Rasim Ramazanoğlu - Kütlə arxasında duranlar
Proza
Rasim Ramazanoğlu - Kütlə arxasında duranlar
” Leyla və Günəşi” izləyəcək, həyatlarını öyrənəcəkdik. 24 yaşlı iki oğlan eyni yaşlarda olan iki qızı izləyəcəkdi. Səslərin səsə qarışdığı şəhərdə hər kəs hərəkət halında idi. Keçmiş zamanla başlayan cümlədən məlum olurdu ki, Toğrul bəy yenə uşaqları ətrafına toplayıb keçmişi nağıl kimi danışır.
Biz qərar vermişdik: Toğrul bəy hiss edir ki, mövzu daha başlamadan uşaqlara maraqsız gəlir. Deməli, uşaqlar izlənmənin ilk günündə qızların öz yaşlarında və ya yaşlarından böyük və kiçik olan insanların ofisinə gəldilər. Təəsüf olsun biz içəridə nələrin baş verdiyini tam olaraq anlaya bilmədik.
Amma artıq qızların işləri başladığından hara getdiklərini öyrənmiş olduq. Günlər keçir, biz isə qızların bu günlərdə necə dəyişildiyini müşahidə edirdik. Bu dəyişilmə böyüyə davranışdan başlamış, inanca qədər gəldiyi artıq açıqca büruzə verirdi. Məsələ burasındadır ki, qızların ailələri də problemli idi. Beləki Leylanın atası xəstəlikdən dünyasını dəyişmiş, Günəşin valideynləri bir o qədər də diqqətcil deyildilər. Aslan birazda araşdırma aparır. Və məlum olur,qızların getdikləri ofis təşkilat idi. Elə bir təşkilat ki, məsuliyyəti ağır, kütləsi boş. Təşkilatın qidalanma mənbələri üzdə təşkilat üzvləri olsa da, arxada bilinmirdi nələr və kimlərdi...
Millətin önəmli günlərində təşkilat millətdən fərqli hərəkətlərlə yadda qalmağa çalışırdı. İzləmədə gördüklərimiz bizi daha da təəcübləndirirdi. Ofisə girib-çıxan insanların əlində siqaretlər olurdu. Davranışlardan məlum olur ki, çəkənlərin çoxusu evlərindən xəbərsiz edir həm siqaret çəkməyi, həm də ofisə gəlməyi. Toğrul bəy burada uşaqlara suallar ünvanladı: ”Uşaqlar sizcə yalan fikirləşən beyinlə millət gəncliyini fikirləşmək olar? Yada adı millət üçün olan amma millətdən fərqlənməylə millətdə iradə yaratmaq olar? Toğrul bəy verdiyi sualların cavabını almadan davam etməyə başladı:
Hə, günlər bizə çox sürpiriz gətirdi. Bunlardan biri isə vaxtaşarı Aslanın siyasi-dini baxışının Günəşin diqqətini çəkməsiydi. Diqqət nəticəsində Aslanla Günəş məsafəni aşacaq qədər yaxınlaşmışdılar. Aslan Günəşlə ideyaları haqqında müzakirə edərkən, Günəş ona maraqlı cavab vermiş:
”İdeyalarının gənclərin eyni pəncərədən baxmasını təşkil etməkdir“. Aslan Günəşə qarşılığında ağzından çıxan cümlələr maraqlıdır lakin mümkünsüz görünür söyləmişdir. Günəşin niyə sualına cavabında isə Aslan kökü yalanla bəslənən varlığın sonu olmaz deyərək ağır bir cümlə qurub. Toğrul bəy köksünü ötürdü: “Eh! Yaradılışını dərk etməyən varlıqlar bir-birini əzmək üçün hər şey edərlər. Bilirsiz, ideyalar şəxsiyyətlər üzərindən qurulmaz. Şəxsiyyətlər bir-birlərini əvəzedici, millət isə qalıcı olur. Şəxsiyyətlərin vəzifəsi millətinə ən doğru olan yolu getmək, millətin vəzifəsi isə bu doğru olan yolu heç bir zaman tərk etməmək, budrəsə belə geri dönməməkdir. Yəni məsələ şəxsiyyətdə deyil seçilən doğru yoldadır... Bu yollarda neçə şəxsiyyətlər bir-birini əvəz edib. Bəlkə də Toğrul bəyin qurduğu cümlələr mövzuya birbaşa aid olmasa da uşaqlarda maraq oyatdı. Hə, uşaqlar davam edək: Bir gün mən, Aslan, Leyla və Günəş iş yerində fasilədə çay süfrəsi hazırlayırdıq. Leylanın gözlənilməz gənclər üçün nə edə bilərik sualı hamının beynində yatmış fikirləri oyatdı. Aslanın gənclər üçün seminarlar təşkil edib,orada doğru seçilmiş bədii kitablardan həyatlarımızın formalaşmalarını müzakirə edə bilərik,ancaq sən hansı gəncləri nəzərdə tutursan Leyla deyərək Aslan əlavə etdi?! Məən, Şey! Aslan elə bizim kimi gənclər də… Aslan məsələni anlamış olacaq ki,üzündə təəbəssüm yarandı. Günəş araya girərək Toğrul sən fikir bildirmədin. Mən sənin də fikrini bilmək istəyirəm. Leyla da Günəşin fikrini təsdiqləyərək başını tərpədərək elə məndə söylədi. Uşaqlar sözə belə başladım:
Bilirsiz, mənim fikirimcə gənclər nələrisə əldə etmək istəyirsə ilk öncə oxumalıdırlar. Sonrasında oxuduqlarından faydalanaraq gələcək yaratmalıdırlar. Elə bir gələcək ki, kiminsə maşası olmayan,kütlə arxasında duran dırnaq arası savadlı görünənlərin fikirlərinin köləsi olmayan bir gələcək. Bunun üçün bədii kitablar çox gərəklidir. Necəki yeni aldığımız paltarları reklam etməyə can atırıqsa, gənclər arasında oxunan kitabları da reklam etməliyik. Nəticəsində kitablar oxunar,qapalı qalan gözlər açılar. Müzakirə mənim sözlərimlə bitdi. İki-üç həftə sonra bir yürüyüşün olacağını öyrəndik. Yürüyüş haqqında Leyla Aslana anlatmışdı. Yürüyüşün məqsədi gənclərə birlik mesajı olacaqdı.
Yürüyüş günü çatmışdı. Bir qrup gənclər təşkilatdan toplaşmışdı artıq. Ard-arda birlik üçün səslənən şüarlardan sonra polislə qarşılaşdılar. Polis yürüyüşü dağıtdı. Gənclərdən bir neçəsi tutuldu. Araşdırmalar başlanıldı. Bu ərəfədə Leyla və Günəş də işlərə yön verdilər, ora getmədilər. Təşkilat üçün tutulan ofis də boşadılmışdı. Tutulan gənclərə gəldikdəysə, təşkilatdan dəstək gəlməyib. Beləki təşkilatın yaradıcıları kimi adlarını bir kərə eşitdiklərinin ölkəmizdə olmadığı da məlum olub. Əvəzləyiciləri də geri çəkilib. Yani anlaşılan edilən birlik yürüyüşü də heç olmuşdur. Çox klassik olan cümlə var: “Dirlik olmadan birlik olmaz” deyə Toğrul bəy davam etdi: “Bir kibrit yandırarsan və o kibritlə seçdiyin istənilən varlığı yandıra bilərsən. Yandırdığın kibrit isə cahilliyin fikrində əlini də yandırma ehtimalı yaradar. Bu təşkilat kibriti yandıran alov,kibrit isə alov nəticəsində tutulan gənclər idi. Bütün bunların yaranmasına səbəb isə elmi,bədii kitab anlayışının yetərli olmaması idi”. Hə, uşaqlar bu günlük bəs edər. Bir də əzizlərim anlatarkən uzun cümlələr qurdumsa, yaşıma bağışlayın. Axı mənim indi 72 yaşım var. Toğrul bəyin bu sözləri hər kəs də gülüş yaratdı.
Mövzuya uyğun linklər:
Həmçinin oxuyun: