Edebiyyat.az » Palitra » Bernini Heykəltəraşlığı – “David”

Bernini Heykəltəraşlığı – “David”

Bernini Heykəltəraşlığı – “David”
Palitra
Necef Esgerzade
Müəllif:
17:17, 20 may 2019
2 212
0
XVII əsr İtaliya barokkosu deyəndə yadıma heykəltəraş və memar Covanni Lorenso Bernini düşür.Xatırladım ki , Bernini yetkin barokkonun banisi olub , memar , heykəltəraş , rəssam olmaqla həmin dövrün ən məşhur sənətkarlarından biri olmuşdur.Barokko memarlığı haqqında daha sonra məlumat verəcəm . Sadəcə qısa xatırladım ki , Romada müqəddəs Pyotr kilsəsinin çoxillik tikintisinin başa çatdırılması və onun qarşısındakı meydanın tərtibatı  (1656-1667) Lorenso Berniniyə aiddir.
Belə ki , konkret müşahidələrlə coşqun dinamika, ekspressiya, təsirlilik onun yaradıcılığının əsas xüsusiyyətləridir.Barokko heykəlləri kilsələrin və şəhər sarayının fasadlarını, bağların və parkların interyerlərini, mehrabları, fəvvarələri bəzəyirdi .
Bernini mifoloji və dini süjetlərlə kilsələri, küçə fəvvarələrində portret kompozisiyalar və heykəl qrupları, kilsə mehrablarını yaradırdı . Barokkoda bəzən memarın və heykəltəraşın işini ayırmaq mümkün deyil. Rəssam, özündə bu iki qabiliyyəti birləşdirirdi.
Covanni Lorenso Bernini zəkası və istedadı ilə onu tanıyan hamını təəccübləndirməyi bacarırdı.8 yaşında ilk dəfə Papanın qabağına çıxdı və adi insanlar kimi rəsm çəkməyi sevmədiyini söylədi.Buna çox təəccüblənən Papa gələciyin Mikelencelosu olduğunu söyləyərək onu öz himayəsinə aldı.Atası fransalı heykəltəraş idi.Onun o qədərdə yaxşı heykəltəraş olduğu deyilə bilməz, ancaq oğlundakı istedadı hələ kiçik yaşılarında kəşf etmişdi. “Diqqətli ol! Sinyor Bernini”,- dedi,- balaca Berninin heyranlarından biri, “bu uşaq gələcəkdə səni kölgədə qoyacaq”.Balaca Bernini çox çalışır və sürətlə öz üzərində işləyirdi.Bernini 1605-ci ildə Romaya gəlir. Bura gəlməsi ele Karavacconun rəsmlərinin kilsəni ayağa qaldırdığı vaxta təsadüf edirdi.Bu rəsmlər onun sənətə baxışını dəyişdirdi və insanları cəlb etmək üçün müqəddəslər əvəzinə təəccübləndirici dünyəvi gerçəkləri göstərən əsərlər işləməsini qərara aldı.Onun fikrinə görə əsl sənət bu idi.
Covanni Lorenso Berninin “David” , “Apallon və Dəfnə” ,“Müqəddəs Terezanın vəcdə gəlməsi” , “Kardinal Borqezi”, “Müqəddəs Lorensa” kimi heykəltəraşlıq nümünələri vardır.
Berninin ilk yetkin heykəltəraşlıq işi  “David” olmuşdur. O , bu əsəri 1623-24-cü illərdə işləmişdir.Belə ki , Bibliya süjetinə görə gələcəkdə İudey çarı olan gənc çoban David yəhudilərə qarşı müharibə aparan fələstinli ordusunun ən güclü əsgərinə Qoliafa təkbətək vuruşda qalib gəlir.Bu səhnə bir çox heykəltəraşa ilham qaynağı olub. Məhz müxtəlif dövrlərdə heykəltəraşlar Davidin obrazına müraciət etmişlər. Onlar arasında Mikelencola , Donatello , Andrea del Verrocchio kimi sənətkarlar olmuşdur.
Bernini digər heykəltəraşlardan fərqli olaraq ,obrazın hərəkətini , gərginiliyini təsvir etmək üçün onum mübarizədə olduğu anı seçir.Davidin bütün gücü və hissləri həlledici zərbə üçün yığılmışdır.Qaşqabağını töküb, dodaqlarını bərk büküb , o yana əyilib və söykənib. David gərgin, nifrətli baxışını öz rəqibinə yönəldib nişan alır. Heykəltəraş qəhrəmanlığın yerinə – faciə, ümumiləşdirmənin yerinə – konkret xarakteristikanın itiliyi , ciddi müvazinətin yerinə- coşqun dinamikanı göstərmişdir. Doğrusu , Bernininin bu erkən işi barokkoya tamamilə aiddir. Yüksək Renesansanın klassik harmoniyasına aydınlığı və kvatraçento heykəllərinin sadəliyi yoxdur. Onun incə dodaqları inadla sıxılmışdır, xırda gözləri hirslə daralıb, fiqur son dərəcə dinamikdir, bədən demək olar ki, öz oxu ətrafında çevirilmişdir.
Davidi təsvir edən digər heykəltəraşlardan fərqli olaraq Bernini heykəli sərbəst fiqur kimi fikirləşməmişdir və bürkü qrupun hissəsi kimi təsvir edilməsi bütün diqqəti onun rəqibində cəmlənmişdir. Müvafiq olaraq, Davidin və onun görünməyən rəqibinin arasındakı sahə güclü enerjiylə əhatələnmişdir .Dinamik və plastik hərəkət  əvvəlki yüzilliyin heykəllərindən barokko heykəllərini ayırır.
Əsərlərinə ən çox hakim olan iki ünsür: ifadə və hərəkətdir. Mikelancelodan sonra ən çox təsiri görülən sənətkar olduğu üçün öz dövründə ikinci Michelancelo deyə məşhur olmuşdur. Əla bir portreçi olan Bernini insan davranışlarını araşdırmış və bu fikrini dini anlayış ilə birləşdirərək özünə xas bir üslubla inkişaf etdirmişdir. Heykəltəraş olaraq məzar abidələri, qrup heykəlləri, büst və fəvvarələr üzərində işləmişdir.
Bernini dimamikanın nə demək olduğunu bilirdi, çünki sənətini onun üzərinə qurmuşdur.Onun heykəllərinə bu canlılığı verən fiqurların fiziksəl qatılığıdır.Bernindən əvvəl heç kim mərmərə bu canlılığı verməyi bacarmamışdır.Onun bacarıqlı əlləri mərmərə həyat verir,titrədir və hərəkət etdirirdi.Berninin hiss edən , acı çəkən, ağlayan və qışqıran fiqurlarının bədənləri qatı bir duyğu ilə əyilib-bükülür.O bir materialı başqa bir materiala çevirən bir kimyaçı kimi çalışır.Mərmər onun əlində ağaclara, budaqlara, yarpaqlara, saça, əlbəttə, ət və sümüyə çevrilir.
Klassik rəssam və heykəltəraşların bir çoxunun məqsədi ölümlü insan bədənini ölümsüzlüyün duru gözəlliyi və görkəmi ilə yoğuraraq seyircini cəlb etməkdir.Onun üçün bu sənətkarların əsərlərinin ümumilikdə ilahi amma cansız bir görkəmi vardır.Amma Bernini sənət dünyasında yer qazandıqdan sonra onun qıvrılıb, bükülən canlı fiqurlarının yanında Mikelencelonun “David” heykəli belə bir anda donuq və hərəkətsiz qaldı.

QEYD:BBC Simon Schama “Bernini” video materialından istifadə etmişəm. 
                                                                                                      Lorenso Bernini “David” (1623-1624)
Mənbə:arthistorycontrast.wordpress.com
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)