Edebiyyat.az » Daşqın Eldarın yeni kitabı

Daşqın Eldarın yeni kitabı

Daşqın Eldarın yeni kitabı
---
admin
Müəllif:
22:43, 26 noyabr 2026
15
0
Daşqın Eldarın yeni kitabı


  Yazıçı Daşqın Eldarın uzun atəşkəs dövründə zabit və əsgərlərin keçdiyi çətin və əziyyətli xidmətdən, Azərbaycan ordusunun formalaşma məqamlarından bəhs edən “Yeddi 100 otuz iki” romanı “Lit.Art.Az” Ədəbi Agentliyinin təqdimatı ilə “Park” nəşriyyatında çapdan çıxıb. Roman müəllifin Azərbaycan ordusunda iki illik xidəməti dövründə şahid olduğu hadisələr və xatirələri əsasında qələmə alınıb. 

Qeyd edək ki, Daşqın Eldarı oxucular ədəbi saytlarda təqdim olunan hekayələri ilə  tanıyırlar. “Ata Şuşa” hekayəsi Kulis.az saytının 2022-ci ildə keçirdiyi hekayə müsabiqəsində oxucu səsverməsinin qalibi olub, “Bənövşə xala” hekayəsi isə 2023-cü ildə Mir Cəlal adına 3-cü hekayə müsabiqəsində ikinci yer tutub.

Ctrl
Enter
Səohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)