Sergey Dovlatovun qeydləri
Proza
Sovet filmlərində çoxlu səs-küyün olduğuna fikir vermişdim. Radio bağırır, nəqliyyat danqıldıyır, uşaqlar ağlaşır, itlər hürür, sərçələr də cikkildəyirlər. Qəhrəmanların danışıqları yaxşı eşidilmir. Səs-küyə olan çox qəribə meyil var.
Buna oxşar bir hissi mən Braytonun restoranlarında da hiss etmişəm. Səs-küy harada lap çoxdur, camaat da orada toplaşır. Bəlkə, səs-küydə heç kim olmaq daha asandır?
Hessenin Dostoyevski haqqında mülahizələri.
Hesse hesab edir ki, bütün qaranlıq, şüursuz, qeyri-aydın və xaotik – Asiyadır. Əksinə, şüur, mədəniyyət, məsuliyyət, icazə olunanla qadağa arasındakı aydın sərhədlərə malik – Avropadır. Qısası, şüursuz – Asiyadır, yəni Şər. Bütünlüklə şüurlu olan – Avropadır, yəni Xeyir.
Hesse keçən əsrin sadəlövh adamı idi. Onun heç ağlına da gəlmirdi ki, Şər tamamilə şüurlu ola bilər. Hətta prinsipial da ola bilər.
Bütün ədəbiyyat üç sferadan ibarətdir:
1. Müəllifin ifadə etmək istədiyi.
2. Müəllifin ifadə etməyi bacardığı.
3. Müəllifin özü də bilmədən ifadə etdiyi.
Üçüncü sfera ən maraqlısıdır. Məsələn, Henri Millerin yaradıcılığında ən cəlbedici – dramatikləşdirilmiş, əzab çəkmiş optimizmdir.
Hekayəçi səs və eşitmə səviyyəsində fəaliyyət göstərir. Nasir – ürək, ağıl və qəlb səviyyəsində. Yazıçı – kosmik səviyyədə.
Hekayəçi insanların necə yaşadığını deyir. Nasir – insanların necə yaşamalı oduğunu. Yazıçı – insanların nədən ötrü yaşadığını.
Rusiya dünyada yeganə ölkədir ki, yazıçıya yazının həcminə görə pul ödəyirlər. Nə satılmış nüsxə sayına görə, nə də yazınım keyfiyyətinə görə. Yalnız həcminə görə. Bizim dəhşətli rus uzunçuluğumuzun gizli, şüuraltı səbəbi məhz buradan qaynaqlanır.
Tutaq ki, müəllif hansısa ifadəni yazısından çıxarmaq istəyir. Daxili səsi isə ona deyir:
− Ağılsız! Bu ki, düz beş manatdır! Bazarda ətin qiyməti...
Obrazlar hər zaman onları yaradandan yüksəkdə dururlar. Çünki onları idarə edən o deyil. Əksinə, onlar ona əmr edir.
Biz dumanlı şəkildə nələri isə hiss edəndə, yazmaq üçün sanki bir az erkən olur. Hər şeyi tam anlayanda isə bizə susmaq qalır. Ona görə də, ədəbiyyat üçün uyğun fürsət olmur. Olanda da uyğunsuz olur.
Allah mənə bütün həyatım boyu dilədiyim bir şeyi verdi. O, məni sıradan bir yazıçı etdi. Belə biri olub anladım ki, daha çoxuna iddialıyam. Amma artıq gec idi. Allahdan əlavə pay istəməzlər.
İstənilən bir imza istəyir ki, onu avtoqraf hesab etsinlər.
Mən Şemyakini hələ Leninqraddan tanıyırdım. Bir on ildən sonra onunla Amerikada rastlaşdıq. Şemyakin mənə deyir:
− Siz necə də nəhəngsiz!
Mənsə belə dedim:
− Böyük həvəslə öz boyumu sizin gəlirlərinizlə dəyişərdim...
Bir neçə gün keçdi. Şemyakin dostların əhatəsində idi. Bizim qarşılaşmağımızdan belə bəhs etdi:
“… Mən də deyirəm ki, siz necə də nəhəngsiz! Dovlatov isə mənə belə deyir – böyük həvəslə öz boyumu sizin… (bu yerdə Şemyakin bir az dayanır) ...istedadınızla dəyişərdim.”
Bir sözlə, Şemyakinin yaxşı rəssam olması azmış kimi, o, üstəlik istedadlı redaktordur imiş.
Mən özüm barədə yazılanlarla maraqlanmıram. O zaman inciyirəm ki, mənim haqqımda heç nə yazmırlar.
Oden deyərdi: “Sərbəst şeir? Bu – tor olmadan tennis oynamağa bənzəyir.”
Hansısa amerikan ədəbiyyat klubu Andrey Voznesenskini görüşə dəvət edir. O da şeirlərini oxuyur. Sonra da yenidənqurma haqqında danışır. Az qala hər yeni şeirə başlayanda da deyir: “Bu şeirdə bu gün görüşümüzdə iştirak edən Allen Qinzberq xatırlanır”, ya da “Burada iştirak edən Artur Millerin adı şeirdə çəkilib”, və ya “Arxa sıralarda oturan Norman Meyler də bu şeirdə xatırlanır”.
Şeirlər bitir. Bundan sonra ciddi siyasi söhbətlər başlanır. Voznesenski təklif edir ki, suallar verilsin.
Hamı susur. Sual verən yoxdur. O, yenə də sual verilməsini təklif edir. Nəhayət, bənizi solğun bir amerikalı gənc yerindən qalxır. Voznesenski cəld ona tərəf baxır:
− Buyurun. İstənilən, ən cəsarətli suallarınızı verin. Mən sizə həqiqəti cəsarətlə və dəqiqliklə deyəcəyəm.
Cavan oğlan eynəyini düzəldir və sakitcə soruşur:
− Üzr istəyirəm, Norman Meylerin əyləşdiyi yeri dəqiq deyə bilərsiniz?
Yaradıcılıq – sanki zamanla olan mübarizədir. Zamana qalib gəlməkdir. Yəni ölüm üzərində qələbə çalmaqdır. Prust yalnız bununla məşğul olub.
Voynoviç Almaniyadan gəlir. Brodveydə bir mehmanxanada yerləşir. Ona hansısa kağızların üzünü çıxarmaq lazım olur. Arvadı ilə birlikdə xüsusi idarəyə gedirlər. Surətçıxarana bir neçə səhifə uzadır. O isə soruşur:
− Van of iç? (Hərəsindən bir ədəd?)
Voynoviç arvadına deyir:
− İra, eşitdin? O soruşdu: “Voynoviç?” O, məni tanıdı! Təsəvvür edirsən? Sən bir məşhurluğa bax!
Mənim ədəbi məşhurluq dərəcəm elədir ki, məni tanımayanlar olanda təəccüblənirəm. Məni tanıyanlar olanda da təəccüblənirəm.
Odur ki, təəccüb ifadəsi mənim üzümdən heç əskilmir.
Mənim məşğuliyyətlərimin əsasında səliqəyə olan məhəbbət durur. Səliqəyə olan düşgünlük. Başqa sözlərlə xaosa olan nifrət.
Kimsə belə bir fikir deyib: “Dəqiqlik – dahinin ən yaxşı əvəzedicisidir.”
Bu, mən haqda deyilib.
Xəstəxanada bir səhnə. Məni müayinəyə aparırlar. Sinəmin üstündə Dostoyevskinin kitabı var. Onu mənə elə indicə Nina Alovert gətirib. Amerikan həkim soruşur:
− Bu nə kitabdır?
− Dostoyevski.
− “İdiot”?
− Xeyr, “Yeniyetmə”ni.
− Adət belədir? – həkim maraqlanır.
− Hə, − deyirəm mən. – Adət belədir. Rusiya yazıçıları sinələrində Dostoyevskinin kitabı ilə ölürlər.
Amerikalı soruşur:
− Nou Baybl? (İncil yox?)
− Xeyr, — mən cavab verirəm. – Məhz Dostoyevskinin kitabı.
Amerikalı mənə maraqla baxdı.
Biləndə ki, mənim şişim bədxassəli deyil, Lena dedi: “Xərçəng qorxudan geri qayıtdı.”
Bizim bir dostumuz ömrü boyu torpaq sahibkarı olmağı arzulayırdı. Elə hey deyirdi:
− Necə də gözəl olardı – heç olmasa, bircə ovuc torpağa sahib olmaq!
Axırda, dostlarım onun yubileyində ona dibçəkdə gül bağışladılar.
Bir vaxtlar mən Vera Panovanın katibi olmuşam. Vera Fyodorovna bir dəfə soruşdu:
− Sizcə, kimdə rus dili daha yaxşıdır?
Mən, bəlkə də, deməli idim ki – sizdədir. Amma belə dedim:
− Rita Korolyovada.
− Hansı Korolyova?
− Rayt.
− Folknerin tərcüməçisini deyirsiz?
− Folknerin, Selincerin, Vonnehutun.
− Deməli, Vonnehut rusca Fedindən daha yaxşı səslənir?
− Şübhəsiz.
Panova bir az düşünüb dedi:
− Necə də qorxuncdur!
Yeri gəlmişkən, deyəsən, Qor Vidalla belə bir hadisə olmuşdur. O, Moskvada səfərdə imiş. Moskvalılar qonaqdan Vonnehut haqqında soruşmağa başlayıblar. Onun romanlarından böyük zövq aldıqlarını deyiblər. Qor Vidal deyib:
− Kurtun romanları orijinalda dəhşətli dərəcədə uduzur...
Belə bir anlayış mövcuddur – “yumor hissi”. Lakin onun əksi olan anlayış da var. Onu belə adlandıraq – “dram hissi”. Yumor hissinin olmaması yazıçı üçün əsl faciədir. Daha doğrusu, dəhşətdir. Amma dram hissinin də olmaması böyük dərddir. Yalnız İlf və Petrov onlara bir damla belə dramatizm qatmadan yaxşı romanlar yarada biliblər.
Portuqaliya. “Rits” mehmanxanası. İndiyədək heç görmədiyim balıq xörəyi tərəvəzlərlə. Yadımdadır ki, soruşmaq istədim:
− Rəssamı kimdir?
Tərcümə: Svetlana Quliyeva

Mövzuya uyğun linklər:
Həmçinin oxuyun:
Vladimir Nabokov Dostoyevski haqqında
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ - ROMAN 3 - cü hissə
Azad Qaradərəli - MORQ ÇİÇƏKLƏRİ (roman) İKİNCİ HİSSƏ
Kənan Hacı - Qalanların Və Gedənlərin Aqibəti
Azad Qaradərəli - ERMƏNİ DOKTORUN GÜNDƏLİYİ VƏ QARABAĞIN QARA HEKAYƏTLƏRİ (romandan parça)
Könül Nuriyeva - Başımızı gicəlləndirən Hesse