Edebiyyat.az » Palitra » Renessansın unudulmuş ən parlaq qadın rəssamları

Renessansın unudulmuş ən parlaq qadın rəssamları

Renessansın unudulmuş ən parlaq qadın rəssamları
Palitra
Necef Esgerzade
Müəllif:
12:04, 07 yanvar 2020
2 087
0
Renessans dövründə Italiyada yuxarı siniflərə mənsub olan qadınların əksəriyyəti həyatın yalnız iki variantına- evlilik və ya rahibəliyə malik idi. Buna görə də bu, qadın rəssamların ortaya çıxması və inkişafı üçün çox ümidverici bir mühit deyildi. Fakt odur ki, qadınların rəssam olmağı olduqca çətin idi. Onlar formal sənət təhsili ala bilmirdilər, buna görə də ya özləri müstəqil şəkildə öyrənir və ya ataları tərəfindən öyrədilirdilər. Rəssamın fırçasının “kişiyə aid” olduğundan, qadın rəssamlar  ortaya çıxdıqda, onlar geniş gözardı ediləcəkdi.
Lakin öz zamanlarının sosial və mədəni məhdudiyyətlərinin bütün çətinliklərinə rəğmən, aşağıdakı bu qadınlar məşhur və önəmli rəssam ola bildilər.
 
Renessans miniatüristi Levina Tiirlink, inglis saraylarında rəssam olaraq xidmət etmişdi. Nikahından əvvəl atası tərəfindən əlyazma rəssamı kimi təhsil almış və onun emalatxanasında işləmişdir. Həyat yoldaşı ilə birlikdə İngiltərəyə köçdükdən sonra, Kral Henry VIII tərəfindən portret miniatürünün yüksəlməsində əsas mövqeyə malik saray sənətçisi kimi işə götürüldü. Nadir hallarda əsərlərini imzalamasına baxmayaraq, sənədləşmiş əsərlərinə 1563-cü ildə Kraliça Elizabethə həsr edilmiş "Elizabeth Maundy" kimi tanınan bir oval miniatür daxil olmaqla, hədiyyələr şəklində təqdim edilmiş rəsmlər daxildir.
A portrait miniature of Princess Elizabeth Tudor by Levina Teerlinc, c. 1550-51

 
Renessans portret sənətçisi Katerina van Hemessen, təsdiqlənmiş işləri olan ən keçmiş flamand sənətçisi olaraq qəbul edilir.  O, 1540-cı illərin sonu və 1550-ci illərin əvvəlləri arasında yaradılan bir sıra kiçik miqyaslı portretlər, habelə bir neçə dini kompozisiyası ilə tanınır. Bundan əlavə, o, avtoportretini yaratmış ilk sənətkarlardan biridir. Qadınların Renessans sənət dünyasında qarşılaşdıqları problemlər üzündən o, da atası Jan Sanders van Hemessen tərəfindən təhsil almışdı. O, öz subyektlərini müəyyən bir zərif cazibədarlıq ilə donduraraq əsasən zəngin kişi və qadınları təsvir etmişdi.
Katerina van Hemessen – Self portrait (detail), 1548


Tarix dərsində haqqında öyrənmədiyin 10 inqilabçı qadın

Portret üslubu ilə tanınan sonrakı dövr Renessans rəssamı Sofonisba Anguissola, beynəlxal şöhrətə sahib ilk qadın sənətçilərdən biriydi. Zadəgan qızı olan Sofonisba, Bernardino Kampi və Bernardino Gatti kimi görkəmli rəssamların tələbəsi olmuşdur. Atasının nüfuzu və təsiri sayəsində, Mikelancelodan rəsm şəklində cəsarət almış və minnətdarlığını bildirmək üçün rəsmi kopyalayaraq ona geri göndərmişdi. Sonralar o, Madriddə İspan Kraliça Valois Elizabeth dərs vermiş və Kral Philipin ll-nin rəsmi saray rəssamı olmuşdu.
 Sofonisba Anguissola – Self-Portrait (detail), 1556

 Lavinia Fontana – Vatikanlı portret rəssamı 
İtalyalı rəssam Lavinia Fontana, çıplaq qadınları boyayan ilk rəssam qadın idi. Görkəmli rəssam Prospero Fontananın qızı, portret sahəsində böyük uğurlar qazanmış, İtaliya daxilində və kənarında məşhur olmuşdur. Lavina çıplaq fiqurların olduğu mifoloji və dini mövzularda rəsmlər çəkmək üçün sifarişlər alırdı. Karyerasını davam etdirmək üçün Romaya köçəndən sonra Papa Paul V-in sarayında  portret rəssamı oldu. Heykəltəraş və memar Felice Antonio Casoni tərəfindən bürünc bir portret medalyonu kimi çox sayda mükafatlar almışdı. Indiki dövrə gəlib çatmış ən köhnə tablolarından biri, 1576-cı ildən qalma “Məsih Ehtirasın Simvolları ilə” əsəri, indi El Paso İncəsənət muzeyində saxlanılır.
Lavinia Fontana – Self-Portrait at the Clavichord with a Servant (detail), c. 1577

 Fede Galizia – Natürmort üslubunun pioneri 
İtalyan Renessans rəssamı Fede Galizia, natürmort üslubunda çəkən qabaqcıl rəssamlardan idi. Bir miniatürist və portret rəssamının qızı, Naturalizmdən və Mannerizmindən, həmçinin Leonardodan ilhamlanmışdı. Çox vaxt portretlər, miniatürlər çəkmək üçün sifarişlər alsada, böyük sənət araşdırıcısı Robert Longhi tərəfindən "dəqiq, lakin bir qədər əziyyət çəkən" kimi təsvir edilən durğun həyatına görə tanınır. Böyük detallar və canlı rənglərlə boyanmış olan natürmortları, qaranlıqdan aydınlığa çıxan meyvələr və çiçəklərdən ibarət idi. Müasirlərindən fərqli olaraq, o, daha sərt, daha sadə bir üslubdan istifadə etməyi üstün tuturdu.
Judith with the Head of Holofernes (detail), 1596.(əsərin avtoportret olduğuna inanılır)

 Artemisia Gentileschi - Akademiyanın ilk qadın üzvü 

Nəyə görə qadınlar kino tarixindən çıxdaş ediliblər?



Artemisia Gentileschi - İtalyan Barokko dövrünün qadın rəssamı idi, bu gün Karavaccodan sonra nəslin ən görkəmli rəssamlarından hesab olunur. Sənətçi qurumları və himayədarlar tərəfindən qadın rəssamların qəbul olunmadığı o dövrdə, beynəlxalq sifarişlər alan və Florensiya akademiyasına üzv olan yeganə qadın idi. Əsərlərinin mövzusu miflərdəki güclü və əzab çəkən qadınlar, bibliyadakı qurbanlar, döyüşçülər və intihar səhnələri idi. Onun zamanında, həm dahi olduğu üçün təriflər almış həm də qadın olduğu üçün Artemisia gənc yaşında Agostino Tassi adlı rəssam tərəfindən zorlanmış və təcavüzkarın ittihamında iştirak etdiyi üçün uzun müddət sənətdəki uğurları kölgədə qalmışdı. Bu gün işlərinin  mükəmməlliyi və ənənəvi subyektlərin özünəməxsus kompozisiyalarına görə onun adı görkəmli rəssamlarla bir sırada çəkilir. Ən məşhur əsəri “Judith Slaying Holofernes 1614-20” Florensiyada Uffizi qalereyasında sərgilənir.
 Artemisia Gentileschi – Self-Portrait as the Allegory of Painting (detail), 1638–9

 Judith Leyster - Hollandiyanın Qızıl Dövr Rəssamı 
Həqiqət diqqətə layiq rəssam olan Judith musiqi,rəqs və oyun kimi enerjili, nəşəli səhnələri olan kompozisayalar təsvir etmişdir. O, ev janrının səhnələrində çox yenilikçi idi və tez-tez evdəki qadınların səhnələrini əks etdirirdi.
Onun dövrün müşahidəçiləri və tarixçiləri tərəfindən təriflənməsinə baxmayaraq, Leyster 1660-cı ildə ölümündən bəri sənət tarixindən silinmişdir.
Judith Leyster – Self-Portrait (detail), c. 1633

 Elisabetta Sirani – Zəmanəsinin əfsanəsi 
İtalyan Barokko rəssamı, Elisabetta Sirani, digər qadın sənətçilər üçün akademiya quran erkən müasir Bolognada ən məşhur qadın sənətkar idi. Yazılı qeydlərə görə o, kısa ömründə 200-dən çox rəngkarlıq əsəri, rəsm, gravüra yaratmışdır. Gözəl və çox sürətli rəsm çəkdiyini və işlərini izləmək üçün bir çox ziyarətçini emalatxanasında qonaq etdiyini deyirdilər. Bədii tarixçi Karlo Kesare Malvasia onun kompozisiyalarının orijinallığı, rəsm tərzinə, sürətli iş üsuluna və peşəkarlığına görə tərifləmişdi. Rəssam 27 yaşında şübhəli şəkildə vəfat etmişdi.
 Elisabetta Sirani – Self-Portrait as Allegory of Painting (detail), 1658

 Rachel Ruysch - Natürmort janrının ustası 

Qadınlar sənət tarixində necə təmsil olunublar və yaxud da yanlış təmsil olunublar?



Şimali Hollandiyadan olan sənətçi, Rachel Ruysch, çiçəklərdən ibarət olan gözəl natürmortlarına görə məşhurdu. Botanikin qızı və Willem van Aelst adlı rəssamın şagirdi olan Rachel həssas və incə rənglərlə hazırlanmış buketlərdən istifadə edərək natürmort kompozisiyaları çəkirdi. Özünəməxsus tərzini inkişaf etdirərək, yaşadığı müddətdə beynəlxalq şöhrətə çatmış az sayda qadından biridir. Altı onillik ərzində yaradaraq Hollandiyanın Qızıl Dövrünün ən yaxşı sənədli qadın sənətçisi oldu.
Rachel Ruisch at the age of 84 (detail)

Mənbə: Bilge.az
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)