Edebiyyat.az » Proza » ŞvartsMan - Başqasının dodaqları (hekayə)

ŞvartsMan - Başqasının dodaqları (hekayə)

ŞvartsMan  - Başqasının dodaqları (hekayə)
Proza
nemət
Müəllif:
21:39, 22 iyul 2019
2 761
0
Ş vartsMan - Başqasının dodaqları (hekay ə )



Caspian Sport hotelin 1221 ci otağında səhər saat 10.03 günəşi dünəndən qalma soyuq yatağımızı isidir. O və mən çılpaq və ipək kimiyik. Yarıyuxuluyam. Başımı onun arxasına qoyub yatmışam. Ağzıüstü yatdığımdan ağzımın suyu bir az axıb. Barmağımla onun arxasındakı yaşı sildim və götünün xallı yerindən  öpdüm.



Onunla 27 yaşımda, onun isə 39 yaşı olanda tanış oldum. Evli idi, uşaqları vardı, ərini sevmirdi, boşana da bilmirdi. Münasibətimiz ciddiləşdi, bir öpüş və o, tezliklə ərinə başqasını sevdiyini dedi. Buna görə döyüldü.  Qərara gəldik ki, ərinin ölümü üçün plan quraq, yoxsa öz əcəli ilə ölməyini çox gözləməli olacaqdıq. Təsadüfü qəza və o yoxdu daha. Ətraflı danışmayım, istəmirəm polislər qapımı döysünlər. İnsanlar haqqında çox  yüksək düşüncədə deyilsizsə, öldürə bilərsiz. Onun ölümü yaşamağından faydalı idi. Məhəbbəədalətsizdir: iki nəfərin xoşbəxtliyi üçün bir nəfərin ölümü lazımdır. 


Sabah mənim 30 yaşım tamam olur. Sevinmirəm. Ad günü tortumu tək yemək istəyirəm. Eqoistəm? Mən? Nə danışırsız, əsla! Bizim cəmiyyətdə əsl eqoistlər uşaqları olanlardı. Ona görə eqoistdirlər ki, heç kimə lazım olmayan genlərini yaşatmaq üçün bir-birlərindən istifadə edirlər. Necə də cılız, ürəyim bulandı:ööööööö. Nəsil artırmağa layiq olmayanlar nəsil artırır, layiq olanlar nəsil artırmır-bax budur məsələ. Qusdum qurtardı.


Dostlarımın həmişə məndən az da olsa zəhlələri gedib. Hətta ad günümdə də. Soyuq və sərt danışıram. Sərt! Həyat sərt, insanlar yumşaqdı. Və, və, və, və insanlar yumşaq şeyləri sevirlər: qadın döşləri,  jelibon və saqqızları. 


30 yaş. Tibb sübut edir ki bioloji olaraq 30 yaşdan sonra bədəndə çürümə gedir: latent xəstəliklər, apoptoz. Sadəcə bu çürüməni yavaşlatmaq mümkündür.  Yaxşılığa doğru heç nə dəyişmir.  Həyat çox kədərlidir, sevinməyə çox az şey qalır.   Hə...Sevinməyə çox az şey qalır.  Bu az şeydən yapışmaq lazımdır ki,  tam batmayasan. Niyə axı belə pessimist danışıram? 30 yaşındayam, öz kiçik iki biznesim var,  qadınlarla problemimi həll etmişəm, həyata öyrəşmişəm. Daha nə istəyə bilərəm?  


Kişi işə və özünə daha çox vaxt, qadına isə az vaxt ayırmalıdır, baxmayaraq ki, qadın daha çox vaxt tələb edir. Qadın kişi üçün seks kimi həftə sonu istirahətidir. Qadınla bağlı problem budur: çox zaryatka aparır. Amma bu dediklərimi unutmamaq şərtilə, kişi həyatının qadınını tapmalıdır.   


Qadınların çox ciddi problemi var: gözəllik xəstəsidirlər. Gözəl olmayan həşey onları iyrəndirir. Kişilər təkcə gözəlliyi sevmirlər, çirkinliyi dəədəbiyyata və incəsənətə çevirə bilirlər. Qadınlar daha çox xarici görünüşlərinə diqqət yetirdiklərindən daxilləri boş qalır. Qadınların içinə girəndə (həm seksual, həm də mənəvi mənada) boş olduqlarını görərsiz. Boş və dayaz!

şünə bilərsiz ki, mən bir qadına həqiqətən aşiq olsaydım, onlar haqqında bu cür ağır sözlər deməzdim. Kim deyib ki, mən sevməmişəm? Nə vaxtsa mən də sevmişəm. Bəlkə də. Nəsə xatırlamıram. Yox, yox, mən də sevmək istəmişəm,  inanın.   Çox güc vermişəm alınmayıb. Bu tualetdə gücənmək kimi bir şeydir.  Çox sıxmışam,  güc vermişəm gəlmir ki, gəlmir.  İçdən gəlməlidir.


Yaşa dolduqca çox düşünüb kədərlənirəm. "Hələ cavanam" fikirləşib, "əladı həşey" deyirəm. Qocalmamışam ki.. Sadəcə yaşım iyirmi ilə yox, otuzla başlayacaq.  Saçım alın hissəmdən seyrəlir-yaşa dolmağın tək fiziki əlaməti. Ona qarşı  əlimdə “Fitoton” və B12 vitamini var.

İnsan ömrünün yarısında qocalıq haqda düşünmək ölüm haqqında da  danışmağa  gətirib çıxardır. Öləndən sonra nə olacağıq? Şopenhauer deyir ki," doğulmamışdan əvvəl harda idik nə idiksə, ölümdən sonra da elə olacağıq. Həşey və heç nə". Biz təbiətin oyuncaqlarıyıq. Ölüm məsafə məsələsidir: bizim kədərlənməyimiz kiminsə ölmündən yox, bizə yaxın və ya uzaq olmağından asılıdır. Bizdən on minlərlə kilometr uzaqlıqda yerləşən Afrikada bir uşağın ölümü bizi kədərləndirməz. Yaxınımızda kimsə ölürsə, budur bizi üzən. Bir evin içində yaşadığın insanı itirmək daha çətindir, nəinki uzaq qohumu itirmək. 


Bu yaxınlarda atamdan sonra anamı da itirdim. Anam öləndə niyə ağladığımı düşündüm. Cavabım budur ki, məni kədərləndirən  anamın ölümü deyil, -hər halda o da bir insandır, ölümündə qeyri-adi heç nə yoxdur- ona qarşı minnətdarlıq hissimin olmasıdır. Məni əziyyətlə böyüdüb. Mənə yaxşılıq etmiş, qorumuş, yaşamağıma kömək etmiş adam üçün ağlayıram. Bunu xatırlayaraq ağlayıram sadəcə.

Anam atamın ölümündən sonra çox ağladı, yanmış sümüyünü gördü deyə ümid et ki, bəlkə o deyil, bəlkə ölməyib. Özünə təsəlli verdi: Odisseya kimi bir gün qayıdar. Homerin Odisseyası qayıtdı, atam yox. 1 il sonra anam ümidini itirdi, ardınca da ağlını. Öz-özünə danışmağa başladı. İnsanlar allahla danışan adama peyğəmbər, öz-özünə danışan adama dəli deyirlər. Halbuki əksinə olmalıydı. Atamın ölümündən 20 il sonra anam  belə sağalmaz şizofreniya ilə öldü.


Düzdü, bir insanın 20 ildə çəkdiyi tənhalığı, əzabı 4-5 cümlə ilə izah etmək haqsızlıqdır. Amma anam mənə öyrətdi ki, kişisiz qadın qurumuş çiçəkdir. Qadının  kişisiz yaşamağı seçməyi öz həyatını " udalit" etməyidir. Anam  atamın məzarı üstə ağlayıb saçını yolanda ona baxan qohumlara sanki bunları demək istəyirdi: "görürsüz necə ağlayıram, necə ucadan. Az ağlayaram, sakit ağlayaram elə bilərsiz özümə təzə ər axtarıram ha! Məərimi çox sevirəm. Öldü deyə düşünmürəm ki necə dolanacam, kim məni qoruyacaq? Dul qaldım deyə mənə "işlənmiş, ikinci əl mal" kimi baxacaqlar deyə qorxmuram ha! Daha bərkdən ağlayıram sizin üçün, daha bərkdən ki, sizin arxamca etdiyiniz pıçıltıları eşitməyim. Mən sevdiyim insan və uşağımın atası üçün ağlayıram!"

***


 Yazıçı deyiləm, amma arada  saytlarda yazılar yazıram. Ədəbi, fəlsəfi, elmi. Yaxşı gəlirim var. İşimi elə qurmuşam ki, oturduğum yerdən də pul qazana bilirəm. Biznes haqda danışmaq sıxıcıdır. Həm də ki, bu da bir az  intim məsələdir, gizlədiləcək nələrsə var. Bugün ad günümdür və qərara gəlirəm 30 yaşıma kimi münasibətdə olduğum qadınlara zəng edib  onlarla dostyanə görüşüm. 

1-ci zəng.

-Salam, Lala, mən Anar. Necəsən?

-Get ...... burdan!

Bağışlayın səhv nömrə yığşam, fahişə imiş.

2-ci zəng.

-Salam, Aynur. Necəsən? Mənəm, Anar.

-Aa salam Anar. Yaxşıyam. Sən necəsən?

-Yaxşı. Bugün mənim ad günümdür.

-Yəqin sevinmirsən.

-Düzdü, sevinmirəm. Amma vaxtın varsa səninlə görüşmək istərdim. 

-Yox, canım, alınmayacaq. Menstruasiya vaxtımdır. 

-Hmm, anladım. 1 saatlıq da alınmaz?

İnan, alınmır. Qanaxmam, ağrım var. 

-Başa düşdüm. Hələlik.

-Hələlik.

3-cü zəng.

-Salam, Səbinə. Necəsən? 

- Salam, Anar. 

-Bu nə səs -küydür gəlir ordan?

-Heç, ərimlə dava edirik.

-Onda mane olmayım.

-Nə deyəcəkdin ki?

-Heç elə-belə zəng vurmuşdum. Sağol.

5-ci zəng.

-Salam, Türkan.

(Orqazm səsləri)

7-ci zəng.

-Salam, Cəmilə.

-Bir də zəng eləmə mənə, xahiş edirəm!

8-ci zəng.

-Salam, Aytac. Necəsən?

-Salam, Anar. Sən necəsən?

- Bugün ad günümdür. Təbrik etmək istəyirsən?

-Yenə təksən? 

-Tam da demək olmaz. Görüşməyi qəbul etsən tək olmaram. 

-Maço sevgilim var. Kişi cinsindən kiminləsə görüşməyə qoymur. 

-Bu heyvanlara da aiddir?

-Anar, bəsdi, gülməli deyil.

- Səncanı, belələrini hardan tapırsan?

-Gəl, bu haqda danışmayaq.

-Yaxşı...

-Dünən səni yuxumda görmüşəm, bugün zəng elədin. 

-Zamanın nəbzini tuta bilirmişəm... Necə görmüsən? Yenə həmişəki kimi çılpaq idim?

-Yoox, görürdüm dindar geyimindəsən, dinə qayıtmısan..

-Axx!! Elə demə ürəyim ağrıyar. 

-Özünə yaxşı bax. Birini tap özünə. Ad gününü tək keçirmə.

-Yaxşı.

11-ci zəng.

-Salam, Tamara.

-A oğraş, sən kimsən mənim arvadımın adını çəkirsən? Adını de!

- Qardaş, poçtdandı. Şəfayət Mehdiyev küçəsini soruşacaqdım.

13-cü zəng.

- Salam, Şəms.

-Salam, Anar, necəsən?

- Yaxşıyam. Sevgilin var?

-Yoox. Niyə soruşdun ki?

- Bilirsən, bugün ad günümdür. Mənimlə görüşüb söhbət edərsən?

-Anar, niyə kişi dostlarınla görüşmürsən? Məhz qadın və o qadın-mən.

-Kişilərlə mənimki nadir halldarda tutur. Kollektivi sevmirəm. Kişilərdən neqativ enerji alıram, rahat deyiləm onlarla. Buna görə məhz qadın. Səninlə düşüncələrimiz tutur, başa düşən qızsan, dinləməyi bacarırsan. Buna görə məhz sən.


Vaxt təyin etdik, görüşdük. Torqovıda restoran-kafelərin birində oturduq. Dondurma sifariş verdik.

-Hə, Anar, danış eşidək səni. -gülümsədi. -niyə tənhasan gündüz vaxtı ad günündə?

-Düşünürəm: Xlor zəhərli elementdir, amma natriumla birləşəndə xörək duzu (NaCl) olur. Cənubi Amerika qitəsinin yerli xalqı, həyatdakı məqsədlərini tapmaqları üçün gənc kişiləri təbiətə göndərirlər. Təbiətə göndərilən gənc kişilər bir neçə gün orda qalır və həyatdakı məqsədlərini düşünürlər. Özlərinə bir missiya seçdikdən sonra geri qayıdırlar. Bu adət avstraliya aborigenlərində də var. Təbiət öz genini məhv etməyə qarşıdır. Məsələn, qorillalar körpə uşaqları öldürürlər. Erkək qorilla başqa gorillanın hərəmxanasına hücum edib qətliam edəndə bilir ki burdakılar onun nəslindən deyillər. Şimpanzelər isə elə etmir. Erkəşimpanze də, dişşimpanze də aktiv cinsi həyat yaşayırlar. Doğulan uşaqlar bilinmir kimdəndir. Hakimiyyət üstündə mübarizədə erkəşimpanze öldürəcək dərəcədə hirslənəndə dişşimpanze ona uşağın onun ola biləcəyini xatırladır. Dişi özü də bilmir uşaq kimdəndir. Erkəşimpanzenin uşağı da ola bilər, olmaya da. Ataları qatil olan qorillarda qətrliamlar çoxdur, şimpanzeler də nisbətən az, bonobo meymunlarında isə demək olan cinayət yoxdur. Çünki bonobolarda hakimiyyət dişilərin əlindədir və lesbiyandılar. Erkəklər nəsil artırmaq üçün bir-birlərini parçalamağa sərf etdiyi enerjini, dişilərlə dil tapıb nəsil artırmağa sərf edirlər.

-Əla hazırlaşmısan görüşə.-Şəms gülür. -Yəni?

-Yəni yaşadığım həyat məni düşündürür. Düzgünmü yaşayıram? Necə yaşamalıyam? 

-Meymunlar aləmində nəsil artırmaqdan danışdın. Uşaq istəmirsən heç?

- Bilirsən uşaq qadına lazımdır, kişiyə yox. Mənim bədənim doğmağı tələb etmir. Uşağının olmaq istəyi aldadıcı hissdir. Nə üçün uşaq istediyimi bilirəm, bildiyim üçün də istəmirəm.

-Heç olmasa evlənə bilərdin bu yaşına kimi...

- Evlilik nədir ki? Erkəyin dişi ilə bağladığı müqavilədir ki, səni ancaq mən qayıracam!

-Bəsdi Anar səncanı.

- Yox e , Şəms elə deyil? Kişi müqavilə bağlayır ki , arvadı  başqası ilə yatmasın. Bunu allah (kəbin) və dövlət (nikah) qarşısında təsdiqləyir.

-Yaxşı, bağlayaq bu söhbəti peşman oldum.

 Susuruq. Şəms dedi:

- Bilirəm niyə belə oldun?

-Nəyi bilirsən? -sakit desəm də səsimdə əsəb vardı. 

- O qızla ayrılandan sonra həşeyə belə praqmatik yanaşmağa başladın. İçinə qapandın, asosial oldun, tənhalaşdın, qaranlıqlaşdın. 

-Yox, elə deyil. 

- Anar, qopan bir ipə sıx bir düyün vurursan, ipin ən möhkəm yeri artıq bu düyündür. Amma ipə hər toxunanda canını ağrıdan tək nöqtə yenə o düyündür.

-Başa düşürəm. Canım ağrıyır, Şəms. Canım çox ağrıyır. Ancaq içimdə çəkirəm. Ən yaxın adamıma belə demirəm. Qadın yalandan ağlaya bilər, kişi heç vaxt. Kişi ağlayırsa, doğurdan əzab çəkir. Mənim axırım yoxdur. Yoxdur!

-Anar, səni tanıyıram, sən dərinliyə gedəndə hər kişi kimi qocalanda yanında olacaq qadın axtarırsan. - hiss edirəm nəyəsə məna vurur.

-Bəlkə artıq onu tapmışam?-bunu ona deyəndə üzündə donuq təəccüb ifadəsi yarandı.

-Hə..sevindim sənin adına. Onda çıx get o qadının yanına! Bunu bil ki, seni sevdiyim üçün görüşə gəldim. 

-Şəms, mənimkimilər yola gəlmirlər, ölürlər.

-Məni incidirsən- gözləri dolur.

-Məni də çox incidiblər. Qarşında gördüyün kimi daşlaşş buzdan heykəl var. Məni buna çevirdilər.

-Nə demək istəyirsən, Anar?-göz yaşlarını silib bir az özünə gəlmək istəyir.

-Şəms... Eyni yastığa baş qoymaq, eyni yuxunu görmək demək deyil. Biz eyni yuxunu görmürük. Sən uşaq istəyirsən, mən yox. Sən qanuni olsun istəyirsən, mən qanunsuz. Sən sevgi istəyirsən, mənsə olmayan bir şeyi sənə verə bilmirəm.

-Bəs o qadını az da olsa sevmirsən?

-Bilirəm ki, o mənə lazım olan qadındır, həyatımın qadını, nə olsa sevər məni. Tərk etməz, xəyanət etməz, mənimlə ölər də. Bunları düşünəndə ona qarşı sevgim, bağlılığım yaranır. Biz onunla eyni yuxunu görürük.

-Heç nə. Sözüm yoxdur sənə -göz yaşlarını silib özünə gəldi. -Bil ki, hələ cavansan Anar. -məndən 4 -5 yaş kiçik qızın məndən yaşca böyükmüş kimi danışmağı qəribə hiss oyatdı - 40 yaşına gələndə depressiv olacaqsan,  qapını arxadan kilidləyib tənhalıqdan ağlayacaqsan. 

-Hər halda azad ağlayacam. Özüm üçün ağlayacam. 

-50 yaşına çatanda sevdiyin qadın da qocalıb öləcək. Kişilər bilirsən niyə özlərindən cavan qadınla evlənirlər? Onlardan tez ölməsinlər. Qocalığın vicdan məsələsi var. Tənhalığa dözə bilməyəcəksən. 

Bir müddət susdum. - Məni öldürdün, Şəms, məni öldürdün. Düz deyirsən. Amma mən başqa cür yaşaya bilmirəm! -səsimi ucaltdım bir anlıq.

-Bugün sənin ad günündür. Səni əsəbləşdirməyə gəlməmişəm. Gedək gəzişək.

Şəmslə gəzə-gəzə söhbət edirik.

-Səndən çox danışdıq, bir az da məndən danışaq.

-Danışaq -gülümsədim. 

- Tezliklə evlənirəm. 

Diqqətlə ona baxdım və gözlərimj yerə dikib gülümsədim: - Sənin adına sevindim. 

- Yalan demə, sevinib eləmədin. Bilirəm xoşa gələn mövzu deyil sənin üçün. Başa düş ki, kişi min qadınla yatsa problem yoxdur. Qadın min nəfərlə yatanda problem olur. Bizim cəmiyyətdə evlilik qadın üçün yeganə təhlükəsiz yoldur. Başa düşürsən məni?

-Yaxşı başa düşürəm. Amma haqq qazandırmıram. Şəms, bir qadın fahişə olar, iki qadın fahişə olar, 10 qadın,  1000 qadın fahişə olar. Amma milyon qadın fahişə ola bilməz. Milyon qadın bu cür köhnə adətlərə qarşı çıxsa,kimsə onlara  fahişə deyə bilməz! 

- Düz deyirsən,Anar. Elə bu düşüncələrinə görə sevirəm səni. Sən tam fərqlisən, əlçatmaz dağ kimi soyuqsan. Sənə yaxınlaşa bilmirəm. Sən ilk baxışdan seviləcək adam deyilsən. Sən tanıdıqca seviləcək adamsan. O qadın həqiqətən xoşbəxt qadındır ki, sənin kimi kişi onun yanındadır. 


Onu evinə kimi yola saldım və ayrıldıq. Növbə ad günümün son gecəsi night club.

***    

Bu dəfə sizə üç şeydən danışacam. Seksdən, Otdan və Gecə klubundan.

Son zamanlar məndə qəribə hal yaranıb: sekslə məşğul olanda gülməyim gəlir. Zarafat eləmirəm. Bu yaxınlarda əri içki komasından ölən qadını evə dəvət edəndə belə oldu. Onu soyundurdum, hər şey qaydasında gedirdi, əsas məsələyə keçəndə məni gic gülmək tutdu. Qadınınkına və özümünkünə baxıb gülürdüm. “Bu nədir, biz nə edirik?”deyə düşünürəm. Qadın haqlı olaraq soruşdu nəyə gülürsən? Gülməkdən izah edə bilmədim. Seks o an necə mənasız hərəkət kimi gəlmişdi mənə. Yəqin tez-tez məşğul olmaqdandı.Təbii ki, qadın özünü təhqir olunmuş hiss elədi və əsəbləşib getdi. Nə edə bilərdim ki, gülməlidir! Eyni hərəkətlər, dala-qabağa, əcaib səslər, enerji itkisi! Penisimi onun vaginasına salmağım sizcə gülməli deyil? Komediyadı ee.. Vaxt keçdikcə düşünürəm ki, əsl qadın ətdən artığı olmalıdır. Qadının seksual hissi yaradıcı, kişininki dağıdıcıdır. Bəzən adama akt zamanı elə güc gəlir ki, qadını boğub döymək, öldürmək istəyirsən. Çikatilo təbiətin pozğun övladıdırsa, deməli hər kişinin həyatında bir dəfə manyak olmağa haqqı var.

Kişi Scarface həyatı yaşamalıdır.

Kişi otuz yaşına kimi pul, qadın və intellekt məsələsini həll etməlidir. 

Kişi aravuranlıq etməz, kimisə aradan götürər. 

Əsl kişilər həyatının qadınını axtarır, vaxt keçirməyə qadın axtarmır.

Qadına qarşı zəifliyi olan və dəyər verməyən kişi biznes və dostluq üçün yararsızdır.

Qadın əvvəl kişidən güc, hakimiyyət istəyər, əldə etdikdən sonra mənəvi şeylər: duyğu, sevgi. Qadın anlamır ki, biz o güc, hakimiyyəti qazanmaq üçün  sentimental romantizmi itirməliyik. 

Dostum Zakaya zəng etdim.

- Salam, Zaka. Necesen?

- Sağol Anar. Haralardasan?. 

-İş-güc. Harda görüşək?

-Hə gəl görüşək. "Sahil"ə gələ bilirsənsə, gəl.

-Yaxşı.

Zakanı çoxdan tanıyıram. Texniki işləri yaxşı bilir. Ona İT-şik demək olar Ses texnikası, komputer və telefon təmiridir işi. Görüşəndə ordan-burdan danışdıq. Dostu Renanı gözlədik ki, bizə "ot" gətirəcək. Hə, "ot". Torqovının mərkəzində Renanın işdən çıxmağını gözləyəndə Zaka ilə pubların birində oturub söhbət etdik. Zaka ilə özümüzdən, kokaindən, LSD-dən, qadınlardan danışdıq. 

-İlk dəfə necə çəkdin kokaini?-soruşdum.

-Bizim müdir imkanlı adamdır. Özü də çəkəndir.  Xaricdən alıb gətirmişdi. Kokain bahadır axı. Onda çəkdik. Burnuma çəkəndə beynim getdi. Sabun köpüyü burnuna gedendə necə olursa elədir. Bu da həmin şeydir, sadəcə ağrı verir həmin an.Kokain  elə bir şeydir ki, 4-5 saat səni heç olmadığın qədər enerjili edir. Yəni enerji partlaması yaşayırsan. Bu enerji sənin 24 saatlıq enerjinin 4-5 saatda cəmlənməsidir. 4-5 saat tam enerji, təsiri keçəndən sonra lomka, çöküş. Halın olmur hərəkət etməyə, ağrılar baş verir. Bütün gücün tükənib. Gərək 2 gün yatansan ki, özünə gələsən. Kokain çox ağırdı, məsləhətli deyil.

-Bəs LSD?

- LSD tamam başqa bir şeydir, o da hardasa təhlükəlidir. Uzun müddət istifadə edəndə yaddaş pozğunluğu yaradır. Təsiri 8-10 saat çəkir. Uşaqlarla yığışdıq LSD həbi atdıq. LSD də gərək çox dərin şeylər düşünməyəsən. Mən həbi atdım təsirindəydim, qəribə düşüncələr yarandı. "Niyə yaşayıram?"" Dünya necə yaranıb?" " Həyatın məqsədi nədir?" Gördüm yox e pis oluram. Bunları düşündükcə dərinə gedib batıram. Ürəyim ağrımağa və sancmağa başladı. Uşaqlara dedim "özümü pis edirəm, ürəyim ağrıyır". Uşaqlardan biri dedi ki, pəncərəyə bax, maşın uçur. Baxdım, doğurdan da maşın uçur -  ikimiz də ucadan güldük. Xoşuma gəldi Zakanın danışığı. - Yəni LSD budur. Sən bir otaqdasan, otaq normaldır, amma sən LSD təsirindən otağın parçalandığını, çat verdiyini görürsən. Qorxulu deyil, amma nəyinsə dağıldığını görürsən. Hissiyyatın daha da güclənir. Bunun elmi açıqlaması da var. Beyindəki dad, qoxu, görmə, eşitmə reseptorlarının aldığı informasiya bir - birlərinə qarışır deyə qəribə görüntülər yaranır.

Axşam saat 10nu keçirdi. Zaka ilə skamyada oturub Renanı gözləyirdik. Birdən yanımızda dava oldu. Rena ilə iş yerindən  administrator dava edirdilər. Zaka iri, kök olduğundan tez müdaxilə elədi. Torqovının göbəyində dava gedirdi. Həşey elə birdən baş verdi ki, dondum qaldım. Ayırmağa çalışdıq. Rena arıq oğlan olduğu üçün administrator üstünə düşşdü, Zaka ilə bacarmadığını görüb danışığa keçdi ki, elə deyil, belədir qardaş. Hiss etdim məsələ uzanır, itələşmə, camaatın bizə baxmağı və düşündüm bir azdan polis gələcək. Elə mülki geyimdə orta yaşlarında üç nəfər gəldi. Bizi apardılar bölməyə. Bizi deyəndə ki, onları. Mən nədənsə davadan qıraqda qalmış oldum. Amma məcbur onlara qoşulub getdim. Zaka polisə dedi ki, "onun bu məsələyə dəxli yoxdur. Anar, sən get". Dedim ki, hara gedim? Yaxşı ki, getmədim. Polislər məni, Zakanı, Renanı və adını bilmədiyim o oğlanı aparırlar. Birdən Rena mənə dedi ki, bizdə "şey" var, üstümüzdə tutmasınlar, sən götür get. Dedim ki, yaxşı, yavaş danış, eşidərlər. Mən bir az eşidiləcək tərzdə dedim:, işə də getməliyəm. Zaka qabağımı kəsdi:

-Yaxşı, brat, sən get. -əl verib öpüşdük.

-12dən sonra işdə olmalıyam, yoxsa getmərəm. -dedim.

Rena da görüşdü mənləƏlindəki "şey"i əlimə ötürdü və öpüşüb sağollaşdıq. Rena diqqətlə mənə baxdı.

- Yaxşı, brat, sən get sonra görüşərik. 

-Yaxşı, brat, sabah əlaqə saxlayarıq.-əlimdə "şey"i gizlədirəm. Onlardan xeyli uzaqlaşıb görünməz olanda əlimdəki balaca kağızı cibimə qoydum. Qaranlıq küçələrdə yoxa çıxandan sonra açıb baxdım ki, "ot".

2 gündən sonra görüşdük. Polislər onları  buraxıblar. Əlimlə "ot" u Renaya verdim ki, pubın tualetində bizim üçün düzəltsin. Zaka dedi:,

- Sən o gün bizdən "ot"u götürməsəydin, getmişdik. Poxu çıxacaqdı. Bütün cibimizi, üst-başımızı yoxladılar. Hələ də şübhələnirik ki, bizi izləyirlər. 

-Niyə ki?

-Renanın telefonun kaburosunun içindən "şey"düzəltmək üçün kağız çıxdı. Bilmədik başa düşdülər ya yox. Amma qorxuruq ki, şübhədəyik, izləyirlər. 

-İnanmıram ciddi bir şey olar. Yenə də ehtiyatlı olmaq lazımdır. 

Rena əsəbi halda pubdan çıxdı. Zakaya acıqlandı:

- Gicbəsərsən, zeng eləyirəm niyə cavab vermirsən?

- Mənə zəng gəlməyib axı- Zaka heç nə başa düşmədi. Elə mən və yanımdakı adını unutduğum oğlan da.

-Aşağıda dəli olmuşam ee. Tualetin qapısını kimsə arxadan qırırdı. Elə bildim polisdir. Bilmədim neyniyim. Sənə zəng edirəm götürmürsən. 

-Qaqaş, polis olmaz. Yəqin kimdisə tualetə tələsirmiş. -Renaya dedim- Gərək bir nəfər də səninlə düşərdi, üçümüzün burda gözləməyi yersiz idi.

Deməli, şəhərin mərkəzində hazırlaşırıq "ot" çəkməyə. Harda çəkdiyimizi deməyim ki, gəlib bizi tutmasınlar, birinci növbədə də məni. Zaka deyir ki, "ot" çəkəndə bizi tutsalar həbs 2 ildən başlayır. Binaların içinə gedən arkalardan keçib bloka girdik. Rena tanımadığım o oğlan və mənim üçün pubda "ot"u düzəltmişdi. Yandırdı. "Ot"u çəkdik. Hıııııııp ahhh. Əla..əlaa.. Al.. Hıııııııp ahhhh. Tam ciyərinə çək.. Əla..əla.. Hıııııpp ahhh..

Hidroponika nədir bilirsiniz? Hidroponika bitkilərin süni mühitdə, torpaqsız becərilməsidir. Bu zaman bitkinin kök sistemi bərk substrat (qida əhəmiyyəti olmayan) üzərində, suda, yaxud rütubətli havada (aeroponika) inkişaf edir. Bitkilər qidanı kökləri əhatə edən qidalı məhluldan alırlar. Yəni bitkini akvarium şəraitində yetişdirirlər. Bu bitkidən də narkotik maddə hazırlamaq olur. Tanış oğlan məhz ondan gətirmişdi. "Ot"un qiyməti 10 manatdırsa, hidroponikanın qiyməti 20 manat. "Ot" 2 saat tutur səni, hidroponika 15 dəqiqə. Oğlanla hidroponika çəkdik. Hıııııp ahhh. Yüngülcə tərpətdi məni. Üzdə mənasız, amma xoş təbəssüm yarandı. Rahatlıq. Bitkilərdən hazırlanmış bu narkotiklər asılılıq yaratmır. Çünki tərkibində nikotin yoxdur. Amma ziyandır. Heç etməməkdənsə, bir dəfə yoxlamağa dəyər. İnsanlar seks partilərini, narkotiki, gecə klublarını başqa şeylər kimi ona görə yaradıblar ki, həyatın dözülməzliyinə dözsünlər. Bir şeydən asılı olmayacağamsa, yoxlayaram onu. Mən qadından, puldan və dövlətdən asılı olmağı sevməyən adamam. Hidroponika bunların içində ən yaxşısıdır. 


"Ot" və Hidroponika  macərasından sonra sıra gecə klubundadır. Saat 12 ni keçib. Feyskontrol və klubun qolumdakı ştampı. Klubdayam. Rəqslər, musiqi. Dup -dup-dup-dup...musiqi beynimə və qanıma işləyir. "Ot" və hidroponikadan sonra rəqs, musiqi əla gedir. Qapalı qaranlıq məkan və rəngərəng işıqlar. Sənin kimi musiqini duyanlar. Utancaqlıq kompleksi yox. Unutmusan özünü, axı axına düşmüsən. 


Səhərə yaxın disko qurtardı. Canımda xoş yorğunluq var. Günəşin qırmızılığı mənə ümid verir ki, həşey bitməyib. Maşınıma oturub Bayıldan Lökbatana gedirəm. Youtube- da "FİLV-Clandestina(feat. Edmofo)". Lökbatana çatana kimi ancaq bu mahnını dinlədim. 30 yaşım dünən tamam oldu, bugün 30 yaşımın birinci günü. Hələ məni 40 yaşın depressiyası və 50 yaşın tənhalığı gözləyir. Sadəcə bunları düşündüm və bu düşüncələr mahnının hərəkətli sədaları altında əriyib getdilər. 

Onun yanına çatdım. Səhər saat yeddiyə işləyir 26 dəqiqə. Evə çatıb qapını açdım. Otağında yatırdı. Paltarlı yatdım yanında. Yorğum idim. Arxadan qucaqlayıb boynundan öpdüm. “Nə yaxşı ki, varsan” sözlərini qulağına pıçıldadım. Ayıldı. Soruşdu:- Harda idin, əzizim? Onun aşırı qısqanclığı və dəlisovluğu  xoşuma gəlir. Mən onunla cənnət yox, cəhənnəm yaşamaq istəyirəm.

-Əzizim, bu cümləni fransızca tərcümə edə bilərsən: “Mən səninlə cənnət yox, cəhənnəm yaşamaq istəyirəm”?

-Je veux vivre l' enfer avec toi, non le paradis.- cümləni bitirən kimi dodaqlarımı dodaqlarına yapışdırdım. Zamanı öpüşlə unutmaq gözəldir. 

***

Axşam evə qayıdanda  Maşını yolun qırağında saxlayıb çağırdım. Necə dəyişib...Az qala tanımayacaqdım. Hiss olunur çoxdan evlənib. Gəlib maşında oturdu.

-Anar, necəsən? Heç ağlıma gəlməzdi səninlə nə vaxtsa qarşılaşaram-elə hey sevinir- səni burnundan tanıdım, yoxsa tanımayacaqdım. -gülürük.

-Düzü, burnumu əməliyyat etdirmək istəyirdim, yaxşı ki etdirməmişəm, yoxsa məni necə tanıyardın?!

-Bəsdi, sən allah-gülür, mən də gülürəm. Onunla keçmişdən söhbət etdik, çünki onunla heç bir gələcəyimiz olmayıb. Kama (Kəmalə) on il əvvəlin portretidir. Keçmiş sevgilim. İsti rayondan idi və ehtiraslı idi. Məncə, o evlilik üçün yaxşı partnyor deyil. Düşünürəm ki, bəzi qadınlar heç vaxt evlənməməlidir. Evlilik onlar üçün deyil. Kama məhz belələrindən idi. Ayrılığımız faciəvi deyildi. Soyuqluq yaranmışdı, mən başqasına aşiq oldum, o da başqasına. Belə ayrıldıq. Amma yadda qalası nələrsə yaşamışdıq. Öyrəndim ki, iki uşağı var və xoşbəxt deyil. İnsanlar bütün ritualları yerinə yetirirlər, amma xoşbəxt deyillər. 

Qərarlaşdırdıq ki, iki “Kuler” alıb parkda oturaq. Axşam qaranlığında içə-içə söhbət edirik. İçdikcə əhvalımız açılır. Zarafatlar, şit söhbətlər. Axırda lətifə danışmağa başladıq. Birinci Kama danışdı:

-Ayka Zemadan soruşur:-Soyuqdəyməyə qarşı nədən istifadə edirsən: qarağatdan yoxsa, kişidən? Zema cavab verir ki: ay qız, fərqi yoxdur, əsas odur ki, yaxşıca tərləyəsən- ağzımızdan pivəni püskürürük.

-Dayan, dayan, mən də danışım – başlayıram mən gicləməyə- İki sevgili parkda otururlar. Qız oğlanın şeyini əlinə alır. “ Aa necə də böyükdür!”-deyir. Oğlan da nə desə yaxşıdır? “Mənimki böyük deyil, sənin əlin balacadır. -içdiyimiz pivə boğazımızda qalır ökürürük. Özümüzə gələndə deyirəm:

-Bu lətifə deyil ha, olmuş hadisədir. 

-Yaxşı görək -deyib əliylə qoluma vurur. İnanmır.

- Yoo, ciddən deyirəm -gülümsəyirəm. 

-Kimə aiddir bu lətifə?- maraqla soruşur.

-Dostum danışmışdı.

Üzümə diqqətlə baxıb deyir:

-Yalan deyirsəəən. Tutdum səni. Demə ki, bu lətifədəki oğlan sənsən?

-Yaxşı, demirəm-gülürəm.

-Əclafsan sən… əclaf..

O gülür, mən gülürəm. Sonradan sakitləşdik. Birdən susduq və kədərləndik. O mənə baxdı, mən ona. Birdən öpdü məni. Dondum qaldım. Heç bir duyğu hiss etmədim. Bir anlıq əlimlə cibimdəki həyatımın qadının öpüşlü məktubunu sıxdım. Ağrıdım. Mənimlə öpüşən bu dodaqlar mənim deyil, başqasınındır. Bu sadəcə, başqasının dodaqlarıdır. Başqasının dodaqları.


21.07.2019

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)