Oğuz Atay - Məsihin dünüşü
Proza
Aramızda olması bizlərə şərəf verən dostum ölkəmizin gerçək sahibidir. Bu dünyaya ikinci gəlişində ağ bir ata minmiş olaraq aramızda görünəcək. İlk gəncliyində bu küçələrdə çox dolaşmış, bəzən niyəsə içəri girə bilmədən dönüb getmişdir. Bəzən də bu və bunun kimi salonlarda saatlarca oturaraq onu başa düşəcək duyğulu bir qəlbi boş yerə gözləmişdir. İkinci gəlişində bu küçə zəfər taxtlarıyla əhatə olunacaqdır. Bütün qapılar dəfnə budaqlarıyla bəzədiləcəkdir. O gün rəsmi tətil olacaq və qızlar müştəri qəbul etməyərək əllərində bayraqlarla pəncərələrdə yarı bellərinə qədər sallanmış gözləcəklər.
Polislər ən yaxşı formalarını geyinərək asayişi təmin edəcəklər. Çünki o qədər sıxlıq olacaq ki, üç gün əvvəldən desəniz belə, heç yer olmayacaq. Yalnız qara bazarla məşğul olanlara müsamihə edilməyəcək. Çünki o, elə istəyərdi. Küçə bir gün əvvəldən süpürüləcək, zibilyığanlar da onu əllərində süpürgə çubuqlarıyla hazır vəziyyətdə gözləyəcək. Səftər belə o gün üçün tərliklərini çıxararaq ayaqqabılarını geyinəcək. Bütün müştərilər də qapının çölündə bayram libaslarını geyinərək əl-ələ tutacaqlar.
Qızlardan biri hıçqırmağa başladı. Bir müştəri:
“Hansı bayram?” deyə dostundan soruşdu.
Mətin anlamadan baxırdı. Turqut davam etdi:
— Qurtuluş bayramının fahişəxana bölümü.
Bütün bayram mərasimlərində olduğu kimi onun da gəlişi bir az gecikəcək. Küçədə səbirsizlik son həddə çatacaq. Polislər xalqı zəbt etməkdə çətinlik çəkəcək. Hər kəs onu ilk görmək ehtirasıyla küçənin girişinə yığılacaq. Eyni müştəri mırıldandı:
— Nə gəlməyi bilməz adammış.
Dostu onu susdurdu:
— Adam nitq deyir, görmürsən? Kəs səsini.
Turqut özünü itirərək qışqırırmış kimi danışmağa başladı:
— Fəqət o gələcək. Birinci gəlişində onunla pis rəftar edənlər utanacaqlar. O, üstündə indiyə qədər görülməmiş bir formayla ağ atına bir az əyri minmiş bir vəziyyətdə küçənin başında görünəcək. Bax, o zaman qiyamət qopacaq. (Susdu.)
Boşboğaz müştəri soruşdu:
— Hansı qiyamət?
Turqut son dərəcə ciddi qarşılıq verdi:
— Böyük qiyamət. (Yavaş-yavaş nərdivandan endi.) (…) “Gəlir!” deyə bağırdı.
Qumarbazlar böyük bir çaxnaşmaya düşdülər. Səftər tələsikdən zərləri ağzına atdı. Qızlardan biri örtüyü təlaşla çəkdi; oyunçular daha pullarını almağa fürsət tapmadan bir qismi ortalığa saçıldı. Biri işığı yandırdı.
Səftər həyəcanla soruşdu:
— Kim gəlir? Haradan? Zərləri ağzından çıxartdı, yanındakı bufetin siyirməsinə soxdu. “O gəlir, eşitmədiniz mi? Tozu dumana qataraq gəlir. Yatırsınız? Çöldə qiyamət qopur”. Səftər rahat bir nəfəs aldı, cibindən pulları çıxartdı, bir qismini ayırıb Turquta uzatdı:
— Ay Allah! Qorxutdun, bəy. Belə zarafat olar?
Qazancının bir qismini qaranlıqda qızlarla xərcləyən uzunboylu adam “Belə iş olar? Ağlımız başımızdan getdi” – deyə mırıldandı.
“İkinci gəlişini sizə xəbər verəcəyimi demişdim? Əlavə olaraq, artıq ölkəsinin sərhədləri içində qumar oynanılmasını istəmir. Heç bir şeyin talehə buraxılmasına razı deyil artıq. Alın yazısını parçalamağa gəldi. Onu izah edə bilmək üçün mənə içki verin. Boğazım qurudu”. Masanın üstündə duran konyak şüşəsini götürdü, son damcısına qədər içdi. Gözləri bulanır, başı dönürdü. Gürültüdən oyanan Mətin yanına gəldi. Yuxulu və yorğun bir səslə “İçməkdən xarab oldun. İstəyirsənsə, gedək” – deyə mırıldandı. Turqut sallandı, qolunu Mətinin çiyninə söykəyərək tarazlığını tapdı, udqundu, sərbəst qalan qolunu sallayaraq danışmağa davam etdi:
— Özü işləməyə qətiyyən tərəfdar deyil. Bizlər kimi qisasçı da deyil. Fəqət istəsə də, istəməsə də, qarşısında ona yol açmaq üçün gedən atlılar pisləri cəzalandıracaq. Səftərin köməyiylə dizləri üstünə çökdü, Mətin onu ayağa qaldırdı. Ayaqyoluna apardılar, başını yudular, qızlardan biri odekolon iylətdi. Başını qaldırdı, onu tutanları itələyərək pilləkandan tutdu. Bir əlini uzadaraq yumruğunu sıxdı:
— Fəqət mən qüvvətli qollarımla bu atlıları dayandıracağam. Onun Yer üzündəki qılıncı mənəm. Məndən başqa kimsə onun adına hərəkət edə bilməz. Atların önünə özümü ataraq onları durduracağam. Qabağa atılmaq üçün yorğun hərəkət elədi. Səftərlə Mətin onu tutdular.
— Onu gülünc vəziyyətə salanları rüsvay edəcəyəm. Ona vuranları parçalayacağam. “İntiqam qılıncı”nda baş rolu oynayacağam. Onu tanıyanları, onu əzənləri, xor görənləri, yaxınlıq göstərərək əziyyət edənləri gizləndikləri deşikdən bir-bir çıxararaq məhv edəcəyəm. Evləri, mehmanxanaları, parkları, fahişəxanaları, küçələri, muzeyləri, maşınları alt-üst edərək onları nümayiş etdirəcəyəm. Bəzilərinin qəsdən üstünə gedəcəyəm, bəzilərinə hiyləgərcəsinə yaxınlaşacağam, təbiətin mənə verdiyi bütün ustalıqları, bütün mərifətləri, bütün maddi və mənəvi qüvvətləri səfərbər edəcəyəm. Bu uğurda bütün nemətləri tərk edərək lazım olsa…
Qısaboylu müştəri mırıldandı:
-Durdurmaq mümkün deyil. Adam dəli dərviş kimi azdı. Beləsinin nə işi var fahişəxanada? Turqut coşqun bir dəniz kimi kiçik hərəkətlərlə birdən temposunu dəyişdi:
— Mən bunlarla məşğul olarkən ağ atlı şahzadə sizə rahatlıq verəcək. O ki sinemalarda, reklam filmlərində öz-özünə bişən yeməklər, ipə düzülən paltarlar, bank kassalarında qalxıb cibinizə girən pullar var ha, bax, onun kimi olacaq. İnsanlar kimi əşya da haldan anlayacaq, insana qarşı kor və mənasız müqavimətdən imtina edəcək. Çox sıxılsan, oturub masanla bir kəlmə söhbət edə biləcəksən.
Grand Mama:
— Onda hamımız əcinnə tayfası kimi olacağıq ki. Turqut yaramaz bir uşaq kimi bütün dişlərini göstərərək güldü. Səftərlə Mətinin qollarından xilas oldu, divanda sığalladığı qıza yaxınlaşdı. Yumşaq və hökmedici bir səslə:
— Hə, övladım, oyun bitdi. Sən yuxarı çıx, yatağı bir az sərinlət. Bir az nəfəs alım, gələcəyəm. (Divana çökdü.) (…)
Pilləkanları qalxdı, qapısı açıq olan işıqlı otağa girdi. Ağ çarşafların ortasında yatan solğun qadına baxdı. Bir an otağın ortasında hərəkətsiz durdu, əlini sinəsinə apardı, köynəyinin düymələrini açmağa başladı. Toplar atılsın, zəfərimizi göylərə elan etsin.
Tərcümə: Səidə Seyidova

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Əyyub Qiyas - İtvuran (hekayə)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Seyid Hüseyn - Həzin bir xatirə