Edebiyyat.az » Palitra » Lavanda tarlaları - turistləri cəlb edən məkan

Lavanda tarlaları - turistləri cəlb edən məkan

Lavanda tarlaları - turistləri cəlb edən məkan
Palitra
admin
Müəllif:
16:02, 21 iyun 2025
18
0
Lavanda tarlaları - turistləri cəlb edən məkan

Lavanda tarlaları - turistləri cəlb edən məkan

Dünyanın bir çox yerində müxtəlif məqsədlərlə yetişdirilən lavanda dekorativ bitki və ya mətbəx ədviyyatı kimi, narahatlığı aradan qaldıran, infeksiyalar, yanıqlar, yaralar, ağrılar, saç tökülməsi kimi problemlərin müalicəsi və başqa məqsədlər üçün istifadə olununr. Bu bitki yalnız faydalı xüsusiyyətlərinə görə deyil, həm də çiçəklərin gözəlliyinə və incə ətrinə görə yüksək qiymətləndirilir.

Qəbələnin şimal-şərqində, Qafqaz dağlarının ətəyində yerləşən Essenso adlanan lavanda plantasiyaları hər il may-iyun aylarında yerli və əcnəbi turistləri öz qoynuna dəvət edir.Burada, gözoxşayan, füsunkar mənzərələrə heyran olmamaq mümkün deyil. 30 hektarlıq lavanda tarlaları qədim Qəbələnin bir sıra tarixi abidələrinin yerləşdiyi Çuxur-Qəbələ kəndinin mənzərəli ərazisində yerləşir. 

Bənövşəyi tarlalarda günboyu gəzmək, havadakı ecazkar ətri hiss etmək, bu dekorativ bitkinin yetişdirilməsi haqqında maraqlı məlumat almaq,  aromatik yağlardan tutmuş lavanda balına qədər bir sıra dərman məhsullarını sınamaq üçün bura baş çəkməyiniz kifayətdir. Ən yaxşı vaxt isə  tarlaların tam çiçəklənmə dövrü - may ayının sonundan iyun ayının sonuna qədər olan müddətdir.

Burada, həmçinin hər il may və iyun aylarında Lavanda Festivalı keçirilir. Festivalın qonaqları lavandanın müxtəlif sortlarının yetişdirilməsi və istifadəsinin sirlərini öyrənir, gül ləçəklərindən ətirli, dadlı və sağlam məhsulları sınayır, konsertlər, moda nümayişləri və digər maraqlı tədbirlərə qatılmaq şansı əldə edirlər.

Fidan SALMANOVA

Edebiyyat.az

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)