Edebiyyat.az » Proza » Fərid Muradzadə - Fədai

Fərid Muradzadə - Fədai

Fərid Muradzadə - Fədai
Proza
nemət
Müəllif:
23:44, 01 sentyabr 2019
2 394
0
Fərid Muradzadə - Fədai



 
 1993-cü ilin aprel ayı idi. Zülmət qaranlıq sanki bir xalqın, bir elin başına çökmüş qaranlıq günlərin qara pərdəsi idi. Dağlıq ərazi olduğu üçün hava çox soyuq keçirdi. Sazaq insanın sümüklərinə işləyirdi. İllərlə insan ayağı dəyməmiş, insan nəfəsi duymamış, mamır bağlamış, buz kimi soyuq və rütubətli bu mağaralar indi düşmən gülləsindən, düşmən zülmündən, kinindən, qəzəbindən yayına bilmiş kiçik bir topluma öz qoynunu məskən etmişdi. Yüzillərdən sonra ilk dəfə idi ki, bu mağaralar insan nəfəsi duyurdu. Kimi məzlum, kimi zalım olan dünyadan məzlumlar ona pənah gətirmişdilər, ona sığınmışdılar.
 Artıq iki gün idi ki, bu insanlar mağaralarda gecələyirdilər. Toplam olaraq 22 nəfər idilər: 4 qoca, 2 yeniyetmə, 8 gənc qadın, 6 balaca uşaq, gənc bir qız və bir də o - Mahir Murad.
 Mahir Qərbi Azərbaycanda- Qafan şəhərində dünyaya gəlmişdi. Uşaqlıqdan tarix elminə vurğun idi deyə tarixə aid əlinə keçən bütün kitabları oxuyurdu. Bu maraq ona həm də erməni dilini mükəmməl şəkildə mənimsəməyi öyrətmişdi. Mahir orta məktəbi rus bölümündə oxumuşdu. Rus dilini akademik səviyyədə bilirdi. Tarix sevdası onu 1983-cü ildə Irəvan Pedoqoji İnstitutunun tarix fakültəsinin 1-ci kurs tələbəsi etdi. Lakin o, bu institutda cəmi iki il yarım oxuya bildi. Markaryan adlı nasist bir erməni müəllimlə ədavəti onun institutdan xaric olunmasına gətirib çıxardı. Markaryan hər zaman türkləri aşağılayan, azərbaycanlılara dırnaqarası baxan, İrəvanın erməni şəhəri olduğunu ,,isbatlamağa" çalışan birisiydi. Bir dəfə də o, Urartunun qədim erməni dövləti olduğunu tələbələrə izah edirdi. Təbii ki, bu həmişəki kimi Mahiri qane etmədi. O, müəllimin utanmadan ağ yalan danışdığını vurğuladı.
 Markaryanın isə- ,,sən Boris Borisoviç Piotrovskidən çox bilirsən, ay ağılsız türk", deməsi onsuz da nifrət etdiyi bu adamı kötəkləmək üçün bir bəhanə oldu. Mahir ortaboylu, enlikürək, düz qamətli ,qartal baxışlı, gur qara saçları olan qüvvətli və ağıllı birisi idi. Sambo üzrə dəfələrlə qalib kürsüsünə çıxmışdı. Adı SSRİ-nin gənc samboçuları arasında çox məşhur idi.
 Bütünlükdə türk adına həqarət bir andaca heç nəyə baxmadan bu erməni dığasını kötəkləmək istəyini gerçəkləşdirdi. Markaryan artıq stulların altını, döşəməni, qapını, mühazirə kürsüsünü əməllicə ,,silib-süpürmüşdü". Qapı içəridən bağlandığı üçün hələ Markaryanın fəryadına gələ bilmirdilər. Mahir, burax! Öləcək! deyə tələbə yoldaşları huşsuz halda yerdə kötəklənən Markaryanı Mahirin əlindən almaq istəyirdilər. Amma məngənə tək qolları aça bilmirdilər. Qızların; "Mahir, bəsdir, burax onu!"‐deməsi də işə yaramırdı. Nəhayət köpək sürüsü ermənilər rektor qarışıq qapını sındırıb içəri daxil oldular. Mahir artıq Markaryanın şalvar yamağı kimi xal-xal, partlaq-partlaq olmuş murdar cismini döyəcləmirdi. Bir-iki idmançı dığa Mahirin üstünə hücum çəkməyə cəhd etdi. Amma bu sadəcə cəhd oldu. Onlar da yerə uzandılar. Mahir arxa tərəfdən də hücum çəkənləri görmüşdü, amma onlar nəsə heç yaxınlaşa bilmirdilər. Geri çevrilən Mahir dostu boksçu Muradın erməniləri əməlli-başlı şil-küt etdiyini gördü. Murad onun can dostu idi. İki il yarım ərzində bir-birinə elə bağlanmışdılar ki, sanki elə uşaqlıqdan bir yerdə böyümüşdülər.
 Sağ ol, canım dostum,‐ deyə onu qucaqladı.
 Hər iki dostun əmri verilib institutdan xaric edildi. Markaryan isə düz 3 ay yataqda yatdı. Topuq sümüyü, qolu və iki ayaq barmağı sınmışdı.
 Murad, sən gərək qarışmayaydın. Mənə görə səni də institutdan xaric etdilər.
 Nə danışırsan! Biz dost deyilik?! Ölüncə də dost olacağıq!
 Mahirin dayısı, Muradın isə atası çox
 yüksək vəzifədə çalışırdılar. Bu kimi imtiyazlardan, müəyyən dairələrdəki dost-aşnadan istifadə etməklə gənclərin işinin məhkəməyə düşməsinin qarşısı alındı. Lakin onlar artıq instituta bərpa oluna bilməzdilər. Bir neçə ay sonra hər iki dostu hərbi xidmətə göndərdilər.
 Karantin müddəti ərzində həm rus dilini sərbəst bilmələri, həm idmançı olmaqları, bacarıq və qabiliyyətləri onları digərlərindən fərqləndirirdi. Burada çavuşlar üçün olan məktəbi uğurla başa vurduqdan sonra dostları məşəqqətli bir əraziyə hərbi xidmətə göndərdilər - Əfqanıstana!
 Mahir bir il sonra Əfqanıstana göndərilmələrinin sirrini öyrənmişdi. Sən demə bu işdə də erməni barmağı varmış. Onlar ciddi-cəhdlə bu iki qorxubilməz dostun ölümə göndərilməsini təmin etmişlərdi. Lakin, qismət.
 Hərbi xidmətdə olarkən keçirilən bütün əməliyyatlarda, döyüş tapşırıqlarında dəfələrlə xüsusən fərqlənən bu iki can dostunu kapitan Yuri Timofeyev çox sevirdi. Bir gün o, gənclərin hər ikisinə xidmətdən sonra zabitlik kursunda oxumağı məsləhət bildi. Dostlar bu təklifi müsbət qarşıladılar. Timofeyev çox savadlı, ağıllı və uzaqgörən bir zabit idi. O, dostlardakı yüksək potensialı görə bilmişdi. Ucaboylu, ağbəniz, sarı qızılı saçlı bu zabit əsl peşəkar idi. O, 6 il idi ki, Əfqanıstanda xidmət edirdi. Timofeyev hər iki azərbaycanlı dostu həm fiziki cəhətdən, həm də savad baxımından peşəkar zabit kimi hazırlaşdırırdı. Artıq Timofeyevdən dərs alan gənclər bir növ zabit kimi yetişmişdilər. Beləcə əzablı, ağrılı-acılı da olsa həyat öz axarı ilə davam edirdi.1986-cı ilin dekabr ayı idi. Sovet ordusu 1979-cu ildən Əfqanıstana müdaxilə etdiyi müddət ərzində ən çox canlı itki verdiyi il idi bu il. Şaxta qılınc kimi kəsirdi. Əfqanıstanın yayı isti, qışı isə həddindən çox soyuq olurdu. Kapitan Timofeyevi qonşu ərazidəki piyada taboruna mühüm bir iş üçün çağırmışdılar. Ancaq o, hələ də geri qayıtmamışdı. Bu Mahir və Muradı çox narahat edirdi. Artıq hava çoxdan qaralmışdı. Qonşu taborla rabitə əlaqəsi quruldu. Alınan cavab hamını şoka salmışdı. Onlar ümumiyyətlə kapitanı hər hansı bir məsələ ilə bağlı çağırmadıqlarını söylədilər. O gecə kapitan Timofeyevi tapmadılar. Səhəri gün isə kəşfiyyat taborunun olduğu ərazidən 95 km aralı bir məsafədə kapitanın dəlik-deşik edilmiş cəsədini tapdılar.
 Zabit təhsilini başa vurduqdan sonra dostlar İrkutskdakı Sovet ordusunda xidmətlərinə davam etdilər. 1991-ci ildən isə hər ikisi Vətənin müdafiəsi üçün Azərbaycana gələrək cəbhənin müxtəlif istiqamətlərində mənfur düşmənə qarşı vuruşdular. O uğursuz günə qədər bir-birindən ayrılmadılar. 1992- ci ilin sentyabr ayına qədər birlikdə döyüşdülər. Məhz Ağdərədəki uğursuz döyüş Mahirlə Muradın yollarını birdəfəlik ayırdı.
 Ağdərə uğrunda döyüşlər əvvəl Azərbaycan Ordusunun üstünlüyü ilə keçdi. Lakin sonradan erməni tərəfin səfərbərlik elan etməsi, hərbi islahatların sürətli keçirilməsi, könüllü erməni dəstələrinin vahid komandanlıq altında birləşməsi, rusların Mozdokdakı hərbi bazasından T-72 tankları və 50 ədəd BMP 2-nin ermənilərə verilməsi, Azərbaycan Ordusundakı pərakəndəlik, rabitənin pis qurulması, vahid komandanlığın olmaması, xəyanət və s. erməniləri qələbəyə daha da ruhlandırdı və növbəti həmlələr döyüşün taleyini ermənilərin xeyrinə həll etdi.
 Və həmin gün.....
 Qızğın döyüşlər gedirdi. Dağlıq ərazidə ermənilərin müqavimətini qıra bilməyən Azərbaycan ordusu hücum deyil, müdafiə mövqeyində idi. Təəssüf ki, artıq müdafiəni də təşkil edə bilmirdilər. Həddindən artıq çatışmamazlıqlar vardı. Silah-sursat, ərzaq təchizatı bərbad vəziyyətdə idi. Əldə olan zirehli texnikanı, silah-sursatı belə normal istifadə edə bilmirdilər. Düşmən qüvvələri indi bizimkilərdən çox idi. Qəfil hücum onlarla əsgərin həyatına son qoydu. Bir neçə saat davam edən döyüşdə düşmən tərəf açıqca üstün idi. Geri çəkiləcəkdilər. Lakin hiyləgər düşmən buranı da nəzarətə götürməyə çalışırdı. Ya hamı burada məhv olacaqdı, ya da geri çəkiləcəkdilər. Artıq mərmi sayı da azalmışdı. Güllə çatışmırdı. Kömək də yox idi. Mahirin gözləri döyüşə-döyüşə Muradı axtarırdı. Murad isə bu zaman bütün əsgərləri qurtarmaq üçün özünü fəda etməyə hazırlaşırdı. Dar bir keçid vardı. Ermənilər oradan içəri keçəcəkdi. Əgər buranı 20-30 dəqiqə saxlaya bilsə bizim əsgərlər təhlükəsiz əraziyə keçə biləcəklərdi. Murad hər şeyi ölçüb-biçmişdi. O, bu gün mütləq şəhadət şərbətini içib digər əsgər yoldaşlarının həyatını qurtaracaqdı. Ancaq indi o, can dostu Mahiri buradan uzaqlaşdırmalıdır. Çünki Mahir onsuz buranı tərk etməyəcəkdir. Murad geri çəkilən əsgərlərin arasına qatılıb bilərəkdən Mahiri səslədi. Mahirin ondan arxayın olduğunu görən Murad qarışıqlıqdan istifadə edib öz mövqeyinə yaxınlaşdı.
 Gəlin, şərəfsizlər! Havadarlarınız sizi yaxşıca silahlandırıblar.
 Artıq 20 dəqiqədən artıq idi ki, Murad təkbaşına döyüşürdü. Güllələr qurtarmaq üzrə idi. Son darağı avtomata keçirib bir az gözlədi. Ard-arda mərmi yağışı yağdırdı. İki əl qumbarası və bircə gülləsi vardı. Onu həmişə boynunda gəzdirirdi. O güllə məhz bu gün atılacaqdı. Quduz it sürüsü kimi keçidə doluşan ermənilərə anında atılan iki əl qumbarasaının gurultusu, bu gurultuya, toz-dumana qarışmış qan qoxusu, dığaların fəryadı və dolu kimi yağan avtomat mərmiləri vahiməli bir görüntü yaratmışdı. Son gülləni irəliyə ,,qəhrəman" kimi atılan erməni baş leytenantına sıxdı. Güllələr Muradın sinəsini ,,laləzara" çevirdi...
   Geri çəkilən bölmələrin içərisində Muradı tapa bilməyən Mahir yaralı aslana dönmüşdü. O, dostunun cəsədini də olsa gətirmək üçün getməyi planlaşdırırdı. Komandirləri birtəhər Mahiri sakitləşdirə bildilər. O gündən sonra Mahir dostunun adını öz adının yanına qoşdu. Artıq ona hamı Mahir Murad deyə müraciət edirdi. Mahir tez-tez ermənilər tərəfə keçib bir-iki dığanı cəhənnəmlik edirdi....
 Xəyallar onu uzaqlara aparmışdı. İndi Mahir 22 nəfərlik bir icmanı qorumalı idi. Ona müəyyən işlərdə köməklik göstərəcək yalnız 2 nəfər yeniyetmə vardı. Bu insanlar ehtiyac içində idilər. Üzlərində sanki onillərin əzabı cəmlənmişdi. Hətta qayğısız bildiyimiz uşaqlar belə sükut və qəm içində idilər. Bu insanların qida ehtiyacını təmin etmək lazım idi. Amma necə?!
 Düşmən çaqqal sürüsü kimi hər tərəfə yayılmışdı. Buradakı insanların taleyi sual altında idi. Dərd bu insanları həmdəm etmişdi. Mahir çox fikirli görünürdü. Bir az da düşünüb aşağı-yuxarı var-gəl etdikdən sonra yeniyetmələri yanına çağırıb onları təlimatlandırdı. Gecəyarı mağaradan çıxıb kəndlərə tərəf yol aldı. Avtomatı hazır vəziyyətə gətirsə də sonda onu kürəyinə keçirib bıçağı əlinə aldı, sakit addımlarla ətrafı dinləyə-dinləyə irəliləməyə başladı. 45-50 metr kənarda iki erməni əsgəri ucadan danışırdı. Kefliydilər alçaqlar. Onları məmnuniyyətlə öldürərdi, lakin indi mağarada ac-susuz qalmış o insanlara kömək etmək lazım idi. Odur ki, bu "itlərdən" bacardıqca uzaq gedərək kənddən azərbaycanlıların öz halal nemətlərindən onlara aparmaq niyyətində idi. Mahir əlinə keçən yeyəcəkləri bir kisəyə doldurdu. Buradakı azuqə az olsa da bir-iki gün idarə edərdi. Yenə eyni qayda ilə geriyə qayıdırdı. Ancaq indi həm bir az ləng gedir, həm də daha diqqətli olmağa çalışırdı. Yükü ağırdı, amma o, bu yükü mütləq ünvanına çatdırmalıydı. Analarının üzünə mat-mat baxıb yemək istəyən balaca uşaqları xatırladıqca qeyri-ixtiyari gözləri doldu. Öz-özünə ,,ağlamayın, gül balalar, mən mütləq bu ərzağı sizə çatdıracağam."‐dedi. Zülmət qaranlığa keçilməz meşənin qaranlığı və dağ yollarının nahamarlığı da əlavə olunmuşdu. O, mənzil başına çatanda çox yorulmuşdu. Uşaqlar çiynində ərzaq gətirən bu adama elə baxırdılar ki, elə bil bu adam kiməsə bir küp qızıl bağışlayan nağıllardakı o xeyirxah idi. Baxışları ilə böyüklərə hər şeyi izah etmiş oldu. Səhərdən ağlayan uşaqlar indi paylarına düşən çörək parçasını elə həvəslə, ruh yüksəkliyi ilə yeyirdilər ki, elə bil yağlı kabab yeyirdilər.
 Mahir qayğılı idi. O, bu köməksiz insanlara bacardığı qədər son nəfəsinə qədər sahib çıxacaqdı. Amma dəstədə gənc qadınlar, bir qız, bir də balaca körpələr də vardı. Onu ən çox sıxan da məhz bu idi. Dərin xəyallara dalmış Mahirin günləridir ki, yorğun olan gözləri yuxusuzluğa təslim oldu.
 Mağaranın iki girişi vardı. İnsan ayağı dəyməyən bu mağaranın girişindəki ,,harmoniyanın" pozulmaması üçün insanları mağaraya yerləşdirdikfən sonra Mahir əsas girişdən istifadə etmirdi. Lap düşmənlər bura gəlsələr də içəri girmək ağıllarına belə gəlməzdi. Mahir təbiətin maskaladığı
 mağara girişinə valeh olmuşdu.
 Mağaranın ikinci girişi (əslində bu girişdən çox çıxışa bənzəyirdi) isə sərt uçuruma çıxırdı. İki ayaq qədər pilləvari bir hissə vardı ki, mağaradan çıxan, yaxud da mağaraya girəcək adam buradan hərəkət edə bilərdi. Ancaq bura çox təhlükəli idi. Kiçik bir ehtiyatsızlıq məhvə aparardı. Mahir bu çətin yoldan istifadə etmişdi. Yuxudan ayılan Mahirin beyni saat kimi işləməyə başlamışdı. O, necə olursa-olsun Azərbaycan Ordusu ilə əlaqə saxlamalı idi. Lakin indiki vəziyyətdə heç nə alınmırdı. Ətraf şərəfsiz, qaniçən, namərd ermənilərlə dolu idi. Yenə axşamın düşməsini gözləyəcəkdi. Bəlkə o vaxta qədər başqa bir şeylər də düşünərdi. Kiçik, toppuş, qaragöz, alyanaqlı balaca qızın kəkələyə-kəkələyə "suuu"‐deməsi Mahiri ,,planlar dünyasından" ayırdı. Qəlbindən bir sızıltı keçdi. Demək su da yoxdur. Gənc ana göz yaşları içində dünyadakı pisliklərdən xəbərsiz olan məsum qızcığazı ovundurmağa çalışırdı. Ancaq "yox" sözünü bilməyən balacanı necə başa salasıydı ki?....
 Mahir inadla su istəyən uşağa yaxınlaşanda qəfildən gözü sol tərəfdə, küncdə əyləşmiş yaşlı qocalara sataşdı. Onların da susuzluqdan dodaqlarını yaladığını gördü. Hamı susuz idi. Təbii ki, böyüklər bunu büruzə verməməyə çalışırdılar, amma balacalar .....
 Mahir kiçik qıza yaxınlaşıb onun gözlərinin içinə baxaraq dedi:
 -İndi sən sakit olub məni gözləsən mən sənə su gətirəcəyəm. Amma ağlamayacaqsan. Razılaşdıq?
 -Yaxşı,‐ deyə balaca "fidan" gülümsündü.
 Mahir mağaradan çölə çıxıb ətrafı dinlədi. Sakitlik idi.
 Buralarda bulaq olmasa məcbur  1-2 km aşağı enib Xaçınçayın suyundan gətirməli olacaqdı. Yaxşı ki, keçən gecə ərzaq gətirəndə lazım olacaq deyib götürdüyü kiçik su bidonu vardı. Yoxsa qumquma ilə kimə su çatdırmaq olardı?
 Getdiyi istiqamətdə bulaq tapa bilmədiyi üçün çaya enməli oldu. Amma çox ehtiyatlı davranmalıydı. Balacaya söz vermişdi, ona mütləq su aparacaqdı. Uzaqdan qarmaqarışıq səslər eşidilirdi. Mahir yerə sinib ətrafı nəzərdən keçirməyə başladı. Səs xeyli aralıdan gəlirdi. Birdən o, yolunu dəyişib ağacların arası ilə səs gələn tərəfə doğru getməyə başladı. Yaxınlaşdıqca səslər aydın eşidilirdi. Bu səs ermənilərin səsi idi. Çayın kənarında özlərinə dəsgah quran dığalardan biri balıq tutur, o biri də kabab üçün ocaq qalayaraq erməni dilində şıdırğı bir havaya süzürdü. Onlardan biri o birinə deyirdi ki, biz keçən il Xocalıda, indi də burada çox qan tökdük, türklərin qızlarını əsir aldıq, gözləri önündə min cür hoqqa çıxardıq, müqavimət göstərənlərin başını kəsib futbol oynadıq, gözlərini qorxutduq, qalanlarına da əlləri ilə yer qazıb başsız bədənləri basdırmaqlarını əmr etdik. Ha-ha- ha. İndi bu çayda əllərimizin qanı ilə birgə günahlarımızı da yuyarıq! Gəl bu gün axşama qədər burada əylənək, sabah da gedib kilsədə dua edərik!
 Ay alçaqlar! Şərəfsizlər! Namərdlər!
 Yox bu alçaqları məhv etməliyəm! Yoxsa su da götürə bilməyəcəyəm.
 Toppuş qaraqaş, qaragöz qız Mahirin gözləri önündə durub su istəyirdi: suuuuu, suuuu.
 Bu alçaqlar silahlı idilər və aralarında 10 metr qədər məsafə vardı. Həm də üzbəüz durmuşdular. Bunları bir-birindən ayıraraq zərərsizləşdirmək lazımdır. İstilik bədənini bürümüşdü. Əynindəki buşlatın düymələrini açanda ağlına gələn fikirdən məmnun oldu. Buşlatı iri bir kötüyə ,,geydirib" 15-20 metr aralıdakı yarğandan çaya atdı. Suya düşən kötüyün şappıltısı erməni əsgərlərinin diqqətini cəlb etdi. Bu azərbaycanlıdır, yəqin bizi güdürmüş, çaya düşdü. Tez ol! Ölmədən onu çıxarıb bir az şənlənək,‐ deyə balıq tutan erməni o birinə təpindi. Hər ikisi ,,buşlatlı kötüyün" dalınca yüyürdü. Mahirə də elə bu lazım idi. Qabaqda qaçan erməni yarğanı dönən kimi alnına dəyən dəmir kimi yumruğun təsirindən ,,huşyar" oldu. Mahir cəld ermənini sürüyüb kolluğa saldı. İkinci dığa: Hovanes!‐deyə səslənə-səslənə yüyürürdü. Boynunun ardından dəyən zərbədən o, da özündən getdi. Mahir izi itirmək üçün hər iki ermənini çayın içi ilə sürüyə-sürüyə tonqalın yanına apardı. Özlərinə gələn dığalar tərpənməyə macal tapmadılar. İndi onlar yalvarıcı baxışlarla Mahirə baxırdılar. Mahir erməni dilində onlardan yaşamaq istədiklərini soruşdu. Qorxudan dovşana dönən bayaqkı ,,qəhrəmanlar" sevincək ,,hə" cavabı verdilər. Mahir onlardan bütün lazımi məlumatları öyrəndikdən sonra dedi:
 -Sağ qalmaq üçün ikinizdən biriniz öləcəksiniz. Hə, onu da qeyd edim ki, siz bir-birinizi öldürməyə qalxacaqsınız. Əvvəlcə yalın əllə döyüşün! Şərəf və heysiyyatını itirmiş dığalar yerdə it kimi boğuşurdular. Mahir bilərək bıçağı yerdə süpürləşən ermənilərin yanına atmışdı. Hər ikisi bıçağı görmüşdü. Kim cəld tərpənə bilsə o, sağ qalacaqdı. Bayaqdan ,,əziz dost" olan iki dığa indi yaşam üçün bir-birini öldürəcəkdi. Budur erməni xisləti! Dar ayaqda ən yaxın adamını, dostunu, sirdaşını, qardaşını, bir sözlə hər şeyini qurban verər!
 Yerdə süpürləşən dığalardan biri əlinə keçirdiyi bıçaqla dostunu öldürmək istəyirdi. Can qorxusundan qollarına güc gəlmiş digər erməni isə vəhşi bir hiss ilə müqavimət göstərirdi. Ancaq üstdəki erməni nisbətən daha güclü idi. Bıçaq o birinin sinəsinə saplandı. Vəhşi bir bağırtı qopdu. Və elə bu an bağıran erməni əllərini yerə sürtdükdə əlinə keçən nahamar daş parçasını o birinin başına çırpdı. Hər ikisi yaralı qaban kimi bağırırdılar. Təxminən 20-25 dəqiqə sonra xırıldayan ermənilər gəbərib getdilər. Hə, indi suyu doldurmaq vaxtıdır. Bidonu və üstündə olan iki qumqumanı su ilə doldurub mağaraya yollandı. Hamı sudan içib rahatlandı. Gözlərdə xüsusi bir minnətdarlıq vardı. Mahir erməni əsgərlərindən bir çanta götürmüşdü. Çantada ən dəyərli əşya kompas, bir də ərazinin xəritəsi idi.
 Olduqları yeri, Azərbaycan Ordusunun mövqelərini müəyyənləşdirdikdən sonra əlaqə qurmaq və bu insanları təhlükəsiz olaraq bizimkilərə təhvil vermək barədə düşünürdü. Onlara ən yaxını Tərtər rayonu idi. O, mütləq Tərtər Ərazi Özünümüdafiə Batalyonun komandiri ilə əlaqə saxlamalı idi.
 Çünki bu insanları burada uzun müddət saxlamaq mümkün deyildi. Sabah axşam yenə ərzaq üçün kəndə enəcəkdi. Çox riskli idi, amma başqa çarə də yoxdu. Bir xeyli düşünüb yeniyetmələri yanına çağırdı.
 Mahir nisbətən cüssəli oğlandan adını soruşdu:
 ‐Camal!
 ‐Bəs sənin adın nədir?
 ‐Rahim.
 ‐Gözəl! İndi mənə diqqətlə qulaq asın! Dediklərimi qulağlnızda sırğa edin. Mən ərzaq üçün sabah axşam kəndə enəcəyəm. Bu dəfə daha çox ərzaq götürməliyəm. Çünki bizimkilərlə canım bahasına da olsa əlaqə saxlayıb sizi buradan çıxarana qədər cüzi də olsa yeyəcək lazımdır. Daha sonra oğlanlara sakitcə uzun-uzadı nə isə anlatdı, ancaq danışılanları bir kimsə eşitmədi. Sabah axşam Mahir kəndə tərəf üz tutdu. Bacardıqca ehtiyatlı gedirdi. Bir həyətə çatıb həm bir az nəfəsini dərdi, həm də iki boş kisə də tapıb özü ilə götürdü. Bir-neçə evi gəzib lazım olanları iki kisəyə doldurdu. Kisələri həyətlərdən birindəki samanlığa saldı. Birini küncdəki saman preslərinin arasında gizlətdi. Birini isə çiyninə atıb irəliləməyə başladı.
 Kəsə yollarla və meşəliklə gedirdi. Yol kəsə olsa da nahamar və kolluq olduğundan yorucu idi. Kisəni yarğanın dibindəki pöhrəliyə qoyub 5-10 dəqiqə nəfəsini dərib, sonra yenə də geriyə yollandı. Artıq sonuncu kisəni aparırdı.
 -Стой!
 Yox ,bu erməni deyildi. Bu xalis rus ləhcəsi idi. Bir andaca təhlil edib dəqiqləşdirdi. Bu Pskov desantlarından idi! Ermənilərin pul müqabilində ələ aldıqları desantlar. Tərtər batalyonunu ağır məğlubiyyətə uğratmış Pskov desantları. Çiynindəki kisəni yerə qoydu.
 Руки вверх! ..... азербайджанец!
 Mahir ətrafı sakitcə nəzərdən keçirib əllərini yuxarı qaldırdı. Rus əsgər gülə-gülə ona yaxınlaşıb gözlərinin içinə baxaraq:
 "Иди, несчастный!"‐deyərək avtomatı ona tuşladı. Mahir sanki əmrə tabe olurmuş kimi dinməzcə irəliləməyə başladı. Desantın ratsiya ilə əlaqə quracağını təxmin edirdi. Bir neçə addım da atdıqdan sonra rus əsgərin ratsiyanı əlinə aldığını gördü. Əsgərin bir anlıq baxışını ondan yayındırması ona kifayət etdi. Avtomat və ratsiya kənara düşmüşdü. Əlbəyaxa döyüş gedirdi. Rəqib də kifayət qədər texnikalı döyüşçü idi. Yox, bu əsərdən daha çox təlimatçıya-zabitə bənzəyirdi. Çox peşəkar döyüşürdü. Döyüşün belə alınması yaxşı deyildi. Mahir həm də yorulmuşdu. Rus desantın ayaq zərbəsi tutarlı oldu. Mahir aşaraq dizləri üstə düşdü. Bunu fürsət bilən rus yandan onun böyrəyinə zərbə vurmağa cəhd etdi. Samboçu olduğu üçün yerdəki vəziyyəti onun işinə yaradı. Desantın ayağını havadaca tutub dizindən fəndə saldı. Artıq peşəkar desant zarıyırdı. Mahir bütün gücünü toplayıb tətbiq etdiyi fəndi sona çatdırdı. Şaqqıltı səsi ilə sınan ayaq və heyvani insan bağırtısı! Daha burada durmaq olmazdı. O bu desantı sürüyərək qarşıdakı sıldırımdan aşağı uçurdu.
 "Get, sarıqulaq!"‐deyərək yorğun halda irəliləməyə başladı.
 Son kisəni də mənzil başına çatdırdıqdan sonra iki nəfərin güclə sığacağı kahada gizlətdiyi yeniyetmələri də oradan çıxarıb köməkli kisələri mağaraya apardılar. Çox yorulmuşdu. Taqəti tükənirdi. Bir küncə çəkilib uzandı. Bir-iki saat yatıb ayıldı. Həm yorğunluqdan, həm də rus desantı ilə döyüşdən sonra bədəni bərk ağrıyırdı. Desant çox professional döyüşçü idi. Amma indi o, yoxdur. Murdar cəsədi yəqin ki, daşlara çırpılıb parçalanıb. O, desantdan bir ratsiya götürmüşdü. İndi bu balaca cihaz buradakı dərd ortaqları olan köməksiz, məzlum insanların nicatı üçün əvəzsiz bir vasitəyə çevrilmişdi. "Ya Allah!"‐ deyib əlaqəyə çıxdı. Birbaşa komandirlə bağlamışdılar. Düşmən tezliyi tutub onların yerini öyrənə bilərdi deyə lakonik danışdı. O, nə qədər çətinliklərə düşmüşdü, qanlı döyüşlər görmüşdü. Ancaq indiki kimi narahat olmamışdı. Buradakı günahsız insanlar üçün həddən çox narahat olurdu. Batalyon komandiri ilə sabah dan yeri ağarmadan görüşəcəkdilər. Yuxusu ərşə çəkilmişdi. Bircə bu insanları bizimkilərə sağ-salamat təhvil verə bilsəydim! Tək idi ,tamam tək. Ax Murad,Murad! Hardasan?! Kaş indi də birlikdə burada olaydıq. Bu məsum insanları o taya keçirib yenidən birlikdə döyüşə atılaydıq!
 Məkanın cənnət olsun, dostum!
 Beynində dolanan dolaşıq fikirlər ona rahatlıq vermirdi. Bircə vaxt tez gəlsəydi. Elə bil saatın əqrəblərindən daş sallanmışdı. Səhər saat 5-də mağaradan çıxdı. Sıx duman vardı. Göz-gözü görmürdü. Dilxor olmuşdu. Öz-özünə dəstək olmağa çalışırdı. Getməlisən, Mahir! İrəli! Ancaq tədbirli davran. Nahamar dağ yolları ilə çətinliklə də olsa batalyon komandiri ilə vədələşdikləri yerə çatdı. Ağacların ardından xışıltı gəlirdi. Mahir xüsusi bir instiktlə bunun insana aid olduğunu müəyyən etdi. Sözləşdikləri kimi Mahir iki dəfə, komandir isə üç dəfə alışqan çaxmağını çəkib kiçik işıq saldı. Ağacların ardından uzunboylu, arıq bir kişi çıxdı. Mahirə yaxınlaşıb əl uzatdı:
 -Kamal! Batalyon komandiriyəm!
 -Mahir! Xüsusi təyinatlı!
 -Buyur, qardaş! Allah səndən razı olsun. Nə yaxşı ki, o kimsəsiz, köməksiz topluma sahib çıxmısan. Var ol!
 -Borcumuzdur! Ancaq onları orada çox tuta bilmərəm. Xəstə olanlar, qocalar, körpələr, gənc qadınlar var ! İnan, onlara baxanda xəcalət çəkirəm! Mən bu mənfur düşmənlə mübarizəyə qoşulmalıyam. Hər bir vətəndaşımız üçün savaşmalıyam!
 -Sakit ol, Mahir ! İndi ən vacibi onları oradan almağımızdır. Bu ərazini mən də o qədər yaxşı tanımıram! Bizə bələdçi lazımdır.
 -Necə?! Bəs bura necə gəldiniz?
 -Bələdçi ilə, ‐deyə komandir cavab verdi.
 -Cənab mayor!
 -Bəli Mahir!
 -Bu bələdçi dediyiniz adam etibarlı birisidirmi? Bəs hanı o?!
 -Şahmar! ; ‐deyə komandir səsləndi.
 -Bəli, cənab mayor, buyurun.
 Mahir bu insanın üzünə elə diqqətlə baxırdı ki, elə bil onu hardansa tanıyırdı. Ancaq dəqiqləşdirə bilmirdi. Bu təkəsaqqal, bəstəboy, əyriburun, alnıgeniş, gözləri qaynayan adam nəsə ona xoş gəlmədi. O, bu insanı harada görüb?! Suallar Mahirin ürəyini didirdi. Cənab mayor , sizinlə əlaqə saxlayacağam. Hazır olun, ancaq indi dəqiq vaxt deyə bilməyəcəyəm.
 Hələlik, təşəkkür edirəm!
 Mahirin bələdçidən xoşlanmadığı komandirin nəzərindən yayınmamışdı. Doğrudan, axı o, heç özü də bu adamı normal tanımırdı. Ancaq insafən Şahmar ərazini çox gözəl tanıyırdı. Əslində Mahiri qınamırdı, amma bu Şahmara indi ehtiyac vardı. Mağaraya qayıdanda yol boyu yenə bələdçini haradan tanıdığını xatırlamağa çalışırdı. Amma yenə də anşıra bilmədi. Yox, onu haradansa tanıyıram! Həm də gözlərini yayındırmağa çalışırdı. Fikirlər içində gəlib mağaraya çatdı. Hamını toplayıb onları planından agah etdi. Gözlərindən hüzün, inamsızlıq yağan bu insanlar indi ona elə ümidlə baxırdılar ki!
 Mahir Kamalla danışıb görüş yerini və zamanını dəqiqləşdirmişdi. -Cənab mayor, çox xahiş edirəm, hər nə lazımdırsa o insanların rahatlığı üçün təşkil edin!
 -Narahat olmayın!  
 Gecəyarı hamı yola düzəldi. Uşaqlara çox sakit olmağı bərk‐bərk tapşırmışdılar. Yol boyu bələdçi haqqında fikirlər onu rahat buraxmırdı. Bu adamı haradan tanıyıram! Yox, bu bələdçidən gözüm su içmir!
 Təyin olunmuş yerə çatmışdılar. Artıq ilk mərhələ başlandı. 10 nəfər əsgərlərimizin müşayiəti altında aparıldı. Komandir özü də burada idi.
 -Mahir, gizli planı yaxşı düşündün, sağ ol!
 Mahir axşam komandirlə birinci danışıqdan sonra bir daha əlaqə saxlayıb gizli bir planının olmasını və bunun yalnız ikisinin bilməsini istəmişdi. Hətta plana uyğun təyin olunmuş əraziyə gələcək əsgərlər və sürücü də hara və nə üçün getdiklərini bilməməli idilər.
 Komandir ən yaxını olan dostunu və bir də qaynı Aqili yanına çağırıb onlara gizli əmrlər verdi. Mahirlə danışdıqları kimi Aqili də təlimatlandırdı ki, heç kim getdiyi ana qədər bu məsələdən agah olmamalı, hara və nə üçün gedəcəklərini də bilməməlidirlər.
 Aqil və komandirin dostu Kərim ( o, həm də bölük komandiri idi) təlimata uyğun hərəkət etdilər.
 Maşın səsini eşidən Şahmar tez özünü əsgərlərdən birinə yetirə bilmişdi. Əsgəri sorğu-suala tutdu.
 ‐Heç nədən xəbərim yoxdur, sadəcə harasa gedəcəyik, ‐ deyə əsgər cavab verdi.
 -Burda nə gəzirsən?!
 Qəfil sualdan diksinən bələdçi komandirə dedi:
 -İstədim ki, mən də sizinlə gedim.Bu əraziləri məndən yaxşı heç kim tanıya bilməz. Sizə yaxşı köməyim dəyər.
 -Xeyr, sən burada ol! Biz isə beş-on əsgəri cəzalandırmaqlıyıq! Onları kross qaçıracağam! Bölük komandirinə tabe olmayıblar. Sən də öz yerinə keç!
 -Oldu! ,‐ deyib komandirin arxasınca baxdı və anlaşılmaz nəsə pıçıldadı.
 -Bələdçi haradadır? ,‐deyə Mahir soruşdu.
 -İlk danışdığımız ərazidə!
 -Bircə bunları təhlükəsiz zonaya keçirə bilsəy.....
 Qarmaqarışq səslər ətrafı bürümüşdü. Səslər indi daha yaxından gəlirdi. Təlaş içərisində idilər. Bu səslər ermənilərin səsləri idi. Sevincək yüyürürdülər. Bu dəmdə ilk onluğu təhlükəsiz tərəfə keçirən azərbaycanlıların digər dəstəsi də özlərini yetirdilər.
 Cəld olun, bu insanları tez buradan uzaqlaşdırın! Bunlar hardan çıxdılar!
 Mahir Kamalın üzünə baxdı. Bu baxışlarda sualın cavabı vardı.
 ,,Qəhrəman" kimi irəli yüyürən yekəboyun, dazbaş ermənin alnından və sinəsindən dəyən güllə onu dərə aşağı diyirlədi.
 Tez səpələnib yerə yatdılar. Güllələr meşənin lal sükutunu pozdu. Şahnazaryana tez xəbər verin, türklər burdadırlar!
 Şahnazaryan?! Elə bil Mahiri ildırım vurdu. İlahi! Özünü bələdçi kimi tanıdan bu alçaq o idi - Vardan Şahnazaryan! Ləqəbi Tülkü!
 Əfqan müharibəsində əfsanəvi Sovet kəşfiyyatçısı Antonovdan dərs alan, hiyləgərlikdə 1 nömrəli hiyləgər, xüsusi cild dəyişmə, qrimlənmə ustalığı olan erməni kəşfiyyatçısı.
 Məni də aldatdı. Amma şübhələrimdə haqlı idim. Bu adam olduqca təhlükəli idi.
 -Cənab mayor, bu adam nə qədər bələdçilik edib?
 -Kim?!
 -Şahnazaryan!
 -Nə Şahnazaryan? Mahir deyəsən fikrin qarışıb!
 -Xeyir cənab mayor. Fikrim deyil, işlər çox qarışıb! Bələdçi zənn etdiyiniz adam xüsusi ad çıxarmış kəşfiyyatçı-diversantdır!
 -Nə danışırsan?
 -Cənab mayor, mən Əfqanıstan müharibəsindən onu tanıyıram! O adam xüsusi yetişdirilmiş, yetənəkli insanlardandır! Bu gün də burada hamını tələyə saldı. O günahsız toplumu son nəfəsimə qədər qoruyacağıma and içmişəm. Onlara sahib çıxın!
 -Biz birlikdəyik, Mahir!
 -Gedin, cənab mayor! Siz orada lazımsınız!
 -Əvvəla düşmən hamımızın düşmənidir. Bir də ki, səni burada yalqız qoyub gedəsi deyilik ki! Artıq söz eşitmək istəmirəm, cənab kapitan!
 Qızğın döyüş gedirdi. Cəmi 7 nəfərdilər. Düşmən isə yağışdan sonra artan göbələk kimi çox idi. Artıq 4 nəfər əbədiyyətə qovuşmuşdu.
 Onu diri ələ keçirin! O mənim məxsusi düşmənimdir. Təkrar edirəm, onu diri tutun! Mayor ölsə də problemi yoxdur, əsas o kəşfiyyatçıdır!
 Şərəfsiz!
 Qulaqbatırıcı bir gurultu qopdu. Toz-duman ətrafı bürüdü. Maa-hiir! Əlviida, deyib komandir gözlərini əbədi yumdu. Çaqqal sürüsü ilə təkbaşına qalan yaralı Qurd ancaq öldürmək naminə döyüşürdü. Başqa bir gözləntisi yox idi. Burda nə Xızır var, nə də ki, bu olanlar nağıl deyil. Ölüm mələyinin buz nəfəsini kürəklərində hiss edirdi. Ürəyində isə bir hiss vardı -ancaq öldürmək!
 Çaqqal sürüsü kimi ulaya-ulaya Mahirin üstünə gəlirdilər. Bu alçaq, hiyləgər tülkünü nəyin bahasına olursa olsun öldürməliyəm!
 -Mahir! Ağdərədə dostun Muradın ürəyinə ilk snayper gülləsini mən sıxdım, eşidirsən?!Sonra da onun o cürətkar başını dəlik-deşik olmuş bədənindən ayırıb çəmənlikdə bir yaxşı futbol oynadıq! Bu gün də sənin növbəndir!
 -Alçaq! Şərəfsiz!
 -Şərəf dediyin sizin kimilərin inandırıldığı uydurma hisslərdir. Biz amalımız üçün hər vasitəyə əl atırıq.
 -Səni öldürəcəyəm, alçaq!
 -Ha-ha-haaaaa! Sizin belə nağılpərəst, avam olmanızı çox sevirəm. Düzdür sən peşəkarsan, etiraf edirəm. Səni Əfqanıstandan tanıyıram, amma sən mənim əsl simamı orada görməmişdin.
 Mahir! Gəlirəm! Təslim ol!
 -Səni öldürəndən sonra haqqa təslim olacağam,əcələ təslim olacağam!
 Taqq-taraqq!
 Yağış kimi yağan güllələrdən göz açmaq olmurdu. Mahir bunun nə olduğunu gözəl anlayırdı. Ondan solda iri bir qaya parçası vardı. Əvvəlcə ora, sonra da o qaya parçasından bir az yuxarıda olan sal daşın ardına keçmək lazımdır. Birtəhər qaya parçasının arxasına keçdi, ancaq buradan güllə çatmırdı. Bir də də cəhd edib yuxarıdakı daşın arxasına keçməli idi.
 -Durun, axmaqlar! Bu adam o biri gördüklərinizə bənzəməz! Bu əsl peşəkardır! Nəsə bir planı var!
 Pulemyotu ver! Əsgər sürünərək pulemyotu Şahnazaryana ötürdü. Gözünüzü dörd açın! Ayağa durmayın. Bir dizi üstə oturan Şahnazaryan çevrə istiqamətində atəş açmağa başladı.
 Ay tülkü! Mahir daşın arxasına keçmək üzrə idi. Qəfil güllə çiynini tutdu. Can əzabından dolayı səs çıxarmamaq üçün avtomatın qayışını dişləri ilə bərk-bərk sıxdı. Tutduğu mövqe çox əlverişli idi. Şəhid olan əsgərlərdən birində snayper tüfəngi vardı deyə yerini dəyişdirərkən onu da özü ilə götürmüşdü. Yarası çox incidirdi. Get-gedə zəifləyirdi. Əl tətikdə, göz nişangahda Şahnazaryanı axtarırdı. Nəhayət tapdı. Şərəfsiz, indi cəhənnəmə gedəcəksən!
 İki qaşının arasını nişan alıb tətiyi çəkdi.
 Şahnazaryanın beyni yerə dəymiş qarpız kimi parçalandı.
 Üç-dörd dığanı da cəhənnəmlik etdi. Artıq tor görürdü. Hər tərəf dumanlı idi. Dumanın içindən biri çıxıb ona sarı qaçırdı. Mahir, Mahir!
 Bu Murad idi. Gəlmə, Murad! Güllə dolu kimi yağır, gəlmə! .....
 Yenə ermənilərin səsi gəlirdi. Hələ anlaqlı idi. Muradın surəti yox olmuşdu. Güllə yox idi. Bir ədəd F-1 əl qumbarası vardı, çəkib atdı. Hər tərəf çəhrayı rəngdəydi. Muradın səsi indi lap yaxından gəlirdi. Ayağa qalx! Gedirik! Çəhrayı rəng aşağıda qaldı. Mahir indi Muradla birlikdə mavi səmada uçurdu......
 

 26.02.2019

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)