Edebiyyat.az » Proza » Dialoqlar - " Uğur və Uğursuzluq "

Dialoqlar - " Uğur və Uğursuzluq "

Dialoqlar - " Uğur və Uğursuzluq "
Proza
Necef Esgerzade
Müəllif:
22:16, 13 aprel 2019
2 437
0
 Uğur: Salam
 Uğursuzluq: Salam
 Uğur: Niyə belə kefsizsən?
 Uğursuzluq: Niyə kefsiz olmayım ki, hər məğlubiyyətdə məni günahlandırırlar.
 Uğur: İnsanlar belədi də. Mütləq günahlarını kiminsə boyuna yıxmalıdırlar. Mənə bax, görürsən heç kim məni günahlandırmır. Günahlandıra  da bilməz.
 Uğursuzluq: Çünki sən həmişə qalibsən. Zirvədəsən. Qaliblər mühakimə olunmaz.
 Uğur: Çalış sən də mənim kimi ol.
 Uğursuzluq: Mən sənin kimi ola bilmərəm. İstəsəm də ola bilmərəm.
 Uğur: Niyə?
 Uğursuzluq: Əgər mən sənin kimi olsam sənin yerini tutmalıyam. Bu isə səni məhvə aparacaq.
 Uğur: Yox, narahat olma. Biz ikimiz qardaş kimi hər şeyi yarı bölərik.
 Uğursuzluq: Qalibiyyəti yarı bölə bilməzsən. Ya uğuru tək qazanırsan, ya da komanda şəkildə. Komanda şəklində qazanan da belə əsas uğurun nişanı, ideyası sən də cəmlənir. Digərləri sənin qolundan, ayağından tutub irəli gedirlər. Buna el dilində desək uğur tərəfdaşları deyirlər. Uğur yarı bölünsə, bir tərəfdən çürümə baş verər.
 Uğur: Deməli sən bugün ki, halıyla barışmısan artıq?
 Uğursuzluq: Buna barışmaq demək olmaz. Mənə verilən vəzifəni yerinə yetirirəm.
 Uğur: O hansı vəzifədir?
 Uğursuzluq: Qalibiyyətə hazırlıq
 Uğur: Deməli hər qalibiyyətin yolu səndən keçir?
 Uğursuzluq: Yox, hamısı yox. Eləsi olur ilk başda uğursuz olur. Davam etmir. Eləsi olur. Üç-dörd məğlubiyyətdən sonra geri çəkilir.
 Uğur: Bəs onlar niyə geri çəkirirlər?
 Uğursuzluq: Çünki qorxurlar. Özlərinə inanmırlar.
 Uğur: Uğurun açarı inamdır. Onlar ki, bunu bilirlər. Bəs niyə onları inandırmırsan?
 Uğursuzluq: Mənim işim inandırmaq deyil. Sonsuz cəhdin yollarını onlara sübut etməkdir. Cəhdlər olduqca inam da yaranır. Birdə ki, insan özü-özünə inanmalıdır.
 Uğur: Heç olubmu ki, bir nəfər 100 cəhd etsin, amma yenə də uğura çata bilməsin?
 Uğursuzluq: Nə 100 cəhd? Eləsi olub milyon dəfə cəhd edib uduzub. Ağır uğursuzluqlara rəğmən yenə də cəhdlərini davam etdirənlər var. Yaxınlarda onlardan birini gözəl sürpiz gözləyir.
 Uğur: Sən çox qansızsan, əclafsan. Göz görə-görə onların uğursuzluğundan həzz alırsan.
 Uğursuzluq: Ola bilər. Sənə əclaf kimi görünüm. Amma onu yadında saxla ki, uğura aparan yol böyük çətinliklərdən keçir. Sən bilirsən kim qalib gəlir?
 Uğur: Bilirəm. Ən güclü.
 Uğursuzluq: Xeyr. Ən dayanıqlı. Güclülərin bir nöqtədə gücü bitə bilər. Qalibiyyətdə iradə əsas rol oynayır.
 Uğur: Bəs pul?
 Uğursuzluq: Pul ideyasız məhvə düçardır. O qədər pulu olan adamlar var ki, onlar sadəcə uğurun kserokopiyasını ala bilərlər. Uğurun özünü isə iradə və ideya ələ keçirir.
 Uğur: Deyirsən pul boş şeydir?
 Uğursuzluq: Qətiyyən yox. Pul, iradə və ideya ilə birləşəndə gücə çevrilir. Əsas təyinedici gücə. Vahid gücə.
 Uğur: Görürsən mən deyənə gəldin. Güc məsələsinə.
 Uğursuzluq: Bu sən düşündüyün güc deyil. Sən dediyin güc tez-tez dayaq nöqtəsini dəyişir. Elə ola bilər ki, indi güc səndədir. Əgər həmin gücü yeni fikirlər ilə birləşdirmirsənsə, yeni işlər ortaya qoymursansa, güc bir gün səni tərk edir. Ardınca uğur da uçub gedir.
 Uğur: Onda deməli əslində sən mənim qalibiyyətim üçün şərait yaradırsan?
 Uğursuzluq. Sən elə fikirləşirsənsə elə olsun.
 Uğur: Elə deyil ki?
 Uğursuzluq: Həm elədir, həm də deyil. Uğura çatmaq üçün gərək uğursuzluğu dadasan. Bəlkəm dadını bəyənməyəcəksən.
 Uğur: O necə olur?
 Uğursuzluq: Səni belə başa salım. Elələri var ki, uğursuzluğa dözə bilmir. Meydanı tez tərk edir. Kənara çəkilir. Belələri heç vaxt uğur qazanmırlar. Çünki uğursuzluğun qapısından tezcə uzaqlaşırlar.
 Uğur: Onların aqibəti necə olur bəs?
 Uğursuzluq: Onlar həm əlidən, həm də vəlidən olurlar. Onların həyatı bozdur. Onları öləndən sonra heç kim xatırlamayacaq.
 Uğur: Xatırlanmaq uğurmu sayılmalıdır?
 Uğursuzluq: Əgər bir nəfər öləndən sonra geriyə buraxdıqları tarixə çevrilirsə, o,  artıq uğur qazanmış olur.
 Uğur: Yaxşı iş, yaxşı həyat bəs uğur deyil?
 Uğursuzluq: Uğurdur. Amma bunlar hamısı cismani xarakterə malikdir. Ruhu uğur uğursuzluğun ipini ələ keçirib onu sonacan çapmaqdır.
 Uğur: Bəs bunların vəhdəti heç cürə mövcud deyil?
 Uğursuzluq: Mövcuddur. Bu asılıdır kökdən və cəmiyyətin, dövlətin inkişaf səviyyəsindən.
 Uğur: Deməli uğur üçün münbit şərait olmalıdır?
 Uğursuzluq: Elədir. Amma tam təmin olunmuşluq hissi də uğursuzluğun məhvinə gətirir.
 Uğur: O necə olur?
 Uğursuzluq: Uğur ehtiyacdan doğur. Özünü təsdiq etmək duyğusu onu yaranır. Əgər hər şey varsa, deməli uğur artıq özünə hər cür şəraiti yaradıb. Uğursuzluğun burada inkişafına yer yoxdur.
 Uğur: Başa düşdüm. Mən onda səndən doğulmuşam?
 Uğursuzluq: Mən səni özüm yaratmışam. Hər dəfə özümü qurban verdikcə sən həyata yenidən doğulursan.
 Uğur: Sən məğlubiyyətə qarşılıq heç qazanmırsan axı?
 Uğursuzluq: Onu sənə kim deyir. Mənim qazandıqların səndən çoxdur.
 Uğur: Nə qazanırsan ki?
 Uğursuzluq: İllər və pullar. İnsanların illərini yeyirəm. Doymayanda pullarını da yeyirəm.
 Heç bir şey qarşılıqsızlıq olmur.
 Uğur: Aha. Bu ki, dəhşətdir.
 Uğursuzluq: Dəhşət odur ki, heç nə etmədən uğura çatmaqdır. Heyif ki, belələri də var.
 Uğur: Onlar bunu necə qazanırlar?
 Uğursuzluq: Şansla. Bəxtlə.
 Uğur: Bəxt onda mənim dostumdur.
 Uğursuzluq: O sənin düşmənindir. Şansla uğura çatanlar onun qədrini bilmirlər. Onlar səni tezliklə yeyib bitirirlər.
 Uğur: Onu qarşısını ala bilməzsən?
 Uğursuzluq: Əgər tale onlardan üz döndərsə, sənin əvəzini onlardan çıxa bilərəm. Amma bu da təsadüfi hallarda olur.
 Uğur: Təsadüfi hallardan birini deyə bilərsən?
 Uğursuzluq: Ölüm halı. Ölmək uğurdan əl çəkməkdir. Şansın sona qədər yavər getməməsidir. Əsas məsələ öləndən sonra ölməzlik qazanmaqdır.
 Uğur: O mənim üçün təhlükədir.
 Uğursuzluq: Təhlükəli hal uğurun ölməsidir. Bir yolluq əlini-qolunu qalibiyyəti haqq edənin üstündən götürməsidir.
 Uğur: O necə olur?
 Uğursuzluq: Belə ki, bir nəfər illərdir uğursuzluğa düçar olur, amma uğura çata bilmir. Uğurun qapıları doğuluşundan onun üzünə bağlıdır. O isə bunu anlamır.
 Uğur: O deməli uğursuzluqla yaşamağa məhkumdur?
 Uğursuzluq: Hə. Elədir. Mənim bu cür insanlara yazığım gəlir. Amma əlimdən də bir şey gəlmir.
 Uğur: Onlar üçün heç bir ümid işığı yoxdur?
 Uğursuzluq: Elə olur ki, onların uğur işığı neçə illər sonra parlayır. Bu isə tək-tük hallarda olur.
 Uğur: Tək - tük hallar… Ümid demişkən ümid ilə bizim aramızda hansısa əlaqə varmı?
 Uğursuzluq: Ümid mənim dostumdur. Məğlubiyyətə düçar olunmuşlar ümidlə yaşayır. Bu isə məni yenidən vəcdə gətirir.
 Uğur: Bəs ümidsizlik?
 Uğursuzluq: Ümidsizlik uğura çatma anının ilk qədəmlərini təşkil edir. Ümid öləndə, ümidsizlik başlayır və deməli uğur yaxındadır artıq. Ümidini öldürən insan hər gün çalışır. Onun sabaha, gələcəyə ümidi olmur. O sadəcə çalışır. Sizif kimi daşı təpəyə aparır. Bir gün daşı apardığı vaxt uğur gəlib onu aparır.
 Uğur: Başa düşürəm. Sənə başqa sual verəcəkdim. Araya başqaları girdi. Ölməzlik barədə danışdın. Bu haqda başqa nə deyə bilərsən?
 Uğursuzluq: Hamı ölür. Amma hər kəsin uğuru onunla bərabər ölmür. O adamların uğuru həmişə yaşayır ki, onlar uğursuzluğu darmadağın edib uğuru bütövlüklə ələ keçiriblər. Onların uğuru taleyin onlara bəxş etdiyi hədiyyədir. Onlar ölsə belə ölməzlik statusu da qalırlar. Sən bilirsənmi, uğura çatmaq bir çoxlarına nəsib ola bilər, onu əldə saxlamaq isə hər adama müfəssəl olmur.
 Uğur: Ölməzlik onda mənim əbədiyaşar olmağıma çalışır.
 Uğursuzluq: Ölməzliyi insan özü yaradır. Ölməzlik deyil, insan səni əbədiyaşar olmağına çalışır.
 Uğur: Aha. İndi dedin uğuru hər adam əlində saxlaya bilmir. O necə olur ki?
 Uğursuzluq: Uğur elə bir mərtəbədədir ki, ora çatan adamlar əksəriyyəti böyük eyforiya burulğanına düşür. Uğur narkotik kimidir. Onu dadına baxan adam yenidən baxmaq istəyir. Gərək hisslərini tarazlıqda saxlayasan. Egonun cilovunu əlindən buraxmayasan.
 Uğur: Ego?
 Uğursuzluq: Belə deyə bilərik: "insanın içindəki insan". Bu həmin insandır ki, həm səni yaşadır, həm də hər an səni öldürə bilər.
 Uğur: Maraqlıdır.
 Uğursuzluq: Gərək öz egona tərbiyə verəsən. Onu it kimi zəncirdə saxlamağı öyrənəsən.
 Uğur: Ego mənə çatmağa görə insana yardım edir, həm də çatandan sonra məni məhv etməyə çalışır?
 Uğursuzluq: Ego səni ələ keçirməyə çalışır. Səni ələ keçirəndən sonra isə insan özü meydana atılır. Atılır ki, əldə edilən uğur tezliklə puça çıxmasın. Ego əvvəlcə yeyir, yeyir, böyüyür. Sonra isə doyma həddinə çatır və başlayır girdiyi qabı patlamağa.
 Uğur: Dəhşətdir.
 Uğursuzluq: Elədir. Həyat ziddiyyətlə doludur. İnsan belə ziddiyətlərin toplusundan təşkil olunub.
 Uğur: Sən və mənim kimi.
 Uğursuzluq: Düzdür. Ziddiyyətlər olmasa yeniliklər meydana gəlməz. Ağ olmadır ki, qara da olsun.
 Uğur: Onda mən ağam, sən qara?
 Uğursuzluqsuz: Bu baxış bucağına görə dəyişir.
 Uğur: Mən qaraya çevrilə bilərəm ki?
 Uğursuzluq: Olanda olur. Hər uğura çatanın həyatı yaxşılığa doğru dəyişmir. Uğura çatanların çoxusu intihar edir. Həyatları qara günə qalır.
 Uğur: İntihar. Niyə ki?
 Uğursuzluq: Çünki yaşama qayələrini itirirlər. Nəyə görə çabalayacaqlarını bilmirlər artıq. Sən zirvəsən. Əvvəldə dedim bu fikri. Ona görə gərək insan özü üçün uğur xəritəsi tərtib etməlidir. Zirvəyə ən əlçatmaz uğuru yerləşdirməlidir. Onda hər zaman öz üzərində işləməyə borclu olacaq.
 Uğur: Uğur xəritəsi. Deməli məndən də yuxarı da əlçatmaz zirvələr varmış.
 Uğursuzluq: Necə məni darıxmadığın min cür yolu varsa. Səndən yuxarıda da fəth edilməli zirvələr var. Bu insanın həyata tutulma səbəbidir. İnsanın məqsədi olur. Amma onu yaradan səbəbdir. Məqsəd səbəbdən yaranır.
 Uğur: Mən məqsədəm amma mən səbəbdən yaranmışam. Yaşama səbəbindən.
 Uğursuzluq: Elədir. Düz fikirləşirsən.
 Uğur: Hər şey aydındır. Təşəkkürlər
 Uğursuzluq: Mən təşəkkür edirəm.
 Uğur: İndi getməliyəm. Məni gözləyənlər var.
 Uğursuzluq: Mənə görə yolundan qalma. Mən də zatən yol üstündəyəm.
 Uğur: Görüşənə qədər.
 Uğursuzluq: Hələlik.
 Uğur: Hələlik.
                                                                                                   
Müəllif: Nəcəf Əsgərzadə
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)