Edebiyyat.az » Poeziya » Günel Mehri - “lblissiz dünya”

Günel Mehri - “lblissiz dünya”

Günel Mehri - “lblissiz dünya”
Poeziya
admin
Müəllif:
18:54, 19 iyun 2025
43
0
Günel Mehri - “lblissiz dünya”



Gözlərini yum bu qaranlıq dünyaya.

Eşidirsən? Fonda sevdiyin “Ave Mariya”...

Müharibəsiz və xərçəngsiz bir cahan...

Nə tikanlı məftillər, nə sərhədlər var...

Nə raketlər, atomlar, mərmilər...

Göydən almalar tökülür güllələrin yerinə,.

Tanklar uşaq əyləncəsi, 

Xərçəng preparatları da uzaq keçmişin acı xatirəsi...

Möhürlər və sənədlər çoxdan arxivə dönüb

Sevənlərin həqiqəti qarşısında.

Yalanlar buxarlanıb ərşə çəkilir

Aşiqlərin əl-ələ gəzdiyi günəşli sahillərdə...

Dünya sevgi beşiyitək yırğalanır,

Hər gün bir köynək də İblisdən uzaqlaşıb...

Binaların yerində uca-uca ağaclar,

Asfaltların yerində yamyaşıl yamaclar,

Bir də kiçik-kiçik, şipşirin daxmalar,

Daxmalarda ev-eşikli mutlu-məsud insanlar...

Bacalardan qalxır kökə ətirli əyri dumanlar...

Universitetlərin yerində böyük-böyük  kitabxanalar,

Kim hansı elmi istəyir oxuyur,

Bütün pul vahidləri unudulub,

Bütlər və bütləşmiş hökmdarlar kimi...

Yalnız O - pıçıltılardan yüksəlir!..

Güləndə və sevəndə dərgahına uçuruq...

İnanınca nağıllar gerçək olur, 

deyəsən...

Sən Allah, bərk-bərk yum gözlərini,

açma sən...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)