Edebiyyat.az » Teatr » "Sevənlərindir dünya" tamaşası Gəncədə nümayiş olunub

"Sevənlərindir dünya" tamaşası Gəncədə nümayiş olunub

"Sevənlərindir dünya" tamaşası Gəncədə nümayiş olunub
Teatr
admin
Müəllif:
22:44, 17 may 2025
36
0
"Sevənlərindir dünya" tamaşası Gəncədə nümayiş olunub

"Sevənlərindir dünya" tamaşası Gəncədə nümayiş olunub

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının kollektivi Özbəkistan Respublikasının Azərbaycan Respublikasındakı fəxri konsulluğunun dəvəti ilə Gəncə şəhərində qastrol səfərində olub.
Yaradıcı heyət Gəncə Dövlət Dram Teatrının səhnəsində Özbək-Azərbaycan dostluğundan bəhs edən "Sevənlərindir dünya” (Ə.Pəhləvan) iki hissəli məzhəkəsini uğurla təqdim edib. 
Tamaşanın nümayişindən öncə Gəncə Şəhər İcra Hakimiyyətinin, Fəxri konsulluğun nümayəndələri və eləcə də digər ictimai xadimlər çıxışlarında iki qardaş xalqı birləşdirən ortaq dəyərlərdən söz açaraq belə layihələri təqdirəlayiq hesab ediblər. 
Qeyd edək ki, quruluşçu rejissoru Elməddin Dadaşov, quruluşçu baletmeysteri Kamilə Əliyeva, quruluşçu rəssamı Sənan Fətullazadə olan bu tamaşada Əməkdar artist İqrar Salamov, aktyorlar Emin Zeynallı, Nəzrin İsmayılzadə, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Ofeliya Məmmədova, Əliməmməd Novruzov, Nərmin Əliyeva, Murad Əliyev, Mehriban Rəcəbova, Tural Məsimov, həmçinin teatrın xor və balet artistləri iştirak ediblər.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)