Edebiyyat.az » Poeziya » Mixail Yuryeviç Lermontov (1814–1841) - Vəsiyyət

Mixail Yuryeviç Lermontov (1814–1841) - Vəsiyyət

Mixail Yuryeviç Lermontov (1814–1841) - Vəsiyyət
Poeziya
admin
Müəllif:
19:00, 25 iyun 2023
791
0
Mixail Yuryeviç Lermontov (1814–1841) - Vəsiyyət

 

 


 

Gəl əyləşək, qardaşım, 

Gəl dərdləşək bir qədər. 

Mən ömrümü yaşadım, 

Lap az qalıb, deyirlər! 

Evə gedirsən, ancaq 

Nə deyim... bir sözüm yox; 

Mənə canı yanacaq 

Orda bircə kəsim yox. 

 

İşdir, əgər bir adam 

Gəlsə, soruşsa məni... 

De ki yaralanmışam, 

Güllə dəlib sinəmi; 

Qurban getmişəm çara, 

Həkimlər də xamdı de, 

Bir də doğma diyara 

Məndən çoxlu salam de. 

 

 

İnanmıram indiyə 

Atam, anam sağ olsun... 

Sağ olsalar da, niyə 

Dərdim təzə dağ olsun; 

De ki işdə-gücdədir, 

Çox tənbəldi yazmağa, 

Alay da yürüşdədir – 

Gözləməsinlər daha... 

 

Bir də qonşu qız... ancaq 

Biz ayrılan nə vaxtdır!.. 

Məni soruşmayacaq, 

Yox, gözləmə, nahaqdır... 

Sən danış, qoy dinləsin,

Boş qəlbə yanmayasan; 

Qoy ağlasın, inləsin –

Nə var ki, bundan asan! 

 

 

Çevirəni Mahir N. Qarayev

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)