ŞvartsMan - Gələcəyin Azərbaycanı və azərbaycanlıları
Əsas mövzuya keçməmişdən əvvəl xalqın bu iki yanlış yanaşmasını qeyd edək.
1. "Balıq başdan iylənir". Xalq həmişə bu frazanı təkrarlayır. Yəni demək istəyir ki, bizdə günah yoxdur, günah başda oturanlarda, yuxarılardadır. Halbuki "balıq başdan iylənir"cümləsinin davamı da var: BALIQ BAŞDAN İYLƏNİR... ,QUYRUQDAN TƏMİZLƏNİR. Quyruq isə burda xalqdır. Quyruğu təmizləyə-təmizləyə yuxarı çıxırsan və iylənmiş başı kəsirsən.
2. Yaltaqlıq. Xalq həmişə hökuməti tərifləyən və məmur-deputat cütlüyünün tərəfini saxlayan adamlara yaltaq deyir. Yox, əgər kimsə xalqı tərifləyirsə, onu müdafiə edirsə, yaltaq deyil. Eyni hərəkəti başqa subyektlərə yönəldəndə eyni reaksiya doğurmur. Belə çıxır ki, xalq yaltaqlığın məhv olunmasını istəmir, istəyir ki, yazıçı hökumətin əleyhinə olsun, ona qarşı çıxsın və eyni zamanda da xalqı tərifləyib onun yanında olsun.
Əsas mövzumuz budur : Azərbaycanın geopolitik vəziyyəti; gələcəyin azərbaycanlıları; gizli təşkilat yaratmaq və güclü Azərbaycan.
1. Azərbaycanın geopolitik vəziyyəti.
Azərbaycan geopolitik baxımdan ən bəxtsiz ölkələrdəndir. Niyə? Şimalda özündən böyük məğlubedilməz və işğaledilməz Rusiya. Rusiyanın Azərbaycanı işğal etməsi üçün cəmi bircə gün bəs edir. Biz Rusiyadan silah alırıq və silah aldığın ölkəyə heç vaxt qalib gələ bilməzsən. Hələ üstəlik, Rusiya dostumuz deyil( 1-ci düşmən). Cənubda İran qonşumuzdur. Azərbaycanı özü kimi dindar ölkəyə çevirmək istəyir. İran güclü dövlətdir və Azərbaycanı işğal etməsi üçün cəmi iki gün bəs edir. Dostumuz deyil (2-ci düşmən). Şərqdə balıqlar və neftlə dostuq. Qərbdə Ermənistanla qonşuyuq. Bir ölkə üçün düşmənlə həmsərhəd olmaq uğursuzluq əlamətidir. Düşmən coğrafi cəhətdən nə qədər uzaq olsa bir o qədər təsir imkanı zəif olar. Ermənistan dövlət kimi bizdən zəifdir, amma ona qalib gələ bilmirik. (3-cü düşmən). Qərbi-şimalda Gürcüstan. İqtisadi dostluğumuz var. Düşmən deyil. Və Türkiyə. Bizdən güclü dövlətdir və dostdur.
Alman Kanzleri Otto von Bismark amerikalılar haqqında demişdi ki, "çox şanslı adamlardırlar. Şimaldan və cənubdan iki zəif qonşularla, şərqdən və qərbdən balıqlarla əhatə olunublar". Yəni Amerikanı güclü edən məhz bu geopolitik mövqeyidir. Hansı dövlət ki, özündən güclü dövlətlə (yaxud dövlətlərlə) həmsərhəddir, onun böyüməsi və güclənməsi gec baş verir. Azərbaycan da bu baxımdan zəifdir. Bəxtimiz dənizdə və neftdə gətirib. Bir ölkə üçün 3 düşmən ölkə (ikisi gizli, biri aşkar) ilə qonşu olmaq timsahın ağzında yaşamaq kimi bir şeydir. Məhz Amerikanı quran tampliyerlər mənim bu dediyimi lap çoxdan bilirdilər. Siz hələ də elə bilirsiz ki, Xristofor Kolumb Hindistanı axtarırdı? Ay-hay, Kolumbun özü tampliyerlerin (masonların ataları) adamı idi və ona tapşırılmışdı ki, yeni torpaq tapsın. Bu yeni torpaqda gələcəyin tampliyerlerinin ölkəsi qurulacaqdı. Çünki tampliyerler həyatlarında bir dəfə səhv edib papaya və dövlətə inanmışdılar. Sağ qalan tampliyerler anladılar ki, kiməsə güvənməklə güclü olmaq olmur, əsas öz dövlətini yaratmaqdır. Kolumb da onların gizli adamı idi və Kolumbun səyahətə çıxdığı gəminin yelkənində tampliyerlerin simvolu vardı. Və beləliklə, Kolumb Hindistan adıyla Amerikanı kəşf etdi. Cem Yılmazın bununla bağlı zarafatı da var: İnsan getmədiyi və görmədiyi yerlə ilk dəfə gördüyü yeri necə qarışdıra bilər? Heç kim Hindistana getməyib, bir səyyah torpaq tapır və deyir ki, bura Hindistandır. Əslində isə Kolumba Hindistan lazım deyildi, çünki hamı o vaxtı ticarət yolu olaraq Hindistana yol axtarırdı və Kolumb da bu fürsətdən istifadə edib tampliyerlərin dövlət quracağı torpaq axtarırdı.
Beləliklə, sual yaranır ki, Azərbaycan bu çətin şəraitdən necə çıxa bilər və regionda güclü dövlətə çevrilə bilər?
2. Gizli təşkilat
Heydər Əliyevdən sonra Azərbaycan hakimiyyəti zəifləməyə başladı və "demokratikləşdi". Heydər Əliyevə biz pərəstiş edirdik və heç kimin ağlına gəlmirdi ki, siyasi baxımdan onun karikaturasını çəksin, yaxud mitinq etsin. Amma bu gün İlham Əliyevin karikaturaları var və mitinqlər də az deyil. İlham Əliyevdən sonra Əliyevlər rejimi daha da zəifləyəcək. Çox güman 20-30 ildən sonra Azərbaycanda ciddi hakimiyyət dəyişikliyi olacaq. Məhz buna hazırlıq üçün bu müddət ərzində Azərbaycanın ilk milli gizli təşkilatını yaratmaq lazımdır. Bu təşkilat Azərbaycan Respublikasını idarə edəcək. Onun əsas məqsədləri bunlar olacaq:
1. Azərbaycanı və azərbaycanlıları xaricdə və daxildə müdafiə etmək və dəstək olmaq;
2. Azərbaycanın tarixi torpaqlarını qaytarmaq: Qarabağı işğaldan azad etmək, Qərbi Azərbaycanı qaytarmaq (İndiki Ermənistan) və Cənubi Azərbaycanı (indiki İranın şimalı) ərazisini Azərbaycana birləşdirmək;
3. Bu məqsədləri həyata keçirmək üçün üçün Türkiyə və İsrail kimi dost ölkələrlə gizli müqavilə bağlamaq lazımdır. Cənubi Azərbaycanı qaytardığımız təqdirdə ordakı qaz və neft yataqlarının 35 faizi Türkiyəyə, 35 faizi İsrailə veriləcək. Qalan 30 faiz Azərbaycanın olacaq. Və ordakı siyasi vəziyyət də Azərbaycanın nəzarətində olacaq.
4. Rusiya ilə qəti sürətdə açıq münaqişəyə girməmək. Dünyada bəzi ölkələr var ki, onları nə işğal etmək, nə məğlub etmək olar. Amerika, İngiltərə daxil olmaqla Rusiya da belə ölkələrdəndir. Rusiyanı nə Napoleon, nə Hitler işğal edə bildi. Çünki Rusiya işğaledilməyəcək dərəcədə çox böyük və güclü dövlətdir. Rusiyada çevriliş və inqilab etmək olar. Amma məğlub və işğal inandırıcı görünmür.
5. Bu təşkilatın əsas məqsədi Azərbaycanın siyasi xəritəsini dəyişmək və regionda Rusiya, Türkiyə kimi üçüncü dövlətə çevirməkdir. Biz Qərbi Azərbaycanı və Cənubi Azərbaycanı özümüzə birləşdirməklə iki düşməndən (Ermənistan və İrandan ) xilas olacağıq. Bu bizi inkişaf etdirəcək, gücləndirəcək.
6. Böyük Azərbaycan ideologiyasını hər bir azərbaycanlının beyninə yeritmək və bunun üçün yaşamaq. Böyük Azərbaycanın yarandığı gün Ermənistan və İranın yarısı olmayacaq.
7. Gələcəkdə Azərbaycanın dinsiz ölkəyə çevirmək. Böyük Azərbaycanda rəsmi olaraq din olmayacaq. Dini Azərbaycan əvəz edəcək, məscid Azərbaycan torpağı olacaq. Allah sözü Azərbaycan sözü ilə əvəz ediləcək. Allahın edə bilmədiyini Azərbaycan edəcək. Ola bilsin, gələcəkdə dinin rəsmi ləğv olunması ilə bayraqda dəyişiklik olsun. Hər şey Azərbaycan üçün olacaq. Azərbaycandan böyük heç nə olmayacaq. Hər bir azərbaycanlının dini də, allahı da Azərbaycan olacaq! Azərbaycanlı yatanda fikirləşməyəcək ki, sabah nə yeyim? Fikirləşəcək ki, sabah ölkəm üçün nə edim?
Bu gizli təşkilat necə yaradılacaq?
Bu təşkilat nə mason olacaq, nə illuminati. Dərin dövlət olacaq. Bu təşkilatın varlığı belə şübhə altında olacaq ki, varmı, yoxsa yoxmu? Təşkilata üzv uzun və ciddi araşdırılmalar nəticəsində seçiləcək və onlara gizli dəvətnamələr göndəriləcək. Seçilən üzvün şəcərəsi, şəxsi psixologiya və ideologiyası, gəlir mənbəyi araşdırılacaq. Yalnız azərbaycanlılar bu gizli cəmiyyətə üzv ola bilər. Bu gizli cəmiyyətin səhiyyədə, təhsildə, DTK-də, Müdafiə nazirliyində, Daxili və Xarici İşlər Nazirliyində-bir sözlə, hər strukturda adamları olacaq. Amma heç kimin adamı bu təşkilatda olmayacaq. Əgər bu təşkilat yaranmasa, Azərbaycanın gələcəyi qaranlıqdır. Azərbaycan xarici siyasətdə Türkiyə və İsraildən ikiəlli yapışmalıdır. Onlar Böyük Azərbaycan planının əsas hərəkətverici qüvvələridir.
3. Azərbaycanın daxili siyasəti.
a)Rail Rzayev - Azərbaycanın Hava hücumundan müdafiəni sıfırdan quran adam. Evinin yaxınlığında snayperlə öldürüldü.
İsmət Qayıbov -Baş prokuror. Dağlıq Qarabağ məsələsini həll etmək üçün özü kimi vicdanlı və vətənpərvər adamlarla yola çıxdı. Helipokteri havada vuruldu.
Anar Məmmədxanov -Ermənistana və erməni işğalına qarşı çıxan, bunu informasiya və virtual müharibəyə çevirib Qarabağ həqiqətlərini dünyaya çatdırmaqla açıq mübarizə aparması ilə tanınır. Evində qəflətən öldü.
Ziya Bünyadov -Azərbaycanın ən məşhur ermənifob tarixçisi. Qətlindən bir qədər əvvəl Müdafiə Nazirliyindəki korrupsiya ilə bağlı əlində sənədlər olduğunu bildirmişdi. Bu sənədlər haqda parlamentin qapalı toplantısında həmkarlarına məlumat verdiyi də deyilir. Ziya Bünyadov deyirdi ki, satqınları güllələmək lazım deyil, bulvardakı vışkadan asmaq lazımdır ki, hamı görsün vətənini satanın axırı belə olur. Yaşadığı binanın girişində güllələnib. Güllənin birini ağzından vurublar.
Polad Həşimov - Aprel müharibəsində xüsusilə seçilən, əsgərlərin maddi vəziyyətini yaxşılaşdırmaq üçün bankdan kredit götürən general. Öldürüldü.
Bu şəxsiyyətlər Azərbaycan tarixinə 90-cı ildən buyana qısa baxışdır. Bu insanların öldürülməsi o deməkdir ki, ölkənin içində satqınlar var. Ruslara, dolayı yolla da ermənilərə işləyən. Bakıda erməni kilsəsi var. Sizcə orda təkcə ibadətlə məşğul olurlar? Rusiya səfirliyini görmüsüz? Səfirliyin içində diplomatlar üçün yaşayış binası var. Orda yaşayıb, orda işləyirlər. Erməni kilsəsinin də, Rusiya səfirliyinin də işi Azərbaycan haqda məlumat ötürmək, sirrləri öyrənməkdir. Çingiz xanın bu haqda cümləsi var: "İçindəki düşmənləri məhv etməmiş dövlət nə qədər güclü olursa-olsun, qalib gələ bilməz". Azərbaycanın içində də satqınlar, vətən xainləri var. Yuxarıda adı çəkilən, amma adı olmayan təşkilatın əsas daxili məqsədlərindən biri Azərbaycanı satqınlardan təmizləməkdir. Stalin 37-dəki orduda etdiyi represiyyası sayəsində almanlara qalib gəldi. Hitler bunu etmədi deyə uduzduğunu sonradan etiraf etdi.
b) Gələcəyin Azərbaycanında evlənmək çətinləşəcək. İstəyən hər adam evlənə bilməyəcək. Məhəbbət kimi etibarsız hissə görə ölkənin gələcəyini təhlükəyə qoymaq olmaz. Çünki hər doğulan uşaq nəsilin davamçısı yox, Azərbaycanın gələcəyi və idarəçilərindən biri hesab ediləcək. Və imkan vermək olmaz xəstə, əlil, infantil, kasıb uşaqlar dünyaya gəlsin.
Evlənmək üçün şərtlər:
1. Qohum evliliyi qanunla qadağan olunacaq. Evlənmək istəyən cütlüklər araşdırılacaq.
2. Evlilik üçün tibbi arayışı pulla almaq olmayacaq. İki tərəfin sağlamlığı yoxlanacaq və irsi xəstəlik olub-olmaması araşdırılacaq.
3. Psixoloji və İQ səviyyələri yoxlanacaq. Təhsilli olub -olmadıqlarına diqqət ediləcək.
4. Maddi vəziyyətləri də əsas götürüləcək. Gəlirlərinə və bank hesablarına baxılacaq. Bir uşağa yüksək səviyyədə yaşayış və təhsil verə bilməyən cütlüklərin evlənməsinə icazə verilməyəcək.
Bu 4 bəndi müsbət rəylə keçdikdən sonra evliliyə dövlət icazə verəcək. Bəzi istisnalar ola bilər ki, evlənmək istəyən cütlüklər qohum deyillər, maddi və təhsil səviyyələri yüksəkdir, amma irsi xəstəlikləri var. Belə olan halda iki gəncin evlənməsinə icazə veriləcək, lakin uşaq sahib olmasına yol verilməyəcək. Cütlüyə xüsusi yoxlamadan keçmiş uşaqlar evindən uşaq sahibi olmağı məsləhət görüləcək. Bu evlilik qanunu ilə Azərbaycanda atılmış və istənməyən uşaqların sayını azaldacaq. Hər adam evlənə bilməz. Dövlət evlənə bilməyənlər üçün azad seks üçün şərait yaradacaq. Din olmadığına görə seksual baxımdan mühafizəedici əxlaq da olmayacaq. Çünki BöyüK Dövlətimiz bilir ki, insan təbiətinin öz əxlaqı var.
Son olaraq demək istəyirəm ki, burada yazılanları həyata keçirəcək adam ya doğulmayıb, ya balaca uşaqdır, ya da nə vaxtsa doğulacaq. Karl Marks “Kommunist manifesti”ni yazdı, indi Lenini gözləyir.
15.08.2020