Joze Saramaqonun “İsanın İncili” – Kənan Hacı
Təqdimat
Joze Saramaqonun “İsanın İncili” – Kənan Hacı
Çarmıxa aparan yol – Joze Saramaqonun “İsanın İncili” romanı üzərinə qeydlər
Saramaqonun təsvirləri mükəmməl və möhtəşəmdir. İnsan zəkasının, təxəyyülünün bu qədər hüdudsuz olmasına heyrətlənməmək mümkün deyil. Yazıçı bədii mətndə ustalıqla tarixilik və müasirliyin sintezini yaradıb. Əsəri oxuduqca zaman amilini unudursan…
Joze Saramaqo 1922-ci ildə Portuqaliyada, Ribatejo adlı kiçik bir qəsəbədə dünyaya gəldi. Yoxsul bir kəndli ailəsində böyüdü. İki yaşında ikən ailəsi ilə birlikdə atasının polis olaraq çalışacağı Lissabona köçdülər. Gənclik illərində maddi problemlər yaşadı. Və bu səbəbdən normal bir liseydən məslək liseyinə keçmək məcburiyyətində qaldı. Bütün vaxtını yazaraq keçirməyə başlamazdan əvvəl dəmiryol maşinisti olaraq bir çox işlərdə çalışdı. Həyatının çox hissəsini Lissabonda keçirdi. Daha sonra Pilar de Rio ilə evləndi. 1993-cü ildə Kanar adalarında yerləşən Lanzaroteyə köçdü. 8 oktyabr, 1998-ci ildə ən çox tərif qazanan ilk portuqaliyalı yazıçı olaraq ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü. Həyata gözlərini yumduğu 2010-cu ilə qədər biri terrier, ikisi pudel cinsindən olan Camoes-Pepe-Greta adlı köpəkləri və xanımı ilə birlikdə burada yaşadı.
Yazıçılıq karyerasına 1947-ci ildə, iyirmi dörd yaşında ikən ilk romanı “Günah ölkəsi”ni nəşr etdirməklə başladı. Bundan sonra on doqquz il boyunca heç bir əsəri yayımlanmadı. 1966-ci ildə ilk şeir kolleksionu “The Possible Poems”i və 1977-ci ildə ikinci romanı “Rəssamın əl kitabı”nı nəşr etdirdi. Saramaqo 1960-1970-ci illərdə “Diario De Noticias” qəzetində mədəniyyət redaktoru olaraq çalışdı. Fransızcadan tərcümələr edərək özünü inkişaf etdirdi. 1969-ci ildə uzun illərdən bəri könüllü olaraq bağlandığı Portuqaliya Kommunist Partiyasına qatıldı. Cəmiyyətin problemlərindən və siyasətlə bağlı yazılar yazdı. 1980-ci ildə “Ümid tarlaları” adlı kitabını 1974-cü ildəki Qərənfil inqilabından sonra nəşr etdirməklə bir romançı olaraq səsini duyurmuş oldu. Portuqaliyada Alenteju qəsəbəsindən olan üç nəsil təsərrüfat işçilərinin həyatından bəhs edən bu kitab böyük səs-küy doğurdu. 1982-ci ildə “Monastır haqqında xatirələrim” kitabının nəşri isə onun şöhrətini dünyaya yaydı. Bu, onun Amerikada nəşr olunan ilk kitabı idi. Sonrakı romanı “Riçard Reisin öldüyü il” Portuqaliya PEN klubunun ödülünü və İngiltərənin nüfuzlu ödülü hesab olunan “Müstəqil Yad Qurğu” mükafatını qazandı. Avropanın avropalılığını qorumaq üçün apardığı mübarizənin fantastik tənqidindən ibarət “İlin adanın hekayəti” kitabı ilə uğurunu davam etdirdi. Kitab İber yarımadasının Avropadan qoparaq Latın Amerika və Afrika köklərini aramaq üçün Atlantik Okeanına doğru yelkən açmasından bəhs edir. 1989-cu ildə “Lissabon mühasirəsinin tarixi” nəşr olundu. Saramaqo yaxın tarixə aid bir məqaləsində bu romandakı əsas obrazın öz həyatındakı bir çox məqamlarla bağlı olduğunu dilə gətirdi: müdirinə vurulan orta yaşlarında bir redaktor və onu bu duyğusal qarışıqlıqdan xilas edən cazibədar, gənc bir redaktor. Əslində söhbət özü və ispaniyalı bir qəzetçi olan xanımı Pilar Del Riodan gedir. 1991-ci ildə “İsanın İncili” romanını nəşr etdirdi və bu əsərə görə Portuqaliya Yazarlar Birliyinin mükafatını qazandı. Həmçinin əsər Avropa Birliyinin Ariosto ədəbiyyat yarışmasında mükafata namizəd göstərildi. Ancaq mühafizəkarların və Katolik kilsəsinin basqıları nəticəsində Portuqaliya hökuməti kitabın yarışmaya qatılmasına qadağa qoydu. Saramaqo isə demokratik Portuqaliyada belə bir haqsızlığa yol verilməsinin tam haqsızlıq olduğunu dilə gətirdi. “Belə bir davranışı doğru hesab edən hər hansı bir hökumət varmı? Bu, mənim üçün çox məyusedici bir haldır” deyə üzgünlüyünü ifadə etdi. Lanzaroteyə köçdükdən sonra modern insanın səfehliyinin və özünə ziyan vermə bacarığının qorxunc bir bənzətməsi olan “Korluq” və “Bütün isimlər” romanlarını çap etdirdi.
Gündəlik mütaliə vərdişinə baxmayaraq, Saramaqonun “İsanın İncili” romanını düz üç aya oxuyub bitirdim. Bu, indiyə qədər oxuduğum əsərlərin içində mütaliə prosesi uzun çəkən yeganə romandır. İsanın obrazı Bulqakovun “Master və Marqarita”, Çingiz Aytmatovun “Qiyamət” əsərlərində də işlənib. Bu haqda vaxtilə ayrıca bir yazı yazmışam, ona görə özünütəkrara yol vermək istəmirəm. Bu dəfə Saramaqonun İsası haqqında yazmaq istədim.
“İsanın İncili” oxucudan xüsusi hazırlıq tələb edir. Əsər mürəkkəb dil strukturuna malikdir. Xoşbəxtlikdən indiki tərcümə hərc-mərcliyində bu romanın bəxtinə İlqar Əlfioğlu kimi peşəkar bir tərcüməçi düşüb. Saramaqonun yırtıcı təfəkkürünün həddi-hüdudu yoxdur, onun təxəyyülünün sərhədləri sonsuzdur, elə ilk cümlələrdən dibi görünməyən bir okeana düşdüyünü anlayırsan; üzməyi bacarmasan, batacaqsan. Mən “İsanın İncili”ni oxuyub bitirənə qədər arada, 6-7 roman oxudum. Fərqli müəlliflər idi – Aqata Kristi, Martin Paj, Henri Miller, Folkner, Heminquey, Aişə Kulin… Çünki Saramaqonu birnəfəsə oxumaq qeyri-mümkündür. İllüziya və gerçəkliyin qovuşduğu hadisələrin kökündə əbədi bir həqiqət dayanır: İsanın həqiqəti!
Saramaqo bu əsərinə görə dövlət katibinin müavini postundan istefa verərək vətəni Portuqaliyanı tərk etmək məcburiyyətində qalıb. Onu küfr yazmaqda, Tanrıya qarşı çıxmaqda, tarixi həqiqətləri lağa qoymaqda ittiham etdilər. Yazıçının Kanar adalarına mədəni şəkildə sürgün olunmasıyla nəticələnən bu əsər eyni zamanda onu Nobel kürsüsünə gətirib çıxardı.
Romanda tarixi həqiqətlərin yazıçı tərəfindən interpretasiyası olunması xüsusilə diqqəti çəkir. Yazıçı Bibliya, İncil və Əhdi-Cədiddə əksini tapan səmavi həqiqətlərə toxunmadan öz həqiqətini, öz İsasını yaradıb. Amma bu İsa səmavi və dünyəvi həyatın həqiqətlərinin qovuşuğunda təsvir edilir. İsanın taleyini müəyyənləşdirən qara gil kasa əsərin əvvəlindən sonuncu cümləsinə qədər oxucunu mistik aurasında saxlayır. Sonda da çarmıxa çəkilən İsanın qanı məhz elə o gil kasanın içinə damla-damla axır. Kasa vasitəsilə Məryəmə əyan olan sirli həqiqət sonda bir ovuc qana çevrilib kasaya qayıdır.
Dülgər İosifin qapısına dilənçi formasında gələn o naməlum şəxs Məryəmə bətnində uşaq gəzdirdiyini xəbər verir. Daha sonra dülgər İosif təsadüfən çar İrodun Vifliyemdə doğulan körpələrin qılıncdan keçirilməsi haqqında əmrini eşidir və Məryəmi də götürüb mağaraya çəkilir. Həmin şəxs mağaranın ağzında da Məryəmin gözünə görünür və ona deyir ki, sənin ərin günahkardl, o, bu məşum xəbəri Vifliyem əhalisinə çatdıra bilərdi, amma o, ancaq özünü və ailəsini düşündü. İndi atasının törətdiyi cinayətin kölgəsi İsanın üstünə düşəcək.
Bundan sonrakı hadisələrdə İsa bir neçə dəfə Tanrıyla qarşılaşır və möcüzələr göstərməyə başlayır. Anasıyla görüşdə Məryəm oğluna deyir:
- İsa, sənin dilinlə İblis danışır.
İsa isə anasına belə deyir:
- Bəlkə İblis deyil, Tanrıdır?
Daha sonra isə deyir ki, görünür, insanlar həqiqəti lap doğulanda tapırlar, amma dillərinə gətirmirlər ki, tapdıqlarının həqiqət olduğuna əminlikləri yoxdur.
İsa həqiqəti doğulanda tapmışdı və onun başqa insanlardan fərqi də ondaydı ki, həmin həqiqəti dilinə gətirməkdən çəkinmədi. Baxmayaraq ki, o, atasının günahını öz canında ağrı kimi daşıyırdı, amma özü günahsızlıq mücəssəməsinə çevrilməyi bacardı. O, seçilmişlərdən idi.
Və qaçılmaz sonluq – İsa çarmıxa çəkilir…
Saramaqonun təsvirləri mükəmməl və möhtəşəmdir. İnsan zəkasının, təxəyyülünün bu qədər hüdudsuz olmasına heyrətlənməmək mümkün deyil. Yazıçı bədii mətndə ustalıqla tarixilik və müasirliyin sintezini yaradıb. Əsəri oxuduqca zaman amilini unudursan. Əbədi həqiqətlər həmişə zamandan ötədir. Bəlkə də bu, ona görə belədir ki, İsanın həqiqəti zamanın sərhədlərini çoxdan aşıb. Yazıçı zaman problemini çox ustalıqla həll edə bilib.
“İsanın İncili” bu baxımdan mənim üçün qiymətli bir əsərdir.
Saramaqo 1998-ci ildə “Paris Review” jurnalına verdiyi müsahibədə belə deyir: “Tarix gerçəkdən ibarətdirmi? Tarix, əslində, bir qurmacadan ibarətdir, o, icad edilmiş gerçəklərdən yaranır. Əslində gerçəklər gerçəkdir, ancaq bu gerçəklərin bir araya gətirilməsində çoxlu qurğular vardır. Tarix hekayəyə bir tutarlılıq, bir cizgi gətirən müəyyən olayların bir araya gətirilməsiylə yaranır. Bu cizgini yaratmaq üçün çox şeylərin cizginin xaricində qalması lazımdır. Tarixə fərqli bir hiss gətirə biləcək gerçəklər tarix səhifələri arasında yer almaz. Tarixdən dərs almaq mümkünsüzdür. Heç kim “bu belə oldu, çünki mən bu şəkildə olduğunu söylədim” deyə bilməz”.
Yazıçı bütün romanlarında, xüsusən də “İsanın İncili”ndə tarixə bu rakursdan yanaşır.

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Jose Saramanqo - Mənim davam xalqımla deyildi
Seyid Hüseyn - Həzin bir xatirə
Kənan Hacı - "Hacı İsgəndər" (Romandan bir hissə)