ADMİU- Məzun günü

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) 2024-2025-ci tədris ilinin “Məzungünü” keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllimheyəti, məzunlar, valideynlər və qonaqlar iştirak ediblər.
Rəsmi hissəni açılışını edən ADMİU-nun rektoru professor Ceyran Mahmudova bütün məzunları bu xoş gün münasibəti ilə təbrik edib, onlara gələcək həyat yollarında uğurlar arzulayıb:
-2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” kimi qeyd olunur. Dövlətimizin hüquqi əsasları və milli müstəqilliyimizin daha da möhkəmləndirilməsinə həsr olunmuş bu əlamətdar ildə biz bu günki mərasimlə həm də mədəni suverenliyimizin qoruyucuları olan sizməzunları yola salırıq. Yaratdığınız hər bir obraz, yazdığınız hər bir ssenari, çəkdiyiniz hər bir kadr, ifa etdiyiniz hər bir musiqi notu Azərbaycanın mədəni müstəqilliyinə, yaradıcılıq azadlığına töhfə verəcək.
Sonra, ADMİU-nun 2024-2025-ci tədris ilindən müəyyən hissələri əks etdirən video-çarx təqdim olunub. Fakültələr üzrə məzunlar səhnəyə dəvət olunublar. Teatr sənəti fakültəsinin dekanı Kəmalə Mehdiyeva, Audiovizual sənətlər fakültəsinin dekanı Gülnarə Hüseynova, Musiqi sənəti fakültəsinin dekanı İradəXəlilova, Rəssamlıq fakültəsinin dekanı Sayalı Quliyeva, Kulturologiya fakültəsinin dekanı Səyavuş Məhişov, ADMİU Sabah qruplarının rəhbəri Nofəl Vəliyev, ADMİU MBA proqramının rəhbəri Gülnarə Məmmədova çıxış edərək, məzunları təbrik ediblər.
Tədbirdə ADMİU-nun Rəssamlıq fakültəsinin Geyim dizaynı ixtisasının 3-cü kurs tələbələri və məzunlarının əl işlərindən ibarət kolleksiya təqdim olunub. Qeyd edək ki, nümayiş olunan kolleksiya Türkiyənin Antalya şəhərində keçirilən Atlas moda həftəsi-2025-də təmsil olunur. Kursun rəhbəri dosent Nəzakət Səfərovadır.
Tədbirin bədii hissəsində tanınmış qonaqlar və ADMİU-nun məzunu olmuş sənətçilər şən musiqi nömrələriylə çıxış ediblər. Universitetin nəzdində fəaliyyət göstərən “İncə sənət” rəqs dərnəyinin üzvlərinin (tələbələr) iştirakı ilə müəllim Aydan Kamilovanın quruluşunda “Uzundərə” və “Nəlbəki” rəqsləri təqdim olunub.
Fidan Salmanova
Sadıq Əliverdibəyli (foto)
Edebiyyat.az





