Edebiyyat.az » Söhbət » Elvin Rizvagil: Fuad Cəfərli ilə müsahibə(Votsap müsahibə layihəsi)

Elvin Rizvagil: Fuad Cəfərli ilə müsahibə(Votsap müsahibə layihəsi)

Elvin Rizvagil: Fuad Cəfərli ilə müsahibə(Votsap müsahibə layihəsi)
Söhbət
admin
Müəllif:
18:49, 01 fevral 2022
2 684
0
Elvin Rizvagil: Fuad Cəfərli ilə müsahibə(Votsap müsahibə layihəsi)






[19.01 01:18] Elvin: Şeir nədir? 

[19.01 01:20] Fuad Cəfərli: Ən ali söhbətdir. Onda səmimiyyət, sevgi var.

[19.01 01:21] Fuad Cəfərli: "Sənət nədir?" sualına gəlsək, ağılla hissin qızıl ortasıdır. Yəni hisslə ağılın birləşdiyi yerdən çərçivəni assınlar.

[19.01 01:23] Elvin: Şeir yazmağın ilk şərti nədir və ya şeirin düsturunu yaratsan, o düstur necə olar?

[19.01 01:27] Fuad Cəfərli: Şeirin yaranma anı, yaranması mənin üçün çox şəxsidir. Düsturu küləyə bənzədərdim. Görmürsən, sadəcə, toxunub hiss edirsən. Rica edirəm, bu fikri pafos kimi dəyərləndirməsinlər. Yəni mütaliə, istedad - hamısı bunun içindədir.

[19.01 01:28] Elvin: İlk yazdığın şeir yadındadırmı? Yazıb bitirdikdən sonra hansı hissləri keçirmişdin?

[19.01 01:30] Fuad Cəfərli: İlk yazdığım şeirdən bəzi misralar yadımdadır.  Şeirlərimi  yazandan sonra özümü yorğun, amma xoşbəxt hiss edirəm.

[19.01 01:32] Elvin: İlk qonorarı nə vaxt almısan və nə qədər olub? O pulu nəyə xərclədin?

[19.01 01:35] Fuad Cəfərli: Birinci kitabımın satışından... Kitabı satışa verdiyim  bir həftə, ya bir ay idi, dəqiq xatırlamıram. Dükanın yanından keçirdim, dedim ki, görüm necədi "iqtisadi vəziyyət"?! :D  Düşünüb dükana girdim. 20 manat idi...

[19.01 01:37] Elvin: Hansı şeirini oxuyanda indi də sənə təsir edir? Hər gün öz-özünə həmin şeiri deyirsən ?

[19.01 01:40] Fuad Cəfərli: "Nizaminamə"dən bu bəndləri son vaxtlar tez-tez deyirəm.

 

Nə yaxşı varmış

bu bəyaz yollar, kağız yollar,

bu göy yollar, ərçin yollar.

Bir gün parlar var olar,

bir gün sönər yox olar.

İsmisə birdən çox olar,

qədər yollar, ömür yollar, tale yollar.

Yollar da adamlar kimiymiş, Şeyx,

böyüdüsə, suyu hiss etmir...

Beləcə, əsrlərdi əldən düşmüş qoca fırçanı

iki tanış sirr güldürər.

Xatırlar, unudar, xatırlar, unudar.

İnsanlarsa gecələrin kölgəsində o,

gülüşləri geyinib sabaha qanad almaq eşqi ilə

ovcuna qalxar, içinə qalxar.

 

Və...

 

Yəni bir şeirlə

eşqindən balığa dönmüş adamlar

nə əvvəldə yeri xatırlayıb onunla barışa bildi,

nə də sonda ümidi unudub

göydən küsə bildi, Şeyx.

[19.01 01:42] Elvin: Hansı şeiri yazandan sonra dərindən nəfəs alıb "mən şairəm" dedin?

[19.01 01:45] Fuad Cəfərli: Bilirsən, çox sevdiyim şeirlər olub. Və hər dəfə "gözəl alındı" demişəm. Amma heç vaxt "mən şairəm" deməmişəm. Demərəm! Mənə elə gəlir ki, bu, zəiflik olar. Hər dəfə sadəcə özünü keçmək istəyirsən.

[19.01 01:46] Elvin: Şeir necə yazılmalıdır?

[19.01 01:50] Fuad Cəfərli: Açığı, "Sabahın şeir"indən başqa, bütün şeirlər ağrının məhsuludur. Diqqətlə baxsalar, görərlər ki, o şeirdə də ağrı var. Amma "Sabahın şeir" xoşbəxt anın şeiri olub. Şeir ağrılardan süzülməlidir.  Şeir məqsədyönlü, fikir qatmat üçün yazılanda, onda kirlənir, saflığını, duruluğunu itirir. Şeir inanaraq, sevərək və azad olaraq yazılmalıdır.

[19.01 01:51] Elvin: Elə nəsr əsərlər var ki, onu yeni yazmağa başlayan müəlliflər üçün dərslik hesab etmək olar. Elə şeirlər varmı ki,  sən şeir   yazmağı həmin şeirdən  öyrənmisən? Təsirlənmədən necə behrələnmək olar?

[19.01 01:52] Fuad Cəfərli: Çox gözəl sualdı, sualını sevdim... Açığı, sevərək oxuduğum şeirlər var. İndi də ürəyim istəyəndə təkrar oxuyuram. Azərbaycan poeziyası çox güclüdür. Güclü şeirləri geniş oxucu tərəfindən bəzən görsənmir, yəni geniş kütlə onu qəbul etmək məqamında olmur.  Məncə, şeir yazmağı öyrənmirsən, axı bu vərdiş deyil. Bu ağrıların pıçıltısıdır. Ən ali söhbətdir. Təsirlənmədən bəhrələnmək isə bu artıq, peşəkarlıq və ədəbi vicdan məsələsidir.  Bəli, daha geniş üfüqülər göstərən şeir nümunələri var. Bir də  şairlərin özünün yolu, üslubu, bir sözlə, dəsti-xətti olur.

[19.01 02:00] Elvin: Şairlik peşədir, yoxsa tale?

[19.01 02:02] Fuad Cəfərli: Mən yazı masası arxasında şairəm. Bu, peşə deyil. Tale də deyil... Peşənin məktəbi, həmin peşəni bitirəndən sonra isə diplomu olur. Şair özünü yazır, görüdüyünü yazır. Məmməd Səid Ordubadinin təbirincə desək, taleyini yüksək və incə duyğularla qələmə alır.

[19.01 02:07] Elvin: Bu sonuncu sual idi. Sonda əlavə etmək istədiyin bir şey varmı?

[19.01 02:09] Fuad Cəfərli: Öpürəm! Var ol!

[19.01 02:09] Elvin: Təşəkkür edirəm, gecən xeyrə qalsın!

[19.01 02:10] Fuad Cəfərli: Var ol, gecən aydın!

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)