Edebiyyat.az » Proza » N.Nərimanov - H.İbsen

N.Nərimanov - H.İbsen

N.Nərimanov - H.İbsen
Proza
nemət
Müəllif:
21:29, 04 may 2019
2 124
0
N.Nərimanov - H.İbsen


“Yaşamaq, diri olmaq ağıl və qəlb vasitəsilə qaranlığın qüvvələri ilə mübarizə (qovğa) etmək deməkdir”.
“İbda etmək! - insan öz nəfsini təhti-mühakiməyə almaq deməkdir” (İbsen).

 Nə dərin, gözəl və həkimanə sözlər! Zindəganlıq - həyat nə olmağını keçmişdə filosoflar, şairlər tövrbətövr həll ediblər: kimi “Həyat daima bir müharibədir”, deyibdir, kimi “Həyat mənasız bir şeydir”... kimi “Həyat məhəbbətdir” yazıbdır... Xülasə öz fikrini bu barədə bir ayrı cür söyləyib, rüzgarın sədəmələrinə görə kəndi heysiyyətlərini ifadə edibdirlər... Fəqət “Həyat ağlın və ürəyin gücü ilə zülmətdən xilas olmaq olub və insan özü öz üstündə təftişçi bulunmaq və öz nəfsini məhkəməyə çəkmək gərəkdir” bu sözlər nə qədər dərin və mənadar olmağını düşünəlim!
Bu gözəl fikirlərin sahibi Henrix İbsen ümum Avropanın xüsusən Norvegiyanın bəzəyi olub, zəmanə filosofu hesab olunur idi. Və ümum ədəbiyyat aləmində işıqlı bir böyük çırağ olub yanarkən bir neçə gün əqdəm sondü... Doğru, bəqası olmayan bir bədən fənaya, uğrayıb axır qara torpağa nəsib oldu, lakin onun gözəl fikirləri, mənalı və nüfit sözləri getdikcə intişar tapıb niknamın baqi və ziyadə qalmağına bais olacaqdır...
Henrix İbsen Norvegiyada 1828-ci ildə təvəllüd tapıbdır. Mütəvəffinin bioqrafiyası, tərcümeyi-halı çox qısadır: 16 sinnində aptekxana mütəllimi olubdur. 20 sinnındə, yəni 1848-ci ildə Almaniyada başlanmış inqilabın seli bu cavanın inqilabiyun-amiyun firqəsinə sövq etdi. Bu gündən tibb elmini təhsil edərkən beynindəki gözəl fikirləri, ürəyindəki dərdləri balaca komediyaları ilə ifadə edirdi. Azad fikirlərini vətənində aşkar söyləməyə ixtiyarı olmayıb diyari-qürbətdə Avropanın qeyri şəhərlərində sakin olardı. Vətənindən iraq düşüb onun  barəsində olan fikirlərini aşkar yazardı. Vətəndaşlarını hürriyyətə dəvət edib, onları müstəqil “hörümçəklərdən” xilas etmək istərdi.
 Henrix İbsenin sərgüzəşti və qayeyi-həyatiyyəsi onun öz əsər və təsnifatındadır! Bunların çoxunda başqa bir adla özünü meydana çəkib kəndi halını vətənə, insaniyyətə dair təsəvvürünü məzkur əsərdə bəyan edir. Əsərlərini komediya və drama qaydası ilə yazıbdır. Bunların ən məşhurları: “Doktor Ştokman”, “Çöl ördəyi”, “Qedda Qobler” və s. rus dilinə dəxi tərcümə olunubdur. Ümid olunur ki, müsəlman dillərinə də tərcümə edirlər!..
Yazdığı inşaları artıq diqqət edib bir kəlmə, ya istehza və ya bir mətləb əbəs yerə işlətməyibdir. Henrix İbsen zamana müəllimi olub, qarelərini həməvaxt doğru yola dəvət edirdi. Əsil məqsədi insanın əxlaq və ətvarını düzəltmək olub, onu nəfsinin üstə ağa etməyə çalışır idi ki, bu növ məslək, ehkam və fəlsəfeyi-islamiyyəyə dəxi müvafiq gəlir!..
 İbsen sidq və həqiqti həsənatın ən əlası hesab edirdi.
Demək olar ki, Henrix İbsen fəlsəfə və hökmiyyatı cəhətilə rus ədibi-kamili Lev Tolstoy bir dərəcədə hesab olunur. 80 sinninə yetişib bir piri-salxurdə olduğu halda ürəyi daim bir növcəvan ürəyi kimi zərbə edirdi. İnsanın xoşbəxtliyini mütləq hürriyyətdə görür idi... Xüsusən arvadların hüquqi-insaniyyətləri tərəfdarı olub, onları zükurun nəzəri həqarətkarənələrindən və narəva müamülatlarından xilas etmək təriqi tutmuş idi. Əsasında qabili-zaval olan şey zail oldu. Fəqət onun ruhi-mənəviyyəsi və gözəl əsərləri baqi qalıb insaniyyətə yol göstərən çıraqlardan biri oldu... Buna şübhə yoxdur.
“Henrix İbsen” məqaləsi “Həyat” qəzetinin 21 may 1906-cı il tarixli 109-cu nömrəsinin 4-cü səhifələrində “Nər” təxəllüsü ilə dərc olunmuşdur.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)