Murad Ramazanov — Anansinin son hekayəsi
Luciano Garbati`yə ithaf olunur.
‘‘Heykəli ilk dəfə görəndə hürkmüşdüm...’’
‘‘M, öldü!’’ deyib üzümə baxdı.
Anansi öz hekayəsinə bu cümlə ilə başladı və mən sonradan onun hər dediklərinə diqqətlə qulaq
asdım. Anansinin kim olduğunu anlamağa çalışmağını da başa düşürəm, lakin mən özüm onu
ilk dəfə idi görürdüm, qorxunc bir görünüşü var idi. Hörümçək formasında qarşıma çıxmış və
‘‘M, öldü’’ deyə fikirlərini tamamlamışdı. Səkkiz ayaqlı bir hörümçək olan Anansi, ağ və qara
rənglərin ahəngindən birləşmiş və çox kiçik, gözlə görülə bilməyəcək qədər iti baxışları, sərt
ifadəsi var idi. Sonradan həmin hekayəsini mənə çox axıcı bir üslubda nəql elədi və mən heç bir
halda diqqətimi ondan yayındırmayaraq sona kimi dinlədim.
Ölümlü olmaq
Ağlamayacağıma söz vermişdim, amma görünür bu sözümü tuta bilmədim. Özünü mənə P
olaraq təqdim etmişdi yaxud mən onu belə adlandırmaq istəyirdim. Mənə hər dəfə necə gözəl
olduğumu deyər və gözəlliyim qarşısında zəif qaldığını, dilinin tutulduğunu və çox zaman nə
demək lazım olduğunu bilmədiyini də vurğulayardı. İlk dəfə onun bu sözlərini duyduğum zaman
bəlkə də xoşuma gəldi və içimdə özümün belə anlamadığı həyəcan və bir sıra ürək döyüntüləri
yarandı. Görəsən aldadıldığımın fərqinə varmışdım?
Özümə `M` deyə müraciət edəcək və heç kimə bunun nə mənaya gəldiyini deməyəcəkdim, çünki
əsl adımdan utanmağa başlamışdım və özümü öldürmək düşüncələri sonradan meydana
gələcəkdi.
P`nin evli olduğunu bilmirdim, amma ilk zamanlar məni görməyə gəldiyi o soyuq qış
gecələrində kofe içərək saçlarıma toxunmuş sonradan isə əlini ayağıma doğru apararaq ‘‘məni
çox ehtiraslandırırsan, səni istəyirəm’’deyərək o şəhvət dolu gözlərini üzümə zilləyərək məni
istədiyini həmin an hiss etdirmişdi. Dərhal əlini üzərimdən çəkərək ayağa qalxmış, bir anlıq
üzünə baxaraq ‘‘Mən anlamıram hansı an içərisində sənə bu qədər yaxınlıq verdiyimi? Yeni
tanıdığın insana bu cür formada yaxınlaşmaq, axmaqcasına təkliflər etmək nə dərəcə doğrudur?’’
deyərək həmin məkandan arxama baxmadan cəld uzaqlaşmışdım. Həmin an onun arxamca
gəlməməyi üçün çoxlu dualar edərək əsəbi şəkildə (geyindiyim hündür daban ayyaqqabıların
əsəbdən yerə sərt şəkildə dəyərək çıxartdığı səs`dən içəridə əyləşən əksər insanlar mənim
gedişimə baxmışdı) həmin məkandan uzaqlaşaraq bir qədər sakitləşmişdim və sonrakı günlər onu
birdaha görməyəcəyimə əmin olaraq bütün əlaqə vasitələrini silmiş və hər yerdən onu
bloklamışdım.
Dəfələrlə qarşıma çıxdığı gündüz, həmçinin gecələr oldu və hər dəfəsində onu gördüyüm zaman
içimdə qəribə bir qorxu habelə həyəcan yaranırdı.
‘‘Niyə axı məndən bu qədər qaçırsan? Dönə-dönə etdiyim üzrləri də qəbul etmirsən, axı mən nə
edə bilərəm? O an içimdə nəyin baş verdiyini və nə səbəbə o cür təkliflə sənə üz tutduğumu hələ
də anlaya bilmirəm’’ deyərək təkrar-təkrar üzümə baxaraq, yalvarırcasına mənim onu
anlamağımı istəyirdi. Bu təkrarların ardından boşluğa düşdüyüm bir an oldu və onu anlamağa
çalışdım və bəlkə də ‘‘Olmaya, mən çox böyüdürəm bu məsələni? Əksər kişilərin beynindən
keçənləri açıq şəkildə mənə deməsini və sonradan peşman olaraq təkrar-təkrar üzr istəməyini
anlamağım, düşünürəm o qədər də çətin olmamalıdır’’ deyə düşündüm və P`ni başa düşməyə,
onunla danışmağa başladığım yağışlı günlərin birində necəsə onun evli olduğunu öyrəndim və
yoldaşına A deyərək müraciət etdiyini gördüm. Bu deyəsən artıq tam olaraq uzaqlaşmağıma
səbəb oldu. Ya da mən uzaqlaşdığımı düşünürdüm, amma icazə vermədi.
‘‘Ölümlü olmadığını zənn edirdim. Axı bu dərəcə gözəl olan biri necə ölümlü ola bilər?’’
deyərək məni vəhşicəsinə soyunduraraq bədənimə əl atmağa başladı. İlk zaman qışqırmağa
çalışdım amma ağzımı tutmaq cəhdləri sonda onun barmaqlarını dişləməyimlə sona çatdı və mən
daha da bərkdən qışqırmaq üçün nərə çəkdim və ardından üzümə elə bir zərbə endirdi ki, huşumu
itirdiyimi hiss etdim və gözümün qaraldığını anladım. Yarı qaranlıq otağın içərisində bihuş
vəziyyətdə olsam belə ətrafımda nələrin olduğunu sezə bilirdim. Sadəcə nəriltilər çəkərək
‘‘eləmə, xahişşş...xah..daya...dayaaaaa’’ deməyə çalışsam belə mənə məhəl qoymurdu və çılpaq
bədənimi tüpürcəkli ağzı ilə öpür, yalayırdı. Barmaqları ilə sinəmə toxunur və dodaqlarımı
dişləyərək dəli kimi öpürdü sonradan dili ilə döşlərimin ucunu durmadan yalayır və dişlərinin
arasına alaraq sıxırdı. Arada üzümə baxar və axmaqcasına gülər, gözlərindən nə qədər zövq
aldığını sezə bilirdim. Hər səs çıxartmağa çalışdığım an ya şillə vurar ya da sadəcə saçımdan
bərk tutaraq özünə doğru sıxar və ‘‘boş yerə bağırma, onsuz səni eşidən olmuyacaq. Ətrafda
yalnız sən, mən, birdə dəniz var. Ona görə əziyyət çəkmə və sadəcə zövq al’’ dedikdən sonra
penisini ovcuna alaraq tüpürcəkli əli ilə onu bir qədər yaşladıqdan sonra quduz kimi içimə girdi.
O an gözlərimin daha da qaraldığını və ağrının bütün bədənimə doğru yayıldığını hiss etdim
lakin üzərimə çıxmış `vəhşi`nin dayanmaq niyyəti yox idi hətta, bayaqdan bəri içimə soxduğu
penisini daha da sürətlə dərinə kimi salır və bundan necə böyük zövq aldığını ehsas edə bilirdim.
‘‘Öz istəyinlə razı olmadın indi isə səni qəhbə kimi sikəcəm’’. Dəfələrlə bu ifadələri təkrarladı
mən isə artıq tərpənməyərək sadəcə uzanmış və bədənimin daşa çevrildiyini anlamışdım.
Getdikcə çirkinləşdiyimi, göz bəbəklərimin qorxu ilə açılaraq yalnız bəyaz hissədən ibarət
olduğunu və saçımın yerini ilanların əvəzlədiyini duyur və özümdən iyrənməyə başlayırdım. P
isə durmadan eyni cümləni təkrar edərək çıxartdığı qəribə səslərin fonunda ‘‘Ahhhhh, gəlir,
gəllll.boşşşş, boşalll’’ fikrini belə tamamlaya bilmədən üzərimə uzandı və onu üstümdən atmağa
belə gücümün qalmadığını qavradım.
Deyəsən yuxuya getdim ya da gözlərim bağlandı, bilmirəm...
I
O, uça bildiyini idda edirdi həm də çox sürətlə qaçırdı.
Sonradan məni ‘‘Medusa’’ adlı restorana dəvət etmişdi. Ora gedib-getməmək arasında
tərəddüd içində qalsam belə planlarımı öncədən qurmuşdum. A`nı öldürməyi
düşündüyüm üçün əvvəlcədən qatil kiralamışdım. Hər şey düşünmədiyim qədər
rahatlıqla baş verdi və həmin ‘‘Medusa’’ restoranında görüşdüyümüz o yay günündə
qatil məktubu və açarı masanın üzərinə qoyaraq həmin məkandan uzaqlaşdı. Bunun
artıq nə mənaya gəldiyini anladığım üçün danışmağımıza belə səbəb qalmadı.
Hər kəs zaman içərisində P`nin lənətləndiyini deməyə başladı və qorxunc bir varlığa
çevrildiyini çox eşitdiyim halda bir gün onu qarşımda necə çarəsiz və iyrənc formada
gördüyümdə düzü bir qədər qorxmuşdum. Baxdığı hər kəsi daşa çevirdiyi rəvayətləri
ətrafda dolansa belə başını qaldıraraq mənə baxa bilməmişdi. Çünki hər baxdığında
‘‘Sənin saçlarının yerində niyə ilanlar var axı? Ölümsüz olduğunu düşündüyüm o
gözəlliyin hara yox olub, M? Axı sənin inanılmaz gözəlliyini mən necə görə
bilmirəm?’’deyərdi və zaman içərisində dəli olduğunu daha sonra özünün lənətlənərək
çirkinləşdiyini, ilanların onu boğaraq öldürdüyünü gördüm. Mənə hər M deyə etdiyi
xitabları ürəyimi bulandırsa belə onun ilanlar tərəfindən necə boğularaq gəbərildiyini
görmək çox böyük zövq vermişdi. Onun iki damla qanını özümdə saxlamışdım, çünki bu
iki damla qandan Pegasus yaranmışdı və sonradan sürətlə qaçaraq göyə qalxmış,
qanadlarını açıb uçaraq buludların arasına qarışmışdı.
Bir əlimdə xəncər və digər əlimdə A`nın başını tutaraq ən sonuncu mübarizədəki
qalibiyyətimi bayram etməyə başladım.
Hekayənin bu yerində bir qədər dərindən nəfəs alaraq, Anansinin danışdığı bu əhvalatı
əslində onun yoxsa mənim yaratdığımı düşünməyə başladım. Anansini mən yaratmışdım
ya o məni meydana gətirmişdi? Qaranlıq otaqda divarın ən yuxarı küncündə toru ilə
özünə yer eləmiş Anansi parıldayan gözləri ilə mənə baxır və hekayəsini daha yaxşı
yazmağımı, sanki əmr edirdi. Mən isə hələ də onun dünyasında yaşadığımı yaxud öz
dünyama onu qonaq etdiyimi anlamağa çalışırdım.
Və ümumiyyətlə bu yazdıqlarım nə idi?
II
‘’Sən bilirsən əslində hekayə necə olur? M ölür və onun kəlləsini tarix boyu saxlayırıq.’’ A
üzünü P`yə tutdu.
‘‘Mən sənin nə dərəcə də qısqanc olduğunu bilirdim, lakin bu qədər vəhşilik edəcəyini
gözləməzdim’’. P udqunaraq fikirlərinin tamamlamağına baxmayaraq A əsəbi halda onun üstünə
bağırırcasına ‘‘Sən məni günahlandırırsan? Öz elədiyin murdarlığa necə haqq qazandıra bilirsən?
Gözəllik qarşısında sonuna qədər aciz qalaraq öz hisslərinə sahib çıxa bilmədin və məni aldatdın.
Mənim sarayımda, mənə qarşı gələrək və məni heçə sayaraq onunla oldun, sonra da məni
günahlandırırsan?’’ A`nın dedikləri qarşısında P cavabsız qaldı və yerə sərilmiş M`in başına
baxaraq əslində hər şeyin fərqinə vardı.
III
Gözümü çətinliklə də olsa açdım və bayaqdan bəri üzərimdə hiss etdiyim ağırlıq getmiş yerini
müəyyən qədər sakitlik və yüngüllük almışdı. Yada salmağa qorxduğum şeyləri bir an içində
xatırladım və reallığa döndüm, lakin üzərimə vəhşicəsinə uzanmış varlıq yaxud məxluq
üzərimdən qalxmış hətta otağı belə tərk etmişdi. Tək idim. İşini bitirmiş və rədd olub getmişdi.
Kaş daha gec gözlərimi açar, kaş reallığa qayıtmazdım. Tərpənmək istəsəm belə bütün
bədənimin ağrıdığını hiss etdim və bayaqdan bəri çılpaq olduğumu sezdim. Necə də şərəfsiz bir
məxluq idi heç olmasa çılpaq bədənimi nə iləsə örtərdi. ‘‘İşini bitirmiş və arxasına baxmadan
getmişdi’’ deyə düşündüm və necə də kişiləri ifadə edən bir cümlə olduğunun fərqinə vardım.
Birtəhər ayağa qalxdım, əlimə keçənləri əynimə geyindim və axsayaraq güzgüyə doğru
addımladım. Qarnımın, belimin çox pis ağradığını hiss edir və üstəlik nəfəs almaqda çox çətinlik
çəkirdim. Bir an içərisində gələn qusmağımı güclə də olsa evin bir küncünə boşaltdım. Bir qədər
nəfəsimi dələrək yenidən qusmağa davam elədim və qusduqca burnuma gələn iyrənc qoxulardan
ilhamlanaraq daha da çox qusdum və axırda taqətsiz halda divara tutunaraq ayağa qalxmağa
çalışdım. Sürünərək hamam otağına getdim və üzümə su vurduqdan sonra güzgü ilə üzbəüz
qaldım.
Çox çirkin olduğumu, saçımın dağınıq, ağzımın seliklə əhatələndiyini, dodağımdan açılmış qanın
çənəmdə quruduğunu və ilanların bütün saçımda dövrə vurduğunu gördüm. Sonra xatırladığım
yalnız qışqırıq səsləri oldu