Edebiyyat.az » Təqdimat » "Fikir cinayəti" kitabının təqdimatı.

"Fikir cinayəti" kitabının təqdimatı.

"Fikir cinayəti" kitabının təqdimatı.
Təqdimat
admin
Müəllif:
09:46, 14 avqust 2021
2 314
0
"Fikir cinayəti" kitabının təqdimatı.



Nicat Həşimzadə və Nəcəf Əsgərzadənin kitablarının təqdimatına getmişdim. "Bookzone book cafe"sində müəlliflərin birgə yazdıqları "Fikir cinayəti" kitabı müzakirə olundu. Bir-birindən işıqlı insanlar öz fikirlərini sərgiləməyə başladılar. Fonda da jazz, bluz, simfoniya səslənirdi. Ab-hava əla idi. Fikirlərdən suallar yaranmağa başladı. Azər Qismət baxdığı son filmdən bir epizodu danışdı. Təqribən belə bir dialoq idi:
—Axı, mən xoşbəxt deyiləm.
—Kim deyib ki, insan xoşbəxt olmaq üçün dünyaya gəlib? Hansı müqəddəs kitabda, hansı mənbədə bildirilib? 
 Başqa biri insanı kainatla müqayisədə böyütdü, digəri kiçildim nöqtə boyda elədi. Eksiztensializm, Nitsşe, Freyd, Sufizm... Hər kəs bildiyi və bilmək istədiyi mövzular dəryasına baş vururdu. Nicat və Nəcəf nə üçün kitabın adını "Fikir cinayəti" qoyduqlarından danışırdı. 
 İnsanlar gülümsəyir, fikrə dalır, çay içir, mürəbbə yeyir və kitab oxuyurdular. Facebookda bir-birini izləyən adamlar həyatda qarşılaşanda qəribə olur. Sosial şəbəkədə sadəcə fikirlər toqquşması olur. Həyatda isə qarşındakı insanın səhər vurduğu ətirin qoxusu gəlir, gülümsəyəndə dişləri görünür, çay içəndə ağzı yanır. Ona görə həyat daha yapışqandır. Daha cəlbedici və gözoxşayandır. Kaş belə məclislər  çox ola. Otuz ildə görmədiyim istiliyə baxmayaraq sosial şəbəkələrdən qaçıb bir yerə toplaşaq. Təki mehribançılıq olsun.
 Təqdimatda şad xəbər də özünü çox gözlətmədi. "Ədəbi ovqat" jurnalının çapdqn çıxdığını şair, yazıçı Süleyman Abdulladan eşitdik. Çox sevindik. Təki ədəbiyyatda canlanma olsun. Yazan kəslər stimul alsın yazdığından. 
 Təqdimatdan sonra məclis quruldu. Badələr toqquşdu. Sözlər havada uçuşdu. Sağlıqlar ürəklərə yayıldı. Dedik, güldük, danışdıq. Hərdən başımı qaldırıb əsən sərin mehdən zövq alırdım. Bəzən də sakitcə bizə qulaq asan ayparaya gözlərimi zilləyirdim. Yaşasın insanlar, yaşasın külli-aləm!
 Məclisdən sonra metropoliten ərazisinə düşdük. "Koroğlu" metrostansiyasının pillələri ilə qalxanda polis əməkdaşları qarşımızı kəsdi. Özünü təqdim edən əməkdaşın biri nə üçen tibbi maskadan düzgün istifadə etmədiyimi xəbər almağa çalışdı. Bir dəfə cərimələndiyimi deyəndə şəxsiyyət vəsiqəmi istədi. Verdim. Yoxladı. Sən demə cərimə yazılmayıbmış. Keçən ay avtobusda maskasız yaxalanmışdım. Amma polis əməkdaşlarıyla təmkinlə, mülayim danışdığım üçün yazmayıblarmış. Sevindim. Sonra fikirli olduğumu dedim. Keçmədi. Polis vəziyyəti  izah etməyə çalışırdı. Bu dəm yazıçı, esseist Miri Rəsulzadə yazıçı olduğumu onlara bildirdi. Polis əməkdaşının biri duruxdu. Kitabı istədi. Çantamdan çıxardım. İmzalamaq üçün qələm tapdıq. Nömrəmi qeyd etməyimi də istədi. Yazdım. Polisin üzü gülümsədi və dedi:
—Məni necə sevindirdin?! Bütün gecəni telefonla oynamaq bezdirir. Kitab gözəl məşğuliyyətdir...
 Yenə kitab, yenə də ədəbiyyat!
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)