Vaqif Osmanov - BOŞLUQDAN XİLAS YOLU
Proza
"SONDA "ÖZ"ÜN TANRIYA ÇEVRİLƏCƏK"
NƏCƏF ƏSGƏRZADƏ.
Gələcək uğurlarına qətiyyən şübhə eləmədiyim gənc yazar Nicat Həşimzadənin "Boşluqdan qaçış" romanına özünəxas yazı və yozum tərzi, ədəbi düşüncə bucağı olan Nəcəf Əsgərzadə yığcam, cəmi bir səhifəlik önsöz yazıb. Vurğulayır: "Yazıçı həqiqət axtarandır ömür boyu. Həyatı təxəyyüllə ifadə edərək həqiqəti yaradandır.
Tanrı - Həqiqətdir.
...Və insan - o, Tanrıdır, yoxsa boşluq?
Bəlkə yaradılış boşluqdan xilas olma istəyidir?"
Doğrudan da boşluq nədir, boşluqdan qaçanlar hara gedir? Boşluqdan qaçış alatorandan işığa, yalandan həqiqətə, şübhədən inama, riyadan həyaya, nifrətdən məhəbbətə, qəbahətdən ləyaqətə, sünilikdən təbiiliyə doğru yol deyilmi? Bu sulların cavablarını "Boşluqdan qaçış"da axtarmaq qərarına gəldim. Tapdımmı? Bilmirəm. Siz də Nicat bəyin romanında belə mətləbləri axtarsanız yaxşı olardı. Axtaranın zəhməti öz bəhrəsini nə vaxsa verir. Sizin də zəhmətiniz hədər getməz. Deməli, mənim zəhmə\tim hədər getməyib...
"Qonşunun üçayaqlı itinin səsindən də şikəstlik duyulan bir uğursuz şənbə günü hekayəyə bənzər nəsə yazan lirik qəhrəman (bu cümlədən sonra "Mən") sevdiyi Mələyin ibtidai təfəkkürdən xilas olması" üçün tarixin, ədəbi mühitin, incəsənətin müxtəlif qatlarına səyahət edir, bəşər övladlarının həmişə inandıqları yox, qorxduqları varlıqlara sitayiş etməsini lap elə "yeddi müdrik" kimi sübut etməyə çalışır. Heyf ki, "Mələk heç zaman ilahi gücün əzəmətini dərk eləmək" iqtidarında deyil. Bununla belə, "Mən"in müdrikliyi və özünəinamı onu öz yolundan döndərmir. Gənc olsa da yaxşı anlayır ki, özünəinam istər sevgidə, istərsə də keşməkeşli həyatın müxtəlif mərhələlərində uğurun bünövrəsidir. Əsas məsələ sevməkdən çox inandırmaqdır. Bu "Mən"in qərarıdır.
"Mən" "özünü ifadə eləməyə çalışdığı musiqi alətinin hələ kəşf olunmadığını" anlayandan sonra ədəbiyyatla məşğul olmaq qərarına gəlir. "Mən" mənə elə gəlir ki, Nicat bəyin prototipidir. Düşünürəm ki, yanılmayıb, şair Qabilin sözüylə desək, yeri səhv düşməyib. 27 yaşında üç kitabın - "Qogenin ikinci qadını", "İndulgensiya" və "Boşluqdan qaçış"ın müəllifidir.
"Söhbətdən söhbətə tez - tez keçən" "Mən" - Nicat Həşimzadə üçün roman yazmaq xəlbirlə su daşımaqdan çətin görünürdü, amma Kaneranın əsərləri onun ilhamını, istedadını, təxəyyülünü, qələmini elə cilaladı ki, gənc "Mən"də özünəinam yarandı. O, həmçinin "qadınla da yaşamaq olmur, qadınsız da" qənaətinə gələn Çexovdan, rüşvətə yuxarıdan aşağı baxan "Ovod"un yaradıcısı Voyniçdən, Tolstoyun insan sevgisindən, hətta Cek Londonun min bir çeşidli əzablarından örnək götürmək, bəhrələnmək üçün mütaliə məktəbi keçmişdir. Təsadüfi deyil ki, sözün dadını bilən yaradıcıların uğurunu üç hissəyə bölsək, istedad, mütaliə və zəhmət "trio"su yaranar. Gənc Nicatın əksər yaşıdlarından fərqli olaraq mütaliə həvəsinə heyran qalmamaq olmur.
"Nicat bəyin ayrı - ayrı filosoflardan yazıçı və şairlərdən, müxtəlif düşüncə adamlarından sitat gətirərək fikrini möhkəmləndirməsi xoş təsir bağışlayır. Bəlkə də çoxları bunu Nicat bəyin eqosu kimi başa düşür, intellektini qabarıq göstərməyin yolu hesab edir. Mənə görə isə bu öyrənməyin yoludur. Mən də çox vaxt bu yolla gedirəm. Bir söz adamının uğurlu fikrini analiz etdikdə daha çox mənəvi qazanc əldə edirsən, yəni sən hələ tam intellekt sahibi deyilsən, öyrənirsən, kamilliyə can atırsan. "Doğuluş əzabları və labüd ölüm" gerçəkliyi haqqında düşünməkçün hələ çox gənc olan "Mən"i və Nicat bəyi "həsrətin zəhərli neştəri yorsa" da, həyatın gələcək sınaqlarına hazırlığa məhz illərin sınağından çıxmış kiminin zərb - məsəl, kimininsə aforizm adlandırdığı "ağır çəki"li cümlələr kömək edəcək. Sözün qüdrətidir bu.
Nicat bəyin romanında da belə "ağır çəki" "sahiblərinə rast gəlmək olur. Məsələn:
1. İnsanın natamamlığı Tanrının varlığının sübutudur.
2. Müqəddəslik bioloji bağların olmadığı insanı sevməkdir.
3. Vicdanlı insan rahat yaşaya bilməz.
4. Ağıl cəsarətin düşmənidir.
5. Yaradıcılıq əslində boşluqdan qaçışdır.
6. Eşq özünü fəda etmək, özündən imtina etməkdir. Eşq zövq almaqdır.
7. Qorxu nədir? - Sağ qalmaq istəyi.
"Valideynlərin öz övladlarına pul qazanan adamları nümunə göstərdiyi cəmiyyətin çöküşünün" labüd olduğu bu günümüzdə qələm insanı, fikir daşıyıcısı olmağın şərəfini və əzabını anlayanlar getdikcə "Qırmızı kitab"a düşür. Ata, ana, qohum - əqrəba övladının biznesmen, oliqarx, məmur, millət vəkili, hətta korrupsioner olmağını arzulayırsa, biz bataqlığa sürüklənməkdəyik.
Əsər boyu "Mən"lə Aynur bir - biri ilə fikir mübadiləsi edir, əksər söhbətlərində barışmazlıq, zidd düşüncələr onları bir - birindən uzaqlaşdırır. "Mən"in "babalarımız və atalarımız bizə yanlış həyat miras qoydular. Biz də apardığımız mübarizədə məğlub olsaq gələcək nəsillər bizi bağışlamayacaq, məzarımıza tüpürəcəklər" fikri ilə də, "nə qədər adam yataqlıqla, böhtan atmaqla, pul qazanır" qənaəti ilə barışmayan Aynurun əsaslı arqumentləri yoxdur. Nicat bəy bunu qəsdən edir. İnsanların intelletual səviyyəsi, erudisiyası arasındakı fərqləri qabartmaq üçün. Bu əslində inkişafın, beyinlərin yatmış hüceyrələrini oyatmağın yoludur.
Romanda kövrəkliklə limhəlim dolu bir məktub məni duyğulandırdı. Bilmirəm, bu məktub Nicat bəyin təxəyyülünün məhsuludur, yoxsa gerçəklik. Məktubu 1942 - ci ilin avqustunda Stalinqrad cəbhəsində vuruşan Qədir Alimov həyat yoldaşına yazıb. Davaya nifrət edən, humanist ideyaları, Allaha inamı müharibədə dəfn edilən döyüşçünün məktubundakı duyğulu məqamlar mənə dörd il qabaq Xəzərdə, Günəşli yatağında tənha özüldəki müdhiş yanğın zamanı itkin düşən tanıdığım İmanın telefon ismarışlarını xatırlatdı."Amma hər şeyə hazır olsan yaxşıdır. Əgər başıma bir iş gəlsə, uşaqlara yaxşı bax, onların qayğısına qal." Həyatın mənasını Vətənə, xalqa, ailəsinə, övladlarına bağlılıqda görən iki qəhrəman. İman da qəhrəman idi - neft cəbhəsinin qəhrəmanı. Ruhu Xəzərin sularının hər damlasında uyuyur...
"Məhəbbəti dostluqla ləkələmək olmaz" - Remarkın fikridir. Bu fikrə etiraz etsəm, məni özümdən müştəbeh saymayın. Məhəbbət də, dostluq da elə bir güzgüdür ki, heç vaxt ləkə götürməz.
"Boşluqdan qaçış"ın bəzi hissələri avtobiqrafik təsir bağışlayır. Əsəri oxuduqca qarşında evi - eşiyi, stabil işi, ailə yükünü çəkmək üçün maddi vəsaiti olmayan çağdaş gənc, elə Nicat bəyin özü dayanır.
Üç müxtəlif düşüncəli, intellektli gəncin - Mələyin, Aynurun və "Mən"in dialoqlarında insanın, cəmiyyətin, təbiətin, həyatın, ölümün, sevginin, nifrətin müxtəlif nüanslarına toxunulmuş, bu hiss və həyəcanların insanın yaşamına təsiri bədii ədəbiyyatın ünlü nümayəndələrinin fikirləri ilə qabardılmış, onların zəkası səviyyəsində şərh edilmişdir. Burada öyrəniləsi, papağı qarşıya qoyub fikirləşəsi, nəticə çıxarılası çox nəsnələr var.
Romanda Nicat bəyin səriştəsizliyini, qələminin və təxəyyülünün püxtələşməməsini nəzərə çarpdıran anlara da rast gəlirik. "Mən"in Mələklə və Aynurla dialoqları o qədər uzanır ki, oxucunu yorur. Aynurla söhbətində "Mən"in "sağlam gənc nəsil yetişdirmək" iddiasının qeyri - səmimiliyini oxucu hiss etməyə bilməz. Azadlıq nədir? sualına Aynurun sicilləmə monolqu oxucunu yükləyir və bezdirir. Ziyalının cəmiyyətdə mövqeyi, ziyalılığın maddi və mənəvi meyarları barədəki fikirlər romanı publisistikaya yönəldir. Müəllif romanı ayrı - ayrı hissələrə (fəsillərə) ayırsaydı və hər hissənin məzmununa uyğun aforizmlərdən, məşhurların deyimlərindən sitatlar seçib epiqraflar versəydi yaxşı olardı. Amma belə çatışmazlıqlar romanın çəkisini azaltmır. Nicat bəy yeni əsərlərində bunlardan uzaq olacağına əminəm.
Və nəhayət Nicat bəyə arzularım:
"Mən" Remarkın "Zəfər tağı"nı oxyub dəhşətə gəlmişdi. "Dəhşət" sözünü "heyrət"lə əvəz etsək, qoy bizi də Nicat bəy heyrətləndirsin.
"Sevilmədiyini hiss etdikdə insan tükənir". Həmişə seviləsən və sevəsən. Tükənməyəsən.
Nicat bəyə Cəfər Cabbarlının Sonası, Markesə yazı makinası almaq üçün nişan üzüyünü satan Mersedes, Tolstoyun "Hərb və sülh" kimi nəhəng romanının yeddi dəfə üzünü köçürən Sofya, dekabristlərin xanımları kimi cəfakeş, milli ruhumuza uyğun desəm, halal süd əmmiş el gözəli - ömür - gün yoldaşı qismət olsun. Uğurun bir qismi də cəfakeş qadınların payına düşür. Nə olsun ki, Çexov deyirdi: "Qadınla yaşamaq da olmur, qadınsız da". Bu böyük yazıçının subyektiv qənaətidir. Çexov səhv eləyə bilməz ki?!
Görəsən Nicat Həşimzadə boşluğu doldura bildimi?..
Boşluqdan qaça bildimi?..

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun: