki, bunu qrup nigahının yalnız daha qədim, indi ölüb getmiş olav forması ilə izah etmək olar. O, topladığı mə'lumatı buradan çıxardığı nəticələrlə birlikdə özünün «Qohumluq və qudalıq sistemləri», 1871, əsərində çap etmiş və beləliklə də mübahisəni müqayisə edilməyəcək dərəcədə daha geniş sahəyə keçirmişdir. O, qohumluq sistemlərini əsas tutub, bunlara müvafiq ailə formalarını bərpa etmiş vəbeləliklə, yeni bir tədqiqat yolu kəşf etmiş və bəşəriyyətin tarixdən əvvəlki dövrunə daha dərindən nəzər salmaq imkanı yaratmışdır. Bu metod qalib gəlsəydi, Mak-Lennanın zərif mülahizələri alt-üst olardı.
Mak-Lennan «İbtidai nigah» («Qədim tarix oçerkləri», 1876) əsərinin yeni nəşrində öz nəzəriyyəsini müdafiə etməyə qalxışdı. Ailə tarixini o özü son dərəcə sün'i surətdə, yalnız hipotezlərə əsaslanmaqla quraşdırdığı halda, Lebbok və Morqandan onların hər bir müddəası üçün nəinki sübutlar, həm də təkzibedilməz sübutlar tələb edir, elə sübutlar tələb edir ki, yalnız Şotlandiya məhkəməsində belələrinə yol verilir. Həm də bunu elə bir adam tələb edir ki, germanlarda dayı ilə bacıoğlu arasındakı sıx əlaqədən (Tatsit, «Almaniya», 20-ci fəsil), brittlər arasında hər on və ya on iki kişinin ümumi arvadları olması haqqında Sezarın söylədiklərindən və barbarlar arasında arvad ümumiliyi haqqında qədim müəlliflərin bütün başqa söylədiklərindən heç tərəddüd etmədən belə bir nəticə çıxarır: bütün bu xalqlarda çoxərlilik hökm sürmüşdür! Elə bil, ittiham irəli sürərkən özünə hər cür sərbəstliyi caiz görən, müdafiəçidən isə hər sözü üçün hüquqi qüvvəyə malik ən ciddi sübut tələb edən bir prokuroru dinləyirsən.
O iddia edir ki, qrup nigahı xalis uydurmadır, bununla da Baxofendən xeyli geridə qalır. Onun rə'yinçə, Morqandakı qohumluq sistemi sadə ictimai nəzakət qaydalarıdır, bu da belə bir faktla sübut olunur ki, hindilər yadlara–ağlara da–qardaş və ya ata deyə müraciət edirlər. Bu tamamilə ona bənzər ki, belə demək fikrinə düşəsən: ata, ana, qardaş, bacı sözləri heç bir mə'nası olmayan sadəcə bir müraciət formalarıdır, çünki katolik ruhanilərinə və qadın monastırı başçılarına da ata və ana deyirlər, rahiblər və rahibələr, hətta masonlar və ingilis sex ittifaqlarının üzvləri də təntənəli iclaslarda bir-birinə qardaş və bacı deyə müraciət edirlər. Bir sözlə, Mak-Lennanın müdafiəsi son dərəcə zəif idi.
Lakin daha bir məsələ qalırdı ki, bunda o, yenilməz idi. Ekzoqam və endoqam «tayfalar» arasındakı əkslik–onun bütün sistemi bu əksliyə əsaslanırdı–nəinki sarsıdılmamışdı, hətta bütün ailə tarixinin təməl daşı olaraq hər yerdə qəbul edilmişdi. Zənn edirdilər ki, Mak-Lennanın bu əksliyə vermək istədiyi izahat kifayət qədər inandırıcı deyildir və onun özü tərəfindən gətirilən faktlara ziddir. Lakin bu əkslik özü, bir-birini rədd edən iki müstəqil və əlahiddə tayfa növünün mövcud olması, bunlardan bir tayfa növündə arvadların tayfa daxilində əldə edilməsi, digər növ tayfalarda isə bunun tamamilə qadağan olunması təkzib olunmaz bir ehkam hesab edilirdi. Məsələn, müqayisə et: Jiro-Tölon, «Ailənin mənşəyi» (1874) və hətta Lebbok, «Sivilizasiyanın mənşəyi» (4-cü nəşri, 1882).
Bu kitabda əsas götürülmüş əsər–Morqanın «Qədim cəmiyyət» adlı başlıca əsəri (1877) həmin məsələyə qarşı yönəldilmişdir. 1871-ci ildə Morqanın ancaq tutqun şəkildə sözdiyi şeylər burada tam aydınlığı ilə inkişaf etdirilmişdir. Endoqamiya ilə ekzoqamiya heç də bir-birinə əks deyildir; ekzoqam «tayfaların» mövcud olması indiyədək heç yerdə sübut edilməmişdir. Lakin hələ qrup nigahının hökm sürdüyü dövrdə,–bu isə bütün ehtimallara görə, bir zamanlar hər yerdə hökm sürmüşdür,–tayfa ana xətti ilə bir-birinə qan qohumu olan bir sıra elə qruplara, qəbilələrə bölünürdü ki, bunların daxilində nigah ciddi qadağan olunmuşdu, belə ki, bir qəbilənin kişiləri, doğrudur, tayfa daxilində özlərinə arvad ala bilərdilər və bir qayda olaraq, belə də edirdilər, amma bu arvadları öz qəbilələri xaricindən almalı idilər. Beləliklə, qəbilə tam ekzoqam olduğu halda, qəbilələr məcmusunu əhatə edən tayfa eyni dərəcədə ciddi endoqam idi. Bununla da Mak-Lennanın sün'i uydurmalarının son qalığı tamamilə rədd edilmiş oldu.
Lakin Morqan bununla kifayətlənmədi. Amerika hindiləri qəbiləsi ona, daha sonra, tədqiq etdiyi sahədə irəliyə doğru ikinci bir qəti addım atmaq imkanı verdi. Ana hüququ əsasında təşkil olunmuş bu qəbilədə o, ata hüququna müvafiq olaraq təşkil olunmuş daha sonrakı qəbilənin–antik dövrün mədəni xalqlarında rast gəldiyimiz qəbilənin əmələ gəldiyi ilk formanı kəşf etdi. O vaxta qədər bütün tarixçilər üçün bir sirr olan yunan və Roma qəbiləsi hindi qəbiləsi vasitəsi ilə izah edildi və beləlklə də bütün ibtidai tarix üçün yeni bir əsas tapılmış oldu.
Darvinin inkişaf nəzəriyyəsinin biologiya üçün və Marksın izafi dəyər nəzəriyyəsinin siyasi iqtisad üçün nə kimi əhəmiyyəti varsa, ana hüququna əsaslanan ibtidai qəbilənin mədəni xalqlarda ata hüququna əsaslanan qəbilədən əvvəl gələn bir mərhələ olması haqqındakı bu yeni kəşfin,də ibtidai tarix üçün eyni əhəmiyyəti vardır. Bu kəşf Morqana ailə tarixini ilk dəfə ümumi şəkildə təsvir etmək imkanı verdi və burada, indiyədək mə'lum olan materialın imkan verdiyi dərəcədə, hər halda inkişafın klassik pillələri ümumi ilkin şəkildə müəyyən edildi. Hər kəsə aydındır ki, beləliklə də ibtidai tarixin araşdırılmasında yeni bir dövr başlanır. Ana hüququna əsaslanan qəbilə bütün bu elm üçün bir mehvər oldu; o kəşf edildiyi vaxtdan e'tibarən mə'lum oldu ki, hansı istiqamətdə və nəyi öyrənmək, əldə edilən nəticələri necə qruplaşdırmaq lazımdır. Buna uyğun olaraq, Morqanın kitabının meydana gəldiyindən əvvəlki vaxtdakına nisbətən indi həmin sahədə xeyli daha sür'ətlə müvəffəqiyyətlər əldə edilir.
Morqanın kəşfləri indi İngiltərədə də bütün ibtidai cəmiyyət tarixçiləri tərəfindən qəbul olunmuş və ya, daha doğrusu, mənimsənilmişdir. Lakin onların demək olar heç birində biz baxışlardakı bu inqilab üçün məhz Morqana borclu olduğumuzun açıq e'tirafını görmərik. İngiltərədə onun kitabı haqqında mümkün olduqca tamamilə susurlar, onun özündən isə yalnız əvvəlki əsərlərini iltifatla tə'rifləmək yolu ilə yaxalarını qurtarırlar; onun şərhinin ayrı-ayrı təfərrüatını sə'ylə qurdalayırlar, onun həqiqətən böyük olan kəşfləri barəsində isə inadla susurlar. «Qədim cəmiyyət»in birinci nəşri satılıb qurtarmışdır; Amerikada belə şeylərin kifayət qədər alıcısı olmur; İngiltərədə bu kitaba, görünür, müntəzəm surətdə e'tinasızlıq göstərmişlər və tam bir dövr yaratmış olan bu əsərin hələ satışda olan yeganə nəşri almanca tərcüməsidir.
Bu soyuq münasibətə səbəb nədir? Axı bu soyuqluğu əsər haqqında susmaq kimi bir qəsd hesab etməmək çətindir, xüsusilə ona görə ki, ibtidai tarix sahəsində tanınmış alimlərimizin əsərlərində sadəcə nəzakət xatirinə çoxlu sitat gətirilir və öz həmkarlarına hörmət əlaməti olan bolluca başqa sübutlar vardır. Səbəb o deyildirmi ki, Morqan amerikalıdır və ibtidai cəmiyyətin ingilis tarixçilərinə heç də xoş gəlmir ki, onlar material toplamaqda hər cur tə'rifə layiq böyük bir sə'y göstərmiş olsalar da, həmin materialı sistemə salıb qruplaşdırmaq üçün başlanğış nöqtəsi olaraq lazım olan ümumi müddəalara, qısaca desək, onlar üçün zəruri olan ideyalara gəldikdə, iki dahi əcnəbiyə–Baxofenə və Morqana müraciət etməyə məcburdurlar? Almana hələ bir təhər dözmək olardı, amma amerikalıya! Amerikalıya münasibətdə, hər bir ingilis bir vətənpərvər blur, Birləşmiş Ştatlarda da mən bunun qəribə nümunələrini görmüşəm5. Bundan əlavə isə, Mak-Lennan ingilis ibtidai tarix məktəbinin, necə deyərlər, rəsmən tanınmış banisi və başçısı idi; bu sahədə onun, uşaq öldürməkdən başlamış çoxərlilik və qaçırmanigahdan keçib ana hüququna əsaslanan ailəyə qədər sün'i tarixi quraşdırması haqqında ancaq çox böyük bir ehtiramla danışmaq bir növ yaxşı əda olmuşdu; bir-birini qəti rədd edən ekzoqam və endoqam «tayfaların» varlığına ən azacıq şübhə etkəm bir bid'ət sayılırdı; beləliklə, müqəddəs hesab olunan bütün bu ehkamları bir tüstü kimi havaya dağıtmış olan Morqan bir növ küfr etmişdi. Həm də həmin ehkamları dağıdarkən onun gətirdiyi dəlilləri ancaq söyləmək kifayət idi ki, bunlar dərhal hamı üçün aşkar olsun; belə ki, ekzoqamiya ilə endoqamiya arasındakı ziddiyyətlər içərisindən çıxmaqda indiyədək aciz qalan Mak-Lennan pərəstişkarları az qala alınlarına vurub deməli olmuşdular: biz nə qərər axmaq olmalı idik ki, bunu özümüz çoxdan görməyək!
Hətta bu cinayətlər də rəsmi məktəbin Morqandan soyuqluqla üz döndərməsi üçün kifayət olmasaydı, Morqan səbir kasasını bununla doldurmuşdu ki, nəinki sivilizasiyanı–müasir cəmiyyətimizin. Əsas forması olan əmtəə istehsalı cəmiyyətini–tənqid etmiş, Furyeni xatırlamağa məcbur edən bir şəkildə tənqid etmiş, hətta bu cəmiyyətin gələcəkdə dəyişdiriləcəyindən bəhs edərkən elə ifadələr işlətmişdir ki, bunları Karl Marks deyə bilərdi. Buna görə də Morqan öz layiqli cavabını aldı: Mak-Lennan ona hiddətlə irad tutdu ki, o, «tarixi metodu əsla bəyənmir», Cenevrə professoru c-b Jiro-Tölon isə bunu 1884-cü ildə də təsdiq etdi. Halbuki həmin c-b Jiro-Tölon hələ 1874-cü ildə («Ailənin mənşəyi») Mak-Lennanın ekzoqamiya dolaşıqlığı içərisində acizliklə batıb qalmışdı və onu buradan yalnız Morqan çıxarmışdı!
İbtidai tarixin Morqan sayəsində qazandığı başqa müvəffəqiyyətləri burada nəzərdən keçirməyə ehtiyac yoxdur; bu barədə lazım gələn hər bir mə'lumatı mənim əsərimin müvafiq yerlərində tapmaq olar. Morqanın başlıca əsərinin meydana çıxdığı vaxtdan bəri keçən on dörd il ərzində ibtidai insan cəmiyyətlərinin tarixi barəsində materialımız xeyli zənginləşmişdir; antropoloqlara, səyyahlara və peşəkar ibtidai cqmiyyət tarixçilərinə müqayisəli hüquqla məşğul olan hüquqçular da əlavə olunmuş və bunlar qismən yeni material vermiş, qismən də yepi nöqteyi-nəzərlər irəli sürmüşlər. Bunun nəticəsində Morqanın bə'zi ayrı-ayrı hipotözləri sarsıdılmış və ya hətta təkzib edilmişdir. Lakin yeni toplanmış material onun mühüm müddəalarını heç bir yerdə hər hansı başqa müddəalarla əvəz etmək zərurətinə gətirib çıxarmamışdır. İbtidai tarixə onun gətirdiyi sistem əsas cəhətləri e'tibarı ilə indiyədək qüvvədə qalır. Hətta demək olar ki, bu sistem getdikcə daha artıq dərəcədə hamılıqla qəbul olunur, həm də məhz Morqanın bu böyük tərəqqinin banisi olduğunu gizlətməyə nə qədər çalışırlarsa, həmin sistem bir o qədər qəbul olunur (1888-ci ilin sentyabrında mən Nyu-Yorkdan qayıdarkən konqresin Roçester seçki dairəsindən olan və Lüis Morqanı tanıyan keçmiş deputatına rast gəldim. Təəssüf ki, o mənə Morqan haqqında az şey danışa bildi. Morqan Roçesterdə xüsusi bir şəxs sifəti ilə yaşayaraq, yalnız öz elmi işi ilə məşğul olurmuş. Onun qardaşı polkovnik olub, Vaşinqtonda, hərbi nazirlikdə işləyirmiş; qardaşının köməyi sayəsində o öz tədqiqatı ilə hökuməti maraqlandıra bilmiş və bir neçə əsərini dövlət hesabına nəşr etdirə bilmişdir; mənim müsahibimin dediyinə görə, konqresin deputatı olduğu zaman o da dəfələrlə buna çalışmışdır.).


London, 16 iyun 1891-ci il
Fridrix Engels
«Die Neue Zeit» jurnalında, Bd. 2. №41. 1890–1891 və bu kitabda çap edilmişdir: Friedrich Engels. «Der Ursprung der Familie, des Privateigenthums und des Staats» Stuttgart 1891.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)