Edebiyyat.az » Poeziya » ÇilənAy Nur Faiqdən şeirlər

ÇilənAy Nur Faiqdən şeirlər

ÇilənAy Nur Faiqdən şeirlər
Poeziya
admin
Müəllif:
18:27, 25 avqust 2025
0
0
ÇilənAy Nur Faiqdən şeirlər



Məndən uzaqlarda yaşasan belə,

Qəlbim də, ruhum da sənə bağlıdı!

Düşündüm, sevgimi söyləyim sənə,

Qorxdum ki, deyərsən: "Uşaq ağlıdı!"


Öyrəndim sevgiyə həsrəti sənlə,

Çəkdiyim nə idi, bilmədim mən də.

Yadıma düşürdün hər gecə yarı,

Sənə nifrət edib sevirdim həm də.


Sən mənim qəlbimin yarası oldun,

Ömürlük qəlbimdə qalası oldun!

Mən sənin qəlbinə yol axtaranda,

Qəlbinə yad sevgi salası oldun!


•••••


Vəsf edib bir gözəli, ömrü ona yar edəsən,

Yaşadıb hisslərini, sevgi sözün var edəsən.


Eşqi dərin yaşayanlar bu dünyada xəstə olur,

Gizlin-gizlin ağlamaqsa, eşq sözünə bəstə olur.


Utanıb sevdiyindən, gözün ondan qaçırarsan,

Sevgiyə qürur qatsan, taleyini qaçırarsan.


•••••


Sevgimi məzh çəktirib, dildarı etmişəm qənim,

Tək günah məndə deyil, ey mənim canan, həbibim!


Mənə məndən xəbərsiz aşiq olmusan, üstəlik,

Neyləyək, dərmanı yox – çək bu çarəsiz xəstəlik.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)