Edebiyyat.az » Söhbət » Onlara haqqımı halal eləmirəm .

Onlara haqqımı halal eləmirəm .

Onlara haqqımı halal eləmirəm .
Söhbət
admin
Müəllif:
18:18, 11 noyabr 2025
218
0

Bu günki , həmsöhbətim tanınmış kino -rejissor ,Prezident Mükafatçısı Cavid Təvəkküldür.

 1.Rejissor olmaq üçün hansı keyfiyyətlərə malik olmaq lazımdır ?Cavid bəy nə zaman özün də bu bacarığı kəşf elədi ? 

Məncə istər rejissor ol,istər çəkməçi ,istərsə də yazıçı  __ilk növbədə insan olmalısan .İnsanları anlamaq insan olmaqdan da çətin prosesdir.Qaldı ki,necə rejissor oldum heç özümdə bilmədim,bir də gördüm rejissoram.Kliplər,reklamlar çəkə -çəkə rejissorluğa gəldim."Space" telekanalında mərhum Oqtay Əliyevin qardaşı Elçin Əliyev mənim klipimi verilişin də tənqid etmişdi.O zaman anladım ki,rejissorluq çox ciddi sənətdir və  bu sənətlə məşğul olmaq üçün ciddi müəllimlərdən dərs almalısan.Necə ki riyaziyyat , kimya fizika bir elmdirsə incəsənətdə rejissorluq ,aktyorluq da ciddi bir sənətdir. Başladım rejissorluq üzrə ciddi şəkildə təhsil almağa.İlk olaraq beynəlxalq kino məktəbin də Rüstəm müəllimin yanında ,sonra Moskva kino kurslarında rejissorluğun sirrlərini öyrəndim.Rejissor olmaq üçün istedad vacibdir ,amma  insan olmağı bacarsan ,sənə lazım olan hər şeyi  öyrədəcəklər.

 

2.Yerli kino teatr mühitinin formalaşması və inkişafı üçün hansı addımlar atılmalıdı? Sizcə niyə Avropa ilə ayaqlaşa bilmirik?

İlk öncə onu qeyd edim ki , Avropa insanı ilə bizim insan fərqlidir.Mühitimiz ,cəmiyyətimiz , koloritimiz və kinoya baxışımız başqadır.Kinoteatrların inkişafı üçün konkret dövlət səviyyəsində  plan olmalıdır.Dövlət bu sahədə maraqlı olmalı,Azərbaycan kino sənayesinin  inkişaf  üçün vergi güzəştləri tətbiq edilməlidir.Mənim  bildiyimə görə ,artıq  yeni kino texnikaların gətirilməsi istiqamətində  işlər görülür.Əyalətlərdə teatrların çoxalmasıda bu inkişafın bir hissəsi olmalıdır.Bütün bunlar fonunda yaxşı nəticələr əldə etmək mümkündür.

 

3.Cavid müəllim gənc rejissorlara ,yazarlara nə tövsiyyə edə bilər ?

 

Bir -bir ad çəkmək mənim prinsipimə  ziddir ,amma bir şeyi tövsiyyə edə bilərəm.Mənim müəllimim deyərdi ki :

"Kurasava Yaponiyanı dünyaya aparmadı ,dünyanı Yaponiyaya gətirdi.".Məndə istəyirəm ki, bizim rejissorlar dünyanı Azərbaycana gətirsinlər.Öz milli düşüncə tərzimizlə,azərbaycanca düşünərək ,müasir həyatı və sadə insanların həyatını əks etdirsinlər. Avropanı təbliğ etməklə,təsvir arxasınca qaçmaqla ,avropasayağı film çəkməklə biz heç vaxt özümüzü sübut edə bilmərik.Miloş Forman demişdiki, "ən böyük əsər insan portretidir". İnsan yaratmaq lazımdır,həm də o insan qanına kimi azərbaycanlı olmalıdır.

 

4.Cavad xan filmi haqqında sənədli filim çəkmisiz.Belə bir film çəkməyə sizi nəvadar etddi ? Sovet İttifaqı dağıldıqdan sonra tarixi filimlərimizin az çəkilməsinin səbəbi nədir ?

Rejissorluğa yeni  başladığım dövrlər idi,təcrübə toplamaq istəyirdim.O vaxt Rövşən Almuradlı "Cavad xan " filminin quruluşçu rejissoru idi.Ssenari müəllifi Sabir Rüstəmxanlı,baş rolda Nurəddin Mehdixanlı idi.Filmin çəkilişləri zamanı İsmayıl Ömərova müraciət edib ,icazə istədimki ,bu  film haqqında sənədli film  çəkim.Sağ olsunlar ,razılıq verdilər.Mən də operatorla bir çəkilişləri izləyir,kino prosesini tamaşaçıya göstərmək istəyirdim. Bu prosesdə Rövşən Amuradlıdan  çox şey öyrəndim.Hətta onunla birlikdə" Ölüləri qəbirstanlıqda basdırın" deyə bir proyektimiz də vardı, alınmadı.

Mən sizə deyim tarixi filmlərin az  çəkilməsinin səbəbi maliyyə çatışmamazlığıdır.Məncə, problem peşəkar qıtlığında deyil.

 

5.Mənim fikrimə görə  "Azarkeş" filmi Azərbaycan komediyalarında  ilk beşliyə daxil ola bilər.Bu film haqqında bir az danışardınız.

 

"Azarkeş" filminin ssenari müəllifi İmir Məmmədlidir.Filmin çəkilməsi İsmayıl Ömərovun dəstəyi ilə mümkün oldu.Çəkilişlər Ağsunun Kalva kəndində aparıldı.Filmin çəkilişləri zamanı bəzi maraqlı mistik hadisələrdə baş verdi.Baş rollarlda Əjdər Həmidov ,Səidə Quliyeva  çəkilmişdilər.Bu mənim ikinci filmim idi. Mini qruppa ilə,çox az büdcə ilə çəkilmişdi.O zaman mənim cəmi otuz yaşım var idi.İndiki bəzi komediyalara baxan da o filimdə qurşaqdan aşağı zarafatlar yox idi .Çalışmışdıq  ki ,milli koloriti saxlayaq.

 

6.Bu günə qədər heç bir azərbaycan filmi Oscar mükafatına layiq görülməyib.Cavid Təvəkkülə görə yaxın zamanlarda  hansısa azərbaycan filmi Oscar ala bilərmi ?

İnanıram ki , yaxın gələcəkdə "Oscara " Azərbaycan filmi gedəcək.Son illər istedadlı rejissorlar var , kino dilində danışa bilirlər.Əgər bu gün Baydarovun filmi Venetsiyada mükafat alırsa , digər gənclərin  filimləri Kann kino festivalın da yer alırsa  deməli ümid var .Amma mən məsləhət görürəm ki  ,"Oscar" ı düşünmədən çalışsaq ,uğur özü gələcək.

 

 7.Bu günə qədər çəkdiyiniz filmlərdə başınıza gələn ən maraqlı hadisə hansı olub ?

 

Belə hadisələr çox olub, amma biri heç vaxt yadımdan çıxmaz.Yaradıcılığımın ən məhsuldar dövründə "Qarabağnamə "  adlı 10 seriyalı film çəkirdik .Lakin "İctimai " televiziyanın rəhbərliy dəyişdi və filmi dayandırdılar.Halbu ki , filmin 60 faizin çəkmişdik.May ayın da yeni gələn müdir dedi ki , filmi saxlayın .Ondan sonra mənim də ərzəmi yazıb işdən çıxmağımı tələb elədilər.Ondan sonra etnoqrafik  bir film "Bir Günəş altında" , Rafiq Əliyevlə birgə "Dərs" filmini çəkdim . Qarabağnamə filmi ilə bağlı şikayətlərimə baxılmadı dördüncü ildə özləri çağırdı ,altı ay film üzərində işlədim , materiallara baxdım .Elə bil gözləyirdilər ki ,mən filmi montaj edim saxlasınlar.O layihədə təkcə mənim yox , həm də  Pənah xanın , İbrahim xanın  Şuşanın haqqına girdilər , bunu görüntüyə çevirməyə qoymadılar .Buna görə də haqqımı halal etmirəm.

 

8.Cavid bəy  yəqin ki , gerçəkləşdirməyi nəzərdə tutduğunuz planlarınız var .Yeni işləriniz barədə nə deyə bilərsiniz ?

Yeni layihələrə gəldikdə Hüseyn Cavidin Şeyx Sənanını açıq səma altında səhnələşdimək fikrim var.İlk dəfə olaraq Qaxın qədim alban kilsəsindən canlı dekorasiya kimi istifadə edəcəyəm.Və çox istəyərdim ki mərhum , Rövşən Almuradlının İsmayıl Şıxlının "Ölən Dünyam "romanından "Ölüləri qəbirstanlıqda basdırın" pyesini səhnələşdirəm.İnanıram ki ,planlarımı həyata keçirməyə Allahın izni ilə güc tapacam.

 

 Söhbətləşdi : Nicat Hunalp

 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)