Edebiyyat.az » Poeziya » Seymur Sönməzdən şeirlər

Seymur Sönməzdən şeirlər

Seymur Sönməzdən şeirlər
Poeziya
admin
Müəllif:
13:55, 13 iyun 2025
26
0
Seymur Sönməzdən şeirlər



MƏNİM LAL MƏHƏBBƏTİM

Bənzəyir sürüşkən yoxuşa, dikə
Axı, necə dözüm bu ağır yükə?
Nə aça bilirəm, nədə ki bükə,
Ay mənim qisməti lal məhəbbətin.

Xəzana çevrilən yarpaq kimisən,
Könlümün sızlayan dərdi-qəmisən.
Dözmədin sınağa sona kimi sən,
Arzusu, istəyi kal məhəbbətim.

Yanılsan, ömür də qəfəs kimi dar,
Peşiman olmağın nə mənası var?
Günahı məndə yox, özündə axtar,
Tapdınsa,  saçını yol məhəbbətim.

Sızlayar çəmən də, tapdanıbsa iz,
Döymə dizlərinə gəl indi yersiz...
Bəxtindən əlini birdəfəlik üz,
Düşübsə qəlbinə xal, məhəbbətim.

Əgər nəbzin tutsan gələn anın sən,
Söykən işığına bir gümanın sən...
Eşələ külünü bu sevdanın sən,
Közərtsən, mənimlə qal, məhəbbətim.

    

ZƏMANƏ MƏNZƏRƏSİ

Zəmanəmiz çox dəyişib,
Pişik indi iti minir.
Tülkü dərs deyir meşədə,
Ayı dodaq büzüb gülür.

Taxtdan düşüb meşə şahı, 

Şir nərildəməyir daha.
Eşşək quyruğun bulayır,
At oynadır, ta qurbağa

Bayquş ağıl dərsi verir,
Dəvə gəzər dəbli geyim.
Pələng gözdə qalmaz artıq,
Dövran həmin dövran deyil.

Qartal uça bilmir göyə,
Sərçə, gündəmdə dildədi.
Nə fərqi var deyə-deyə,
Şəhər də kənd günündədi.

Zaman güzgü tək göstərir,
Kim nə isə – odur, görün.
Dəyər itibsə bir yerdə,
Sükut da fəryaddır, bilin.


KƏNT HƏYATI

Kənd həyatı başqadır da,
Toyuğu var, cüçəsi var.
Səhər çağı sübh o başdan,
Çil xoruzun cır səsi var.
Kənd həyatı başqadır da.

Dağ havası, bulaq suyu,
Yaylaqlarda yay dəstəsi.
Uca palıd salır kölgə,
Təbiətin nəğməsi var.
Kənd həyatı başqadır da.

Ot tayası, yaşıl çəmən,
Əl içində ilıq zəhmət.
Stol üstə püstə, badam,
Samavar, çay dəsgahı var.
Kənd həyatı başqadır da.

Axşam düşər, ulduz sönər,
Qarşıda bir tənha çinar.
Sazla qopar bir köhnə dərt,
Könüldə min hissəsi var.
Kənd həyatı başqadır da.


DARIXSAN ÖZÜN YAZARSAN...

Bilmirəm hardasan, nə düşünürsən,
Bəlkə də saçında ilmələnib dən.
Barı heç olmasa bircə dəfə sən,
Mənə hər nə varsa, düzün yazarsan.

Könlündən keçirsə ya məni səslə,
Ya da ünvanımı küləkdən istə...
Bir yol kənarında, bir daşın üstə,
“Tez qayıt, sevirəm” sözün yazarsan.

Yaxına qoymasan dumanı-çəni,
Eşqinin yanımdan düşəcək yönü.
Tənhalıq hardasa üşütsə səni,
Görsən ki titrəyir dizin, yazarsan.

Sirrini heç kimə etmə etibar,
Deyirlər yerin də qulaqları var...
Ey könül mülkümdə yeri olan yar,
Mənsiz darıxanda özün yazarsan...
            

SƏNDƏN HEÇ VAXT KÜSMƏRƏM Kİ

Unudulmaz bir xatirə,
Sənli olan məqam və gün,
Əldən salsa həsrət məni,
Öz əhdimdən dönmərəm ki!

Etsələr də məni sürgün
Qəlpələnib, əyilmərəm.
Vusalına çatmaq üçün
Bezmərəm ki!

Hərdən məni cırnatmaqçün
Dodaq büzüb naz eyləsən,
Qorxma, səndən üz döndərib,
Küsmərəm ki!

Səndən başqa birisini
Görsə də hərdən gözlərim,
Dərdimə məlhəm olsa da
Sevmərəm ki!

Andım-amanım da sənsən,
Mən öz əhdimə sadiqəm.
İnan mənə, səni qoyub,
Özgəsini gəzmərəm ki!...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)