Edebiyyat.az » Ədəbi tənqid » ŞVARTSMAN - ÜRƏKBULANMA ÜÇÜN ŞVARTSMAN

ŞVARTSMAN - ÜRƏKBULANMA ÜÇÜN ŞVARTSMAN

ŞVARTSMAN - ÜRƏKBULANMA ÜÇÜN ŞVARTSMAN
Ədəbi tənqid
admin
Müəllif:
15:57, 02 oktyabr 2022
1 188
0
ŞVARTSMAN - ÜR Ə KBULANMA ÜÇÜN Ş VARTSMAN ( cavab )



 

 

Everything is wrong, but it’s alright. 

-Cigarettes after Sex -

 

 

Keçən il “Gündəyməz” saytında Abdulla İsmayıloğlunun mənim haqqında yazdığı “ŞvartsMan üçün ürəkbulanma” yazısı çap olundu.  Guya mənim tənqid edib. Halbuki məni yazılarımdan tanıyanlar tənqidlə işim olmadığını bilir. Mən başqaları kimi tənqidçi deyiləm, hücumçuyam. Tənqid etmək dişilikdir, hücum etmək kişilik. 

 

Yenə də Abdulla İsmayıloğluya (bundan sonra müəllifin adını qısaca A.İ kimi qeyd edəcəyəm, uzunçuluq olmasın) öz oxucularımın adından da təşəkkürümü bildirirəm ki, ŞvartsMandan fərqli olaraq yazısı uzun deyildi. ŞvartsManın ən azı uzun yazılarına dözmək olur, A.İ isə yox. İnkar edə bilmərik : Abdulla  bizi böyük əziyyətdən xilas edib. Oxucularıma səslənirəm: 3-ə kimi sayıb hamımız bir nəfər kimi qışqırırıq: “ ÇOX SAĞ OL, A.İ!” 

 

Əslində cavab yazısını yazmamalıyam. Birincisi, vaxt itkisidir, Abdullanın yazısından  düz bir il keçib. Hətta özü də az qala nə yazdığını unudub. Nə edəsən, içimdə zarafatlaşmaq, oyun oynamaq və bəzi şeyləri aydınlaşdırmaq istəyi baş qaldırıb. İkincisi isə bəzi dost-tanışın Abdullanın bu yazısı qarşısına çıxıb təəccübləniblər. Onlara dedim ki, bilirəm, xəbərim var  yazıdan, özü mənə votsapda linkini atdı ki, oxu, gör səni necə tənqid etmişəm! Bunu elə bir səs tonu ilə dedi ki, sanki bu yazısı ilə qisas aldı məndən. Halbuki “İnşaatçılar”da pul verib kitabımı alan, məni tərifləyən, “sənin romanın tərzində bir tarixi povest yazacağam” deyən o idi. Ofisdə söhbət edəndə “ Şvarts, mən yaxşı yaza bilmirəm, söyüşlə yazıram, mən danışım sən yaz da, olar?” deyən də yenə o idi. Fikir ayrılığına görə aramız dəydi, sanki düşmən olduq. Hə,  münasibətimiz normal olanda gizlətdiyi fikirləri yazısında qeyd edib. Abdulla başa düşmək istəmir ki, hamı eyni fikirdə olmalı deyil. Subyektiv səbəblərə görə, qisas alırmış kimi əleyhimə yazı yazmazlar. Dünən təriflədiyini bu gün pisləyirsənsə, başqaları sənin obyektivliyinə niyə inansın?! Buradan  belə qənaətə gəlmək olar ki, düşmənçilik dostluqdan daha qədim və dəyərli münasibətdir. Çünki dost xətrinə dəyməmək üçün bəzi şeyləri səndən gizlədər, düşmən isə yox. Buna görə ağıllı adam düşməni kimi ürəyində heç nə gizlətməyən adamla dostluq edər. 

 

Bu yazım A.İ ilk və son cavabım olsun istəyirəm. Bu yazıdan sonra cavab gəlsə, nəsə yazmaq fikrim yoxdur. Oyun başlasın, dostlar. 

 

 

 

HÜCUM 1.

Düzəliş edək: “Şvartçman” yox, “Şvartsman”. Bu texniki səhv də ola bilər, olmaya da bilər. Adımı gah “Şvartçman” kimi, gah da “Şvartsman “ kimi yazıb.  Abdullanı realda az da olsa tanısam da, onun  daha çox “ç”(aşmağa)-yə meyilli olduğunu bilirəm. “Şvartçman”nın yazılışının niyə səhv olduğunu izah edək: Schwarzmann alman familiyasıdır. Alman dilində “z” rus dilindəki “ц”-nin, azərbaycan dilində isə “ts”, “ç”-nin qarşılığıdır. Yəni, ay Abdulla, ya “Şvartsman”, ya da “Şvarçman” kimi yazmalısan. “Şvartsman” yazı formasıdır, “Şvarçman” isə danışıq. Heç olmasa, tənqid etməyə çalışğın adamın adını düz yaz, axı səni dünya oxuyur…

 

Sonra:

ŞvartsMan üçün ürəkbulanma”? Hə, yazının adı xoşuma gəldi, səmimiyəm, ironiya yoxdur.  “Məhəbbət üçün ürəkbulanma” romanımın Abdulla varinatı.  Arada yaxşı cümlələr qurur, inkar etməyək. Arada da, həmişə yox. Yenə də arada olmaq pis əlamətdir.

 

Abdullanın mənim əleyhimə yazdığı yazının adı o qədər xoşuma gəldi ki, fikirləşdim, oyunun adını elə  bu ad üzərində qurum. Yerini dəyişdim, oldu “Ürəkbulanma üçün ŞvartsMan”. Bu nə deməkdir? Aptekə daxil olub əczaçıdan soruşursunuz: “Sizdə ürəkbulanma üçün dərman var?” Əczaçı cavab verir: “Əlbəttə, var: ŞvartsMan”. “Dadı acı deyil ki?” – soruşursunuz. Əczaçı deyir: “Bəli, acıdır, həqiqət kimi acıdır, amma xoşunuza gələcək və sizi sağaldacaq”. “Bəs qiyməti neçədir? Əczaçı inciyir: “Aaa.. bunu eşitməyim. Abdulla kimi ürəkbulanmalar üçün ŞvartsMan ən güclü dərmandır. Əsas sizin sağlamlığınızdır, bizim pul qazanmağımız deyil. Biz pulumuzu elə də, belə də qazanırıq”. 

 

 

 

HÜCUM 2.

Sən Azərbaycan ədəbiyyatı kimi ciddisən, buna görə yaxşı yaza bilmirsən.  Abdullakimilər (müsəlmanlar) heç vaxt özlərini tərifləməz, yalnız başqalarını pisləyərlər. Abdulla beynindəki qırıq güzgü ilə məni görür. Qırıq güzgü ilə heç kim bütöv görünmür.  Deyirsən, Şvartsı 5 ildir tanıyıram? Nooolsun, mən də 30 ildir tanıyıram.  Şvarts həyat adlı sirkdə ən yaxşı akrobatlardan biri kimi təhlükəli hərəkətlər edəndə sən tamaşaçı kimi ağzı açıq baxacaqsan. Fərqiniz budur: o - oyunbaz, sən isə tamaşaçısan. 

 

“Mən filankəsi çox yaxşı tanıyıram” kimi cümlələr quran adamlardan uzaq olun. Əslində heç kim kimisə çox yaxşı tanımır – tanıdığını zənn edir, amma tanımır. Biz sadəcə qarşımızdakı insan haqqında ümumi məlumatlara sahibik. İnsanı tanımaq bir sənətdir, öyrənmək lazımdır. 

 

Özünə gülən adam özünü görən adamdır. Sən isə başqalarına güldün. 

 

Yadında saxla: ancaq özünü gizlədən aşkara çıxmaqdan qorxar. Sən yazılarında özünü çox gizlədirsən. Özündən başqa həşeydən danışırsan. 

 

Səninkimilər üçün dəyişməyən qaydam var: 30 yaşını keçmiş birini dəyişdirməyə çalışmayın. Səhv çıxarmağa çalışın. 

 

 

 

HÜCUM 3.

Oxuduqları militarist Abdullanı milli artistə çevirmədisə, heç nə. Bir ilə 150-160 kitab oxuyursan, mən isə heç 15-16 kitab oxumuram. Oxucular sənin də yazını oxuyacaqlar və qəribə şəkildə hiss edəcəklər ki, sanki mən bir ilə 150-160 kitab oxuyuram, sən 15-16 kitab oxuyursan. Nə qədər oxuyursan oxu, əgər "bu həyatda heç kim mənim kimi düşünməyə məcbur deyil və kimsə mənim kimi düşünmürsə, səhv deyil" düşüncəsini dərk etməmisənsə, heç bir kitab səni xilas etməz. İnsanda olduğu kimi kitab da əsas keyfiyyətdir, kəmiyyət deyil. Nə qədər kitab oxuduğun önəmli deyil, nə oxuduğun önəmlidir. Ətrafında neçə insanın olduğu vacib deyil, necə insanların olduğu vacibdir. 7 milyard insan var və heç biri də tam olaraq eyni fikiri bölüşmür. Və sən hamını öldürə bilmərsən. Həyatda iki cür insan var: insanlardan qaçan və insanları özündən qaçırdan. Sən ikincisisən. Hamı səndən qaçır. Niyə bunu görmək istəmirsən? Dost, səninlə eyni fikiri bölüşən deyil. Dost, səni başa düşəndir. Sən heç kimi başa düşmək istəmirsən, fikirini başqalarına yeritmək istəyirsən. Çox gecdir, amma deyim ki, sən həşeydəəvvəl necə düşünməyi öyrənməlisən. Səninlə hər dəfə danışdıqca, məlum yazını oxuduqca necə ucuz manevrlərə getdiyini və sönük, qəzəbli cümlələr işlətdiyini açıq-aşkar görürəm. Bu yazında elə təəssürat yaradırsan ki, guya mən sənə pislik etmişəm və sən də qisas alırsan. Halbuki səni çox qəzəbləndirən müsahibədə işlətdiyim bu cümlələrdir: 

 

10 milyonluq xalq sekslə məşğul olur, amma bunun haqqında danışmaq heç də xoş deyil, ayıb sayılır. Əgər seksdən danışmaq ayıbdırsa, onda sekslə məşğul olmaq da ayıb sayılmalıdır. Bir şey haqqında danışmaq pisdirsə, onu etmək də pis olmalıdır. Siz etiraz edib buna "əxlaq" deyirsiniz, mən isə "ikiüzlülük". 

 

Abdulla bəy, məndə səhv tutur ki, 10 milyonun hamısı sekslə məşğul olmur ki? Burada uşaqlar da var. Məni riyazi savadsızlıqda günahlandırır. Halbuki mən 10 milyon və seks sözlərini işlədəndə ən yelbeyin oxucu da nəyi nəzərdə tutduğumu yaxşı başa düşür. Uşağa başa salan kimi sənə də başa salıram: “10 milyon”u “Azərbaycan” kimi oxu, daşlar yerinə oturacaq. Görəsən, Froyd uşaqlardakı psixoseksuallıqdan yazanda sən harada idin? Hə, yadımda düşdü, sən bu dünyada deyildin… Abdulla, başa düş: bu, riyaziyyat deyil, sən də riyaziyyatçı deyilsən. Bu, ədəbiyyatdır, sən də ədəbiyyatçı deyilsən. 

 

Abdullanın kitab siyahısını xatırlayıram,  nə Niçe, nə Şopenhauer, nə Froyd var. Cozef Kempbell və Mirça Eliadenin adını çəkməyə dəyməz. Abdulla ancaq beyinindəki  fikirləri təsdiqləyən kitabları oxuyur və bir də başqalarını  səhv çıxarmaq üçün. Bu da ayrı bir bədbəxtlikdir. 

 

MəŞvartsam, Abdulla. Məndən incimə, mən səni sənə göstərirəm. Bilmirsən ki, kimisə əxlaqsız adlandıranda özün heç də əxlaqlı deyilsən? Arada güzgüdə özünə baxırsan? Mən istəmirəm burada açım sandığı, töküm pambığı, yodu, vazelini. Mən nə edirəmsə, nə düşünürəmsə, hamısını burada yazıram. Sən niyə öz seksuallığından yazmırsan, utanırsan? Yazılarında danış da özündən, səni tanıyaq. Niyə özünü gizlədirsən, özündən başqa həşeydən danışırsan? Niçenin yaxşı cümləsi var: "Özün haqqında danışmamaq çox qədim bir ikiüzlülükdür". Niyə belə ikiüzlüsən? Mənə qarşı yox ha, özünə qarşı niyə ikiüzlüsən? Uşaqlığına qayıt, özünü selbstanalyse elə. Niyə belə aqressivsən, dözümsüzsən? Niyə özündən zəifi görəndə onu söyürsən, zorakı olursan, amma özündən güclünün qabağında susursan? Sən keçmiş, qovulmuş hərbiçisən, hərbiçilərdən dərin adamlar çıxmır, sadəcə peşələri buna icazə vermir. Ekzüperi isə istisnadır: fransız və hərbi təyyarəçi idi, onun yeri səma idi, insanlarla işi yox idi deyə belə dərin idi. Bizim hərbiçilər arasında dinsiz, ateist adama rast gəlmək nadir nüsxədir, hamısı tipik müsəlmandır. 

 

Abdullanın yazısında adını çəkdiyi müsahibəm və hekayələrimi “Google”da tapıb oxumağınızı məsləhət görə bilərəm. Özünüz oxuyub özünüz bir qənaətə gəlin. Amma hələ getməyin, dayanın, Abdulla bizə biologiya dərsi keçir: “İnsanın yaradılış instinktləri içərisində qarın aclığı penis-vajina aclığından daha güclüdür”. Vauuu…nə dediyin sən, balaca Darvin? Sənin bioloji savadının xatirinə Maslov pramidasını tərsinə çevirirəm – bax, sən busan. 

 

 

 

HÜCUM 4.

“Xəzərə tökülən kanalizasiya axıntıları kimi dəyərsizləşən”? Səncanı, bu nə axmaq bənzətmədir?! Niyə demək istəmirsən ki, ŞvartsMan əslində bizim Xəzərə tökdüyümüz, hamıdan gizlətdiyimiz öz poxxxumuzu bizə göstərən adamdır? Dəyərsizləşən axıntılardır, bunu bizə göstərən deyil. 

 

Məni öz evinə dəvət etməyini də səmimi saymıram. Mənim yazılarımdan xoşun gəlir, amma fikirlərimdən yox. Evinə dəvət etməyini məni öz tərəfinə çəkmək istəyi kimi başa düşürəm. Söhbətimizdə səmimiyyət yox idi. Mənə qarşı yazdığın yazıda əxlaq dərsi keçməyini başa düşə bilmirəm, axı evində azərbaycanlı bir detektiv yazıçının kitabından məhz erotik təsvirləri maraqla mənə oxumağını necə başa düşüm? Yadındadır, Gülnazın mənə marağı var idi, mən isə Gülnazı çox axtarmırdım. Sən mənə zarafatla nə dedin? “Şvarts, sən olmasaydın, mən girişəcəkdim ona”. Bilirəm, zarafat eləmisən, çünki həqiqət fahişədir, hər zarafatın altında yatır -dedi Aldous Haksli, yadında saxla. Sən realda seks düşkünü, amma yazılarında yolundan dönməz Musasan. Bu yaxşılığımı unutma: yazmadığın bir şeyi öldürə bilməzsən. 

 

Abdulla üçün 3 təhlükəli düşmən varsa, bunlardan birinin adı ŞvartsMandır. O, məni homoseksualizm və yəhudilər kimi xəstəlik hesab edir. Hitlerin metodundan istifadə edir: düşmənin yoxdursa, düşmən yarat. 

 

Heç biri kişi homoseksuallığa tam qarşı ola bilməz. Homoseksuallığın içində lesbiyanlıq da var. Seksual cəhətdən heç biri kişi lesbiyanlığa pis baxmır, əgər baxırsa, o kişi deyil, Musa kimi radikal dinçidir. 

 

Yəhudilər məsələsinə qaldıqda isə həşey aydın olmalıdır. Ən böyük müdriklik, ən böyük yumor və ən böyük pullar onlara aiddir. Onlar bunu həyatları bahasına qazanıblar. 

 

 

HÜCUM 5.

Bizim bu qisasçı yalnız bir şey üçün oxuyur: beynindəki fikirləri təsdiqləmək. Haqlı çıxmaq onun əlindəki silahdır. Bildiyini zənn etdiyini səhv başa düşmək onun əsas üstünlüyüdür. Bir hekayədə, bir filmdə, bir kitabda beldən aşağı nə varsa, onu görər və ondan danışar. Bir insanın başı , ürəyi , ayaq və əlləri, götü və cinsi orqanı var. Abdulla o insanı götü və cinsi orqanı ilə dəyərləndirər. Kim nəyi istəyirsə, ondan yapışır. Əlinin çatdığı şeylərdən yapışmaqdansa, arada əlinin çatmadığı şeylərə də hoppansan pis olmaz. 

 

Əsas məsələyə keçək. Abdulla düşüklük edib ana-bacı söhbəti edir, mənim seksual problemlərimin olduğunu iddia edir, əxlaqsızlığı və mənəviyyatsızlığı yaymaqda günahlandırır. Kış-kış, Marki(z) dö Sadın məzarından uzaq.  Əlində olsaydı, orta əsrlər Avropasına qayıdıb inkivizator olar, məhkəmə qurar və məni diri-diri yandırardı. Uzaqdan ŞvartsMana və Abdullaya baxanda birini Froyda, digərini isə Hitlerə bənzədirəm. Bunu eşitməmiş olmazsınız: Froyd Avstriya nasistlər tərəfindən işğal olunanda Londona köçür. Bir dəfə ona xəbər çatdırdılar ki, nasistlər onun kitablarını yandırır. Froyd tam mənim istədiyim kimi cavab verir: “Orta əsrlərdə yaşasaydım, mənim özümü yandırardılar. İndi isə yalnız kitablarımı yandırmaqla kifayətlənirlər. Yəqin mədəni inkişaf budur. Yaxşı qurtarmışıq”. 

 

Ürəyim o qədər doludur ki, əsas mövzuya keçə bilmirəm. Ötən yazımda dediyim kimi, mənim üçün yazmaq seksdir. Yataqda da, yazmaqda da yazıram-yazıram, s1k1rəm -s1k1rəm qurtarmır. Amma yenə də əsas məsələyə keçmək lazımdır. Froyddan söhbət düşşkən, Abdullanı psixoanaliz edək. Məlum yazısında məni daim cinsi aclıq çəkdiyimi vurğulayır, seksual anomaliya kimi qiymətləndirir. Froydun beyinin işləmə mexanizmi ilə bağlı maraqlı tezisi var. Bu tezis manipulyasiyadır. Froyd deyir ki, əgər sizdə cinsi problem yaxud seksual pozğunluq varsa, onu gizlətmək üçün qarşınızdakı sevmədiyiniz adamı ancaq onda günahlandıracaqsınız. Froyda görə, bu, insanın özünü gizlətməyin  yoludur. Abdulla da ancaq seks və qadınla əlaqəli yazılarımı vurğulayır, onların üzərində duraraq mənim guya seksual aclıq çəkdiyimi bar-bar bağırır. 104 səhifəlik roman yazdım, gedib bir cümlüyə - qızın tüklü “üçbucağı”na – ilişir. 104 səhifədə cəmi bir cümləyə. O cümləyə ki məni pisləmək üçün istifadə edir. Froyd demək istəyir ki, Abdullakimilər seksual aclıq çəkdiklərini gizlətmək üçüŞvartsMankimiləri seksual manyak adlandırmaq məcburiyyətindədirlər.  Öz əxlaqsızlığını gizlətmək üçün başqalarını əxlaqsız adlandırır – hədəfdən yayınmaq budur. Dahi yazıçı Oskar Uayld “sevmədiyimiz adamlara əxlaq prizmasından baxırıq” demişdi. Bilirsiniz niyə? O ikiüzlü, əxlaqçı Viktoriyan İngiltərəsində yazıçının homosekaullığı atom bombası kimi təhlükəli idi. Bu həyatda sizi sevməyən adamlar həmişə “əxlaqsız” adlandırar. Əxlaqdan çox danışmaq istəmirəm, çünki “Əxlaq bir xəstəlikdir” adlı yazım da olacaq. 

 

Axx, niyə Edmund Börk kimi mühafizəkarsan, arada dö Sad və Oskar Uayld oxusan ölməzsən ki? Bəlkə onda gerçək simanla qarşılaşarsan. 

 

Heç bilmədin, mən "Gücün 48 qanunu"ndakı 15-ci qanunun təsdiqiyəm: şməninizi tam əzin. Yəni? Biabır edin, gizlətdiklərini aşkara çıxarın, öz silahı ilə onu vurun, amma güllələr özünüzünkü olsun. Sizi ən çox tənqid etdiyi sözlərlə ona hücum edin. Elə edin ki, özünü müdafiə üçün əlində heç nə olmasın. Bu cümləmi heç vaxt yadınızdan çıxarmayın: əgər biri ən çox nəyə görə tənqid edirsə, bilin ki, o şey onun özündə də var, sadəcə özündə olana pis baxır, gizlədir deyə həmin şeyi sizdə görəndə əsəbləşir, gizlətdiyinin aşkara çıxmasını istəmir. Amma qarşısındakı adamda elə təəssürat yaradır ki, tənqid etdiyi şey onun özündə yoxdur, yalnız sizdədir. Necə ki, bizdə korrupsiya ilə mübarizə aparırlar, amma özləri korrupsionerdirlər, Abdullalar da əxlaqsızlığa qarşı mübarizə aparırlar, amma özləri əxlaqsızdırlar. Kim nəyə qarşı mübarizə aparırsa, öz içindəkinə qarşı mübarizə aparır. Abdulla özü də bilmədəəslində Şvartsa qarşı yox, Şvartsın simasında gördüyü özündə olan əxlaqsızlığa qarşı çıxır. O daim məni pisləməlidir ki, içindəki əxlaqsızlığı gizlədə bilsin. Bu səbəbdəŞvartsMan olaraq mən, azərbaycanlılar kimi “mübarizə”, “etiraz”, “qisas” sözlərindən imtina edib “7 hücum” hazırladım.

 

Abdulla kimi özünü deist adlandırıb zır müsəlmanların taktikası budur: Palçığı başqasını üstünə atacaqsan ki,  heç kim sənin palçıqlı əlini görməsin. Hamı palçıqlı adama baxanda səəlindəki ləkəni silməyə vaxt tapacaqsan. 

 

Abdulla düşünür ki, mən həşeyi İslam dininə bağlamaqla səhv edirəm. Sual verirəm: bu torpaqlarda İslamdan başqa hansı din və siyasi ideologiya min ildən çox hegemonluq edib? Deyir ki, islam qadına hörmət edir, “Quran”ı açanda “oxu” kəlməsini görürük.  Elşad Miri ilə eyni düşüncədədir: “Quran qadına gör necə hörmət edir ki, Ən-Nisa, yəni “Qadınlar” surəsi var, kişilər surəsi yoxdur”. Ən-Nisa surəsinin 34-cü ayəsindən bir hissə oxuyaq: “Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, yataqda onları tərk edin və onları döyün! Əgər sizə itaət etsələr, onlara əziyyət vermək üçün başqa yol axtarmayın”. Mən də deyirəm axı, niyə atalarımız analarımızı döyür, kitabımızda yazılıb da. Hə, gör necə gözəl hörmət edir, heyran qaldım, sabah namaza başlayım? Bizim bu müsəlmanlara başa sala bilməzsən ki, “Ən -Nisa” qadınlara olan sevgi və hörmət deyil, cəmiyyətdə onların sosial-iqtisadi vəziyyətlərini tənzimləmə qanunudur. Quran ərəb tarixi kitabdır, Məhəmməd də siyasi və sosial islahatçıdır, vəssalam da. Bir də “Quran”ı açanda “oxu” əmrinə rast gəlmirik, “Fatihə” surəsini görürük. “Oxu!” allahın Məhəmmədə ilk sözüdür, bu ilk sözü də 96-cı surədir (Əl-Ələq).  Mesajım çatdı, yoxsa zəng edim? (Həmişə bu   mövzulara toxunub dini savadsızlığınızı göstərmək məcburiyyətində deyilsiniz). 

 

Bizim bu cavan hərbiçi oğlan həm yazılarında, həm də realda insanlarla mübahisədə “ana-bacı” söhbəti edir. Abdulla heç vaxt bir ingilis, fransız ya da almanla “ana-bacı” söhbəti etməz. Almana desə ki, “sənin anana və bacına belə etsələr xoşuna gələr?”, alman başa düşməz və belə deyər: “Was ist los?”. Ən pis ehtimalla sənə axmaq kimi baxar ki, diskussiyanın, intellektual söhbətin ana və bacıya nə dəxli var? Abdulla yaxşı bilir ki, azərbaycanlıların həssas yeri ana-bacı-arvaddır, vuranda oradan vurur. Abdullanın psixoloji portretini çəkək. “Ana-bacı” söhbəti edənlərin iki psixoloji manevri var: 1. Əslində opponentinin ana və bacısı ilə yatmaq istəyirlər, bu söhbəti hər mübahisədə dilə gətirməklə sənin necə reaksiya verəcəyini bilmək istəyirlər. Məsələn, sənin ananı siğə etsələr normal baxarsan? Z. B   “ bu mənim dinimdir” cavabını verərdi.  Bizim çoxdanışan Abdulla susardı, amma beyinində bu sualı da vermiş olardı: onda gəl, sənin ananı siğə edim? Sən həmişə belə iyrənc idin, sadəcə, üzünə demirdik.  Bunu niyə dedim? Abdulla həmişə sevmədiyi və onunla eyni fikri bölüşməyən adamlara qarşı "ana-bacı" taktikasından istifadə edir. Niyə? Çünki insan sevmədiyi və nifrət etdiyi adamın anasına, bacısına, yaxud arvadına təcavüz etmək istəyir. Biri sizi  çox əsəbləşdirəndə ilk etdiyiniz nədir? Onun anasını, bacısını, arvadını söymək, düzdür? Nə deyirsiniz? " Sənin ananı, bacını belə edim” deyirsiniz. Yəni, həqiqətdə elə edə bilmədiyiniz üçün onu sözlə ifadə edirsiniz. Etmək istəyirsiniz, amma edə bilmirsinizƏgər elə etsəydiniz, söyməzdiniz.  Sevdiyiniz insanın isə anasını, bacısını  öz ananız, bacınız bilirsiniz. Bu baxımdan çox "ana-bacı" söhbəti edənlər kənardan təkcə öz ana-bacılarını yox, sizin də ananızın-bacınızın qeydinə qaldıqları təəssüratını yaratsalar da, içlərindəəksinə, təcavüzkarlığı gizlədə bilməyəəxlaqçılardır. Abdulla isə bunun əldəqayırma ən yaxşı kuklasıdır; 2. Qarşındakı adamı geri çəkilməyə və təslim olmağa məcbur etmək. “Anana, bacına etsələr xoşuna gəlməz ki? Onda mən deyəndir”.   Qalib gələ bilmədiyi müsahibini beləcə susdurmağa çalışır. Mövzu başqa da olsa, sözü dinə, ordan əxlaq və seksə və axırda ana-bacı məsələsinə gətirməklə söhbəti öz xeyirinə bağlamaq və haqlı çıxmaq istəyir. Nə deyim, kişi kimi heç vaxt döyüşmədin də.. Ancaq qadın kişinin cinsi orqanına dizi ilə zərbə endirər. Kişi kişi ilə döyüşdə heç vaxt cinsi orqanına zərbə endirməz, hətta ən qaydasız döyüşdə də bu qadağandır. 

 

Abdulla, buradan sənə səslənirəm: mən sənin getdiyin yolu geri qayıtmıram, mən sənin bilmədiyin və görmədiyin yolla gedirəm. Sən heç vaxt mənə çata bilməyəcəksən, çünki harada olduğumu bilmirsən. 

 

Deyirlər, bu həyatda qarşılaşğın hər insandan nəsə öyrənirsən. Bu, Abdullaya aid deyil. Yox, nəsə öyrənmişəm: Abdullakimilərdən uzaq olmağı. Onunkimilər zəhərli heyvan kimidirlər, sancmağa adam tapmayanda özləri -özlərini sancıb öldürürlər. 

 

 

HÜCUM 6. 

Bilirəm, bu 5 hücumdan sonra ölümcül yaralanmısan. Amma səni sağaltmaq  və ömrünü az da olsa uzatmaq üçün 6-cı hücumu hazırladım. Əgər 6-cı hücum sənə kömək olmasa, 7-ci hücum səni heç vaxt çıxa bilməyəcəyin morqa göndərəcək. 

 

Köməyim budur:

Koan nədir bilirsənmi, Abdulla? Zənn etmirəm, biləsən. Bilsəydin, məni yalnız seks və qadınlar haqqında yazmaqda günahlandırıb özün onlar haqqında düşünməzdin. Yadda saxla, ŞvartsMana qarşı çıxmaq insanın özünə qarşı çıxmağıdır. Boş yerə adımın mənası “qara” deyil. Mən insanın qaranlıq tərəfini təmsil edirəm. Stalinizm, Hitlerizm, Maoizm kabusundan ayıl, uşaqlıq travmalarından qurtul, qəlbini və ruhunu SHM-lə zəhərləmə. Səni yalnız Koanizm xilas edə bilər -əgər sən, doğrudan da, xilas olmaq istəyirsənsə… 

 

Zen-Buddizmdə koana aid bir misal çəkim, başa düşsən xilas olarsan:

 

İki rahib, Tanzan və Ekido palçıqlı yoldan aşağı düşürlər. Qarşıda palçıqlı yolu keçə bilməyən cazibədar bir yolçu görürlər. Tanzan mədəni şəkildə kömək təklif edir, yolun qarşısına kimi qadını qucağında daşıyır. Palçıqlı yolu keçdikdən sonra heç bir şey demədən qadını yerə qoyur və yoluna davam edir. 

Bunu görən Ekido şok olur. Axı rahiblik qaydalarına görə, rahiblər qadınlara yaxınlaşa, gözəl bir yolçu xanıma toxuna bilməzdilər. Bir xeyli yol getdikdən sonra Ekido daha çox dözə bilməyib dedi:

-O qadını necə qucağına alıb daşıya bilərsən? 

Tanzan gülümsədi:

-Qadını arxada buraxmışam. Sən hələ də onu daşıyırsan? 

 

Bu koanın başqa koanlar kimi çoxlu mənası olsa da, bir mənası budur ki, Ekido fiziki mənada qadını qucağına alıb daşımasa da, fikri olaraq qadına bağlı qaldığı üçün rahiblik qaydalarını pozmuşdur. İndi nə demək istədiyimi başa düşdün, Abdulla? Mən seks, qadın, din haqqında yazdıqlarımı geridə qoymuşam, sənsən onları beyinində daşıyan və məni tənqid edən. Mən unutmuşam, keçmişdə ilişib qalmamışam, sənsən heç vaxt unutmayan, keçmişdə qalan. Əgər bu yazımdan sonra mənim əleyhimə bir də yazı yazsan, biləcəyəm ki, koanı başa düşməmisən. Bu koan sənə ilk və son yaxşılığımdır. 

 

Bu yazımı 31 yaşımın ən möhtəşəm masturbasiyası hesab edirəm. Qarşımda iki yekə ərəb döşü var: Abd və Ulla. Sonrasını yazmağa ehtiyac yoxdur, fantaziyanıza buraxıram. 

 

Birini tənqid etməmişdəəvvəl həmişə düşünməliydin: əlində kozırı var, ya yox? Maskarad çox tez qurtardı: sən mənim maskamı çıxardanda öz sifətini gördün. Məğlubiyyətinin səbəbi, mənə çox yaxınlaşmağın idi. Sən məni qoca qarılar kimi uzaqdan-uzağa lənətləyəndə mənim söz oxlarım səmada günəşin qabağını örtdü. Oxlar göydə qalmadı, hamısı sənə və kölgələrinə batdı. Bu döyüş idi, sən çox danışdın, mən isə çox düşündüm. Sən çox hirsləndin, mənsə çox güldüm. And game over. Abtulla kaputt!

 

 

HÜCUM 7.

Abdullanın bir il əvvəlki yazısını təzəlikcə oxudum. Düşündüm ki, mənim əleyhimə yazılanı öz lehimə çevirə bilərəm. İnsanlar mənim tənqid edildiyimi bilsələr, məni ciddi qəbul edərlər, bu, mütləq diqqət çəkər. Əslində tənqid edilməyin yaxşı tərəfi budur ki, sənin ciddi, təhlükəli və ya tənqid edilməyə dəyər önəmli adam olduğunu oxucuya göstərir. Bu fürsəti əldən buraxa bilməzdim.   

 

Mən bu yazını Abdulla kimi qisas almaq üçün yox, sadəcə zarafatlaşmaq üçün yazdım. Sadəcə zarafatlaşmaq üçünmü? Həm də daim aktual qalmaq üçün. Mən həmişə buna inandım: yumor hissin yoxdursa, ağılın da yoxdur. İnsanı güllə ilə yox, gülüşlə öldürərlər. 

 

Mən Seymur Baycan kimi mübarizəçi, Kəramət Böyükçöl kimi etirazçı, Abdulla İsmayıloğlu kimi qisasçı deyiləm. Mən strateqəm. Bu yazımdan sonra nə yazacağım belə bəllidir; taktikaları hazırlayıram. Mənim terrorist ilə yalnız bir fərqim var: o, ətdən insanları partladır, mənsə daşdan fikirləri. 

 

Sənin hadisələrə və şəxslərə əxlaqi yanaşmağın məni təəccübləndirmir. Axı sənin adın da dindar adıdır. Abdullaya nə deyə bilərəm ki? O da allahın bir quludur. 

 

Əlavə edim ki, onun belə tənqidi yazılarına tibbdə flatulans deyirlər. 

 

Səhv başa düşməyin, demirəm, mən tənqidedilməzəm. Deyirəm ki, mən təkzibedilməzəm. 

 

Abdulla, sən, sadəcə, "Gücün 48 qanunu"ndakı 5-ci qanunun pozuntususan: güclü aslan yoluna çıxan siçanla oynayar, mən də oynadım.  Seksual zarafatlarıma güləndə əslində səni yoxladığımı tutmadın. Ədəbiyyat.az saytındakı məşhur müsahibəmi oxuyanda bilmədin ki, o müsahibəm uydurmadır, sualları da, cavabları da özüm yazmışam-zarafatımı tutmadın və tələyə düşdün.  Kitabxanada Xan Rəsuloğlu Köniqsberqdə Kantın məzarının yanında qadınla sevişməyini danışanda əslində Kantın əxlaq fəlsəfəsi mənasında  sözü sənə soxduğunu da tutmadın. Heç bir temanı tutmadın ki, tutmadın. Sən bu həyatda ŞvartsManın cinsi orqanından  başqa nəyi tutdun ki? Sənin  vəziyyətinə kədərlənirəm, amma sonra düşünürəm ki, axı səndən bir dənədir, kədərlənməyə dəyməz. Sən nə yazıçı kimi yazıçısan (ədəbiyyat və yazmaq nədir bilmirsən), nə də araşdırmaçı kimi araşdırmaçı (neytral deyilsən, amerikanfob, ruspərəst, antisemitsən). Səən yaxşısı mənim yaddaşımda keçmiş hərbiçi kimi qal. Çünki bunlar keçmişdir, keçib gedəcək...

 

24.09.2022

 

XÜSUSİ QEYD:

Nə vaxtsa kimisə tənqid etmək istəsəniz, ona hücum edin. Bu yazım dediyimə ən gözəl nümunələrdən biridir. Bu, təkcə Abdulla İsmayıloğluya cavab deyil, həmçinin 30 ildən sonra, gələcək nəsillərə örnək olacaq ki, rəqibinizlə, Abdulla kimi nəsili kəsilməkdə olanlarla necə döyüşmək lazımdır. 7 hücum, 7 günah və 7 bıçaq zərbəsi. Sizi haqsız yerə tənqid edənləri yaralamayın, öldürün! 

-ŞvartsMan (Tamerlan) -azərbaycanlı yazıçı. 

 

Abdulla İsmayıloğlunun “ŞvartsMan üçün ürəkbulanma” yazısının linki: 

https://gundemxeber.az/olke/cemiyyet/66442-svartcman-ucun-urekbulanma.html

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)