Edebiyyat.az » Poeziya » Marina Tsvetayevadan şeir

Marina Tsvetayevadan şeir

Marina Tsvetayevadan şeir
Poeziya
admin
Müəllif:
20:09, 19 may 2025
18
0
Marina Tsvetayevadan şeir



Mənim şeirlərim çox tez yazıldı,

bilmirdim şairəm hələ onda mən.

Qopdu fəvvarədən damcılar kimi,

püskürdü qığılcım təki raketdən.


Yuxulu, buxurlu ibadətgaha

doluşdu balaca şeytanlar kimi.

Gənclikdən, ölümdən yazdım onları –

kimsə oxumadı şeirlərimi.


Tozlu dükanlarda atılıb qaldı,

kimsə heç soruşmur, tapmır yerini.

Mənim şeirlərim baha şərabtək

çox sonra tapacaq öz dəyərini.



ruscadan çevirən: Məhəmməd Nuri

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)