Edebiyyat.az » Təqdimat » Gələcəyi görən yazıçı Herbert Uells

Gələcəyi görən yazıçı Herbert Uells

Gələcəyi görən yazıçı Herbert Uells
Təqdimat
nemət
Müəllif:
19:59, 03 noyabr 2019
1 821
0
Gələcəyi görən yazıçı Herbert Uells



 Herbert Corc Uells ya da daha çox tanındığı adla H. G. Wells (21 Sentyabr 1866 – 13 Avqust 1946) — Dünyalar döyüşü, Görünməz adam. Moreaunun adası və Zaman maşını adlı fantastik romanlarıyla tanınan amma demək olar ki, ədəbiyyatın hər şaxəsində bir çox əsər yazmış İngilis yazıçısıdır. Sosialist olduğunu açıqca söyləyən H. G. Wellsin çox əsərində əhəmiyyətli ölçüdə siyasi və ictimai şərh edənlər vardır. Jül Vern kimi gələcəkdəki texnoloji inkişafları izah etdiyi kitablarıyla fantastik şaxənin qabaqcıllarından hətta, yaradıcılarından sayılır.
 Uellsin fantastik romanlarında texnologiyanın müşahidə edilməsinin gətirəcəyi imkanlar bir kənara qoyulur. Uellsdə fərziyyə bir ədəbiyyat formasına çevrilir və texnologiyanın deyil, onun ictimai təməllərinin araşdırılmasına yönəlmiş bir ölçü qazanılır.
 Uellsin ilham mənbəyi Jül Vern olmuşdur, amma Vernenin Aya Səyahəti (De la Terre à la Lune) ilə Uellsin Aydakı İlk İnsanlar (The First Men in the Moon) romanını müqayisə edəcək olsaq, asanlıqla görə biləcəyimiz kimi Uells: Vernenin texnologiyaya verdiyi əhəmiyyəti paylaşar, amma Vernenin romanında "Necə və hansı texnoloji imkanla?" sualı ortaya atılarkən, Uellsdə Ay səfərinin texniki problemi başdan sovurdu bir şəkildə ötürülür. Çünki Uells deyərdi ki, texnoloji imkanların gələcəkdə ola biləcək məhsullarını təxmin etmək deyil, Aydakı ictimai həyatın şəxsən özü üzərinə, eynilə bir zamanlar Tomas Mor'un "Utopiya Adası" nümunəsində olduğu kimi, model düşüncələr inkişaf etdirməkdir.
Uells yalnız fantastik içindəki utopiya əleyhdarı düşüncələrin müdafiəçisi olaraq bu növə damğasını vurmaqla qalmayıb, cəmiyyətin şiddət və çətin yoluyla, qədərindən sürətli bir müddət içində sosialist bir cəmiyyətə malik olmaq istəyirdi.
1946-cı ildə 13 avqustda Londonda vəfat etmişdir.



G. Uells kasıb ailədə doğulmuş, atasının köhnə əşyalar satılan dükanında satıcı işləmiş, sonralar bütün dünyaya tanınmış yazıçıdır. Məhz o dükanda darıxdığı üçün xeyli kitab oxumağa başlayır. Sonralar təhsil almaq üçün evdən gedir və tale üzünə gülür. Darvinin tələbəsi olmuş, indi isə 60 yaşı olan alim müəllimi olur. Bu tanışlıq ona çox təsir edir. Uells "Zaman maşını" adlı ilk əsərini yazır. İlk kitabı müəlliminə göndərir. Bu kitabla bütün İngiltərə onu tanıyır. Nüfuzlu adama çevrilir. "Dünyalar müharibəsi" kitabından sonra isə bütün dünyada məşhurlaşır. Bu əsəri elə-belə yazmır. O illərdə Marsın yerə yaxınlaşması barədə söhbətlər gəzirdi.
Uells elmi fantastikada yenilik etmiş yazıçılardandır. Onun yad planetlilər haqqında romanını radioda tamaşaya qoyurlar. O qədər təsirli alınır ki, qulaq asanlar küçələrə axışır. Təsəvvür edin milyonlarla insan küçələrdədir. Bir xeyli adam evində gizlənir. İki ay radioda insanları inandırmağa çalışırlar ki, bu tamaşa idi...
Uells ilk dəfə "Gözəgörünməz insan" adlı əsər yazır. Yəni bu mövzu ilk olur və təəccüblə qarşılanır. Filmlər çəkilir, açıqlamalar verilir. Sujet xəttinə baxanda bir alimin gözəgörünməz olmaq istəyi göstərilir. Bu onda alınır. Lakin gedişat heç də yaxşı getmir...
Uells Bernard Şou, Çörçill kimi nüfuzlu adamlarla dostluq edir. Ölkələri səyahət edərək M. Qorki, Lenin, Stalin kimi adamlarla həmsöhbət olur... Uells həm də gözəllik dəlisi idi. O gözəl qadınların əhatəsində olmaqla başını çox ağrıdıb. Hətta bir sevgilisini evində zəhərlənmiş halda tapıb və onu həkimlərin köməyi ilə xilas etmək mümkün olub. 
Uells sanki gələcəyi görürdü. O birinci dünya müharibəsi baş tutanda özündən çıxır. Hadisələr düşündüyündən tez baş vermişdi. Sonralar günahlarını yuyurmuş kimi realist romanlar yazmağa çalışır. Amma artıq düşüncələri bütün dünyaya yayılmışdı. O özünü günahkar sayırdı və yer kürəsini xilas etmək istəyirdi. 
Azərbaycan dilində hekayələr toplusu kitabı var. Romanları çap edilsə, öz ana dilimizdə sevə-sevə oxuyarıq.
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)