Edebiyyat.az » Poeziya » Lenston Hyuz - Şeirlər(Sonası Vəliyevanın tərcüməsində)

Lenston Hyuz - Şeirlər(Sonası Vəliyevanın tərcüməsində)

Lenston Hyuz - Şeirlər(Sonası Vəliyevanın tərcüməsində)
Poeziya
admin
Müəllif:
18:30, 18 fevral 2021
1 462
0
Lenston Hyuz - Şeirlər(Sonası Vəliyevanın tərcüməsində)




 Lenston Hyuz (1901-1967) 1920-ci illərdə qaradərililərin intelektual, bədii-ədəbi hərəkatı kimi meydana çıxan “Harlem İntibahı”nın ən tanınmış simalarından biri hesab olunur. Ədəbi cameədə daha çox yazdığı poeziya nümunələri ilə tanınan Hyuz həm də bir neçə roman, esse və kiçik hekayə müəllifidir. Yazıçı əsərlərində daha çox qaradərili işçi sinfinin gündəlik qayğılarına yer verib.
Mən də
Mən də Amerika üçün oxuyuram!

Mən sizin zənci qardaşınızam.
Qonaqlar gələndə,
Məni yemək üçün mətbəxə göndərdilər.
Amma, mən gülümsədim,
Yaxşı yedim
Və güclü oldum.

Sabah
Qonaqlar gələndə
Mən də stol arxasında oturacam
Heç kəs mənə cürət edib
``Mətbəxə keç``deməyəcək
Əksinə,
Onlar mənim gözəlliyimi görəcək
Və utanacaqlar.

Mən də Amerikayam!

Orijinal mətn - https://www.poetryfoundation.org/poems/47558/i-too

Çayla danışan zənci
Çaylar tanımışam mən, 
Dünyalar qədər qədim,
Damarlardan axan qandan da qədim çaylar tanımışam mən,
Çaylar qədər dərindir ruhum mənim!

 Fəratda yuyundum dan yeri söküləndə,
 Yuvamı qurdum Konqonun sahilində
 Laylalar oxuyaraq yatırtdı məni.
Nilə baxdım piramidalaryüksəltdim.

Missisipinin nəğməsini duyurdum,
Linkoln Orleansa gedərkən mən,
Və gördüm günəş batarkən,
Bulanıq köksünün qızıla döndüyünü.

Çaylar tanımışam,
Qədim, qara çaylar
Çaylar qədərdərindir ruhum.
Orijinal mətn - https://www.poetryfoundation.org/poems/44428/the-negro-speaks-of-rivers

Arzu çalarları
Qollarını geniş açıb,
Günəşin olduğu yerə
Dönmək və rəqs etmək!
Ağ günün sonunadək.
Sonra sakit bir axşam,
Hündür bir ağacın kölgəsində dincəlmək,
Mənim qədər qara bir gecə düşənədək!
Budur xəyalım!

Qollarını geniş açıb,
Günəşə sarı, 
Dönmək, rəqs etmək, fırlanmaq!
Günün sonunadək.
Tutqun bir axşamda,
Hündür bir ağacın altında dincəlmək,
Mənim qədər qara bir gecə düşənədək!

Orijinal mətn - https://poets.org/poem/dream-variations

Arzular
Bərk yapış arzulardan
Bərk sarılın onlara
Çünki onlar ölərsə,
Həyat uça bilməyən
Qanadları qırılmışbir quşa bənzəyəcək.

Bərk yapış arzulardan 
Bərk sarılın onlara
Çünki onlar itərsə,
Həyat bir don vurmuş,
Boş torpağa dönəcək.

Orijinal mətn - https://poets.org/poem/dreams

Zənci
Zənciyəm mən
Gecə kimi,
Afrikanın dərinlikləri kimi qara.

Kölə olmuşam,
Sezarın sarayını,
Vaşinqtonun çəkmələrini təmizləmişəm.

İşçi olmuşam, 
Misirdə piramidalar,
Vulvor binasını da tikmişəm.

Mahnılar oxumuşam,
Afrikadan Corciyaya kədərli nəğmələrimi daşımışam,
Caz ritmlərini qurmuşam.

Qurban idim,
Belçikalılar Konqoda əlimi kəsdilər,
Və hələdə əzilməkdəyəm Missisipidə

Zənciyəm mən, 
Gecə kimi,
Afrikanın dərinlikləri kimi qara.

Orijinal mətn - https://genius.com/Langston-hughes-negro-annotated

Tərcümə etdi: Sonası Vəliyeva







Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)