Edebiyyat.az » Poeziya » Sumako FUKAO (1888-1974)

Sumako FUKAO (1888-1974)

Sumako FUKAO  (1888-1974)
Poeziya
admin
Müəllif:
06:50, 16 may 2025
30
0
Sumako FUKAO (1888-1974)



 

 Bu tanınmış şairə və nasir özünü həm də fransız ədəbiyyatı incilərinin yapon dilinə mahir tərcüməçisi kimi tanıdıb. 

Gerçək adı - Ogino Şigenodur. Högo prefekturasında doğulub və uşaq yaşlarından yetimlik çəkib. Kiotoda qızlar məktəbini bitirdikdən sonra Akiko Yösanodan özəl dərslər alıb. 1912-ci ildə ailə qurduğu şair və mühəndis Tokino Fukao 8 il sonra vəfat edincə, onun şeirlərini "Səmanın açarları" adlı kitabda toplayıb. Həmin topluya o, özünün vaxtilə yazdığı 54 şeiri və "Sonuncu səyahət" adlı nəsr əsərini də daxil edib. 

S.Fukao 1974-cü ildə mədə xərçəngindən dünyasını dəyişib.    

 

 

Dodaqların

 

Daima nə isə düşünürlər,

elə hey nəyinsə arzusundadırlar

o gül ləçəyinə bənzər dodaqların.

 

Sənin dodaqlarında,

o sərin dodaqlarında

uyuyur bu dünyanın qüssəsi.

Görən o bir cüt ləçəyə necə sığıb

dünyanın min bir sirri, sualı?!

 

Dodaqlarında

kinayə ilə yanaşı uyuyar ehtiras.

Elə sənin taleyin də

bir mənada öz dodaqlarından asılıdır.

 

Ah, dodaqlar, dodaqlar -

lalələrin ən şahanəsi!


Mənbə: Ədəbiyyat qəzeti

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)