Edebiyyat.az » Ədəbi tənqid » Qadınlar kişilərdən daha yaxşı lider ola bilərmi?

Qadınlar kişilərdən daha yaxşı lider ola bilərmi?

Qadınlar kişilərdən daha yaxşı lider ola bilərmi?
Ədəbi tənqid
admin
Müəllif:
10:11, 04 may 2023
1 251
0
Qadınlar kişilərdən daha yaxşı lider ola bilərmi?

       



Aparıcı: Bütün nümayəndələri qadın olan bir komanda tərəfindən idarə olunmaq istərdiniz? Kişilərin dünyasında qadın lider olmaq nə deməkdir?

Dr. Nela Smoloviç Cons: Sən qadın olduqda lider öhdəliklərini üzərinə götürmək böyük risk olur, çünki  qərəzli bir əsasla mühakimə olunursan – qərəz isə sənin cinsinlə əlaqəlidir.

Aparıcı: Biz bu gün lider qadın olmaq üçün hansı keyfiyyətlərə ehtiyac olduğunu mü­za­ki­rə edəcəyik. Eyni zamanda kişilər də buradan müəyyən dərslər çıxarda bi­lər­lər. Dünyadakı bütün manşetləri zəbt edən başlıq: Finlandiyanın yeni koalisiya hökumətinin bəzi liderləri öz cinsi mənsubiyyətləri və bunun onların siyəsətinə və rəhbərliklərinə təsir göstərməsi ilə diqqət çəkir. Beş liderin hər biri qadındır – 2019-cu ilin Dekabrında hakimiyyətə gəldikdə birindən başqa hamısının yaşı 35-dən aşağı olub. 34 yaşlı Sanna Marin Fin­lan­di­ya­nın ən gənc Baş Naziri oldu. Qa­dın hüquqları məsələsində Finlandiya liderdir: dünyada qadınlara tam seçki hü­ququ verən ilk ölkədir. Burda qadınlar bildirirlər ki, yalnız qadınlardan ibarət ko­mandaya sahib olmağın da öz çətinlikləri var.

Sanna Marin(Finlandiyanın baş naziri): Bizim istəyimiz kişilərin də qadınlar kimi istifadə etdikləri istisna strukturları yenidən təşkil etmək deyil, onları dəyişməkdir.

Aparıcı: Liderləri arasında anlaşılmazlıqlar olsa da, Finlandiya bəzi digər qadınların idarə et­diyi ölkələr kimi koronavirus pandemiyasına qarşı erkən mərhələdə uğurlu tədbirlər gördüyünə görə təqdir edilib. Və hökumət trans insanlara daha geniş hü­­quqlar verən, valideynləri qayğı öhdəliklərini bölüşməyə təşviq edən və cin­siy­­yətə görə maaş fərqini aradan qaldıran iddialı bərabərlik proqramı irəli sürür. Be­ləliklə, kişilərin dünyasında qadın idarəçiliyi barəsində Finlandiya nümunəsi bi­zə nə deyir?

Dr. Nela Smoloviç Cons:“Finland Beşliyi” koalisiyasındakı bütün qadınların çətin şəraitdə yaşamaq, marginallaşma və təcrid məsələlərində təcrübəsi var. Və mən eyni zamanda düşünürəm ki, bu çətinlik onları daha çox anlamağa, qayğı göstərməyə və dəyər verməyə, eləcə də inklusivliyə və həmrəyliyə vadar edir.

Aparıcı: Finland liderlər qarşılarına qoyduqları məqsədlərə və verdikləri qərarlara xüsusi diqqət yetirirlər.

Dr. Nela Smoloviç Cons: Ancaq bu məqsəd uğrunda çalışmaq əzmkarlığı, çətinliklər altında, münaqişələr şəraitində işləməyi, siyasi mənsubluq və ya inanclar, və yaxud da mövqeləriniz və. s kimi ixtilaflar arasında çıxış yolu axtarmağı tələb edir. Buna görə də, məncə, qadınlar erkən yaşlarından praktiki olaraq bu yolda işləmək məcburiyyətində qalırlar və üzləşdikləri ilk çətinlikdə təslim olmurlar, inadla çalışırlar. 

Aparıcı: Finland liderlərin siyasi etiqadları fərqli olsa belə, onlar ixtilafları birlikdə ələ almaq üçün inadla çalışırlar. 

Dr Nela Smolovic: Əgər sən qadınsansa, rəhbər vəzifələri öhdənə götürmək böyük bir risk olur, çünki sən qərəzli bir əsasla mühakimə olunursan – həmin qərəz sənin cinsinlə bağlıdır. Buna görə də “Finland Beşliyi”ndə, məsələn, hər hansısa səbəbdən uğursuzluğa düçar olsa, yəni verdikləri vədlərə əməl etməsələr, yəqin ki siyasətçilər, mətbuat və ya öz seçiciləri tərəfindən kişi məsləkdaşlarından daha sərt mühakimə olunardı.

Aparıcı: Deməli, qadın liderlər kişilərə nisbətdə daha sərt mühakimə olunurlar. Onlar öz cinsiyyətlərinə görə qərəzlə üzləşirlər. Bu doğrudurmu?

Dr. Nela Smoloviç: Pandemiya, maliyyə böhranı və ya iqlim böhranı: Bu faktorlar çətinliyi aşmaq üçün tələb olunanın hərtərəfli və diqqətli liderlik olduğunu açıq-aydın göstərir. Məncə məhz qadın liderliyini irəli aparan da budur. Mən bunun gələcəkdə daha geniş tətbiq olunacağını görə bilirəm.         

Aparıcı: Beləliklə, başqalarına qayğı göstərmək və birlikdə işləmək kimi qadınlarla əlaqəli liderlik keyfiyyətlərinin qlobal böhranla mübarizədə uğurlu olduğu sübut olunub. Megi Palmer həyatına jurnalist kimi başlamışdı, lakin anladı ki, onun danışmağa başqa bir hekayəsi var. Ümumilikdə, dünya üzrə qadınlara kişilərdən daha az maaş verilir və şirkətlərdə o qədər də yüksək vəzifələr tutmurlar. gMegi bu barədə nələrsə etmək qərarına gəlir, buna görə də, “PepTalkHer” adlı proqramı təsis edir. Bu proqram qadınlara ədalətli maaş almağı öyrədir və yüksək vəzifələrdə gender bərabərliyini tələb edir. Proqramın məqsədi maaş fərqini aradan qaldırmaq və qadınlara rəhbər vəzifə tutmaqda kömək etməkdir.

Aparıcı: Megi Palmerin müsbət və mənfi təcrübələri olub. Ona yüksək vəzifələrə çatmaqda dəstək göstərilib, amma eyni zamanda kişi məsləkdaşları ona fərqli şəkildə münasibət göstəriblər.

Megi Palmer: İş həyatım ərzində maaş məsələsində haqsızlıqlarla üzləşmişəm: Anladım ki, kişi həmkarlarımla müqayisədə mənim iş şəraitim və şərtlər fərqlidi və mənə daha az əməkhaqqı ödənilir. Mən bunu ədalətli hesab etmirdim, buna görə də bu məsələni müdirlərimə bildirdim, onlar isə mənə dedilər,” Megi, əgər bəyənmirsənsə, işdən çıxa və ya bizi məhkəməyə verə bilərsən.” Bu bir neçə il əvvəl baş verib, indi ümid edirəm ki, nələrsə az da olsa, dəyişib. Hər nə qədər bilsək də ki, dünyada bu gün maaş fərqi mövcuddur. Hansısa bir yerdə tək insan olmaq  tənhalıqdır, düzdürmü? Əgər dəri rənginə görə fərlənirsənsə, əgər tək qadın sənsənsə, bu yalnızlıq ola bilər, qadın liderlərin də mənə dedikləri budur – bu tənhalıqdır, mən bəzi qeyri-kommersiya qurumlarına üzv olmuşam və mənim xüsusilə qadınlarla əlaqəli məsələlərin qaldırılmışam və quruma üzv olan kişilərdən isə sadəcə heç bir reaksiya almamışam. Mən bəlkə də qurumun digər qadın üzvlərindən hansısa birindən az da olsa, dəstək ala bilərdim, ancaq biz sayca az idik. Və sən sayca azlıqda olanda dəyişiklik etmək də çətin olur,düzdürmü? Buna görə bu insanı ruhdan salır, amma biz bu haqda danışmağa davam etməliyik. Biz bu məsələnin üstünə düşməliyik. 

         Aparıcı: Megi qurumun iclas otağında az sayda olan qadınlardan biri olmağın nə demək olduğunu dərk edir. Qadın liderlər çox vaxt özlərini təcrid olunmuş hiss edə bilirlər. 

Megi Palmer:  Əgər biz fikirləşsək ki, bu vəziyyəti düzəltmək kimin öhdə­li­yi­dir? Əslində, bu hamımızın məsuliyyətidir. Bu sadəcə qadınların həll etməli ol­du­ğu problem deyil; bu sadəcə liderlərin həll etməli olduğu məsələ deyil. Bu hər bi­rimizin problemidir. Siz orta səviyyəli bir idarədə işə götürüləndə sizin “ Mən əmin olmaq istəyirəm ki, kişi və qadın namizədlərlə müsahibə aparıram” demək ba­carığınız olmalıdır. Oldumu? Siz iş üçün müsahibə olunanda durmadan sual ver­məlisiniz: “ Komanda arasında müxtəlifliyi təşviq etmək üçün strategiyalar nə­lərdir?”

Aparıcı: Megi qeyd edir ki, dəyişiklik hər birimizin öhdəliyidir. Hər kəs, statusundan asılı olmadan, iş yerlərində daha çox bərabərliyə gətirib çıxardacaq suallar verməlidir.

Megi Palmer: Beləliklə, biz bilirik ki, qadınların idarə etdiyi şirkətlər daha yax­şı işləyirlər.  Biz bilirik ki, qadınların rəhbərlik etdiyi startaplar investorlara qoy­duq­ları sərmayədən daha çox gəlir gətirirlər, nəinki, rəhbərliyində yalnız ki­şi­lə­rin olduğu startap komandaları. Daha böyük bizneslərə baxsaq, yuxarı vəzi­fə­lər­də qadınlar olanda, həmin biznesin net gəliri yüksək olur. İdarəçilikdə qadınlar olduqda qərarvermə prosesinin daha sağlam və effektiv olduğunu müşahidə edirik. Araşdırma göstərir ki, idarəçiliyində qadınlar olan şirkətlər daha yaxşı iş nümayiş etdirir. Onlar daha çox mühakimə və reputasiya riski ilə üzləşirlər, bununla belə qərar qəbul edərkən qayğı və şəfqətə üstünlük verirlər, onlar hökuməti və biznesi daha effektiv idarə etməyi bacarırlar.

 

Tərcümə etdi: Yeganə Məhərrəmzadə (Azərbaycan Dillər Universitetinin Tərcümə fakültəsinin 2-ci kurs  tələbəsi)

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)