Edebiyyat.az » Proza » Zarina Hüseynova - Yelləncək

Zarina Hüseynova - Yelləncək

Zarina Hüseynova - Yelləncək
Proza
admin
Müəllif:
18:29, 23 fevral 2021
1 615
2
Zarina Hüseynova - Yelləncək




 Bakının Azadlıq meydanında, ara küçələrin birində, qədim iki mərtəbəli evdə Sənubər xala yaşayırdı. O, ortaboylu, nisbətən dolu bədənli, yumru sifəti var idi. Qəhvəyi gözlərinə baxarkən sanki onun yaşadığı ağrılı-acılı günləri duymaq olardı. Əlli yaşının yenicə  tamam olmasına baxmayaraq, alnındakı qırışlar onu daha yaşlı göstərirdi. Hər səhər dan yeri sökülməzdən əvvəl oyanar, çayını çörəyini  yeyib işə çıxardı. İti addımlarla dayanacağa tərəf gedərdi. Həmişə bu qadının üzündə hüznlü kədər var idi. Yox, Sənubər xala qaraqabaq, zəhmli qadın deyildi. Əksinə, onu yaxından tanıyan qonum-qonşu çox yaxşı bilirdi ki o,  mehriban qayğıkeş biridir. Əgər qonşuluqda kiminsə xəstə düşən olsaydı, dərhal özünü ora yetirib öz köməkliyini göstərərdi. Onun əsas sənəti xalçaçılıq olsa da, Təbabətdən də  başı çıxırdı. İşdə də  onun yeri ayrıydı. Hər səhər səkkizdə özünü işdə olardı və heç vaxt gecikməzdi. Gəlib xalça toxuduğu yerdə əyləşər, saatlarla fikirli-fikirli xalça toxuyardı. Burda da onun xətrini digər işçilər çox istəyirdi. Çünki nə kiminsə işinə qarışar, nə də kimisə acılayardı. Onun toxuduğu “Şeyx Səfi” xalçası al-əlvan səliqəli toxunuşu ilə seçilərdi. Sanki bu yeganə iş idi ki, ona mənəvi rahatlıq verirdi. 
 Bu gün də adəti üzrə, kədərli simasıyla iti addımlarla işdən evə qayıdardı. Evlərinə çatmağına az qalmış Sənubər xala qonşuluğuna yenicə köçmüş Əliyevlər ailəsini marketdən çıxan gördü.  Sənubər xala balaca Leylanı ölüm ayağından son anda xilas etməyi bacarmışdı. Hətta valideynləri harasa gedəndə könül rahatlığı ilə övladlarını Sənubər xalagilə qoya bilirdilər. Elə bu anda Leyla qaçaraq Sənubər xalaya yaxınlaşdı və sevincək halda : 
-    Sənubər xala, salam! – deyib dərhal ona sarıldı. 
Sözün düzü Sənubər xala biraz duruxdu. Bir anlıq özünü itirdi. Onu sonuncu dəfə kim belə qucaqlamışdı, yadında deyildi. Yox, yox xatırladı! Onu sonuncu dəfə öz qızı belə qucaqlamışdı... 
Gözləri dolan Sənubər xala gözündən düşən yaş damlalarını silib özünü toparladı :
-    Salam qızım..- dedi.
Bunu deyən Sənubər xala özü də donub qaldı. Axı o qızı öləndən sonra kiməsə “qızım” deyə müraciət etməmişdi.
Balaca Leyla bura köçdükləri ilk gündən Sənubər xalanı nənəsi qədər çox istəyirdi. 
-    İstəyirsən bizə gedək- deyə mehriban səslə Leylaya müraciət etdi.
 Leyla çox sevindi, anasının gözlərinə baxaraq sanki ondan “olar gedim” deyə soruşurdu. Anasının  baxışlarından razılıq ifadəsi alan Leyla Sənubər xala ilə getdi.
Evə daxil oldular. Evdə mətəm abhavası kimi evin hər bir əşyası sanki susmuşdu. Heç biri danışmırdı. Bu sükutu Leyla pozdu:
-    Sənubər xala, Sanubər xala! Bu gün məktəbdə musiqi dərsində yeni mahnı öyrənmişəm. Olar oxuyum? 
-    Can Leyla, nə gözəl, oxu görüm.
Qulaq tutulan sükutdan sonra Leylanın oxuduğu “Nargilə” mahnısı evdə başqa ab-hava yaratdı. Sənubər xala yenə kövrəldi. Leyla görməsin deyə pərdənin kənarına keçib yaylığı ilə üz gözünü sildi. Ancaq Leyla bunu gördü, səbəbini isə anlaya bilmədi. Tamamilə sükut içində keçən şam yeməyindən sonra Leylanın ürəyi sıxılmağa başladı. Pəncərədən boylananda evi arxa hissəsində köhnə yelləncək gördü. Bundan əvvəl anası ilə bir neçə dəfə bura gəlmişdi, amma orada yelləncəyin olmasından xəbərsiz idi.Qaçaraq Sənubər xalaya yaxınlaşıb:
-    Sənubər xala, Sənubər xala ! Olar məni yelləncəkdə yellədəsiz?
Sənubər xala nə deyəcəyini bilmədi. Qeyri-iradi halda :
-    Yox olmaz, - dedi.
Sənubər xaladan “hə” cavabını alacağını gözləyən Leyla pörtmüş halda geri çəkildi. Sənubər xala hiss etdi ki, özü də istəmədən onun xətrinə dəydi. 
-    Gəl gedək — deyib gülümsündü. 
Leylanın əlindən tutub həyətə düşdülər.Yelləncəyə yaxın gəldilər. Leyla köhnəlmiş,dəmirləri çoxdan paslanmış bu yelləncəyi nəzərdən keçirdi. Görünür, uzun illərdir, bu yelləncəkdə heç kəs yellənməyib. Çünki ətrafında alaq otlar çox idi.  Leylaya bir şey təəccüblü qalmışdı : Necə olurdu ki, bu cür təmiz həyət-bacada bir yelləncəyin ətrafı təmizlənilməmişdi? 
Sənubər xala ağır ağır tərpənərək bir kənardan alaq otları yığmağa başladı. Çox keçməmiş yelləncəyin ətrafı alaq otlardan təmizlənmişdi. Sənubər xala həyətin o başına keçib qara bir qutu ilə qayıtdı. Qutunu içindən kəlbətin va maşın yağını çıxartdı. Axı yelləncək uzun müddət istifadəsiz qaldığı üçün pas atmışdı, yellənməyəcəkdi.  Sənubər xala yelləncəyin şruplarını bərkitdi, bəzi hissəciklərini yağlayaraq saz vəziyyətə gətirdi. Elə bu zaman Leylanın həyəcanlı baxışlarını gördü.
-    Həə Leylacan, indi yelləncəkdə istədiyin qədər yellənə bilərsən. 
Leyla sevincindən atılıb düşdü: 
-    Urra, urraaa!
Sonda Sənubər xala kiçik bir döşəkçə gətirib yelləncəyin üzərinə qoydu. Leylanı əyləşdirib yellədərkən gözləri dolmağa başladı. Leylanın beynində suallar yaranmağa başlamışdı. Görəsən niyə Sənubər xala belə edirdi? Onu nə kövrəldirdi?  Yaşı az olsa da, deyilən hər sözü, dərk edirdi. Leyla dözməyib Sənubər xaladan   nəvazişlə soruşdu:
-    Sənubər xala, necə olub ki, bu yelləncəkdə heç bir uşaq gəlib yellənmiyib? Niyə istifadəsiz qalıb ki? 
Sənubər xala dərindən ah çəkdi, əvvəl istədi sualdan yayınsın, sonra fikirləşdi ki, Leyla da gec ya tez bunları bilməlidir. 
Xırıltılı səslə:
-    Mən... Mənim qızım da vaxtı ikən bu yelləncəkdə yellənib.
-    Bəs qızınızı indiyənə kimi niyə görməmişəm? 
-    Sən onu görə bilməzsən, o artıq 21 ildir  ilahi zirvəyə qovuşub.
Leyla daha maraqla :
-    Qızınızı kimlər öldürüb? – soruşdu
Sənubər xala Leylanın başını sığalladı :
-    Qızım, sənin artıq 7 yaşın var, görürəm ki, çox mehriban, ağıllı qızsan. Hər şeyi dərk edirsən. Ermənilərin bizim başımıza gətirdikləri müsibəti də müəllimin sənə anlatmış olar. Mən də sənə ermənilərin nəinki mənim, mən kimi neçə ailələri başsız, evləri uşaqsız qoydu. Elə bu əhvalatı sənə danışmaq istəyirəm.
 ...1990-cı il idi. İyirmibir il bundan əvvəl. Yanvarın ondoqquzu idi. Lap  bu günkü kimi yadımdadır. Sərt şaxtalı bir hava idi. Bayırda sakitçilik hökm sürürdü. Heç kəs gözə dəymirdi. Hər kəs öz ailəsinin ocağının başından çəkilmirdi. Həmin gün bizdə xüsusi bayram idi. Qızımın yeddi yaşı tamam olurdu. Buna görə əmiləri dayıları, xala-bibi uşaqları bizə toplaşmışdılar. Onlara çox gözəl süfrə açdım, heç olmadığı qədər unudulmaz bir gün olmuşdu. Kişilər sağlığa, sülhə,  aramızda olan mehribançılığa görə qədəh qaldırırdılar. Saat 9-10 arası qonaqlar dağılışdılar. Yoldaşım qonaqları yola salmağa çıxdı. Oynamaqdan, deyib-gülməkdən yorğun düşən Nargiləni öz otağına apardım. Bütün yığıncağın işlərini özüm gördüyümə görə çox yorulmuşdum. Ortalığı səliqəyə salıb yenicə yerimi rahatlamışdım ki, hardansa güllə səsləri eşitməyə başladım. Səslər getdikcə çoxalıb güclənirdi. Dərhal Nargiləni oyadıb geyindirdim. Bu vaxt yoldaşım evə gəldi. Məni və qorxmuş Nargiləni qucaqladı.  Mən təşvişlə nə baş verdiyini soruşdum. Bu zaman yoldaşım:
-    Alçaq ermənilər rus ordusuyla birləşib Bakıya soxulublar. Torpaqlarımıza göz dikiblər. Camaatı qırmamış şəhərdən çıxan deyillər. Mərkəzdə yaralılar çoxdur. Onlara kömək lazımdır. 
-    Elşən, bu nə dərddir başımıza gəldi? Nə edəcəyik indi biz? Sizi güvənli bir yerdə gizlədəcəm. Mən gələnə kimi orda gözləyin. Özüm də gedib yaralılara kömək edəcəyəm.
Mən ağlamağa başladım. Çünki çox qorxurdum. 
-    Sənubər, əzizim narahat olma, hər şey yaxşı olacaq. Ardımca gəlin. 
O bizi zirzəmidə gizlətdi. Sağollaşıb özü də getdi. O zaman mənim yoldaşım Bakıda tanınmış üç həkimdən biri idi. İndi getməyə bilməzdi.
 Nargilə atəş səslərindən çox vahimələnmişdi.
-    Anacan bura çox soyuqdur, qaranlıqdır,çox qorxuram gəl gedək evimizə, ora daha yaxşıdır. 
O hələ çox uşaq idi. Baş verə biləcək təhlukəni hiss etmirdi. Qızımın balaca əllərini nəfəsimlə isitməyə çalışırdım. 
-    Qızım, bax ata gəlsin bizi aparacaq — deyib başını qatmağa çalışırdım.
Elşən gedəni 1-2 saat keçmişdi. Gedərkən mənə tez gələcəyini demişdi. Mən ona bişey olacağından çox narahat idim.  “Görəsən nə baş verib ki, indiyənə qayıtmadı?”  deyərək fikir eliyirdim. Bayıra çıxıb Elşəni axtarmaq istədim, lakin Nargiləni burda tək qoyub çıxa bilməzdim mən.
 Artıq Elşən gedəni 3 saat keçmişdi.Hiss etdim ki, artıq Nargilənin qızdırması qalxır. Zirzəmidən çıxmağı qərara aldım. Burada qalmaq onun üçün daha pis olardı. Elə bu zaman ermənilər uzaqdan evimizi atəşə tutmağa başladılar. Mən ayağımdan, qızıl isə sol kürəyindən yaralandı. Həmən qəlpə izi hələdə ayağımdadır. Fəryad etməyə başladım, öz yaramın ağrısını unutmuşdum. Kəlağayımla qızımın yarasından axan qanı durdurmağa çalışırdım. Nargiləni pilləkənın kənarına çəkdim. Mənə yalvarış dolu baxışlarını heç vaxt unutmaram.
 Ayılanda artıq xəstəxanadaydım. Gözümü açanda ətrafda məndən başqa yüzlərlə yaralının olduğunu gördüm. Ayağımda, qollarımın müxtəlif nahiyələrində ağrılar vardı. Birtəhər ayağa qalxmaq istədim. Bir iki cəhdimdən sonra mən sağ ayağım üstə dayanmağa çalışdım. Bu vaxt arxadan bir səs gəldi :
-    Ay xanım sizə ayağa qalxmaq olmaz, nə edirsiniz?! 
Xırıltılı səslə:
-    Mən... Mənim qızım hardadır? 
-    Xanım gəlin uzanın, sizə ayağa qalxmaq olmaz, axı. 
Səsimi yüksəldib:
-    Soruşuram qızım hardadır? 
-    Narahat olmayın, qızınızın ad soyadını deyin, bu saat onunla maraqlanacağıq.
 Məni yenidən xərəyə uzandırdılar.Bir az keçmişdi ki, qapının açıldığını gördüm. Ətrafa, yerdəki xərəklərə baxa baxa təlaşlı gələn mənim yoldaşım idi. Mənə yaxınlaşanda göz yaşlarımı saxlaya bilməyib, ağlayaraq:
-    Elşən qızımız hardadır? Niyə mənə bir söz demirlər? 
-    Narahat olma, qızımızla maraqlanıram digər palatadadır. 
Onun danışığından soyuqluq və yalan hiss etdim. Gözlərimə baxmadı. Yanılmamışdım da.
-    Qızımı mənə göstər – dedim
-    Sənubər indi olmaz, birazdan.
Bu zaman tibb bacısı təlaşla:
-    Elşən doktor, hökümət evinin qarşısından yeni yaralılar gətirilib. Dərhal onlara kömək göstərilməlidir. 
Elşən üzünü mənə çevirib Sənubər özünə yaxşı bax — deyib heç olmamış qədər möhkəm sarıldı. Sən demə bu ayrılıq imiş.
Bundan anladım ki, sovet qoşunları hələ də Bakıda idi. O gedəndən sonra heç nəyi xatırlamıram. 
      Bir də deyilənə görə iyirmibiri günorta ayılmışam. Yenə də kürəyimdə, ayağımda ağrılar var idi.  Mən oyananda içəridə bir nəfər əlində dəftər qələm yaralılara yaxınlaşdığını gördüm. Az keçmədi ki, mənə yaxınlaşıb:
-    Hüseynova Sənubər sizsiniz? 
-    Bəli mənəm. 
-    Bu xəbəri vermək mənə  çox ağırdır. Heç bilmirəm necə deyim. Sizin həyat yoldaşınız eyni zamanda bizim dəyərli həmkarımız Elşən doktor dünən axşam yaralılara kömək etmək məqsədilə hökümət evinin qarşısına gəlmiş və buradaca mənfur düşmənin güllələrinə tuş gələrkən dünyasını dəyişmişdir. Çox təəssüf ki, qızınızı da iyirmisi səhər radələrində qanitirmədən dünyasını dəyişdi. Qızınız və yoldaşınız şəhid oldu. Başınız sağ olsun, Sənubər xanım!  Allah səbr versin.
 Bunu eşidəndə bir anlıq ürəyim dayandı, nəfəs almam çətinləşdi. Xoşbəxt ailəmdən bir gündə iki nəfəri; qızımı və yoldaşımı itirmişdim. Düşünürdüm ki, necə oldu mən onları itirdim?  Necə oldu ki, yoldaşım adlı sanlı həkim ola-ola, qızımın həyatını xilas edə bilmədi? Yox, Elşən öz işinin peşəkarı idi. Əgər əlindən gəldiyi bişey olardısa, ölümü bahasına onu edərdi. Hətta etdi də.
 Bizim hədsiz mehriban ailəmiz var idi. Ermənilərə və sovet ordusuna nifrət edirəm. Onlar məni isti yuvamdan, xoşbəxt ailəmdən etdilər. İndi qızım yaşasaydı, yoldaşım yanımda olsaydı qızımın nəvələri mənə “nənə, nənə” çağırardı. Hər axşam yoldaşımın işdən gəlişini səbrsizliklə gözləyərdim.
İyirmi Yanvar hadisəsindən sonra ölkədə üç günlük matəm elan olundu. Bütün 20 Yanvar hadisələrində dünyasını dəyişənlər keçmiş Dağıstü parkda dəfn olundu. İnsanlar öz həyətlərində qazanc üçün əkib becərdiyi qərənfillləri Azadlıqdan Şəhidlər xiyabanına qədər düzdülər. Bu sevgi gülü olan qərənfil də o vaxtdan matəm gülü oldu.
Sənubər xala sözünü tamamlaya bilmədi, uşaqtək hönkürdü. Leyla Sənubər xalaya təskinlik vermək üçün onu qucaqlamağa başladı :
-    Ağlamayın Sənubər xala , pis olmayın. Sizin qızınız indi ilahi bir zirvədədir. O hələ də sağdır, bizi göylərdən izləyirlər. Sizin pis olmağınızı o da istəməzdi. Amma kaş mən oğlan olaydım, hərbi xidmətə gedib, vaxtı çatanda yenidən ilə döyüşə yollanardım, onların kökünü orda kəsə biləydim. Bununla da hər bir şəhidimizin qisasını ala bilərdim. Amma siz heç narahat olmayın bu gündən elə mən də sizin qızınızam..! 
Sənubər xala donmuşdu. Leylanı hələ belə mərdliklə danışan görməmişdi. Sözləri o     qədər içdən demişdi ki, Sənubər xalanın gözləri fərəhdən gülümsəyirdi sanki. Deməyə söz tapmadı, neçə il ərzində özünə heç bir qız uşağını doğma olmamışdı! Bu ilk idi. Həqiqətəndə Leyla Sənubər xalanın qəlbində doğma qızı qədər iz qoymağı bacarmışdı.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (2)