Tavus Ağayeva - Ədəbiyyatda dini obrazlar

İnsan doğulduğu andan etibarən, öləcəyi ana qədər daima mənəvi inkişafdadır. Bu dəyişimlərdən ibarət həyat yoluna işıq saçan insanlar olur. Ədəbiyyattda da bir insanın həyatını tamamilə dəyişən oblarlar arasında ən maraqlıları rahib və dini yepiskop obrazlarıdır. Bəzən elə kitablar olur ki, insan bəzi misraları oxuyarkən tükləri biz-biz olur, Viktor Hüqonun “Səfillər” əsərindəki yepiskop obrazı da belə bir obrazlardan biri olub. Nəyinki Şarl Miriel obrazı, ədəbiyyatda başqa da belə maraqlı dini obrazlar var. Padre Montanelli, Çaplin, Zosima Starçets, İvan və Aleksey Karamazov, Klod Frollo çox maraqlı obrazlardır.
Viktor Hüqonun “Səfillər” əsərində belə bir sitat keçir: “İnsanlar tərəfindən öldürüləni Allah dirildir...” və elə kitabın fəlsəfəsini bu sitatla açmaq olar. Hansı ki, Jan Valjan məcbur qaldığı üçün etdiyi bir səhvə görə, bir ömür boyu acı çəkməli olur. Baxmayaraq ki, Jan Valjan öz cəzasının hökmünü çəkmişdi, lakin cəmiyyət üçün heç biri fərqi olmur. İnsanların “öldürdüyü” Jan Valjanı Allah elçisi də dirildir, hansı ki, yepiskopun etdiyi balaca bir yaxşılıq Jan Valjanın daşa dönüşmüş qəlbini əridir və ömrünün sonuna qədər onun qəlbinə inanc və dinin əsası olan vicdan anlayışını yükləyir.
Ədəbiyyattda Şarl Miriel obrazı qədər xeyirxah və diqqət cəlb edən ikinci belə obraz da Zosima Starçetsdir. Dostoyevski “Karamazov qardaşlar” əsərindəki din xadimini də digər əsərlərindəki obrazlar qədər dərin bir mənəvi dünyaya malik bir obraz kimi yaradıb. Zosimanın “hamımız bir-birimizə məsuliyyətliyik” ideyasından artıq bizə məlum olur ki, onun həyat fəlsəfəsi mərhəmət və bağışlanma, eyni zamanda da azad iradədir. Rahiblər dini vəzifələrini icra edərkən nə qədər insanın günahını çıxardır və onları bağışlanmağa dəvət edirlər. Zosima obrazının ən maraqlı tərəflərindən biri də o idi ki, onun fikrincə günahkar insanı qınamaq əvəzinə onu anlamalı və düzgün yola çağırmalıyıq. Qəlbində yaxşılıq olan bu rahib ölsə də, onu ideyaları ölmür. Ondan ilhamlanan Alyoşa Karamazov onun yoluna davam etmək qərarına gəlir. Alyoşa üçün imanla həyat bir-birindən ayrılmazdır. Əsərdə Alyoşa ideal insan obrazı kimi təqdim edilsə də, Alyoşanın qardaşı İvan Karamazov isə tamamilə onun əksidir. İvan dini incaları sorğulayan, intellektual bir obrazdır. İvan Alyoşadan fərqli olaraq dinə bir təmizlənmə, vicdanlı və saflıq mənbəyi kimi yox, siyasi bir alət kimi baxır.
Dini rahiblərin hər birimi qəlbi saflıqdan ibarət insanlar idi? Təbii ki də xeyr. Viktor Hüqonun qələmə aldığı “Səfillər” əsərindəki yepiskop saflıq və təmizliyi təbliğ etdiyi halda, yazıçının qələmə aldığı digər əsəri olan “Paris Paris Notr-Dam” əsərindəki Klod Frollo isə tamamilə tərsidir. Klod Frollo ehtirasının qurbanı olsa da, ədəbiyyatdakı ən maraqlı obrazlardan biridir. Çünki Klod Frollonun daxilində çox dərin bir konflikt baş qaldırmışdı, hansı ki bütün ömrünü elmə və dinə həsr edən bir insan necə ola bilərdi ki, birdən-birə bir qadının gözəlliyə qarşı baş qaldıran ehtirasını boğa bilməsin. Klod Frollo bizə həm də, bir tərəfdən Götenin “Faust” əsərindəki Faustu xatırladır. Hər iki obraz da ömrünü elmə, biliyə həsr edir və sonda isə öz ehtirasları və inancları arasında qalır. Hər ikisi də içindəki “rahib” və “şeytani arzu” arasında parçalanır. Lakin bir-birinə bənzər bu obrazların sonları isə tamamilə fərqli bitir hansı ki, Faust sonda tanrını seçir və təmizlənir, Frollo isə tamamilə uçuruma gedir. Bu iki obrazı biliklə qurtuluş axtaran, lakin ehtirasla batan insanlar adlandırmaq olar.
Yazıçı Etel Lilian Voyniçin “Ovod” əsərindəki Padre Montanelli də rahibdir. Bu obraz çox mürəkkəb bir obrazdır. Hansı ki, o həm ata, həm müəllim, həm də rahibdir. Xristian inancına görə tanrı ata, bəndə də oğul rolundadır. Əsərdəki maraqlı məqamlardan biri də rahibin ata, Arturun da oğul olmasıdır. Hansı ki, əsərdəki ata-oğul konflikti eyni zamanda da, tanrı və insan arasındakı konfliktlə də eyniləşdirilə bilər. Burada rahib “rəhmli Tanrı” deyil, qorxulu seçimlərin adamıdır.
“Avtomatik portağal” əsərindəki dini obraz olan rahib obrazı az təsir edən olsa da, onun da maraqlı fəlsəfi fikirləri var idi. Kitabda belə bir sitat var: “ Bir insan seçə bilməyəndə, artıq insan olmaqdan çıxır” bu sitat rahibin insan haqlarına qarşı olan etik yanaşmasını, həm də yaxşı insan olmağı insana məcburi yox, öz seçimi olaraq seçə bilməli olduğunu göstərir. Rahib burada vicdan azadlığının müdafiəçisidir, onun fikrincə bir insan zorla yaxşı insan olunmamalıdır, yaxşı insan olmaq insanın öz içindən gəlməlidir. Əks təqdirdə isə bir insana zorla bir şey tətbiq edildikdə o, artıq insan yox “avtomatik portağal”a dönüşür.
Ədəbiyyattda dini obrazlar fərqli xarakterlərdə təqdim olunsa da, nəticə olaraq onların hər birinin əsas ortaq nöqtəsi insanın daxilinə işıq saçmaqdır. Hər biri öz həyatı, öz seçimləri və düşüncələri ilə oxucunu düşündürür. Bəzən təsirləndirir, bəzən də sarsıdır. Onların sayəsində biz dinin sadəcə bir sistem deyil, insan ruhunun dərin qatlarına toxunan bir güc olduğunu daha yaxşı anlayırıq. Onlar ədəbiyyattda mənəvi istiqamət verən simvolik bələdçilərdir.