Fərid Muradzadədən bir şeir və bir qəzəl...

Səni görməsəm belə
Qıvırcık saçlarına külək sığal çəkən qız.
Ay keşiyini çəkən,
ulduzlar nəğmə deyən,
Şeh kimi parıldayan,
bulaq kimi çağlayan,
Günəşin şəfəqləri üz-gözünü oxşayıb
əllərini öpən qız.
Qaşları ay haləsi,
səsi çeşmə nəğməsi,
Ürəyi sözlə dolu,
könülləri oxşayan,
Bənövşə tək həyalı
baxışları mənalı
çiçək kimi gülən qız
Alovlu baxışları ürəkləri dələn qız.
Qıvırcık saçlarına külək slğal çəkən qız…
***
Başsız bədənə söylə görüm can nəyə lazım,
Göz görməsə, qəlb sevməsə canan nəyə lazım?
Ol mehmanı ki qəbul edən xanəsi yoxdur,
O xərabət, sökülən guşəyə mehman nəyə lazım?
Bir könül ki virandır və sevdadan uzaqdır,
Viran könülə şah ilə sultan nəyə lazım?
Kim qərq elədi karvanı səhrada qum altda,
Səncə gömülən karvana sarvan nəyə lazlm?
Məcnuna dönüb səhrada dərman arayanlar,
Bimardısa, naçardısa dərman nəyə lazım?
Zülfüqar, sən də bilirsən ki, bunun inkarı yoxdur,
Qəlbində iman olmayan insan nəyə lazım?