Edebiyyat.az » Ədəbi tənqid » Yusif Yusifzadə - Kişilərin planetində qadınların günü

Yusif Yusifzadə - Kişilərin planetində qadınların günü

Yusif Yusifzadə - Kişilərin planetində qadınların günü
Ədəbi tənqid
nemət
Müəllif:
21:17, 10 mart 2020
1 493
0
Yusif Yusifzadə - Kişilərin planetində qadınların günü






Bəşər övladı saysız-hesabsız ixtiralar, kəşflər edərək dünyamıza pis-yaxşı bir istiqamət verə bilib. Bu kəşfləri, ixtiraları yararlı, ya da yararsız deyə qruplaşdıra bilərik. Məsələn, Quttenberqin mətbəəsini şübhəsiz, bəşəriyyət üçün uğurlu sayıb, könül rahatlığı ilə yararlı kəşflər siyahısına yaza bilərik. Eləcə də, sonralar "Yeni Dünya" adlanacaq Amerikanın huşsuz Kolumb tərəfindən kəşfini yararsız kəşf hesab edə bilərik. Birinci qeyd etdiyim kəşf bəşəriyyətə yazını daha qısa zamanda yazmağa və yaymağa kömək etdiyi üçün yararlı, ikinci qeyd etdiyim kəşf isə milyonlarla hindunun məhvinə səbəb olduğu üçün yarasız sayılır. Bu kimi yüz minlərlə kəşf var. Bu emprik təcrübələr sayəsində qəti şəkildə qərarımızı verib, yaxşı və pis, deyə kəşfləri qruplaşdıra bilirik. Bəs hələ ibtidai icma quruluşu vaxtı daha dəqiq, tunc dövründə fiziki gücünə güvənərək, sürünün gələcək alfa erkəyinin anaxaqanlığın əvəzinə ataxaqanlığı kəşf etməsi necə? Bu yararlı kəşfdir yoxsa yox?

Anaxaqanlığının ləğvi qadınlar üçün bü günki əsarətə gətirən başlanğıc oldu. İlkin şüurun formalaşmağa başladığı o zamanlardan kişilər qadın üzərində üstünlüyü o qədər tez ələ aldılar ki, qadınların sorğulamaq, haqq tələb etmək, ən əsası üsyan edə bilmək üçün belə, vaxtları olmadı. Qadınlar uşaq doğmağa, ocağı yanılı saxlamağa o qədər aludə oldular ki, zamanla bu işi sevib mənimsədilər. 

 Karen Horni adlı psixoanalitik sivilizasiyamızı maskulin sivilizasiya adlandırıb. Yetərincə tutarlı və "ağılkəsən" səbəblərlə öz nəzəriyyəsini irəli sürən Horni qeyd edir "Dövlət, qanunlar, mənəviyyat, din və elm-bütün bunlar kişilərin yaratdığı məfhumlardır."

Bəli, bütün bu komponentlər də özlüyündə bəşəriyyətə aiddir, amma əgər biz romantik yox, realist bir baxış bucağı ilə sadaladıqlarıma nəzər yetirsək, Horninin heç də yanılmadığını görəcəyik. Qarşımızda açılan bu səhnə realdır, yaxşı, bəs bu həqiqətdirmi?

 Dinlərin kişilərin qabırğasından yaratdığı qadınlar budurmu? (Dinlər demişkən, siz heç qadın peyğəmbər eşitdinizmi? Yox. Dinlərdəki bütün qadın personajlar 2-ci dərəcəlidir. Tanrı belə istəsək də, istəməsək də kişi obrazı ilə canlanır xeyalımızda.)   Təbii ki, yox. Yuxarıda Horni ilə birgə sadaladığımız məfhumlar kişilərinkidir deyə qadınları zəif və tabe adlandırmağımız, azğın bir rasistin qara dərililərdən alim, yazıçı, inqilabçı cıxa bilməz deməsi qədər gülünc və yalandır. Onsuz, o rasisti Burkina Fasolu, Tomas Sankara, Afroamerikan Toni Morrison və Sara Bridlov çoxdan səhv çıxarıb. Həm o rasist, həm də kişilər müvafiq olaraq qarad ərililəri və qadınları hakimiyyətləri altında saxlayaraq onlardan inqilab gözləməkləri necə də axmaqcadır. 

İndi isə medalyonun bu tərəfinə baxaq. İncəsənət, din, siyasət -hər şey müasir dünyada kişilərin əlindədir. Bu gün fiziki güclərinin hesabına qadın səltənətini viran qoyan kişilər tək fiziki güclərinə görə yox, eləcə də zehni fəaliyyətdə də qadınları ötüb keçib. Gəlin baxaq. Gəlmiş-keçmiş ən yaxşı yazıçı? Ən böyük alim? Ən uğurlu biznes(wo)men? Ən qorxmaz sərkərdə? Ən müdrik filosof? Ən sevilən müğənni? Ağlınıza ancaq kişi obrazlar gəldi hə? Çox güman ki, müvafiq olaraq Şekspir, Eynşteyn, Cobs, İsgəndər, Aristotel, Maykl Ceksının siluetini xəyal etdiniz? Son dərəcə həqiqi və bir o qədər miskin mənzərədir, razıyam. 

Indi gəlin, oraya bu sualı da əlavə edək. Ən yaxşı dövlət başçısı? Və cavab verək, Elizabet və ya Kleopatra. Yaxşı, tutaq ki, bu alfa xanımlar öz səviyyələrində olan hər kəsi qabaqlayıb bu adı qazandılar. Axı onların hakimiyyət dövründə belə, bütün döyüşçülər, yazıçılar, alimlər, müğənnilər, müəllimlər, hətta tələblər belə kişilər idi. Burada nəsə ağlabatan bir səbəb olmaldır. Hararı da belə düşünür və yazır "Patrıarxlıq (ataxaqanlığı) o qədər universaldır ki, təsadüflərdən çıxan qırılmaz dairələrin nəticəsi ola bilməz" və Asiyadakı köçəri tayfalardan tutmuş, tanrıya çatmaq üçün məbəd quran asteklərə qədər bütün mədəniyyətlərin maskulin olmasının bir səbəbi olduğuna inanır "ağıl kəsən" bir səbəb.

Bu barədə kifayət qədər versiya var. Bu cavablar isə başqa bir yazının materiallarıdır. İndi isə qəhrəmanımıza qayıdaq. Bəli, bəli  əfsanəvi Klara Setkin.  

Bəşəriyyət üçün yararsız kəşf saydığımız Amerikada, Nyu Yorkda tunc dövründən bu yana davam edən ataxaqanlığına baş qaldıran sonradan fabrikə sıxışdırılaraq yandırılacaq olan geyim fabrikinin 126 qadın işçisi, 1857-ci ilin 8mart günündə, müasir "8 Martın"- bu tarixi günün təməlini qoydular. Onda 52 il sonra Sosialist Klara Setkin 1910-cu ildə "Qadın Sosialist İnternasional"ında yandırılaraq öldürülən 126 qadının xatirəsinə 8 martı əbədiləşdirdi. Təbii ki, bu mübarizlərdən bəşəriyyət kifayət qədər görüb. Kleopatradan Elizabetə, yandırılan 126 işçi qadından, Klara Setkinə qadınların bərabərlik mübarizəsi davam edəcək. 8 Martınız mübarək xanımlar, bir gün anaxaqanlığının yenidən bərpasını görmək ümidi ilə.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)