Edebiyyat.az » Film » Kim-kimi öldürür?

Kim-kimi öldürür?

Kim-kimi öldürür?
Film
Necef Esgerzade
Müəllif:
15:12, 30 mart 2019
2 131
0
Ölüm və öldürmə Bütün canlılar bir gün ölür. Ölümün qarşısında dayanmaq, ona qarşı mübarizə aparmaq mümkünsüzdür. Buna rəğmən insanlar həmişə daha çox yaşamağa çalışırlar. Uşaqlıqda ölüm yada düşmür. Həmin dönəmlərdə həyat daha maraqlı olur. Ölümün ağır notları bizdən çox-çox uzaqlarda səslənir. O ki, insanlar yaşlılığa doğru irələdikcə ölüm xofu bədəni yavaş-yavaş bürüyür. Yaşadıqlarımız, xatirələrimiz bir-bir kino lenti kimi gözümüzdən önündən keçir. Səhvlərimiz, tərəddüdlərimiz bizi uzun-uzun düşündürür. Belə etsə idim, elə olardı. Bu səhvi etməsə idim, həyat mənim qarşıma başqa insanlar çıxarardı. Gərək o vaxt əlimə düşən fürsətlərdən yararlanardım. Peşmançılıqlar içərisində vurnuxaraq qalan insan ölüm qarşısında çarəsizliyinə üsyan etmək istəyir. Amma qaldırdığı bu üsyan geri püskürdürülür. Və bir gün insandan geriyə

Elə mövzular var ki, insan o mövzular haqqında vahid bir nəticəyə gələ bilmir. Çünki həmin mövzuların bəlli bir cavabı yoxdur. Məsələnin mübahisə obyektinə çevrilməsi hər bir fərdin yanaşma tərzinə uyğun olaraq dəyişir.                                                      

Ölüm və  öldürmə                                                                                                                                                              

Bütün canlılar bir gün ölür. Ölümün qarşısında dayanmaq, ona qarşı mübarizə aparmaq mümkünsüzdür. Buna rəğmən insanlar həmişə daha çox yaşamağa çalışırlar. Uşaqlıqda ölüm yada düşmür. Həmin dönəmlərdə həyat daha maraqlı olur. Ölümün ağır notları bizdən çox-çox uzaqlarda səslənir. O ki, insanlar yaşlılığa doğru irələdikcə ölüm xofu bədəni yavaş-yavaş bürüyür. Yaşadıqlarımız, xatirələrimiz bir-bir kino lenti kimi gözümüzdən önündən keçir. Səhvlərimiz, tərəddüdlərimiz bizi uzun-uzun düşündürür. Belə etsə idim, elə olardı. Bu səhvi etməsə idim, həyat mənim qarşıma başqa insanlar çıxarardı. Gərək o vaxt əlimə düşən fürsətlərdən yararlanardım. Peşmançılıqlar içərisində vurnuxaraq qalan insan ölüm qarşısında çarəsizliyinə üsyan etmək istəyir. Amma qaldırdığı bu üsyan geri püskürdürülür. Və bir gün insandan geriyə cansız bədən qalır. O sadəcə gördüyü işlər ilə ağıllar da məcazi mənada desək öz varlığı sürdürə bilir.                                                                                                                                                                               

 Digər məsələ isə öldürmə aktıdır. İnsan heyvanlar və insanlar tərəfindən öldürülür. Heyvanlar tərəfindən öldürülmə hardasa başa düşüləndir. Yırtıcılar öz yem tədarükünü insan vasitəsilə təmin etməyə çalışırlar. Qaldı ki, ikinci məsələyə bu haqda danışmaq biraz çətindir. “Öldürməyin əzabverici xoşbəxtliyi” məqaləmdə öldürmək aktının bir çox səbəbini çəkdiyim bir neçə misal üzərindən izah etməyə çalışmışam. Burada isə, öldürmə aktının başqa bir tərəfinə nəzər yetirməyə çalışacam. Həmin bu səbəb məni yenidən öldürmə aktı haqqında yazmağa məcbur etdi.                                                                                                                                          

Ölüm haqqında qısa bir film(A Short Film About Killing)                                                                                                       

Filmdə əsas üç obraz var. Və üç nəfərin taleyi bir nöqtədə təsadüfən kəsişir. İzləyici film boyu üç obrazı ayrı-ayrılıqda izləyir. Birinci obraz Jacek Polşanın küçələrində boş-boş gəzişir. Sanki hara gedəcəyini bilmir. Üzündəki ifadəsizlik tamaşaçını obraza yadlaşdırır. Binaların dalanları ilə irələyən Jacek təsadüfən tanımadığı bir nəfərin üç-dörd oğlan tərəfindən döyülməsi hadisəsini izləyərkən tükü belə tərpənmir. İzləyici oğlanı ruhsuz olmaqda günahlandırır. Oğlan kafeyə gəlir. Kofe və şirniyyat alır. Çox pinti şəkildə aldıqlarını yeyib bitirən oğlan kafenin güzgüsündən balaca qız uşaqlarını görür və onlarla oynamağa başlayır. Birdən-birə üzündə gülümsəmə peyda olan Jacek tamaşaçıya xoş təsir bağışlayır. Jaceki biz nə yaxşı, nə də pis adlandıra bilmirik. Amma bir nöqtəyə qədər.                                              

  

İkinci obraz taksi sürücüsüdür. Həyətdə maşını yuyur. Maşının şüşəsindən şeytan başına oxşar oyuncaq diqqətimizi çəkir. Əxlaq cəhətdən o qədər yüksək olmayan bu adam həyətdəki marketdə işləyən qıza sataşmağa başlayır. Arvadının onun üçün qoyduğu sendviçlərdən birini itə atır. Bu hərəkətindən öz-özünə qımışır. Üzündəki ikrahedici təbəssüm izləyicini əsəbləşdirir. Həyətdə maşını yuyan zaman onu gözləyən adamları aldadaraq aradan çıxan taksi sürücüsünün taleyi onun üzünə gülmür. Ümumiyyətlə bu insanı mənfi obraz kimi dəyəndirə bilərik. Etdiyi hərəkətlər və arxanı göstərən güzgüdən sallanan şeytan başı bunu sübut edir.                                                                         

 Üçüncu obraz Piotrdur. Vəkil olmaq istəyən Piotru imtahan verdiyi əsnada görüb tanıyırıq. Müəllimlərin suallarına cavab verdikcə üzündəki məsumluq, təbəssüm bizə xoş təsir edir. Verilən cavablar ilə imtahanı uğurla başa vuran Piotr artıq vəkil kimi işləyəməyə haqq qazanır və bu sevinci sevdiyi qızla bölüşür. Beləliklə Piotr filmin müsbət obrazı kimi üçbucağın üçüncü tərəfini tamamlayır.                                     

  Piotr ilə Jacek kafedə təsadüfən görüşür. Amma bir-birlərinə demək olar ki, fikir vermirlər. Jacek bu təsadüfi görüşdən sonra küçəyə çıxıb taksi axtarmağa başlayır və əvvəlcədən haqqında danışdığımız taksi kimi fəaliyyət göstərən sürücünün maşına minir(Əgər taksi sürücüsü həyətdə onu gözləyən adamları istədikləri ünvana aparsa idi, Jacek ilə rastlaşmayacaqdı. Talenin işinə bax.) Jacek gedəcəyi ünvanı sürücüyə deyir. Yol boyu Jaceki tərəddüdlər içərisində izləyirik. Nəsə pis bir hadisə baş verəcəyi hiss olunur. Doğurdan da həmin dəhşətli hadisə baş verir. Maşın ins-cins olmayan bir yerdə dayanır. Jacek əlinə doladığı iplə sürücünü boğmağa başlayır. Bu öldürmə səhnəsi xeyli sürür(İnsan öldürmək bu qədərmi çətin imiş?) Sonda oğlan çətinliklə sürücünü öldürür. Özü də əzablı bir şəkildə. Burada sual yaranır Jacek sürücünü niyə öldürür? Pul üçün? Xeyr. Sürücünü qətlə yetirən Jacek cəsədin üzərindən və maşından heç bir şey oğurlamır. Sadəcə maşını sürə-sürə sürücünün sataşdığı qızın yanına gəlir. Maşın ilə özünü qıza göstərən Jacek gülümsünür. Amma qız maşını tanıdığı üçün oğlanı polisə xəbər edir. Məhkəmə səhnəsində Jacekin vəkilliyini Piotra verirlər. Təbii ki, Piotr heç bir şey edə bilmir. Jacek üçün ölüm hökmü verilir.            

Üç obraz arasındakı tale-təsadüf-ölüm-öldürmə qavramları bizi düşündürməlidir. Əvvəllər taleyə inanmırdım. Kristof Kieslovskinin filmləri fikrimi tamamilə dəyişdi. Təsadüflərin həyatda baş verməsi adi bir hal deyil. Hər hansı hadisə baş verirsə bu istər-istəməz dolayı yolla müxtəlif insanların həyatına təsir edir.Bu təsirin miqyası kiçik də ola bilər, böyük də. Sadəcə bir nöqtədə dayanıb baş verənləri ardıcıl şəkildə təhlil süzgəcindən keçirməmiz lazımdır.                                                                                                                        

Bir səhnədə Piotr Jaceki görür. Onlar bir-birini tanımır. Amma əgər kafedə söhbət etsə idilər hadisələr başqa bir yönə istiqamətlənə bilərdi. Kafedə bir-birinə fikir verməmək ucbatından baş tutmayan söhbət həbsxananın kiçik bir hücrəsində özünü təzahür etdirir. Həmin söhbət zamanı Jacek öz keçmişini Piotra danışır. Sadəcə bundan sonra biz Jaceki anlayıb, onun halına yanırıq. Bacısını itirən oğlan həyatda yaşamaq məqsədini itirir. Ailəsindən qopur. Özünə yer tapa bilmir. İşləmək adı ilə şəhərə üz tutur. Kədərini, üzüntüsünü şəhəri gəzmək ilə unutmağa çalışır. Heç kimə dərdini deyə bilmir. Onun yanından müxtəlif insanlar ötüb keçir. Heç kim ona fikir vermir. Jacek getdikcə yadlaşır. Yadlaşdıqca təhnalaşır. Təhnalaşdıqca təkləşir. Dərdinə çarə tapa bilməyən Jacek təsadüfən və deyərdim taleyin qurduğu müdhiş oyun nəticəsində sürücünü öldürür. Və bunun cəzasını ölümlə alır. Dövlət də onu öldürür.                                                                                                                                                                                  

Buradakı ikinci sual yaranır. Öldürmək günahdır. Jacek qətlə görə cəzalandırılır. Bəs dövləti öldürmək əməlinə görə kim cəzalandıracaq? Qəribədir, abstrak bir vəziyyət yaranır elə deyilmi? Deməli dövlət öldürməyə görə heç bir cəza almır. Çünki dövləti cəzalandıracaq ondan yuxarı heç bir qurum yoxdur.                                                                                                                                                          

Kristof Kieslovski çəkdiyi bu film ilə izləyicini dərindən düşündürür. Ölüm cəzası mütləqmi lazımdır? Hər qətl törədən insan günahkardırmı? Təsadüfən gördüyümüz insanlara fikir vermək lazımdırmı? Onların bizim həyatımıza və bizim onların həyatına nə kimi təsirlərimiz var? İnsan ona yazılan taledən qaça bilərmi?  və s.                                                                                                                                                                 Filmin açılış səhnəsi çox maraqlıdır. Ölmüş siçovul bizə göstərilir. Ürək bulandırıcı mənzərə bizi sıxır. Sonra dirəkdən asılmış pişiyi görürük. Dəhşət bizi bürüyür. Uşaqlar yavaş-yavaş uzaqlaşırlar.  Deməli elə filmin canı da burada yerləşib(pişik siçovulu, uşaqlar isə pişiyi öldürür. Güc hər şeyi həll edir) Sadəcə bu səhnələri diqqətlə izləmək lazım imiş.                                                                                                                                                                                   

P.S. Haqqında danışdığım bu film rejissor tərəfindən ilk öncə Dekaloq(Musa peyğəmbərə göndərilən 10 əmr) serialının beşinci bölümü kimi çəkilmiş, sonradan vaxtı bir qədər uzadılaraq film şəklinə salınmışdı. 

                                                                                                                    Nəcəf Əsgərzadə
Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)