Edebiyyat.az » Proza » Rüfət Alcanov - Kamyu ilə telefon danışığı.

Rüfət Alcanov - Kamyu ilə telefon danışığı.

Rüfət Alcanov - Kamyu ilə telefon danışığı.
Proza
admin
Müəllif:
21:26, 23 iyun 2020
1 747
0
R.A: Alo! A.K: Bəli! R.A: Albert Kamyu ilə danışıram? A.K: Bəli. Kim idi?

 

                                   





R.A: Alo!

A.K: Bəli!

R.A: Albert Kamyu ilə danışıram?

A.K: Bəli. Kim idi?

R.A: Sizi Azərbaycandan oxucunuz Rüfət narahat edir. Bəy, icazə verərsinizmi sizə əsərlərinizin ən uğurlusu olan “Taun” barəsində bir neçə sual verim? Fikrimizcə, dünyamızı bürüyən pandemiya dönəmində müəllifi olduğunuz bu əsər haqqında məhz sizin fikirlərinizi öryənmək oxucularınız üçün maraqı olardı.

A.K: Bəla bəladır, fərq etməz korona, taun, muharibə və s. Rüfət bəy, son vaxtlar vərəm təmiz nəfəsimi kəsib. Ona görə də çox danışa bilmirəm. Qısa eləsəniz çox sevinərəm.

R.A: Əlbəttə... əlbəttə... Söz verirəm az vaxtınızı alacam.

A.K: O zaman, buyurun.

R.A: Sizin öncəki “Yad” romanınızda dərin nihilizmin tamı hiss olunur. Qəhrəman əsər boyu düşüncəsində  bu ifadəni gəzdirir “Həyat yaşamaq zəhmətinə dəyməyən bir şeydir”. Ancaq “Taun” əsərində “Yad” əsərindəki baş obraz Mersonun sanki qandallarını qırıb onu azadlığa çıxardırsınız, bu romanda oxucuya həyat eşqi, ölümə nifrət, nəyin bahasına olursa olsun pisliyə qarşı mubarizə aparmaq, öz haqq yolundan dönməməyi aşılayırsınız. Bu beş ildə sizi fikrlərindən döndərən nə oldu?

A.K: Nitşe deyir ki, ilan necə ki yaşamaq üçün qabığını dəyişir insan da o cümlədən düşüncələrini dəyişməlidir. Əvvəllərdə dərin depressiyaya qapılmışdım. Dünyada baş verən kataklizmlər, müharibələr, onların səbəb olduğu günahsız insanların qırılması, diktatorların dünyaya hökmran olmaq üçün atdığı addımlar məni pozitiv notlara kökləyə bilməzdi. Göründüyü kimi bu əsərlərimə də sirayət etdi. Ancaq, fikirləşdim ki, insanlar qollarını çırmalayıb birlikdə mübarizəyə atılsalar, bir-birlərinin əllərindən sıx-sıx yapışsalar, ətrafdakılarının öldürülməsinə göz yummasalar, hərə öz vəzifəsini vicdanla yerinə yetirsə biz bu bəlaları dəf edə bilərik. İnsanlar onları anidən yaxalayan bəlalarla, onların gətirəcəyi ölümlə barışmamalıdırlar. Ölüm qorxusunu aşmadıqca, insan üçün azadlıq mövcud olmaz. Taun romanımda da bunun bəddi inikasını əks etdirmişəm, və taun muharibənin simvolu kimi metaforalaşıb.

R.A: Bəy, əsərdə ən çox diqqətimi çəkən məsələ insan və məhrumiyyət oldu. Sizcə Taundan öncə və Taundan sonra Oranda hansı dəyişiklilər baş verdi, insanlar nəyə sahib idilər və sonra nədən məhrum oldular. 

A.K: Əsərimdə də qeyd etmişəm ki, hər hansı bir şəhərlə tanışlıq orda adamların həyat tərzini bilməkdən başlayır. Oran da bu gün muasir şəhərlərin metaforasıdır və əminəm ki, sizin Bakı da elədir. Taundan əvvəl burada insanlar laqeyd, heç nə vecinə deyilmiş kimi həyat sürür. Kişilər səhər gedir, axşam yorğun-arğın işdən gəlir, gecələr isə vaxtını öldürmək üçün yarısı kart oyunu gedən klublara gedir, yarısının da başı əxlaqsızlığa qarışır. Qadınlarsa dörd divar arsında tənhalıqlarını yaşayırlar. Uşaqlar da valideyin qayğısından məhrum olurlar. Həftə sonları tək-tük oliqarx adamlar kinoya, teatıra gedirlər. İnsanlar bu qədər sıxıcı, monoton həyat yaşayır müasir şəhərlərdə. Amma, taun da muharibə kimi insanı qəfildən yaxalyır. Yazıq insanlar nə bilsinlər xoşbəxtliyin aqoniyasını yaşayırlar bu ruhu ölmüş şəhərdə. Bilirsiz, Rüfət bəy, mənim bu qədər pislikləri qınamağıma baxma. Əslində bu baş verən bədbəxtliklərin bəşəriyyət üçün çox böyük önəmi var. Sanki valideyn şilləsi kimi insanları düz yola sürükləyir.

R.A: Dostyevski də belə düşünürdü.

A.K: Bəli, Dostyevski haqqlı idi. Muharibə də məğlub olmuş xalqlara baxın, yaponlar, almanlar, yəhudilər buna misaldılar. Onlar müharibədən sonra başa düşdülər ki, özlərini bu bataqılıqdan ancaq özləri çıxara bilərlər. Onlar, əllərini göyə açıb metafizik qüvvəyə yalvarmadılar, əksinə özlərində güc toplayıb ayağa qalxdılar, işıqlı günə çıxdılar. Oranda da taundan öncə insanlar, özləri özlərini bilməyərəkdən düşünməkdən məhrum eləmişdilər. Elə ki, bəla mübtəla oldu, taunun qara buludu başlarının üstünü aldı, şəhərin ev xidmətçilərindən tutmuş varlı sakinlərinə kimi hər kəs birləşdi, əl-ələ tutdu. Dərdi ortaq sayıb mübarizə apardılar. Necə deyərlər dərd insanları birləşdirir.

R.A: Cənab Kamyu, dediniz ki, insanlar özləri özlərini düşünməkdən məhrum eləmişdi. Bəs hökumətin insanları sosial izolyasiya eləməsinə, sevdiklərini görməkdən məhrum eləməsinə, sərhədləri bağlamasını necə, haqq qazandırırsınız?

A.K: Əzizm, mücərrəd problemləri həll etmək üçün gərək bir az mücərrəd olasan. İnsanın xisləti belədi, biz sevdiklərimizə həmişə gec qiymət veririk, burnumuz ölüm qorxusunu çəkəndə. Romanda Ramber adlı obraz var. Ramber əsər boyu bir çıxış yolu axtarır ki, şəhərdən qaça bilsin, Parisə, sevgilisinə dönsün. Əlbəttə, Paris olmasın, sizin Bakı olsun onun üçün fərqi yox idi. Çünki onun Parisə sevgisi sevdiyi qadına sevgisindən irəli gəlirdi. Artıq o da bilirdi ki, hər an, hər saat əbədi gözlərini yuma bilər, sevgilisini birdaha görməyə bilər. Düşünür ki, əgər sevdiyinə qovuşsa bir daha onu tərk eləməzdi. Əslində hər bir insan bax bu cür düşünərək yaşamalıdı. Sevdiklərindən bərk yapışaraq, onları heç vaxt tərk etməyərək. Oran şəhərində insanlar elə hesab edirlər ki, əbədi məhəbbət deyilən şey yoxdu, ötəri hissdi gəlib keçir. Ona görə də çox vaxt məşuqələri ilə vaxt keçirirlər, əxlaqsızlıq edirlər. Elə ki, bəla baş verdi burunlarının suyunu axıdırlar. Rüfət bəy yəqin başa düşdünüz ki, burda təkcə sevdiyimiz qadını itirmək qorxusundan söhbət getmir, bütün sevdiklərimizi nəzərdə tuturam. Birdə məni ən çox narahat edən, üzən Orandan kənarda yaşayıb Taundan sonra Orana gəlib sevdiklərini tapa bilməyənlərdi. Çünki onları taunda itiriblər, indi isə yalnız qalıblar. Bax bu zaman o insanlar üçün taun hələ davam edir. Bax bəlanın ən pis cəhəti budur. Sərhədlərin bağlanması hökumət tərəfindən düzgün addımdır. Amma yenə deyirəm taun aysberqin görünən tərəfidi. Bu zaman cəmiyyətdə mənəviyyatın deqredasiyası qaçınılmazdır. Ac qalan insanlar boş qalmış evlərdən oğurluq edəcək, gizlincə qətillər törədəcəklər, sərhədi pozmağa çalışacaqlar və yaxud hökumətə qarşı gizli mubarizə aparacaqlar.

R.A: Yəni bu cür məhrumiyyətlərə haqq qazandırırsız?

A.K: Həm hə, həm də yox. Çox çətin sualdı. Bilmirsən haqqlı olasan yoxsa rəhmli. Fikrləşərkən, daxilimdə dissonanslar baş qaldırır. Rüfət bəy, mən ədalətə inanıram, lakin mən ədaləti deyil anamı müdafiə edəcəm.

R.A: Çox əla cavab oldu. 

A.K: Gözümün nuru, başqa sualın yoxdusa mənə müsaidə edərdin, dərmanlarımı içməliyəm.

R.A: Çox sağ olun, cənab Kamyu. Öz dərin sayğılarımı və təşəkkürlərimi bildirirəm.

A.K: Mən təşəkkür edirəm. Mən həmişə sevdiyim insanlara bunu arzulamışam. Hər zaman vicdanlı ol!

R.A: Çox saq olun, Qərbin vicdanı.

 

 

 

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)