Edebiyyat.az » Ədəbi tənqid » Elşən Məmmədli - Qalxan.

Elşən Məmmədli - Qalxan.

Elşən Məmmədli - Qalxan.
Ədəbi tənqid
admin
Müəllif:
19:01, 02 iyun 2021
2 031
0
Elşən Məmmədli - Qalxan.


 Qalxmaq mədəniyyəti bizim cəmiyyətdə uşaqlığımızdan beynimizə həkk olunmuş bir şeydir. Belə ki, birinci sinfə daxil olan uşağa əlifbadan öncə təhsilverənin otağa daxil olarkən ayağa qalxmalı olduğunu izah edirlər. Bu “idman” növünü elə beynimizə otuzdururlar ki, ömürlük böyük otağa daxil olan zaman ayağa dururuq. İş həyatında belə, vəzifəcə yüksək insanın otağa gəldiyində hər kəs ayağa durmalıdır. Bu tələb deyil. Bu sadəcə şüuarlı bizə yeridilmiş bir mədəniyyət ifadəsidir. 
Orta təhsil müəssisəsini bitirdikdən sonra, ali təhsil müəssisələrində, öz ayaqlarımız üstündə duraraq daha yüksəklərə qalxmalıyıq deyə bir ideologiyanı bizə həyatda ehtiyacımız ola biləcək ixtisaslardan daha çox tədris edirlər. Bundan sonra, artıq 20 ildirki “qalxmaq” ilə böyümüş bir nəsil, qalxanlardan olmağa çalışır. 
Gənclikdən bizə yeridilən növbəti həyat dərslərindən biri isə, pul dalınca yox, məhz vəzifə dalınca qaçmaqdır. Belə ki, tərkibi olduğumuz böyük və qeyri-adekvat imperiyanın prinsipindən qalmış “vəzifən varsa pulun da var” ifadəsi elə beyinlərdə iz qoyub ki, müasir dövrdə bu ifadənin aktual olmadığını izah etmək demək olar ki mümkün deyil. Məhz bu səbəbdən, özəl sektorda ala biləcəyin əmək haqqının yarısına razı olaraq, dövlət sektoruna “qalxmaq” üçün irəli gedən gənclik, orada da ona təqdim edilmiş stula “oturub-qalxaraq” “yuxarı” irəliləyəcəyi inamı ilə “qalxmaq” arzusuna düşür. Burada da qalxdıqca, inflyasiya və qiymət artımı səbəbindən vəzifə maaşının müasir həyata uyğun olmadığını bildiyinə baxmayaraq, o, otağa daxil olan zaman digərlərinin ayağa qalxdığını görərək, öz oturacağından dura bilmir.
Ümumiyyətlə də “qalxmaq” ifadəsi bizim mental anlayışlarımızda hər zaman uğurla bərabər səsləndirilir. Bundan illər öncə, hələ entuziazmla hər bir işə can atan, və “boşboğazlıq”la dünyanı dəyişə biləcəyim düşüncəsində olanda, bir iqtisadçı ilə söhbətimizdə, mənə “nələri dəyişmək istəyərsən?” sualını vermişdi. Mən isə, gənc və ağılsız “qalxmaq” fəlsəfəsi ilə böyümüş bir nəslin təmsilçisi kimi “Təhsilverənlərin əmək haqqısını qaldırmaq” cavab vermişdim. “Nəzərə alsaq ki, bir çox əmək fəaliyyətində vəzifə üzrə irəliləmək mümkündür, həmin ierarxiyanı təhsildə də yaratmaq olar. Bunu təbii ki düzgün sistemləşdirmək lazımdı, amma təxminən təhsilverən hər 3-4 ildən bir müvafiq attestasiya keçməklə, “poqonuna” ulduz artırsın və bununla da əmək haqqısına əlavələr ödənilsin. Təhsilverənlərin orta aylıq əmək haqqıları güc strukturları ilə bərabərləşdirilsə, o zaman təhsil sahəsinə maraq da artar. Belə halda, pedaqoji fəaliyyətlə məşqul olmağa arzusunda olan vətəndaşların sayı çoxaldıqca, ali təhsil müəssisəsinə daxil olma balı da artacaq”. Verdiyim cavabı daha da uzada bilərəm, lakin məsələ mənim problemə tapdığım həlldə yox, aldığım cavabda idi. İqtisadçı mənə bildirdi ki,təhsilverənlərin əməkhaqqısı bir növ iqtisadiyyat üçün indeksdi. Yəni ki, onların maaşlarınn qalması, qida məhsulları, benzin, kommunal xərclər və s. qiymətlərdə də əks olunacaq. Bu səbəbdən onlarış maaşlarına münasibət aylıq orta əmək haqqına nisbətdədir. Mən iqtisadçı deyiləm. Bu cavabın düz və ya səhv olduğunu deyə bilmərəm. Amma aldığım cavabın məni qane etmədiyini açıqca bildirə bilərəm.
İndi isə gələk əsas məsələyə. Bu “qalxmaq” sindromu ilə yetişən nəsil, özlərini qaldırmağa nə qədər çalışsalarda, tərslikdən başqa şeyləri qaldırırlar. Bəlkə də özləri anlamırlar amma, belə bir deyim var “birini güldürən hər bir şey, digər birini ağladır”. Yəqin ki, sözümün böyük bir əhəmiyyəti olmayacaq, lakin özünüzü qaldıran zaman, bizim başımızdan tutacaq kimi istifadə etməyin. Çünki biz yıxılsaq, tutmağa bir şeyiniz də qalmayacaq. 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)