Edebiyyat.az » Poeziya » Kəmalə Məcidovadan yeni şeirlər

Kəmalə Məcidovadan yeni şeirlər

Kəmalə Məcidovadan yeni şeirlər
Poeziya
admin
Müəllif:
22:32, 06 avqust 2023
529
0
Kəmalə Məcidovadan yeni şeirlər





Necə gəldi,necə keçdi bu illər,

Getdi yazım, bir də gördüm ayazdı.

Heç bitməyən qayğılardan yoruldum,

Bunca yükü kürəyimə kim yazdı?

 

Bir canla yüz yerə bölündüm çox vaxt,

Bəzən həyat yordu, bəzən insanlar.

Qəlb gözü kor olan biganələrdən,

Qaçmaq istəmişəm bəzi zamanlar. 

 

Qadın dediyiniz bu zəif məxluq,

Çiynində bir ömrün yükün daşıyar.

Yaşamaqçün bir ömür verilsə də,

Bir ömürdə neçə ömür yaşayar.

Adayar ömrünü sevdiklərinə,

Bircə öz ömrünü yaşamaz qadın….

 

***

Yanında özünü tənha sanırsa, 

Əksin gözlərində əgər donursa,

Bir qadın sürəkli səndə susursa, 

Çoxdan ürəyindən getmiş qadındır. 

 

İncitmirsə daha eşqin acısı,

Qovurmursa həsrət,hicran acısı,

Dağılmışsa qurduğu eşq yuvası,

Sevgisi ürəkdə bitmiş qadındır. 

 

Sənə toz qondurmaz, bəxtindən küsər, 

Heç kimə sirr verməz, özünü üzər,

Həsrətin verdiyi acıdan bezər,

İnamı gözündə itmiş qadındır. 

 

Yenidən ömrünə geri dönsən də,

Bir gün əvvəlkitək onu sevsən də,

Cismini ayaqda diri görsən də,

Eşqini ruhuna gömmüş qadındır. 

 

Yanında özünü tənha sanırsa, 

Əksin gözlərində əgər donursa,

Bir qadın sürəkli səndə susursa, 

Çoxdan ürəyindən getmiş qadındır.

  

***

Çöküb ürəyimə kədər buludu, 

Ha ağlaram, ha sızlaram, boşalmaz. 

Ürək dərdlə,qəm-ələmlə doludur,

Can yanmasa gözdən əsla yaş çıxmaz.

 

Ötür aylar, keçir illər, nə fayda,

Çərxi-fələk döndü, qaldım ziyanda. 

Nanəcibə etsən  də canı fəda,

Xeyri yoxdur, qədrin əsla bilinməz. 

 

Açılmır ürəyim,açılmır bir an,

Dəyişib insanlar, dəyişib zaman.

Lənətə gələsən, ay belə dövran,

Bu çətin günlərin sonu görünməz. 

 

Sönüb çox ocaqlar, odu közərmir,

Əriyib ürəyin yağı, dözəmmir.

Nə ağsaqqal, nə ağbirçək çözəmmir,

Ağ vərəqdə qara ləkə silinməz. 

 

Yanır içim, görünməyir tüstüsü,

Yoxa çıxıb ürəyimin sevgisi.

Çiliklənib taleyimin güzgüsü,

Ha çalışsam, ha vuruşsam, bitişməz.

 

Çox sözümüz yarımçıqdı, bəlkədi,

Adam var ki, canlı ikən kölgədi.

Adam da var, bu dünyaya ləkədi,

Bu ləkəni qəbir belə götürməz.

 

***

Ömrün yolu kəsəkdisə, daşdısa,

Səbir kasam ürəyimdən daşdısa,

Qəlbdə hələ şaxtalı bir qışdısa,

Yazın gəlməyinin kimə xeyri var?

 

Əslini dananın çörəyi olmaz,

Su tökməklə quyu suyla dolammaz. 

Nadan kəsin soyu, kökü olammaz, 

Yaxşı düşün, bulaq başdan bulanar. 

 

Sebr edəkmi halva bişsin qoradan,

Ürək şişdi aldığı hər yaradan.

Təməl yoxsa nə gözləyək binadan,

Doğru deyən doqquz kənddən qovular.

 

Qurdlar quzulara verməyir aman,

"Dindarlar" artdıqca azalır iman.

Yenə işindədir köhnə dəyirman,

Çax-çax baş ağrıdar, deyib atalar.

 

Bu dünyanın namərdi var, 

Ömrün bizə milyon cürə fəndi var.

Sevẹn qəlbin saf ürəyə bəndi var,

Haqlı sözdür, gözəllik göz aldadar.

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)