Gaspar Noe ilə Love filmi haqqında müsahibə - " Mən ego meşəsində doğulmuşam"
Söhbət
“Mən eqo meşəliyində doğulmuşam” - Gaspar Noe bu sözləri Toronto Film Festivalında Toronto səmasına baxarkən dedi. Öz ölkəsi ilə Noe zarafat edərək – “Bilirsiniz bir argentinalı necə sui-qəsd edə bilər? Eqosunun yüksəkliyindən özünü ataraq” (gülür). Biz onun axrıncı filmi olan “Love” haqqında danışarkən o belə deyirdi. Müsahibəyə filmdə baş rolda gedən Karl Glusmanla bir yerdə gəlmişdilər.
- Gaspar, sevgi sizin üçün nə ifadə edir?
- Gaspar Noe: Cavabı filmdə var. Sevgi bir işıqdır, aydınlanmadır. Sərt bir içki kimidir. Əvvəlcə ona öyrəşərək başlayırsan. Sevmək hissinə beləcə bağlılıq yaranır. Bu bir növ beynindəki kimyəvi maddələrin açılmasına oxşayır: serotonin, endorfinin, dopaminin. Onlar sizin beyninizdə işləyir və bir başqa insanın iyinə, enerjisinə aludəçilik yaratmağa başlayır. Sevmək ideyası tərəfindən daşa dönürsən. Və vaxt gəlib münasibət bitəndə isə sən dəhşətverici bir ağrı içində olursan, iynəsi qalmayan heroin aludəçisi kimi. Şəhvət dolu olan qucaqlamaq, öpüşmək, sevişmək kimi hisslər artıq beynində həkk olunub, qaça bilmirsən.
- Yaxşı bəs nifrət sözü sizə nə ifadə edir?
- Gaspar Noe: Bu bayaq dediyim şeylə eyni olmasa da əksi də deyil. Əgər nəyəsə nifrət edirsinizə demək ki, həmin o şeyə qarşısınız, bir növ qoruyucu mexanizm kimi. Elə hiss edirsiniz ki, bilinməz bir səbəbə görə dünya sizin əleyhinizədir. Amma siz sevən zaman dünyaya və ətrafdakılara qarşı gedirsiniz və bu sizin ehtirasınız olmağa başlayır. Qəribədir, çünki sevgi sözü özündə müxtəlif mənaları daşıyır. Marağınız olmayan birini də sevə bilərsiniz. Atanızı, ananızı, qardaş və bacınızı, oğlunuzu. İndiki sevgilinizi, hətta keçmiş sevgilinizi belə sevə bilərsiniz (onlara qarşı sevgi duymağı nəzərdə tuturam). Bir insan kimi birini də sevə bilərsiniz. Amma işin əsli, iki insanın kombinasiyasıdır. Bax bu möhtəşəm sevgidir.
- Filmə baxarkən, Electra və Murphynin bir birilərinə qarşı şəhvət dolu sevgisini görürük, amma bu bəzən nifrətə də çevrilir. Məsələn, bir səhnə var ki, Murphy Electraya qışqıraraq deyir : You f*cking c*nt (S*kilmiş qancıq)
- Gaspar Noe: Bu insanların real həyatda sevdiyi zaman dedikləri sözlərdi hansı ki, sevgi nifrətə də çevrilə bilir. Sevən zaman siz qorumaq və qorunulmaq istəyirsiniz. Arzunun hədəfi olmaq hissini itirmək istəmirsiniz. Ehtiras dolu olanda isə paranoyaka çevrilirsiniz. Qısqanclıq həyəcanverici olsa da, digər tərəfdən də dağıdıcıdır. Bu film indiki dövrdə cütlüklərin ayrılmasına səbəb olan mövzulara diqqət çəkmir: emaillər, telefon mesajlarının başqası tərəfindən yoxlanılması. Əgər sən nədənsə şübhələnirsənsə o şübhəyə pozitiv bir cavab tapacaqsan. Amma “sənin üçün darıxdım” mesajı tapanda isə sanki beynində səni yeyən canavarı azadlığa buraxırsan.
- Karl, o cür şəhvət dolu və həddindən artıq açıq göstərilən sevişmək səhnələri necə idi?
- Karl Glusman: Əgər çox emosional birisinizsə qalan şeyləri tullayırsınız bir qırağa. Biz ssenaridə olmayan dialoqlarla filmə davam edirdik. Gaspar bizi təəccübləndirməyi sevir. Bu gün çəkəcəyimiz səhnə haqqında çox da danışmırdıq. O sadəcə işıqlara baxırdı, filmdə nə baş verəcək onları deyirdi elə bu özü də bizi narahatlıq və həyəcana salırdı. Birinin üzərinə qışqırmaq, bağırmaq xoş bir şey deyil amma biz setdə eliyirdik, düzü real həyatda indi çox yaxınıq. Axırda özümü bir-birimizi qucaqlayıb üzr istəyəndə görürdüm.
- Gaspar Noe: Mənə görə ən dəhşətlisi Karlın Omiyə kabində dediyi idi. O, soruşur ki “Sənə ən mənalı olan nə deyə bilərəm?” o da “Mən öz uşağıma qarşı çox pis ana olacam” deyə cavab verir. Ancaq çəkiliş zamanı bilmirəm Omi onu dedi ya yox biz həmin səhnəni çəkərkən Karl onun üzərinə qışqırdı.
- Karl Glusman: O mənə “sən axmaqsan, axmaq” dedi. Kamera 45 dəqiqəliyinə sadəcə fırlanırdı. Bu çox yorucu səhnə idi.
- Gaspar Noe: 3D kameraları ilə işləyəndə onu saxlayan zaman, texniki işçi gəlib onu düzəldir. Bu ara da filmdə olan hissi öldürür. Mən də heç bir şeyi kəsmədim araları da götürmədik. Bu həmin enerjini, əhval-ruhiyyəni itirməməklə bağlı idi.
- Karl, sizin filmdə cinsəl olaraq etmək istəmədiyniz şeylər oldu heç?
- Karl Glusman: Heç kimi incitmək istəmirəm, şəxsi istəyimdi bu, istəmirəm kiminsə cinsəl həyatının orientasıyasına fərq qoyam. Hər gün Gaspar setə gələrək bu gün Yeni ildir deyə qışqırırdı.
- Gaspar Noe: Kinoda, cütlüyün münasibəti öz yolunda deyil. Onlar fikirləşirlər ki, nəsə münasibətə əyləncə qatmaq hər şeyi yoluna qoyacaq, düzəldəcək. Trans fikri gəlir ağlına. Ssenaridə orda heç bir şey olmayacağı yazılsa da - Murphy onun çılpaq bədənin görən zaman bağırır və onunla sevişmir.
- Karl Glusman: Onun (transın) əminlik hissi mənim gözümü qorxutdu.
- Gaspar Noe: Mən də qərara gəldim ki, transla olan səhnəni bir sirr kimi saxlayım, hadisələr birdən baş versin, improvizə kimi.
- Karl Glusman: Əminliklə deyə bilərəm ki, nəsə baş versəydi Gaspar kəsməyəcəkdi. O məni canavarların içinə tullamışdı.
- Gaspar Noe: Mən də bir şeydən əminəm ki, sənin anan nə düşünəcək deyə ondan qorxurdun. Onun anası filmə baxmağa gələcək. Sən aktyorsan. Fikirləşirsən ki, ailəni filmə baxmağa çağırasan və sevncini paylaşasan. Biz çəkilişə başlayanda Karl dedi ki : “Anamı bu filmə baxmağa gətirim?”
- Karl, ailənin sənin bu kinodakı roluna qarşı münasibəti necə oldu?
- Karl Glusman: Mənim anam sevinc gözyaşları tökdü. Çünki mən Kann Film Festivalında və Tornoto Film festivalında olacaqdım. O mənimlə qürur duydu. Anamdan əvvəl bacıma da dedim ki, bu filmdə çoxlu seks səhnələri var və sizə qəribə gələ bilər. Açığı istəmirdim baxsınlar.
- Gaspar Noe: İndi artıq hamı bilir ki sən kinoya çəkilirsənsə ordakı hər şey oyundan ibarətdir, gerçək olan şeylər deyil, imitasiyadır sadəcə.
- Karl Glusman: Hər şey bir kənara amma anam sevinir ki, mən işləyirəm (gülür)
- Karl, bu sizin ilk filminizdir?
- Karl Glusman: Viziona girən ilk filmimdi, bəli. Bu filmdən əvvəl birində çəkilmişdim adı da “Stonewall”dı. Rejissoru Roland Emmerich. Amma Gaspar Rolanddan tez tərpəndi, onun filmi buraxıldı.
- B film üçün aktyorları necə seçdiniz?
- Gaspar Noe: Aomi ilə 2 ildən artıq idi ki, tanış olmuşduq. Mən onu partidə görmüşdüm, qısa bir söhbət oldu aramızda. Ortaq tanışımız vasitəsilə onunla əlaqə saxladım. Skypeda danışmağı kəsdik sonra o Parisə gəldi. Yemək yedik sonra danışmağa davam etdik. Başlanğıcda o mən bu film üçün biri deyiləm dedi. Mənimlə tanış olduğuna görə sevindi amma filmdə çəkilməyə razı deyildi. Sonra Murphy üçün aktyorlar axtarmağa başladım. Amerikan və ingilis aktyoru istəyirdim. İngilis dilli olmağı mənim üçün vacib idi. Sonra Klara ilə tanış oldum, nömrəsin götürdüm Karlla tanış elədim. Qəfildən Aomi dedi ki, mən filmdə çəkilməyə qərar vermişəm artıq və dərhal da Parisə geri qayıtdı. Bizim artıq hər şeyimiz olan vaxtda məkan, aktyorlar, kamera - pulumuz qalmadığını gördüm. Bir anlıq fikirləşdim ki, təyyarədəyəm və yerə çatanda dəhşətli partlayış olacaq. Xoşbəxtlikdən produser tapdıq və maliyyə işlərimiz yoluna girdi.
- Karl Glusman: Birinci dəfə onunla tanış olanda əsəbi idim, sonra işim olduğuna görə həyəcanlandım. Gaspar çox düzgün bir insandır. O, pul haqqında mənə hər şeyi dedi, pul olmadan bir anlıq özümü batan gəmidə hiss elədim.
- Gaspar Noe: İstək insanı zirvəyə belə aparır. Kollektivin enerjisi bu filmi ortalığa çıxartdı.
- Transla olan səhnəyə qayıdaq. Niyə həmin səhnəni bu filmə əlavə elədiz?
- Gaspar Noe: Əgər o hissəni filmdən kəsəsi olsaq heç bir şey dəyişməyəcək. Bu sadəcə onların oynamaq istədiyi oyunun bir hissəsi idi. Təbii istəklərindən kənar onlar limitləri aşan bir münasibətə özlərini atmışdılar. Başlanğıcda onlar uşaqlarının olmağını istəyirdilər. Normal biri kimi onlar şirin körpələri ilə həyatlarına davam etmək istəyirdilər. Axıra doğru getdikcə isə onların beyninə qısqanclıq girir, almanın içindəki qurd kimi. Onların münasibəti anarxiyaya çevrilməyə başlayır və güclənir. Əziyyət çəkməyə başlayırlar. Bu da qonşu qızla sevişmək istəyəndə baş verir. Transla olan səhnədə biz set zamanı çox gülmüşdük, əyləncəli idi amma onların qırılma nöqtəsi bu deyildi, bundan sonra onlar ayrılmalıydılar. Əsas qopuş anı isə qonşu qız hamilə olan vaxt oldu, sevgi hekayəsinin sonu orda idi.
- Filmin açılış və qapanış səhnəsi Murphy üçün çox həssas səhnələr, yıxıcı səhnələr idi.
- Gaspar Noe: Sevgi heyvani hissdir. Bu nəyisə qorumaq və qorunmaq hissin bərabərində gətirir. Bu uşağınızla oynamaq, valideynlərinizi sevmək, dostlarınızı sevməklə də eyni ola bilər. Halbuki aşiq olmaq qarışıq bir prosesdir. Sevgi bağlılıqdır. Sevgi sonsuza qədər davam edə bilər. Amma ehtiras yox, çünki ehtiras hissində fiziki yorğunluq var. Filmin axrıncı səhnəsində Murphy öz uşağını qucaqlayır, o Electraya olan sevgi hissini öz uşağına olan sevgi ilə dəyişir.
- Nyu-Yorkla münasibətiniz necədir? Orda film çəkmək istəyərdiniz?
- Gaspar Noe: Mən orda böyümüşəm. Atam və anam argentinalıdır. Atam Guggenheim mükafatı alıb çəkdiyi rəsmlərə görə. Mən uşaq olanda valideynlərimlə bir yerdə orda yaşamışdıq bir müddət. Hippilər zamanı ora daha möhtəşəm idi, oranın başqa bir enerjisi var idi, bununla belə həm də çox təhlükəli yerdi.
- Mənim son sualım spoiler olsa da soruşacam. Filmdə Electraya nə oldu?
- Gaspar Noe: Açığı biz onun üçün əlavə səhnələr çəkmişdik amma kəsdim onları. Bir səhnədə hətta onu şamanla gedərkən göstərdim. Çox gülməli versiya idi deyə kəsdim. Bəlkə də o artıq narkoman olub, bəlkə də sağdır, bəlkə də cinayət törədib. Bilməmək ən yaxşısıdır. Əgər orda bir cavab varsa problem beyninizdə həll olacaq. Bilməmək hissi tamaşaçıda narahatlıq hissi oyadır, onların ehtimalı ehtimal olaraq qalır.
- Karl Glusman: Məncə o Argentinaya daha yaxşı bir həyat yaşamaq üçün gedib.
- Gaspar Noe: Ola bilər, ola bilər. Bəlkə də lezbian olub, şirn bir uşaq da övladlığa götürüb, sənin uşağından daha şirin.
İngiliscədən tərcümə edən: Mənzər İsmayılova

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Seyid Hüseyn - Həzin bir xatirə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Azad Qaradərəli : "MORQ ÇİÇƏKLƏRİ" (romandan parça)