Edebiyyat.az » Ədəbi tənqid » Elşən Məmmədli - Çarəsizliyin dözülməz rahatlığı.

Elşən Məmmədli - Çarəsizliyin dözülməz rahatlığı.

Elşən Məmmədli - Çarəsizliyin dözülməz rahatlığı.
Ədəbi tənqid
admin
Müəllif:
18:42, 16 fevral 2021
1 618
0
Elşən Məmmədli - Çarəsizliyin dözülməz rahatlığı.





Son zamanlar istəmədən KİV-ləri daima izləmək məcburiyyətində qalıram. KİV-ləri izləyərkən, eyni zamanda sosial şəbəkələrə də nəzər salıram. Bir neçə gün müşahidədən sonra maraqlı bir məsələyə fikir verdim. Haqlıyam ya yox, deyə bilmərəm amma fikirlərimi sizinlə paylaşmaq istəyərəm.

Sosial şəbəkələrdə və KİV-lərdə məqalələrə, müraciətlərə və çıxışlara baxdıqda, əsasən kiminsə şikayət və problemlərdən danışdığını görürsən. Hətta müasir ədəbiyyat və kino belə problemlərin şişirdilməsini daha çox göstərir nəyinki onların həllini. Bu haqda sakit-sakit düşünərkən, ağlıma gələn fikirləri sizinlə paylaşmaq niyyətinə gəldim. 

Tələb və təklif müasir sosial və iqtisadi həyatımızın əsas təməllərindəndir. Sən araşdırırsan, tələbə baxırsan və buna uyğun təklif verirsən. Bu standart, çox sadə düstur təəsüf ki, bizdə də, bütün sahələrdə rəqabətin təməlidir. 

Daha gənc yaşlarımda, əlimə ağ bayraq alaraq, yaxşı təklif verməklə yeni tələb yaratmağın mümkün ola biləcəyini kimə izah etməyə çalışsamda, nə televiziyalar və internet platformalar nə də ki başqa bir sahələrdə anlaya biləcək insanla rastlaşa bilmədim. Hətta televiziyaların birində bizə belə bir cavab da vermişdilər: “Bax oğlum, bu serialı görürsən? Bizdə bilirik ki, bu serial biyabırçılıqdı. Amma camaata məhz bu lazımdı”. 

Hara getdiksə, nə etdiksə “tələb və təklif” konsepsiyasındakı, Azərbaycan modelinə məğlub olduq. Məndə bu “camaat”ın bir nümayəndəsi kimi, anlaya bilmirdim ki, “mənə nə lazımdı”nı heç mən bilmədiyim təqdirdə, bu “qalstuklu burokratlar” haradan bilir? Bilmək istəyirsə, öyrənib araşdırmaları sevindirici haldı. Tədqiqat mövzusudur. Yox, bildiyinə əmindirsə, deməli ... Nəysə, bu başqa bir məqalə mövzusudur, mən isə sizə digər məsələdən danışacam. Yerli modeldə, əsasən də sosial kontekstə “problem və təklif” diapazonu mövcuddur. 

Problem haqqında danışmaq dəbi, yeni iphone kimidir, heç zaman qiymətdən düşmür. Əksinə, hər il, köhnəsinə çox bənzər, yeni modeli yaranır. Siyasətçilər, çayxana filosofları, müəllimlər, tələbələr, ofis planktonları bir sözlə hər kəs daima problemlərin ətrafında hərəkət edir, və bu problemlərdən maksimal faydalanmağın yollarını axtarır. 

Məsələn əgər bir nəfər səhər yuxusunu qatıb, balkona çıxaraq, möhkəm səslə yuxusunu qışqırsa, həmin axşam bütün ölkə onu müzakirə edəcək. Xəbər portalları bir neçə gün həmin adamın həyatını araşdıracaq, telekanallarda gündəlik verilişlər qonaq çağıracaq, viner və videoblogerlər hadisə ilə bağlı çarxlar nümayiş edəcək, müxalif siyasətçilər bunu sosial problemlemlərə, dövlət məmurları isə həyatın yaxşılığına bağlayacaqlar. Nəticəsə, Endi Uorxolun məşhur deyiminə gəlib çıxacayıq. Hansı deyim? “Gələcəkdə hər kəs 15 dəyqəliyinə məhşur olacaq”. 

Həmin dövrə gəlib çatmışıq. Hər kəsin məşhur olma arzusu və bu arzu məqsədilə istənilən problemi şişirdərək ölkə səviyyəsinə çatdırılması. Məsələ bundadır ki, bu sxem “tələb və təklif” konsepsiyasına tam uyğundur. Təəsüf ki bu sxem ədəbiyyatda yaramır. Belə ki, bir romanın üstündə işləyənə kimi onlarla problemlər şişirdilir və həlli tapılmadan unudulur. Yazıçı, bir növ həyata kənardan baxan insana çevrilir. 

İndi qayıdaq “en” saylı müəssisənin “en” saylı iclasına. İclasa sədrlik edən sədr (taftalogiyaya görə üzürlü sayın, amma böyük ehtimal sədr sözü onun sədrlik etdiyi üçün o pozisiyaya uyğunlaşdırılıb) iclasa hər kəsdən gec gələrək (çünki tez gəlməsi “sədrlik” konsepsiyasına uyğun deyil) bir başa problem haqqında danışmağa başlayır:

  • Bu problemdi. Bu problemin həllində nə lazımdırsa edək. Sizdən təkliflər gözləyirəm! Bu qədər departament müdirləri əyləşmisiniz, demək olar ki hamınız xaricdə təhsil almısınız. Təhsil aldığınız ölkələrdəki praktikanı nəzərdən keçirin, görün onlar bu problemləri necə aradan qaldırırlar. Məsələləri tez araşdırın, sabah tezdən təkliflərinizi gözləyirəm!

Şöbə müdirləri, planşetli gənc mütəxəsisslər, tənginəfəs olaraq otaqlarına gəlib, sektor müdirlərini çağırırlar. Sektor müdirləri, kağız və qovluqlu gənc mütəxəsisslər otağa daxil olub, müdirin qarşısında əyləşirlər. Bəzi hallarda, sektor müdirlərinin içində, dəyişikliklərdən öncəki kollektivdən qalan şöbə müdirləri də olur. Məhs yaşlı insanları işdən azad etməmək məqsədilə və onların təcrübəsindən yiyələnmək üçün, eyni zamanda idarəetməyə çox da yaxın buraxmamaq məqsədilə, mövcud olması səbəbi sual altında olan sektorların birinin rəhbəri kimi işləmələrinə etiraz edilmir. Şöbə müdiri, öz sektor müdirlərinə müraciət edir:

  • Bu problemdi. Sədr tapşırıb ki, bu problemin həllində nə lazımdırsa edək. Sizdə bilirsiz ki, Sədr tapşırıbsa, sabah tezdən cavab onun masasında olmalıdır. Lap lazımdırsa evə getmədən çalışın və cavabı tapın. 

Sektor müdirləri, öz bloknotlarında qeydləri edərək, gəlirlər işçilərinin üstünə. Keçirilən 5 dəyqəlik iclasda, sektor müdiri eyni ifadələrlə, eyni sözləri işçilərinə “yüklüyür”. Nəticədə, problemin həllinin tapılması, düşür köməkçi vəzifə tutan, bir gün yüksələcəyinə inanan və bu səbəbdən gecə yatmayaraq işləməkdən qaçmayan bədbaxtın üstünə. 

Məsələnin bu bədbaxtın üstündə olması sirr olaraq qalmır. Məhs bu səbəbdən ona bir gecədə, həm sektor müdiri, həm şöbə müdiri, həm sədrin müavini və daha kimlər kimlər rəhbərlik edir. Nəticədə, problemin həllində bir rəhbər altında 10 nəfər çalışmaq əvəzinə, 10 rəhbər altında 1 nəfər çalışır. Bunun özü də digər bir problem olduğundan çıxış yolu tapılmır ki tapılmır. 

            Fəlsəfə elmində dialektika kimi bir anlayış var. Dialektika müzakirə nəticəsində inkişafın təməlini ifadə edir. Lakin bu müzakirə tam şəffaf və qərəzsiz olmalıdır ki, axtarılan nəticədə mübahisə və (və ya) müzakirə edən hər bir tərəfin fikirlərinin ortaq nəticəsi və (və ya) hər iki tərəfin razı olacağı yekun qərara doğru yol göstərsin. Eyni zamanda da, unutmaq lazım deyil ki, istənilən münasibətlər özündə iradə ifadəsini ehtiva edir. Yazıçı, bu yolu seçdiyi andan, sosial münasibətlərin və dialektikanın bir tərəfi kimi çıxış etmək məcburiyyətindədir. 

Təbii ki, problemləri qeyd etmək də bizim məqsədlərimizdəndir amma, ən yaxşısı hələki yaranmamış problemlərdən çıxışları 10 nəfərin rəhbərliyi altında yox, 10 nəfərlik bir komanda ilə tapsaq, bəlkə də həmin problemlərin yaranmasının belə qarşısını almağa qadir ola bilərik. 

Digər tərəfdən isə, kimin nəyinə lazım, gedim oxunmayan kitablarımı yazmağa davam edim... 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)