Edebiyyat.az » Poeziya » Fidan Vahiddən bir şeir

Fidan Vahiddən bir şeir

Fidan Vahiddən bir şeir
Poeziya
admin
Müəllif:
23:51, 05 fevral 2024
694
0
Fidan Vahiddən bir şeir



Arzularımı sənin bomboz asılqanına asdım,

Ruhumu parça-parça yandırıb külümdən təpəcik qurdum.

Qaranlıq lampanda işığımı yandırdım...

Ayağının altında qurban kəsdirdim həyatımı,

Rəngləri əlindəki ağ pozana satdım

Dəyər-dəyməzə...

Keçmişi, gələcəyi, bütün zaman qavrayışını 

Qolundakı mavi saata uduzdum..

İndi 

İndi isə

Mənə qalan son "indi" ilə

Gözümdən son yaşı silib gedirəm...

Ölmüş ürəyimi əlindən alıb 

Səninlə məzara qoyub gedirəm...

Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)