Edebiyyat.az » Söhbət » Stanley Kubrik ilə Parıltı filmi üzərinə müsahibə

Stanley Kubrik ilə Parıltı filmi üzərinə müsahibə

Stanley Kubrik ilə Parıltı filmi üzərinə müsahibə
Söhbət
Necef Esgerzade
Müəllif:
16:29, 27 mart 2019
2 156
0
Stephen Kingin məşhur romanı Parıltı (Shining), ailəsiylə bərabər qışboyu köhnə bir otelə gözətçilik edən orta yaşlı yazıçının yavaşca oteldəki pis qüvvələr tərəfindən ələ keçirilməsindən bəhs edir. Dəlirmə haqqında yazılmış ən təsirli romanlardan biri olaraq, bu roman Kingin də ən qorxuducu əsərlərindən biri sayılır. Dostlar (Friends) serialında Koeyin “çox qorxulu olduğu üçün” soyuducuda saxladığı bu roman, yazıldıqdan qısa müddət sonra Stanley Kubrik tərəfindən ekranlaşdırırmışdır. Cek Nikolson və Şeli Duvallın Torrance cütlüyünü canlandırdığı filmin çəkilişləri zamanında Kubrik , məşhur mükəmməlçiliyini göstərərək oyuncuları sinir krizinin son həddinə gətirir: Bir çox səhnələrdə yüzdən çox təkrar etdirərək ( xarakterlərin dəlirmişliyini vurğulamaq istədiyi söyləmişdi), kitabın bir çox yerini dəyişdirərək və çəkilişlərin
Stephen Kingin məşhur romanı Parıltı (Shining), ailəsiylə bərabər qışboyu köhnə bir otelə gözətçilik edən orta yaşlı yazıçının yavaşca oteldəki pis qüvvələr tərəfindən ələ keçirilməsindən bəhs edir. Dəlirmə haqqında yazılmış ən təsirli romanlardan biri olaraq, bu roman Kingin də ən qorxuducu əsərlərindən biri sayılır. Dostlar (Friends) serialında Koeyin “çox qorxulu olduğu üçün” soyuducuda saxladığı bu roman, yazıldıqdan qısa müddət sonra Stanley Kubrik tərəfindən ekranlaşdırırmışdır. Cek Nikolson və Şeli Duvallın Torrance cütlüyünü canlandırdığı filmin çəkilişləri zamanında Kubrik , məşhur mükəmməlçiliyini göstərərək oyuncuları sinir krizinin son həddinə gətirir: Bir çox səhnələrdə yüzdən çox təkrar etdirərək ( xarakterlərin dəlirmişliyini vurğulamaq istədiyi söyləmişdi), kitabın bir çox yerini dəyişdirərək və çəkilişlərin hələ lap əvvəlindən Kingin nifrətini qazansa da, qorxu janrının müzakirəsiz şahəsərlərindən birini ortaya çıxarır.
 Birinci dəfədir ki, qorxu  filminə imza atan rejissor, nə üçün bu romanı çəkmək istədiyini və filmin hazırlıq müddətində hansı hadisələri yaşadığını 1980- ci ildə The Soho News jurnalına verdiyi müsahibəsində açıqqəlbliyi ilə danışıb. İnsanlardan uzaq həyatıyla və az müsahibə verməsiylə bilinən rejissorun bu aydınladıcı müsahibəsi, onu sevənlər üçün çox maraqlı olacaq. Romanı da, filmi də şiddətlə məsləhət edirik. Keçək müsahibəyə:
 
-Stephen Kingin romanında sizin marağınızı çəkən şey nə idi?
Romanı mənə Warner Bros. stüdiyasındakı prodüserlərdən biri olan John Calley göndərdi, göndərdiklərinin içində təkcə bunu bəyəndim. Oxuduğum yazıların çoxu bir neçə səhifədən sonra təsirini itirirdi və mən vaxtımı boşa xərclədiyim hissinə qapılırdım. 
 Parıltı filminin mövzusu, ehtiva etdiyi fikirləri və dramatik quruluşu, bir çox qorxu romanından daha yaradıcıdır. Bu romandan çox yaxşı bir film ortaya qoya bilərəm deyə düşündüm.
  -Kingin əvvəlki romanlarından xəbərdar idinizmi?
Xeyr. Carrie-nin kinoya uyğunlaşdırılmış formasını izləmişdim, amma heç bir romanını oxumamışdır. King xüsusiylə hekayə yaratmaq mövzusunda çox uğurludur. Anladığım qədəriylə yazı yazmaq hissəsinə çox diqqət etmir, yəni bir dəfə yazdıqdan sonra oxuyur, bəlkə yenidən bir dəfə də yazır və naşirə göndərir. Hadisələrin kəşf olunması hissəsinə daha çox fokuslandığı düşünürəm.
  -Roman əlinizə keçmədən əvvəl qorxu filmi çəkməyi düşünürdünüzmü?
Xeyr. Bir film yaradarkən həmin anda başqa bir film yaratmaq haqqında düşünmürəm. Oxuduğum bir romanda diqqət etdiyim şey, əvvəl çəkdiyim filmlərə oxşamamasıdır. Bunun xaricində, filmin yaradılması əsnasında sıradakı filmimin nə olacağını bilmirəm. Kaş ki, bilsəydim. Həddən artıq çox vaxt qazanardım.
  -Daha əvvəl fərqli janrlarda filmlər çəkmisiniz (elmi-fantastik ,dram, müharibə filmi kimi) Parltı filmi ilə maraqlanma səbəbiniz, yeni bir janrda film yaratmaq istəyinizdənmi doğdu?
 -Qorxu filmi çəkərkən diqqət edilməsi lazım olan tək şeyin, məntiqli açıqlamalar etməkdən qaçmaq olduğunu düşünürəm. Mövzuya sirlilik qatmanız lazımdır. Freud, sirlilik mövzusu haqqında bir yazısında sirliliyin sənətin həyatdan daha yaxşı təqdim edildiyi duyğu olduğundan bəhs edir. Bu mənim üçün çox aydın bir cavabdır, ssneri hissəsini deyil amma janrı dərk etməyimdə çox kömək etdi. Böyük insan H.P.Lovecraft da, “qorxu və narahatlığa gətirəcək heç bir şeyin açıqlamaması lazım olduğunu” deyir. Bu janrın ən ağıllıca tərəfi, tamaşaçıların da ən sevdiyi hissəsi budur: izləyərkən nə olacağını səbrsizliklə gözləyirlər, beləcə özlərini hekayə tərəfindən təcrid edilmiş kimi, aldadılmış kimi hiss edirlər.
  -Filmdəki bir çox hissə kitabdan fərqlidir. Xarakterlərin bir çoxu bəsitləşdirilmiş,  fövqəltəbii ünsürlərin demək olar ki, hamısı çıxarılmış, qorxu ünsürləri azaldılmışdır. Məncə hamısı romana nəzərən daha doğru seçimlər olmuş. Bunları edərkən janrın standartlarının xaricinə çıxıb filmi fərqliləşdirməkmi istədiniz?
-Qorxu ünsürlərinin azaldıldığı qisminə qatılıram. Uşağın divardan qan fışqırdığını gördüyü və kanalizasiya borusundan gələn səsi eşitdiyi hissələr xaricində, filmin kitabdan daha çox qorxu ünsürü ehtiva etdiyi söyləyə bilərəm. Bunu bir çox insandan eşitdim. Bir də romanda heç kəs ölmürdü.
   
-Əsas xarakterlər arasındakı əlaqəyə də daha çox diqqət etmisiniz. Cekin yazıçılıq mövzusunda yaşadığı məyusluq, xarakterlərin oteldə yaşadığı təcrid olunmuşluq hissi... Bunlar filmi əmələ gətirən təməl parçalardan bəziləridir. Amma bunlara kitabda o qədər yer verilməmişdi...    -King romanda sözlər vasitəsiləsiylə xarakterlərə və psixolojik tapıntılara daha çox yer ayırmışdı, fəqət filmə köçürürərkən heç bir xarakterin özünün dəyişmədiyini deməliyəm. Bu tək Vendinin üzərində etdiyimiz dəyişikliklər onu bir ana və həyat yoldaşı olaraq daha inandırıcı etdi. Romandaki psixolojik dinamiklər çoxda dəyişdirmədi. Xarakterlərin bəsitləşdiyini deyirsiniz; daha səmimidirlər, hamısı bundan ibarətdir. King Cekin atasının içki problemi və ya Vendinin anası kimi mövzulara ayrıca səhifə ayırmışdı. Bunları çıxartmamızın məqsədi izləyicilərin anlamayacağını düşünməmiz deyil, hekayə ilə əlaqədar olmamalarıdır. O, Cekin nədən belə olduğunu açıqlamaq üçün psixoloji təhlillərə baş vurmuşdu, məncə bu hissəsin çoxda əhəmiyyəti yoxdur.
    -Doğru deyirsiniz. Romanı oxuyarkən, Kingin tüm bu qorxunc şeylərin nə üçün yaşandığını açıqlamağa çalışdığını hiss etdim, məncə səhv bir addımdır. Hekayənin təbiətində qeyri-müəyyənlik var. Romandaki bir çox (Edgar Allan) Poe istinadını da çıxartmısınız, beləcə, məncə (Xorxe Luis) Borxes anlayışına daha yaxın bir film ortaya çıxmışdır; xüsusiylə son hissədə. Bu böyük bir dəyişiklikdir.

-Böyük dəyişiklik filmin son yarım saatındadır. Kingin yazdığı sonda Cek ilə Denni üzləşir, Denni “ sən mənim atam deyilsən” kimi bir şeylər deyir, sonra otelin padvalına enir və otel havaya uçur. Ciddi deyirəm etdiyimiz ən böyük dəyişiklik bu idi. Romanda Cekin ailəsiylə olan keçmişinə yer ayrılmışdı, filmdə də eyni təsiri bir neçə kiçik detalla yaratdıq; Vendinin psixoloqla danışdıqda dedikləri kimi. Üz ifadəsi olduqca normaldır, fəqət biz qorxunc bir şeylər olduğunu hiss edə bilirik. Və ya otel müdiri Ullmamın Cekə“ həyat yoldaşın və oğlun buranı sevəcəkmi?  deyə sual verdiyi səhnəni götürək. Cekin baxışlarından ailəsinin nə düşünəcəyini o qədər də vecinə almadığını dərk edə bilirik; sonra sadəcə gülümsünür və “ çox sevəcəklər” deyir. Demək istədiyim budur ki, Kingin hiss etdirmək üçün çox çabaladığı şeyləri bir neçə qısa səhnəylə ilə təqdim etmək mümkündür. Poe frazaları pis deyildi amma lazımsız idi. Romanının yaxşı bir ədəbiyyat əsəri olduğunu hər kəsə qəbul etdirmək istəyir kimi idi.    -Aktyorlarla necə işləyirsiniz? Özlərindən nələrsə etmələrinə icazə verirsiniz?
-Bəli. Bir səhnəni nə qədər qayğı ilə yaratmış olursanız olun, ilk sınaqlarda mütləq fərqli bir şeylər kəşf edəcəksiniz. Səhnədə daha əvvəl heç düşünmədiyiniz qeyri-adi şeylər olduğunu görərsiniz və ya əvvəldən qeyri-adi gəlməyən fikirlərin kəşf etməyə dəyər olduğunu başa düşərsiniz. Bu görədə səhnələri ilk sınaqdan sonra təkrar yazıram . Bunun sayəsində aktyorların qabiliyyətlərindən və zəifliklərindən daha yaxşı istifadə edə biləcəyimi düşünürəm. Etmədikləri və ya (Parıltı filmində aktyorların hamısı möhtəşəm olsa da) öhdəsindən gələ bilmədikləri səhnələr sayəsində, siz də əvvəldən fərqinə varmadığınız fikirlərə istiqamətlənirsiniz.
 Yazdıqları səhnələri eynən filmə çökürə bilən rejissorlardan çox təsirlənirəm. Mənimkilər kağızda nə qədər yaxşı görünürlərsə görünsünlər, setdə həqiqi aktyorlarla işləməyə başladığım anda, yazdıqlarım şeylərə bütövlüklə sadiq qalırsam bir çox ehtimalı gözardı edəcəkmiş kimi gəlir. Bir səhnəni çəkmədən əvvəl düşündüyüm halıyla çəkiliş əsnasında aldığı hal çox fərqli ola bilir.
- Filmlərinizi çəkərkən tüm mərhələlərdə söz sahibi olmağı üstün tutursunuz. Sənət rejissoru qisminə də qarışısınızmı?
-Bəli. Məsələn bu filmdə, sənət rejissoru Roy Walker, otellərin və binaların şəklini çəkmək üçün bir ay boyunca Amerikanı gəzdi. Çox güman yüzlərcə məkanın şəklini çəkmişik. Sevdiyimiz şəkilləri seçdikdən sonra rəssamlardan onları səhnələrə oturacaq şəkildə yenidən çəkmələri istəyirdik. Eyni quruluşları çəkmələri lazım idi, onları xatırladan başqa bir şeylər deyil. Roy şəkilləri çəkərkən yanında cədvəl daşıyırdı və çərçivələrdəki hər şeyi tək–tək ölçürdü. Hekayəni inandırıcı etmək üçün məkanların da gerçək kimi görünmələri lazım idi. İşıqlar sənədli filmlərdə olduğu kimi təbii qaynaqlardan gəlməli idi, bir çox qorxu filmlərində olduğu kimi süni lampalardan deyil. Kafka və Borxesin tərzində olduğu kimi, bu fantastik və fövqəlüstü olanı adi kimi təqdim etmək üçün vacib idi. Setlərin də ola bildiyi qədər gerçək olması lazım idi, çünki bunun sayəsində daha çox çəkiliş bucağını tutmaq imkanımız olurdu. İstifadə etdiyimiz setlərdə hər şey, çəkilmiş şəkillərdən kopyalanırdı.Otelin xarici görünüşü Kaliforniyada olan gerçək bir oteldən götürülmüşdü, otelin içini isə fərqli yerlərdə çəkdiyimiz şəkillər vasitəsiylə əmələ gətirirdik, məsələn qırmızı tualeti Arizonadakı bir oteldə gördük. Ölçüləri uyğun gələn və qəribə bir tualet tapmışkən, nəyə görə təzəsini dizayn etməklə məşğul olar ki?
           

Kubrickin filminə yerləşdirdiyi “mesajlara” toxunan qeyri-adi sənədli film Room 237-ni və çəkilişlər əsasında yaşananları anlatan Making The Shining  filmlərini də izləməyinizi tövsiyyə edərik.

                                                                                                                     Tərcümə etdi: Nəcəf Əsgərzadə
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)