Edebiyyat.az » Film » Nemət Mətin - Hikmət Rəhimovun "Apatiya" filmi haqqında düşüncələr

Nemət Mətin - Hikmət Rəhimovun "Apatiya" filmi haqqında düşüncələr

Nemət Mətin - Hikmət Rəhimovun "Apatiya" filmi haqqında düşüncələr
Film
admin
Müəllif:
00:34, 17 fevral 2024
6 566
1
Nemət Mətin - Hikmət Rəhimovun "Apatiya" filmi haqqında düşüncələr




 Dörd günə çəkilmiş "Apatiya" filminin iş prosesi cəmi 16 kvadrat metrlik evdə cərəyan edir. Əhməd işləməyən, daha doğrusu xəstəlik ucbatından işləyə bilməyən, bütün günü Elgizin, Xoşqədəmin verlişlərinə baxan, "Bakı" siqareti çəkən, qalın şüşəsi olan eynəyindən ətrafı dumanlı görən obrazdır. Onun yoldaşı bədbəxt qadın ailənin dolanması üçün yollar düşünür. Qadının qardaşı qızını gəlin köçürmək üçün rayondan Bakıya gələrək fəhlə işləyir. Kirayə pulu verməsin deyə Əhməd gildə, yəni bacısının evində qalır. Gecələr xoruldayır. Əhmədi hirsləndirir. İşləmədiyini tez-tez üzünə vurur.


 Evdəki yeganə uşaq divara şəkillər çəkir. Filmin ən gözəl məqamı elə budur. Açar hissəsidir. Uşaq evdə özünə xəyali yer qurub. Orada xoşbəxtdir. Bəlkə də gələcəyin rəssamı olacaq. 

 Yaşa dolmuş insanların isə hamısı bədbəxtdir. Ana ilə atanın cinsi münasibəti yox səviyyəsindədir. Tualetdə anonizm ilə məşğul olurlar. Təbii haldır. Ürəklər uzaqlaşanda bədənlər də uzaqlaşır. Sevgisizlik ucbatından ailələr dağılır. Cinayət hadisələri baş verir. Məsələn bir insan əgər bütün problemlərin kasıbçılıqdan qaynaqlandığını düşünürsə, yanılır. Robinzon Kruzo bir gün adada çoxlu pul tapır. Lakin o pullar ilə heç nə edə bilmir. Pul sadəcə vasitədir. Pula köklənən insanlar onun quluna çevrilir. Əhməd də cinayət hadisəsindən sonra pulları sayırdı...


 Deyirlər ki, cəmiyyət necədirsə, televizorda da ona baxır. Bu yalnış düşüncədir. Proses 180 dərəcə əksinə gedir. Tvlər nə göstərirsə, insan ona çevrilir. Tezbazar pul gətirən reytinq xətrinə insanların beyni yuyulur. Bu təkcə tv kanallara aid deyil. Həmçinin sosial şəbəkələr də eyni səviyyədədir. Kütlənin fərdlərə çevrilməsini qara qüvvələr istəmir. Bütün dünyada belədir. Tiktok beyinli insanları idarə etmək asandır. İlk dəfə serial Braziliyada çəkilib. Çünki işsiz qadınlar ordusu Braziliya küçələrinə axışaraq etiraz edirdilər. Sonu olmayan, mənasız və bayağı sujet xətti olan seriallar onları evdə otuzdurdu. Bir növ ilan şikarını hipnoz elədiyi kimi...

 Apatiya sözü ehtirassızlıq kimi tərcümə olunur. Görünür filmdə böyüklərin ehtirası çoxdan ölüb. Onlar bir-birinə heç nə hiss etmirlər. Uşaq isə sadəcə susur. Çünki onun dünyasında pislik, narkomaniya, cinayət hadisələri, zorakılıq yoxdur. Evlər, ağaclar, əylənən insanlar var...

 Rejissor Hikmət Rəhimov müsahibəsində bildirdi ki, qırx yaşından sonra işıqlı filmlər çəkəcək. Lakin mən bu filmdə də işıq gördüm. O uşağın gələcəyi işıqlıdır. Çətin zamanlar xarakterli insanlar yaradır. 


 Film işi həm də maddiyyata bağlıdır. Bunu hər kəs bilir. Məsələn "Apatiya" filminin büdcəsi böyük olsaydı, biz bəlkə də uşağın gələcəyini sonda görərdik. Cinayətkarın aqibətini izləyərdik. Kiçik vəsaitlə böyük işlər görmək əzm, iradə tələb edir. Bütün komandanı təbrik edirəm...

 

 

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (1)