Edebiyyat.az » Ədəbi tənqid » Sədaqət Babayeva - Paolo Koelhonun kitabı haqqında...

Sədaqət Babayeva - Paolo Koelhonun kitabı haqqında...

Sədaqət Babayeva - Paolo Koelhonun kitabı haqqında...
Ədəbi tənqid
admin
Müəllif:
13:51, 13 iyun 2025
25
0
Sədaqət Babayeva - Paolo Koelhonun kitabı haqqında...




 Paulo Coelho tərəfindən qələmə alınmış “Kimyagər” əsəri 1988-ci ildə dərc olunmuş fəlsəfi romandır. Əsərin əsas qəhrəmanı Santyaqodur. O, yuxusunda xəzinə tapacağını görür və İspaniyadan Misir piramidalarına qədər uzanan bir səyahətə çıxır. Bir neçə dəfə təkrarlanan eyni yuxu həqiqətən də bir mesaj idi yoxsa insan beyninin ona oynadığı bir oyun? Bəlkə də insan ona verilən balaca bir işarənin arxasınca getməli və bu yolda iradəli olmalıdır.
Santyaqo yol boyu bir çox insanla qarşılaşır: köhnə bir kral, tacir, Fatimə adlı bir qız necə ki, bu səyahət zamanı qazandığı sevgisi və kimyagər adlı sirli bir şəxslə. Bu səyahət Santyaqonun özünü dərk etməsində, həyatı anlamasında mühüm rol oynayır.
Əsərdə Santyaqonun başına gələnlərlə insanlara bir çox mesaj verilir.
Santyaqo səyahət boyu bir çox çətinliklə qarşılaşır başına bir çox iş gəlir və buna dəyər mi deyə düşünür. Ağlamağa başlayaraq qoyunlarının yanında xoşbəxt olduğunu indi isə o xoşbəxtliyi tapa bilmədiyini deyir. İnsan bəzən ən balaca şeylərlə xoşbəxt olur bir dağ yamacında qoyun otararkən, küləyin səsini dinləyərkən, günəşin şəfəqini üzündə hiss edərkən və o zaman insan anlayır ki, xoşbəxtlik əslində sadəlikdədir.
Santyaqo səyahəti zamanı əlində olan pulunu oğurladır. Həmçinin piramidalar getmək böyük məbləğ tələb edir. Bir büllur dükkanında işləyərək pul qazanmağa başlayır. Bu bədbəxt hadisəni unudur. Bəlkə piramidaları getmək onun üçün uzaq bir şeydir artıq amma səyahəti boyu bir çox şey qazanmış, bir çox insan tanımış, dil öyrənmiş, çox şeyi dərk etmişdi. Əlində olan pul ilə əvvəl sahib olduğu sürüdən daha böyüyünə sahib ola bilərdi. Bunun üçün dükanda sadəcə bir müddət artıq işləmək lazım gəlirdi. Əsas nəticədə odur ki, qəhrəman başına gələnə baxmayaraq hadisələrə müsbət tərəfdən yanaşır.
“Bəlkə də bu qəribə ölkəyə gəlib bir oğru ilə rastlaşmaq və bir qəpik belə xərcləmədən sürüsünü ikiyə qatlamaqdı onun əsl xəzinəsi.”
Bədbəxtlik içərisində xoşbəxtlik axtarmaq, yağan yağış sonrası çıxan göy qurşağını görməyə bənzər. Hərşey doğru baxış bucağından asılıdır.
İnsan əlindəki ilə kifayətlənməyi bacarmalıdır. Daha çoxunu istəmək xoşbəxtlik yox bədbəxtlik də gətirə bilər.
Əsər ümumilikdə sətiraltı mənalarla zəngin və insan ruhunu tərbiyə edən bir tərzdə yazılıb. Əsəri oxuyarkən sadəcə bir əsər oxumayacaqsınız həm də arzuların arxasınca getməyin gücünü kəşf edəcək və bu yolda gözlənilməz sürprizlərlə qarşılaraq istəyinizə nail olacaqsınız. Əsl xəzinə qızılda yox, insanın ruhunda, iradəsində, əməlinə sadiqliyindədir. Əsl xəzinə hər bir insanın qəlbində gizlidir. Santyaqonun nəzdində verilən mesaj da odur ki, əsas məsələ xəzinəyə gedib çatmaq deyil, ona gedən yolda öyrəndiyi şeylər idi onun xəzinəsi.


NDU-nun Filologiya ixtisası üzrə ll kurs tələbəsi 
"Gənc yazarlar və ədəbiyyatşünaslar klubunun üzvü"
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)