İmmanuel Kant: Aydınlanma Nədir?
Proza
Alman aydınlanma dövrünün ən vacib və aparıcı fikir adamı olan İmmanuel Kant son iki min ilin ən mühüm filosoflarından biridir. Onun dili çox qəliz və məntiqi dərin olan əsərlərinin bəzilərini anlamaq üçün yaşadığı dövrün siyasi-tarixi kontekstini bilmək çox kömək edir. „Aydınlanma nədir?“ əsəri onun belə yazılarındandır. Mürəkkəbliyinə baxmayaraq, bu əsər tarixi kontekst fonunda dərin fəlsəfi bilik olmadan da qavranıla biləcək və fikrimcə hər bir intellektual insanın oxuması vacib olan bir əsərdir.
Baxmayaraq ki, Kant aydınlanmanın əsas mesajını „Öz aglından istifadə edəcək cəsarətin olsun!“ şüarı ilə ifadə edir, bütün əsərin məğzini sadəcə bu cümlə ilə təqdim etmək həm Kantın fəlsəfəsinə, həm də bizim öz biliyimizi zənginləşdirmək borcumuza qarşı haqsızlıq olardı. Kant bu əsəri Avropada artıq çoxdan başlamış, elm, siyasət və ünsiyyəti əhatə edən aydınlanma dövründə (1685-1815) yazıb. Bu tarixi dövrün aparıcı filosofları (əsasən Fransa, Britaniya və Almaniyadan olmaqla) dərin kök salmış köhnə və ənənəvi hökmranlığa, despotizmə qarşı çıxaraq iddia edirdilər ki, bəşəriyyətin inkişafına ağıldan istifadə etməklə nail olmaq mümkündür. Məhz insan ağlının bu cərəyanın mərkəzində olması kilsənin ölüm cəzalarına baxmayaraq təbiət elmlərində bir çox kəşflərə, cildlərlə fəlsəfi əsərlərin yaranmasına, ən əsası isə, bütün Avropanı lərzəyə gətirəcək Fransa və ondan ilhamlanmış Amerika inqilablarına çox böyük təsiri olub.
Bu, həm də dini təsisatların islahatı uğrunda mübarizə və dinin düşüncədə mütləq hökmranlığı əleyhinə arqumentlərin ortaya qoyuldugu bir dövr idi. Kant, aydınlanmanın mümkünlüyünü dövlətin və kilsənin bu sahədə diktatına son qoyaraq, fərdlərə azad düşünmək imkanının verilməsində görürdü. Ona görə də Kant „Aydınlanma nədir?“ əsərində aydınlanma prosesinin izahını məhz „kilsə-dövlət-din xadimi-fərd“ kimi kompleks bir „halqaya“ kökləndirir. Bu bağlantını hər bir oxucu özü interpretasiya edə bilər. Növbəti bir yazıda əsərə öz interpretasiyamı da detallı şəkildə təqdim edəcəyəm. Hələliksə, tərcüməmi oxucunun mühakiməsinə buraxıram:
Aydınlanma Nədir?
Königsberg, Proyzen (Preusen), 30 Sentyabr 1784-ci il
Aydınlanma bir insanın onun öz qəbahəti üzündən yetkin olmama vəziyyətindən çıxmasıdır. Yetkin olmama insanın başqa birinin onun üzərində rəhbərliyi olmadan öz ağlından istifadə etmə qabiliyyətinin olmamasıdır. Yetkin olmamağın səbəbi o zaman insanın özündən qaynaqlanır ki, onun səbəbi ağlın zəifliyindən yox, insanın öz ağlından başqasının rəhbərliyi olmadan istifadə etmək cəsarətsiziliyindən və sərbəst qərar verə bilmək bacarıqsızlığından irəli gəlir. Sapere aude! Deməli, aydınlanmanın aparıcı şüarı belədir: Öz ağlından istifadə edəcək cəsarətin olsun!
Tənbəllik və qorxaqlıq əsas səbəblərdir ki, insanların böyük əksəriyyəti hətta təbiət onları başqası tərəfindən idarəetmədən azad edəndən sonra (naturaliter maiorennes) belə ömür boyu yetkinləşməmiş qalır; elə eyni səbəbdən də özünü başqasının tabeliyinə atmaq insanlara çox asan gəlir. Yetkin olmamaq necə də rahatdır! Mənim əvəzimə düşünən bir kitabım, vicdanım olan bir din xadimim, qidalanmamı götür-qoy edən bir həkimim və s. varsa nəyə görə özümə əziyyət verlməliyəm?! Pulunu (xidmətlər və ya əşyalar üçün t.) ödəyə bildiyim müddətcə düşünməyimə ehtiyac yoxdur; başqaları mənim əvəzimə bütün darıxdırıcı işləri üzərlərinə götürəcəklər. İnsanların böyük əksəriyyəti (zərif cinsin nümayəndələri də daxil olmaqla) yetkinliyə doğru addımı təhlükəli sayır çünki hər şeyi nəzarət altında saxlayan qəyyumlar bunun üçün əllərindən gələni edirlər. Bu qəyyumlar öz ev heyvanlarını (idarə etdikləri insanları t.) ilk növbədə axmaq etməklə və onları qayğıkeşcəsinə mühafizə etməklə daha sonrakı mərhələdə bu zavallı yaradılışlara onlara verilən çərçivədən kənara çıxdıqları və sərbəst hərəkət etmək istədikləri halda bunun onlar üçün necə təhlükəli olduğunu aşılayarlar. Əslində isə bu təhlükə o qədər də böyük deyil, cünki bir neçə dəfə yıxılmaqla artıq sərbəst yeriməyi öyrənmək mümkündür, sadəcə belə bir nümunə (sərbəst addım atmaq istəyərək uğursuzluğa düçar olma t.) insanları təkrar uğursuz cəhdlərdən çəkindirir.
Məhz bu səbəbdən də hər bir insana onun üçün artıq təbii bir hala çevrilmiş yetkin olmama vəziyyətindən çıxış cəhdi çox çətin görünür. O, bu halını məmnuniyyətlə qəbul edib və müvəqqəti olaraq öz ağlından istifadə etmək qabiliyyətinə malik deyildir, çünki ona heç vaxt buna cəhd etməyə imkan verilməyib. Qaydalar və çərçivələr insanın təbiətin ona bəxş etdiyi qabiliyyətlərindən ağılla istifadə və ya sui-istifadəyə mane olmaqla insanın yetkin olmama vəziyyətini əbədi bir hala çevirən mexaniki vasitələrdir. Kim bu maneələri qıraraq ondan kənara çıxarsa hətta ən dar bir arxın üzərindən belə rahat hoppana bilməz, çünki o, bu cür sərbəst hərəkət növünə heç də alışqan deyil. Ona görə də düşüncə tərzi üzərində özü işləməklə yetkinləşmiş və özünə inamla addımlar atmağa nail olan çox az insan vardır.
Bunun əksinə olaraq bir kütlənin aydınlana bilmə ehtimalı daha böyükdür; və hətta ona bu cür bir azadlıq verilərsə onun qarşısını heç nə ala bilməz. Çünki bu kütlənin içərisində -hətta qəyyumların sırasında belə- həmişə bir neçə azad düşünən insan tapılacaq ki, yetkin olmaqlarını əngəlləyən boyunduruğu atdıqdan sonra, insan dəyərinə hörmətlə yanaşmağı və sərbəst düşünməyin hər bir fərdin borcu olduğunu ətrafa yayacaqlar. Burada xüsusi olan bir məqam vardır: bir zamanlar qəyyumlar tərəfindən boyunduruq altına salınan kütlə, sonradan özü qəyyumlarını boyunduruq altında qalmağa məcbur edəcək, əgər o (kütlə t.) buna özləri də hər cür aydınlanmaq qabilliyyətindən məhrum bəzi qəyyumları tərəfindən təhrik edilərsə. Xurafat yaymaq bu dərəcədə zərərlidir, çünki sonda bu xurafat onu yayanın özündən qisasını alır. Ona görə də bir cəmiyyət ancaq yavaş-yavaş aydınlana bilər. Hərçənd ki, bir inqilab vasitəsilə despotizmdən və zənginliyə və ya hakimiyyətə həris təzyiq rejimindən xilas olmaq olar, amma bu yolla heç vaxt əsl düşüncə islahatına nail olmaq mümkün deyil; əksinə köhnələri kimi böyük bir avam kütləyə yüyən olacaq yeni xurafat meydana gələcək.
Bu səbəbdən də aydınlanmaq üçün azadlıqdan başqa heç nəyə ehtiyac yoxdur; amma bu azadlıq azadlığın zərərsiz forması olmalıdır: öz ağlından hər mənada ictimai şəkildə istifadə edə bilmək azadlığı. İndi hər bir yandan bu çağırışları eşidirəm: düşünməyın! Bir zabit: düşünmə, təkrar et! Vergi müfəttişi: düşünmə, vergini ödə! Din xadimi: düşünmə, inan! deyir. (Bu dünyada ancaq bir ağa vardır ki: istədiyiniz qədər və istədiyiniz şeylər haqqında düşünün, amma itaət edin, deyir.) Beləcə azadlığa hər yerdə məhdudiyyətlər qoyulur. Bəs hansı məhdudiyyət aydınlanma üçün maneədır, hansı yox və hansı hətta yararlıdır? – Mənim cavabım budur ki, ağlından ictimai istifadə (der öffentliche Gebrauch) həmişə azad olmalıdır və ancaq bu, insanlar arasında aydınlamanın yayılmasına səbəb ola bilər; ağıldan şəxsi istifadə isə (der Privatgebrauch) isə çox hallarda aydınlanmanın qarşısını kəsməyəcək dərəcədə məhdudlaşdırıla bilər (buna icazə olmalıdır anlamında, t.). Ağıldan ictimai istifadə dedikdə bir fərdin fikir adamı olaraq mütaliə edən kütlə qarşısında öz ağlından isitfadə etməsini nəzərdə tuturam. Ağlın şəxsi istifadəsi dedikdə isə bir insanın ona həvalə olunmuş vəzifəsində və ya yüksək bir postda vətəndaşlara xidmət edərkən ağlından istifadəsini nəzərdə tuturam. Hərçənd, ictimai maraqlara xidmət edən bəzi işlərdə müəyyən bir mexanizm olmalıdır ki, onun vasitəsilə icma üzvlərinin müəyyən hissəsi sadəcə passiv qalsın və süni razılıq yolu ilə hökumət tərəfindən ictimai maraqlara xidmət edən məqsədlərə yönəldilə ya da ən azından bu məqsədlərə ziyan gətirməkdən saxlanıla bilsinlər. Məhz burada düşünməyə icazə yoxdur, əksinə burada sadəcə tabe olmaq lazımdır. Lakin özünü bu ictimai idarəetmə sisteminin bir hissəsi hesab edən birisi eyni zamanda bir icmanın, hətta geniş mənada dünyəvi bir cəmiyyətin üzvü olaraq fikir adamı kimi kütləyə öz yazıları ilə müraciət edirsə (məsələn, mətbuat vasitəsilə t.), razılaşmamaq azadlığı o dərəcədə olmalıdır ki, bu onun üzvü olduğu həmin ictimai idarəetmə orqanına zərər vurmasın. Belə bir vəziyyətin mənfi təsirini düşünün: bir zabit özündən yüksək rütbədə olan birindən əmr alır və zabit bu əmrin məqsədəuyğunluğu və yararlılığı barədə fikir yürütməyə başlayır; onun vəzifəsi ancaq tabe olmaqdır. Lakin bir zabitə düşünən biri olaraq hərbi xidmətdə yanlışlıqlar barədə öz iradlarını bildirmək və həmin iradları cəmiyyətin müzakirəsınə çıxarmaq imkanı heç vaxt qadağan olunmamalıdır. Bir vətəndaş onun üzərinə qoyulmuş vergini ödəməkdən imtina edə bilməz; birinin ödəməli olduğu vergini kobudcasına tənqid etməsi bir skandal kimi cəzalandırılmalıdır (hansı ki ictimai asayişi poza bilər). Buna baxmayaraq, eyni vətəndaş məlumatlı biri olaraq cəmiyyət qarşısında vergilərin ədalətsizliyindən açıq şəkildə danışarsa, bu, heç də onun vətəndaş borcuna qarşı bir mövqedə çıxış etməsi anlamına gəlməz. Eyni prinsiplə, bir rahib şagirdlərinə və icmaya kilsənin qaydaları çərçıvəsində xidmət etməlidir, çünki o, həmin vəzifəyə bu şərtlə götürülmüşdür. Lakin bir din alimi olaraq onun tam azadlığı vardır və hətta onun borcudur ki, hansısa dini simvolun (və yaxud doktrinanın t.) yanlışlığı haqqında diqqətlə nəzərdən keçirilimiş, arxasında pis niyyətin dayanmadığı fikirlərini dinin və kilsənın daha yaxşı istiqamətlənməsi üçün ictimaiyyətə təqdim etsin. Bu cür davranış onun vicdanını heç cür ləkələmir. Çünki o, kilsə missiyasının aparıcı qüvvəsi olaraq öyrətdiyi şeyin özünün istədiyi kimi deyil, kilsənin qaydaları çərçivəsındə və onun adından yerinə yetirmək üçün həmin vəzifəyə təyin olunub. O, deyəcək ki: bizim kilsə bu və ya digər şeyləri öyrədir; bunlar kilsənin istifadə etdiyi arqumentlərdir. O, heç özünün belə tam əminliklə inanmadığı (dini t.) qaydaların təbliğinə özünü həsr edə bilər, çünki mümkündür ki, bu qaydaların içində həqiqət gizlənmiş olsun və ya onlarda ən azından dərində din ilə ziddiyyətdə olan bir şey yoxdur. Əgər rahib sonuncunu tapdığını fikirləşirsə, o, vəzifəsini vicdanla icra edə bilməyəcək və bu halda vəzifəsindən uzaqlaşmalıdır. Deməli, vəzifə öhdəlikli bir müəllimin ağlından öz icması qarşısında istifadə etməsi ancaq və ancaq “ağıldan şəxsi istifadə” sayılır, çünki bir dini icma kiçik (və ya lokal t.) bir yığıncaqdır, əsas odur ki, bu bir icmadır, ölçüsündən asılı olmayaraq; və bu icma qarşısında rahib azad deyildir və belə bir azadlıq üçün ona şərait yaradılmamalıdır, çünki o başqa birinin (kilsənin) adından işləyir. Bunun əksinə olaraq, rahibin bir din alimi kimi yazılarla ictimaiyyətə və hətta dünyaya müraciət etməklə öz düşüncəsindən istifadə etməyə və şəxsən öz adından danışmağa sərhədsiz azadlığı vardır. Çünki xalqın qəyyumlarının (ruhaniyyət işlərində) özlərinin yetkin olmasına gərək yoxdur düşüncəsi absurdları əbədiləşdirən bir absurddur.
Bəs, rahiblərdən ibarət bir cəmiyyətin – məsələn Kilsə Məclisi – və ya ali Classis’in (Hollandlar bu cür cəmiyyəti belə adlandırır) hüququ olmamalıdırmı ki, öz aralarında and içməklə dəyişilməsi mümkün olmayan bir doktrina üzərində razılaşsınlar, bununla da kilsənin hər bir üzvü və onların vasitəsilə xalqın üzərində davamlı qəyyumluğu təmin etmiş, həm də əbədiləşdirmiş olsun? Mənim cavabım belədir: bu heç cür mümkün deyildir. Belə bir razılaşma ümumiyyətlə mənasızdır və insanların aydınlanmasını həmişəlik olaraq əngəlləyəcək; və o hətta ən yüksək instansiyalar, Raystaq (Reichstag) və ya hansısa təntənəli müqavilələrlə təsdiq olunsa belə. Bir dövr, belə razılaşmalar yaradaraq ondan sonra gələn dövrdə biliyin genişlənməsi, yanlış təsəvvürlərin təmizlənməsi və ümumiyyətlə aydınlanmanın davam etməsi imkanlarına maneə yaratmamalıdır. Belə bir addım insan təbiətinə – hansının ki əsasını daim irəliyə gediş təşkil edir – qarşı cinayətdir və sonrakı nəslin belə razılaşmaları səlahiyyətsiz və özbaşına qəbul edilmiş sayaraq onlardan imtina etməyə tam haqqı vardır.
Xalq üçün nələrin qanun olaraq qəbul edilib edilməməsinin məqbulluğu belə bir sual ilə yoxlanmalıdır: bu xalq özü belə bir qanuna tabe olmaq istəyirmi? Bunu müəyyən bir qısa zaman çərcəvəsində – daha yaxşı düzəlişlər gözləntisi ilə – etmək olar ki, müəyyən bir qayda-qanun bərqərar olsun. Bu zaman hər bir vətəndaşa, xüsusən də rahibə, azadlıq verilməlidir ki, o, bir fikir adamı olaraq açıq şəkildə yazılar vasitəsilə dövrünün təsisatlarının qüsurları haqqında öz düşüncələrini ifadə etsin. Müvəqqəti tətbiq edilmiş bu qayda-qanun mövcud vəziyyətin, təsisatların incəlikləri haqqında anlayış açıq şəkildə elə bir nöqtəyə çatana qədər saxlanılır ki, vətəndaşlar səslərini birləşdirməklə (hamısının yox əlbəttə) hökmdara belə bir təklif göndərir: dərin götür-qoydan sonra dini təsisata dəyişilik etməyə qərar vermiş icmalar hakimiyyət tərəfindən qorunsun və köhnə dini təsisatda qalmaq istəyənlərə mane olunmasın. Lakin açıq şəkildə heç kim tərəfindən tənqid olunmayan dini qaydaları qəbul etmək və bununla da bəşəriyyətin yaxşılaşmağa doğru irəliləyişini məhv etmək, eyni zamanda da gələcək nəsli nəzərə almamaqla ona (gələcək nəslə t.) zərbə vurmaq yol verilməzdir. Bir insan bilməli olduğu şeylərdə aydınlanmanı şəxsən özü üçün, o da ancaq müəyyən müddətə, arxa plana keçirə bilər; lakin ondan ümumiyyətlə vaz keçmək – tək özü üçün olsun, ya da daha pisi: sonrakı nəsil üçün – insanlığın müqəddəs hüquqlarının pozulması və ayaqlar altına salınması deməkdir.
Əgər bir şeyə xalqın özünün belə öz taleyi üçün qərar vermək haqqı yoxdursa, monarxın buna heç haqqı olmamalıdır; çünki onun qanunvericilik statusu məhz bu prinsipin üzərində dayanır ki, o, bütün xalqın iradəsini öz iradəsində birləşdirmiş olsun. Əgər monarx bütün həqiqi və ya təsəvvür edilən (və ya həyata keçirilmiş və ya planlaşdırılmış t.) irəliləyişlərin vətəndaş üçün tətbiq edilmiş qayda-qanun çərçivəsində baş verdiyini görərsə, o zaman həmin monarx xalqın mənəvi seçimlərini (burada din t.) onların öz öhdəsinə buraxmalıdır; monarx buna qətiyyən qarışmamalıdır, lakin qoruyucu funksiyasını saxlamalıdır ki, bir fərd digərinə güc tətbiq edərək onun aydınlanmasına mane olmasın. Bir monarx öz əzəmətini o zaman zədələyir ki, o, hökumətinə xalqın öz dini baxışlarını əks etdirdiyi yazılara nəzarət hüququ verir, hətta o, (hökmdar t.) bu addımı pis niyyətlə atmasa belə. Bu zaman o özünü belə bir qınağa məruz qoyur: Caəsar non əst supra grammatıcos, həm də – və daha çox – əgər o, öz ali hakimiyyətini o qədər alçaltmış olsun ki, öz dövlətində, öz rəiyyətinə qarşı bəzi tiranların dini despotizmini müdafiə etsin.
Əgər soruşularsa: biz indi aydınlanmış bir dövrdə yaşayırıqmı? Cavabım belədir: Yox, lakin aydınlanma dövründə yaşayırıq. Çünki, əgər kimsə fikirləşirsə ki, insanlar dini məsələlərdə öz düşüncələrindən başqasının rəhbərliyi olmadan yaxşı istifadə edə bilərlər, hər şeyi hal-hazırda olduğu kimi qəbul edərək analiz edib deyə bilərəm ki, bu o qədər də doğru fikir deyil, yəni belə bir aydınlanma dövrünə hələ yetişməmişik. Lakin artıq aydınlığa doğru gedən yolun açıq olmasını, aydınlanmağa qarşı maneələrin get-gedə azaldığını deməyə imkan verən işarələri görürük. Bu baxımdan, indiki dövrü aydınlanma dövrü və ya Fridrix (Friedrich) əsri adlandıra bilərik.
Bir hökmdar insanlara dini məsələlərdə heç nəyi qanun kimi tətbiq etməyi, əksinə onlara bunda tam azadlıq verməyi dilə gətirməyi özünə alçaldıcı bir hərəkət saymırsa və əksinə, bunu özünün borcu sayırsa, yəni o artıq təkəbbürlü “tolerant” sözünü özündən uzaqlaşdırıbsa: onda o özü artıq aydınlanıb və bu günkü, həmçinin də sonrakı dünyada ən azından insan övladının aydınlığını azad edən və bununla da onlara vicdan məsələlərində öz düşüncəsindən sərbəst istifadə etmək azadlığı verən bir hökmdar kimi təriflənməyi artıq haqq etmişdir. Onun rəhbərliyi altında yüksək hörmətə layiq din xadimləri öz vəzifə borclarına zərər gətirmədən qəbul etdikləri simvoldan (dini qaydalardan t.) fərqli olan qərarlarını və düşüncələrini bir ziyalı kimi azad və açıq şəkildə dünyaya təqdim edə bilər. Bu cür vəziyyətdən heç bir vəzifə öhdəliyi olmayan birisi daha çox yararlana biləcək. Bu azadlıq ruhu ətrafa yayılmağa başlayır, hətta o yerlərə də ki, orada o, öz vəzifəsindən sui-istifadə edən və ya onu doğru dərk etməyən hökumətlərin maneələri ilə mübarizə aparmalı olur. Lakin onlar (belə hökumətlər t.) azadlığın ictimai sabitlik və birliyə nail olmaq üçün heç bir təhlükə törətmədiyini görəcəklər.
Burada aydınlanmanın əsas ideyasını, insanın özündən qaynaqlanan səbəblərdən yetkin olmamaqdan xilas olmasını, əsasən dini kontekstdə izah etdim. Çünki, əvvəla incəsənət və elm məsələlərində xalqın üzərində qəyyumluq rolunu oynamaq bizim hökmdarların marağında deyil. İkincisi, dini məsələlərdə yetkin olmamaq yetkin olmamağın ən zərərli və qürura xələl gətirən formasıdır. Sənət və elm məsələlərində xalqa azadlıq verən bir dövlət başçısının düşüncə tərzi bir az da irəliyə gedərək bir şeyi anlayır ki, əgər o xalqa öz düşüncəsindən açıq şəkildə istifadə etməklə onlara daha yaxşı qanunların yazılması təklifinə icazə verərsə, bu onun qanunvericiliyinə heç də təhlükə yaratmır, hətta xalq hazırki qanunvericiliyi ciddi tənqid etsə belə; buna (belə bir addımı atan monarxa t.) bizim artıq gözəl bir nümunəmiz vardır; ondan əvvəl heç bir monarx belə bir addım atmayıb.
Hətta özü aydınlanmış və kölgədən qorxmayan və eyni zamanda ictimai sabitliyi təmin edən nizam-intizamlı və izdihamlı orduya malik bir rəhbər heç bir azad dövlətin deməyə cürət etmədiyi bir şeyi öz təbəələrinə deyə bilər: istədiyiniz qədər və istədiyiniz şeylərlə mübahisə edin (tənqidi düşünün anlamında t.), amma itaət edin! Bu, bizə insani hərəkətlərin qəribə və gözlənilməz bir nümunəsini göstərir (onu (insani hərəkətləri t.) bütünlükdə nəzərdən keçirsək onun içərisində demək olar ki, hər şeyin paradoksal olduğunu görərik). Belə ki, geniş vətəndaş azadlığı xalqın intellektual (və ya fikir t.) azadlığı üçün dəyərlidir və ona eyni zamanda aşa bilməyəcəyi maneələr qoyur; bunun əksinə olaraq vətəndaş azadlığının daha dar çərçivədə olması fikir azadlığına, onun tam gücü ilə genişlənməsinə şərait yaradır. Ona görə də təbiətin qayğısına çox diqqətlə qaldığı bu toxum -insanın azad düşünmək meyli və peşəsi- o sərt qabığın içərisində cücərərsə, zaman keçdikcə o, əks təsirlə xalqın düşüncə tərzinə təsir göstərər ( ki, insanlar bununla yavaş-yavaş azad fəaliyyət bacarığına yiyələnirlər). Sonda bu hətta hökumətlərin əsas xarakterinə təsir edir və onlar mahiyyəti bir qurğudan (əşyadan) daha çox şey kəsb edən insana onun ləyaqətinə uyğun yanaşmağın hətta hökumətlərin özləri üçün faydalı olduğunu öyrənir.
Yazan: Zülfiyyə Əbdürəhimova
Mənbə:bakuresearchinstitute.org

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Rafael Santi - Afina məktəbi
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Azad Qaradərəli MORQ ÇİÇƏKLƏRİ - ( roman - birinci hissə )
Vladimir Nabokov Dostoyevski haqqında
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
F.ENGELS - AİLƏNİN, XÜSUSİ MÜLKİYYƏTİN VƏ DÖVLƏTİN MƏNŞƏYİ