Valentin Qaft - "Köpək"
Poeziya
Valentin Qaft - "Köpək"
Niyə belə vəfalıdır bu Köpək?
Hüdudsuzdur sevgisi, etibarı.
Amma gözlərində daimi sual -
Sahibi də onu sevirmi barı?
Çünki bilir o qəfəsin dadını.
Çünki Köpək dəfələrlə döyülüb.
Çünki yoxdur insanlara etibar
İnsanlardan necə pisliklər görüb.
İndi dolaşıram küçələri mən.
Diqqətimi cəmləyirəm hər şeyə.
Yaxşı-yaxşı baxıram adamlara,
Köpək kimi aldatmasınlar deyə.
Tərcümə: Həmid P.
Mövzuya uyğun linklər:
Matanat Teymurlu "Masterpieces of Western European Painting at the National Museum of Art of Azerbaijan"
Mətanət Teymurlu- "Azərbaycan Milli İncəsənət Muzeyində Qərbi Avropa rəngkarlıq İnciləri"
Ədəbiyyat üzrə Nobel mükafatının qalibi kim ola bilər?
Şəbnəm Nəbiyeva – Səttar Bəhlulzadə: həyat və yaradıcılıq yolu
Faiq İsmayılovun şeirləri
