Edebiyyat.az » Poeziya » Saday Saib (Əlizadə) - Kor qız

Saday Saib (Əlizadə) - Kor qız

Saday Saib (Əlizadə) - Kor qız
Poeziya
admin
Müəllif:
12:38, 12 may 2024
676
0
Saday Saib (Əlizadə) - Kor qız



Atadan, anadan yetim böyüdü,

Yetimdi gələndən dünyaya kor qız.

Nə bir kimi var idi, nə də kimsəsi,

Düşmüşdü bir dərin dəryaya kor qız.


Bir ömür yaşadı, bir gün görmədi,

Nə ağlaya bildi, nə də gülmədi,

Ölmək də istədi, amma ölmədi,

Təqsirkar sanıldı hər vaya kor qız.


Qüsuru sayılmış onunçun eyib,

Nə gəlinlik görmüş, nə bir don geyib,

– "Toya da gəlməsin qohumlar deyib",

"Bədbinlik saçarmış" o toya kor qız.


İşıqlı dünyanı görməyən gözü,

Basırdı bağrına qaranlıq közü,

Bezmişdi o yazıq özündən özü,

Gözləri yox idi ağlaya kor qız.


Heç zaman sevmədi, sevilmədi də,

– "Yoxuymuş cəhəti sevilməli də",

Demədi çarəsiz "sevin məni də",

Bir çiyin olmadı baş qoya kor qız.


Ömürü keçmədi iyirmi yaşı,

Nəsibi olmadı bir məzar daşı,

Nələr çəkmədi ki, bəlalı başı ?

Sel aldı, qarışdı bir çaya kor qız.



Ctrl
Enter
ohv tapdınız?
Ctrl+Enter sıxıb bizə bildirin
Müzakirə (0)