Edebiyyat.az » Proza » Nəcəf Əsgərzadə - Boşluqdan hara qaçırıq?

Nəcəf Əsgərzadə - Boşluqdan hara qaçırıq?

Nəcəf Əsgərzadə - Boşluqdan hara qaçırıq?
Proza
Necef Esgerzade
Müəllif:
11:13, 08 avqust 2019
1 810
0
                                                         Diqqət!

Bütün oxucu və yazıçıların nəzərinə. Bu məqalədə tənqid yer almaqdadır. Ürəyi tənqidə zəif olanlardan xahiş olunur ki, məqaləni oxumasınlar. Əgər kimsə nəfsini basdıra bilməyib məqaləni oxusa, yazının müəllifi buna görə heç bir məsuliyyət daşımır. 
 
Romanın qısa fragmenti 
 
 Boşluq. İnsan.
 Darıxmaq. Düşünmək.
 Düşünmək. Hərəkət.
 Hərəkət. Yaratmaq
 Yaratmaq. Sənət.
 Sənət. Ego.
 Ego. Təsdiq
 Təsdiq. Unudulmamaq.
 Unudulmamaq. Varlıq və yoxluğun tənasübü.
 Boşluqdan hara qaçırıq?
 
Qaçış. İnsanın qaçışı. İnsanın özündən qaçışı. İnsan daima qaçır. Ona hakim kəsilən boşluq hissindən. Boşluğu dərk edirik. Onunla yaşayırıq. Daha doğrusu yaşamağa çalışırıq. Öyrəşirik boşluğun abu-havasına. Həyatın boş olmasına. Ölümün həyata qazandırdığı boşluq hissini ruhumuzla mənimsəyirik yavaş-yavaş. O insan xoşbəxtdir ki, boşluğu ömür boyu hiss etmir. 
 
 Boşluq yaranır düşünməkdən.
 Boşluq yaranır sevgisizlikdən.
 Boşluq yaranır işsizlikdən.
 Boşluq yaranır məqsədsizlikdən.
 Boşluq yaranır sıxıntıdan.
 
 Həm də...
 
 Hər şeyin olması da boşluq yaradır insanda.
 Məqsədə çatmaq da boşluq yaradır insanda.
 Heç bir problemin olmaması da boşluq yaradır insanda. 
 
Boşluqdan qaçış.
 
Boşluqdan qaçış romanı. Yazdı Nicat Həşimzadə. Fikirlərini, düşüncələrini tökdü romana. Yaşantılarını intellektiylə yoğurub təqdim etdi oxucuya.
 
Fikir romanıdır yazdığı Nicatın. Bu roman ənənəvi romanlardan fərqlənir. Ona görə fərqlənir ki, romanda hadisə yoxdur. Sadəcə və sadəcə düşüncələr, xaotik düşüncələr var. Romana başlayandan sonacan düşünürük. Yoruluruq düşünməkdən. Təngnəfəs oluruq boşluqdan qaçaraq. Nicat bizə, oxucuya göz verib, işıq vermir. Dincəlməyə qoymur bir anlıq da. Fikirlərini hər sətirdə beynimizə ötürməyə çalışır.
 
Adsız obraz. O boşluğun qaramat havasıyla boğulmaq üzrədir. Həyat sərt üzünü göstərir ona. Problemlər içərisində o yan-bu yana vurnuxaraq tutunmağa çalışır həyata. Dostuna danışır dərdini. Aynura açır qəlbini. Onu davamlı şəkildə suallar atəşinə tutur. Həyat haqqında, ədalət haqqında, sevgi haqqında, mübarizə haqqında. Aynur bir-bir cavablandırır sualları. Özünə görə cavablar taparaq qoyur sualların qarşısına.
 
Müəllif dialoqlara keçid edərkən Aynurun kimliğini elə oradaca açır. Bu isə romanının sirliliyini azaldır oxucunun gözündə. Aynurun kim olması bir müddət sirr qalsa idi daha yaxşı olardı.
 
Mələyi sevir o. Onlar arasında bilinməyən duyğuları var. Baş obraz Mələyi nəyə görə sevdiyini açıqlaya bilmir. Sanki Mələk ilə ayrı-ayrı dünyaların insanları olsalar da, onları bir-birinə nələrsə çəkir. Sevgi elə duyğudur ki, insan bilmir onun necə yarandığı. Bir qıza məhəbbət duymağını necə açıqlaya bilərsən? Burada cinsəl məsələlərdən başqa şeylər yer alır mütləq.
 
Mübarizə aparır həyatla o. İşsizliyin yaratdığı sıxıntıdan qurtulmağa çalışır. İşsizlik yaradır boşluğu insanda həm də. Ölkədə mövcüd vəziyyət sirayət edir insanların ruhi vəziyyətinə. Narahatlıq var içimizdə. Hər an ölümlə üz-üzə, göz-gözə gəlirik. Bugündən sabaha ümidlərimiz öləziyir. Artıq qopmuşuq həyatın boşluğundan, öz yaratdığımız boşluq çərçivəsi içində yaşamağa başlayırıq. Təhna.
 
İntihar
 
İntihar- boşluğun dibsiz quyusudur. Ernest Heminquey, Akutaqava Rünoske və bu qəbildən olanlar boşluqdan qurtulmaq üçün intiharı seçiblər. Həyatdakı missiyasını başa vurandan sonra insanı həyata nə bağlaya bilər ki. Başa düşürəm niyə onlar intiharı seçdilər deyə müəllif fikirlərini yazır.
 
İmtina 
 
İnsan sadəcə özünü düşünməməlidir. Əfsus ki, artıq insanlar bir-birindən qopub, hərə özünə bir künc tapıb oraya sığınıb. Özünü, öz ailəsini dolandırmağı düşünür. Qazanan adam daha çox qazanmağa meyl etdikcə maddi nemətlərə bağlığı artır. İnsan ilə heyvan arasında fərq bu nöqtədən sonra itməyə başlayır. İnsan sadəcə imtina etməklə böyük insana çevrilə bilər. İmtina üçün böyük bir ürək, böyük bir vaz keçiş lazımdır. Tolstoy bunu edə bildi. İmtina etdi mal-dövlətindən. Balaca bir evdə kəndlilərlə birgə yaşamağa başladı. Müəllif Lev Tolstoyu bizi örnək kimi təqdim edir. Tolstoy həmçinin Qandi kimi şəxsiyyət yarada bilib deyə yazır müəllif.
 
Romanın əvvəli daha çox adsız obrazın düşüncələr seliylə başlasa da, bu temp ortalarda pozulur. Hər sətirdə yazıçı bizi informasiya ilə yükləməyə cəhdlər edir. Və hər sətirdə ortaya çıxan sualların bolluğu bizi də boşluğun içinə doğru itələyir. Biz boşluqdan qaçmaq əvəzinə boşluğun içinə yuvarlanırıq. Müəllif özü də hiss olunur ki, roman boyu boşluqdan qaça bilmir. Boşluq ona hər dəqiqə qalib mövqedə durur. Boşluq onu yumruqlarıyla əzişdirir. Bu isə oxucuya məğlubiyyətlə barışmaq fikrini aşılayır.
 
Müəllif sayısız misallar, məsəllər çəkir. Böyük şəxsiyyətlərdən sitatlar gətirir, onların mübarizə əzmini göstərməyə çalışır. Buda romanın strukturlarına mənfi təsir edir. Yaxşı olardı ki, sitatların sayı az olardı.
 Məqalə roman və ya anti-roman.
 
Pozulmalar onu göstərir ki, müəllif hələ də roman yazmağa hazır deyil. Romanda publisistik dil özünü qabarıq göstərir. Və müəllif romanın bir yerində Milan Kunderanın adı çəkir. Buda əbəs yerə deyil. Milan Kundera roman janrda yenilik etmiş yazıçılardan biridir. Onun romanlarında publisistik dil özünü büruzə verir. Milan Kunderanı yazıçının roman yazmasında əsas təsiredici faktor kimi öncəlik təşkil edir. Amma əsas məsələ buradakı publisistik dilin Kunderanın romanlarındakı yer alan publisistik dildən fərqi ondadır ki, yazıçı romanda bir çox məsələləri bir əsərdə ortaya qoymağa çalışıb. Bir mövzudan digər mövzuya keçidlər sürətlidir. İnsanda elə təəssürat yaranır ki, sanki müəllif məqalələri bir-birindən ardınca düzüb. Çox şaxəlilik romanın gücünü zəiflədib.
 
Əvvəldə suallar verən baş obraz, sonda ona verilən sualları cavablandırmağa çalışır. Gizli profildən gələn mesajlar bizim baş obrazımızı təəccübləndirir. O zənn edir ki, bu ya Mələkdir, ya da Aynur.
 
Ona verilən müxtəlif səpkili sualların ədəbi-fəlsəfi yükü romanın əsas xəttini əvvəldən sonacan təzahür etdirir.
 
Boşluqdan qaçış anti- romandır. O alışılmış roman qaydaları tamamilə pozur. Yeni qaydalar gətirir roman üslubuna. İnformatik roman üslubunu yaradıb yazıçı. Hərəkətə keçmədən düşünməyi təbliğ edir ilk öncə. Meydana suallar qoyur və istəyir ki, oxucunun özü sualların cavabın tapsın. Uzun dialoqlar sistemi quraraq insanları öz içində vermək istəyib, verə bilmədiyi suallarla narahat etməyə çalışır.
 
Boşluqdan qaçış romanı yazıçının boşluq ilə necə mübarizə etdiyin bariz nümunəsidir.
 
Boşluqdan qaça bilmirik. Əslində boşluqdan qaçmaq da gərək deyil. Boşluqdan güc alaraq nələrsə yaratmalıyıq. Boşluğa bu yolla qalib gələ bilərik sadəcə. Necə ki, Nicat Həşimzadə Boşluqdan qaçış romanıyla boşluğa qısa müddətə olsa qalib gəlməyi başardı.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)